Əli Abasov Rəna Mirzəzadə qenderə GİRİŞ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə4/24
tarix26.11.2017
ölçüsü0,55 Mb.
#12589
1   2   3   4   5   6   7   8   9   ...   24

 

8

hüququ isə nisbətən cismanidir, bu səbəbə görə  də övladlar bunu daha tez hiss edir və 



analarına daha artıq meyl göstərirlər». 

Qadınlar doğrudan da daha intuitiv və emosional təfəkkür stilinə malikdirlər, lakin, 

ola bilsin ki, bəlkə kişilərin rasional, məntiqi təfəkkür stilində çatışmayan  şey elə  məhz 

bundan ibarətdir. Bu nöqteyi-nəzərdən ola bilsin ki, ekologiyanın, militarizmin, azlıqlara 

qarşı zorakılığın müasir problemləri elmi, siyasi, iqtisadi, mənəvi və ideolji konsepsiyaların 

böhranı, müasir reallığın bütün tərəflərini əhatə edə bilməyən, məhz son dərəcə rasional 

təfəkkür tərzinin çıxmazlığı ilə müəyyən olunur?! Qender tədqiqatları isbat etdi ki, əslində 

iş məhz bu cürdür. Cermeyn Qrir («Qadın - xacə», 1974) elmə patriarxal cəmiyyət termini 

daxil edərək, isbatla aydınlaşdırmışdır ki, ümumilikdə qadınların azad olunması – həm də 

kişilərin azad olunmasıdır. Bu azadlıq isə «Qadın doğulmuş» kitabının müəllifi Andrienna 

Riçin fikrinə görə qadın təfəkkür tərzinin kişi təfəkkür tərzinə inteqrasiyası (yəni birləşməsi) 

və reallığın dərkinin universal rasional-intuitiv dilinin yaradılması ilə mümkündür. Daha 

əvvəl Kerolin Merçant «Təbiətin ölümü (feminizm və ekologiya)» kitabında XVII əsrdən 

mexaniki determinist şəklini almış birtərəfli rasionalizmin nəyə  gətirib çıxardığını parlaq 

şəkildə  təsvir etmişdir. K.Merçant bu elmin yaranma dövrünün dilini təhlil edərək belə 

nəticəyə  gəldi ki, bu dil alim – «patriarxın» təbiət – «qadın» üzərində «zorakılıq» dilidir. 

Müəllifin fikrincə mexanistik elmin yaranma vaxtından başlayaraq təbiətin və qadının 

istismarı ayrılmaz olub vahid patriarxal dünyagörüşü çərçivəsində gedir. 

Lakin bu fəlsəfənin özünün də real hüdudları var ki, onlar patriarxal cəmiyyətin 

ağılsız idarə siyasəti nəticəsində yaranan qlobal ekoloji problemlər obrazında meydana 

çıxır. Feministlər tərəfindən «atalar cəmiyyətinin» tənqidinin bu ən güclü tərəfi  Şarlen 

Spretnakın «Qadın mənəviyyatının siyasəti» adlı  əsərində  təqdim olunan feminizm, 

mənəviyyatı  və ekologiyanın qırılmaz  əlaqəsi ilə sintez olan xüsusi nəzəriyyənin – 

ekofeminizmin yaranmasına gətirdi. Özünün daha əvvəlki tədqiqatlarında  Ş.Spretnak 

«patriarxal dinlər» siyasəti yürüdərək göstərdi ki, onlardan qabaq 20-ci mininillikdən artıq 

«matriarxal dinlər» dövrü mövcud olmuşdur orada qadının yüksək mənəviyyat və təbiiliklə 

səciyyələnən tam təfəkkürü təqdim olunmuşdur.  

Beləliklə, feminizm patriarxal sivilizasiyasının demək olar ki, bütün dünyagörüşü və 

praqmatik prinsiplərini tənqid edərək göstərdi ki, qender tədqiqatlarından ortaya çıxan yeni 

prinsiplərdən imtina halında bu sivilizasiya məhvə məhkumdur. 

Məhz bu mübahisənin son səddi ona qarşı növbəti feminist tənqid atəşi açmış 

iqtisadiyyat oldu. Xeyzel Henderson «Gələcəyin alternativ modelləri» kitabında qeyd edirdi 

ki, qərarlaşmış iqtisadi inkişaf modelləri bütün şüurlu sərhədləri pozan qeyri-məhdud 

artıma yönəlmidir. Maskulin mədəniyyətin bu tipik nümunəsi ekoloji fəlakətə  gətirir və bu 

fəlakətdən qurtarmağa ancaq «neft əsri» mədəniyyətindən «Günəş  əsri» mədəniyyətinə 

keçmək kömək edə bilər. Bu axırıncının əsasını gözümüz önündə qarşısında yaranan və 

«böyüyün kiçik üzərində» zorakılıq və diktəsini aşılayan korporativ iqtisadiyyatın 

prinsiplərindən imtina etməyə təkidlə çağıran ekoloji, qadın, vətəndaş hərəkatları, eləcə də 

sülh hərəkatları təşkil edir. Qadın və kişi dəyərlərinin sağlam balansı cəmiyyətdə qarşıya 

çıxan problemlərin həllinə kömək etməlidir. Təəssüf ki, kişi və qadın dəyərlərinin 

birləşdirilməsi deyərkən feministlər, öz növbəsində, daha bir «məzlum sinfi» - uşaqları 

unudurlar. Psixoloji tədqiqatlarda isbat olunur ki, 10 yaşına qədər uşaqların qavrama və 

dərketmə xüsusiyyəti böyüklərin təsəvvürlərindən ciddi fərqlənir və ilk növbədə, qeyri-

verbal informasiyanın verbal (dil, söz) informasiya üzərində üstünlüyündə özünü göstərir. 

Lakin qender tədqiqatlarında göstərilmişdir ki, məhz verbal, rasional-məntiqi təşəkkülü 

informasiyanın çoxluğu patriarxal sivilizasiyanın səciyyəvi cəhətidir. Buna görə  də  əsil 

sintez «üçüncü sinif» - uşaqların  ən «təmiz», «mədəni cəhətdən transformasiya 

olunmamış» və deməli, dünyanı  dərk etməkdən ötrü ən doğru olan dünya seyriçiliyini də 

nəzərə almalıdır. 



 

9

Beləliklə,  əsil qender tədqiqatları mahiyyət etibarilə ancaq qadının kişi 



hakimiyyətindən azad olunmasına yönəlmiş konsepsiyalar olmayıb, daha çox 

dünyagörüşünün bütün bəşər cəmiyyətinin, xüsusilə  də öz hüquqlarını qorumaqda 

imkanları  məhdud olan azlıqların hüquq, xüsusiyyət və  rəngarəngliyini nəzərə almağa 

çağıran bir «demokratik» növüdür. Bu halda qender siyasi aspekti ön plana çıxır və 

göstərir ki, «qul halına salınmış qadın» rolunda elə ayrı-ayrı xalqlar, ölkələr və hətta ölkələr 

qrupu çıxış edə bilər ki, onların mənəviyyatı, dünyagörüşü, dini və i.a. «qəbul 

olunduğundan» fərqlidir. Təsadüfi deyil ki, müasir dövrdə artıq qender tədqiqatları milli, irqi, 

kulturoloji və konfesional səviyyədə geniş ümumiləşdirmə səviyyəsi almışdır. Azərbaycan 

üçün bu hal xüsusilə qanunauyğundur. 

 

 




 

10

2.  QENDER: TARIX, IDEYA VƏ 



 NƏZƏRIYYƏLƏR. 

  Cinslərin bərabərliyi uğurunda mübarizə tarixindən. 



  Feminizm haqqında. 

  Feminizmin istiqamətləri. 



Cəmiyyətin bir-birindən fərqli iki cinsdən ibarət olması bir sıra suallar ortaya qoyur 

ki, bunlardan da bəzilərinin cavabı indiyə qədər mübahisə doğurmaqdadır.. Əgər cinslərin 

bioloji fərqləri və funksiyaları  şübhə doğurmursa, psixi (ruhi), emosional, intuitiv fərqlər 

məsələsi, qadın və kişinin təfəkkür, idrak, məntiqi fərqləri kimi hallar öz müzakirəsini tələb 

edir. Həmçinin burada bir sual da maraqlıdır: insanların cinsi fərqləri onların sosial 

fərqlərinin səbəbidirmi, yoxsa bu axırıncı tarixin təsadüfi seçimidir, və ya digər  şəraitdən 

asılıdır. 

Cinslərin qeyri-bərabərliyi ayrı-ayrı  cəmiyyətlərdə özünü müxtəlif cür göstrəir. Ona 

görə də kişi və qadının vəziyyətinin tədqiqi ilə etməklə bu cəmiyyət, onun mədəniyyət və 

ənənələrinin səciyyəsi, xalqın dini və ruhi-əxlaqi dəyərlərinin xüsusiyyətləri, dünyagörüşü 

və özünüdərki haqqında çoxlu miqdarda maraqlı material verir.  

Cəmiyyətdə cinslərin qeyri-bərabərliyi orada yaşayan insanlar üçün heç də həmişə 

problem olmamışdır. Bir qisim insanlar, istər kişi olsun, istərsə də qadın, ümumiyyətlə belə 

məsələ üzərində düşünməmişdir. Digər qisim heç bir haqların pozulmasını görmür, zira 

cəmiyyətdə cinslərin davranış  və rollarının qərarlaşmış qaydası onlara ədalətli görünür, 

onlar hesab edirlər ki, bu qaydalar tarix, ənənə, din və ya əcdadlarımızdan gələn  əxlaqi 

normalarla müqəddəsləşdirilib. Ənənəvi cəmiyyətdə (yəni möhkəm və dəyişməz norma və 

dəyərlər  əsasında hərəkət edən cəmiyyətdə) ümumiyyətlə kişi və qadının rolları ciddi 

bölünüb, ən kiçik hallara qədər elə yazılıb ki, kişinin cəmiyyətdə qadının taleyindən fərqli 

«xüsusi taleyə» malik olmasının həyati zəruriliyinə şübhə qalmasın. Məhz bu baxımdan da 

feminizm qadınların bərabər hüquqlu olması ideologiyası, ictimai-siyasi hərəkat kimi çox 

gec, təbii ki, feodalizmin buxovlarından azad olmaq yoluna qədəm qoymuş ölkələrdə 

yaranır. Qeyd edək ki, bəzi tədqiqatçılar feminizmə marağı artıq qədim yunan fəlsəfəsində 

(məsələn, Platonu tez-tez ilk feminist adlandırırlar)

1

 görürlər. 



Cins kateqoriyası  mədəniyyətinin analiz edilməsində bir alət kimi istifadə olunan 

feminizm fəlsəfəsini araşdıraq. Feminizm (femin-qadın) sosioloji inkişafa alternativ olan 

fəlsəfi konsepsiya kimi heç də birdən-birə formalaşmamışdır. Uzun müddət ərzində o həm 

qadınların bərabərhüquqlulu ideologiyası, həm də sosiao-siyasi hərəkat kimi mövcud 

olmuşdur. Feminizmin bu kimi aspekti onun nəzəriyyəsinin yaranması üçün çox vacibdir: 

məhz qadının cəmiyyətdə statusu ilə bağlı suallara real cavablar axtarışında feminizm 

nəzəriyyəçiləri  ənənəvi sosial elmlərlə qane olmayaraq, həm də özlərinin  ənənəvi qərb 

biliklərinə qarşı  nəzəri cəhətdən iddialarının, həm də  mədəniyyətinin analizinə elmi 

cəhətdən yaxınlaşmağın yeni nəzəri-metoloji yollarını formalaşdırmağa başlamış  və ya 

feminizmi insanın  şəxsiyyətinə marağın artdığı, humanizm deyilən istiqamətin 

müəyyənləşdiyi  İntibah dövrü ilə bağlamışlar. Aydındır ki, cinslərin bərabərliyi problemi 

düşünülmüş  şəkildə tam halda ancaq o zaman meydana çıxdı ki, ümumiyyətlə bütün 

insanların, onların hüquqlarının bərabərliyi məsələsi müzakirə olunmağa başladı. Məhz 

İntibah dövründə, qadın  şəxsiyyətinin alçaldılması  və ona ictimaiyyət tərəfindən  ədalətsiz 

münasibətdən bəhs edən Kristina de Pizan və Kornelius Aqrippanın ilk traktatları peyda 

oldu. Feminizmin inkişafının sonrakı  mərhələsi Böyük Fransız inqilabından  əvvəlki və 

sonrakı dövrə təsadüf edir. Lakin, hətta o zaman insanların bərabərliyini elan edən «İnsan 

və  vətəndaşın hüquqlarının Bəyənnaməsi»  əslində bu hüquqları ancaq kişilərə verirdi. 

Qadınlara vətəndaş  və seçki hüquqlarının, dövlət vəzifələrini tutmaq imkanının verilməsi 

                                                 

1

 Философил. М., 1996. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə