Əli Abasov Rəna Mirzəzadə qenderə GİRİŞ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə3/24
tarix26.11.2017
ölçüsü0,55 Mb.
#12589
1   2   3   4   5   6   7   8   9   ...   24

 

6

Ümumiyyətlə, belə bir sual meydana çıxır: qadınların ictimai fikri öyrənilməlidirmi? 



Bizə belə  gəlir ki, qadın bir fərd kimi müstəqil subyektdir və ictimai fikrin əsas 

daşıyıcılarından biridir. Bu fikri qərb alimləri də öz tədqiqatları ilə  dəfələrlə sübuta 

yetirmişlər. Misal üçün göstərmək olar ki, İngiltərə, Norveç, ABŞ, Kanada və s. kimi inkişaf 

etmiş bir çox qərb ölkələrində – cəmiyyətin müxtəlif problemlərinə qadınların ictimai fikrini 

öyrənən onlarla xüsusi elmi mərkəzlər mövcuddur.  

Qadınlar öz ictimai fikirlərində siyasətin subyekti kimi çıxış edirlər. Bir ictimai qrup kimi 

onlar cəmiyyətin həyatına təsir göstərir, həm də spesifik qadın maraqlarını qoruyur, nəticə 

etibarilə, öz sosial statuslarının artmasına nail olurlar. Eyni zamanda, siyasətin  ənənəvi 

obyekti olmaqla, qadınlar onun bütün dəyişikliklərinin nəticələrini öz üzərlərində hiss 

edirlər. Aparılmış  tədqiqatlar göstərir ki, qadınlar öz mövqelərini ailə, məişət, istehsalat, 

mədəni və sosial məsələlərdə, yaxud ictimai fikirdə daha dəqiq və birmənalı şəkildə təyin 

edirlər. Siyasi proseslərin və onların gündəlik həyatımıza təsirinin qiymətləndirilməsində 

qadınlar kişilərdən fərqli olaraq daha mülayim mövqe tuturlar. Nahaq deyilməmişdir ki, 

«qadınlar sivilizasiyanın – tənzimləyicisi, kişilərsə – qüvvət verənidir». Qadınların ictimai 

rəyi dəyərləndirilməsi istiqaməti kişilərinkindən fərqli olaraq daha konstruktiv və pozitivdir. 

Görünür qadına xas olan dözümlülük və  rəhimdillilik kimi xarakterik xüsusiyyətlər özünü 

göstərir. Qadın ictimai rəyin, siyasi və iqtisadi proseslərin inqilabi yolla deyil, 

təkamülevolyusiyalı inkişafına üstünlük verir. Onun tənzimləyicisi sosial tələblər və 

uzunmüddətli xarakterli maraqlardır: ailənin qorunması, uşaqlar və yaxınlar haqqında 

qayğı, yaşamaq hüququna real təminat, sabahkı  həyata ümid, sosial sabitlik və ictimai 

sakitlik marağı.

1

 



Sosial-mədəni sahədə cinslərarası münasibətlər və onların tənzimi haqqında 

müxtəlif mülahizələr tarixin erkən çağlarından başlayaraq mifoloji, dini, qanuna dair, ədəbi, 

fəlsəfi-bədii və s. abidələrdə öz əksini tapıb. Müasir ədəbiyyatda biz yeni şəraitdə dövrün 

ictimai sifarişinə müvafiq həmin problemlərin geniş miqyasda qayıdış  və dirçəlişinə rast 

gəlirik. Bu dirçəlişin səbəblərini araşdırmaqdan  əvvəl «qender» anlayışı, «qender 

problemləri» məfhumunun tarixi-fəlsəfi səciyyəsinə diqqət yetirək. Cender tədqiqatlarını 

cinsin fəlsəfi və ya daha doğrusu, cinslərin cəmiyyətdə (sosiumda) qarşılıqlı 

münasibətlərinin fəlsəfəsinin təhlili adlandırmaq olar. Bu halda cinslərin iki fərqi nəzərə 

sarpar: Birinci, qadın və kişilərin təbii, əsil, təbiətən olan-fizioloji fərqləri: və İkincisi: kişi və 

qadınların rolunun süni, sosio-mədəni fərqləridir ki, bu da praktiki olaraq öz əksini 

cəmiyyətin bütün həyat fəaliyyəti sahələrində tapır.  

İngilisdilli ədəbiyyatda bu fərqlər iki termin – «sex» (cins) və qender(«soy») anlamı 

ilə müəyyən olunmuşdur. 

Cinslərin fərqlərinin cinsi əlamətləri (özünün aldadıcı «təbii» adına baxmayaraq) 

cəmiyyətin dünyagörüşü və mədəniyyəti ilə bağlıdır. Onlar demək olar ki, həmişə cinslərin 

əsl differensiyasını (fərqlənməsini) yox, konkret cəmiyyətin maddi-mənəvi dəyərlərini və 

ideallarının mürəkkəb sistemini əks etdirirlər. Buna görə də cəmiyyətin bütün sosio-mədəni 

quramasında (mozaikasında), hətta dildə kişi və qadın cinslərinin süni fərqləndirilməsini 

müşahidə edirik. Belə ki, dildə qramatik cinslər həmçinin təbii deyil, süni xarakter daşıyır. 

Məsələn, ingilis dilindəki he – she – it (o-o-o) fərqləri türk dillərində  də, o cümlədən, 

azərbaycan dilində yoxdur: burada onların hər üçünü əvəz edən yeganə  əvəzlik - «o» 

işlənir. Məsələn, ingilis dilindəki «Hi – shi – it» (Rus dilində «On-ona-ono») əvəzlik fərqləri 

türk dillərində, o cümlədən azərbaycan dilində də yoxdur: burada onların hər üçünü ifadə 

edən yeganə əvəzlik – «o» işlənir. 

Cinslərin qarşılıqlı təsirinin tarixi – bəşəriyyət tarixinin yeni «redaktə»də oxunuşu, o 

bizim keçmiş haqqındakı  təsəvvürlərimizi  əhəmiyyətli, belə demək mümkünsə, radikal 

surətdə  dəyişir, cəmiyyyətin inkişafının müasir problemlərini və  gələcək perspektivlərin 

                                                 

1

 Я.Аббасов, Р.Мирзязадя «Эендер тядгигатлары» Б, 1999. 




 

7

təhsis edir ki, bu da bizim dünyagörüşümüzün və onu sistem şəklində ifadə edən 



fəlsəfənin əsaslarına toxunmaya bilməz. 

Tarix özü şahiddir ki, bu problemə bu və ya digəq  şəkildə artıq çox qədim 

zamanlarda toxunulmuşdur. Tarixdə madərşahlıq (matriarxal) və padərşahlıq (patriarxal) 

dövrlərinin mövcud olması göstərir ki, bu məsələ kifayət qədər mürəkkəbdir, lakin indiki 

zamanda qender tədqiqatları problematikasının nə yerdə olduğunu aydınlaşdırmaq üçün 

bizim imkanımız çərçivəsində mövzunun inkişafının  əsas konsepsiyalarını tarixi-fəlsəfi 

istiqamətdə təhlil etmək kifayətdir. Adətən Russo tərbiyə sisteminə qarşı çıxan ilk qadın – 

feminislərdən biri olan Meri Uolstounkraftın (1759 - 1797) adını çəkirlər. Lakin, əsil qadın 

hərəkatı XIX əsrin sonu XX əsrin  əvvələrində, qəti sosial-iqtisadi, siyasi və  mənəvi 

dəyişikliklərin təsiri altında təşəkkül tapmağa başladı. Simona de Bovuarın (1908 - 1986) 

«İkinci cins» kitabı qadının maskulin («kişi») cəmiyyətin güclü himayəsindən azad 

olunmasının fəlsəfə  və ideologiyası kimi yaradılmış müasir feminist hərəkatı tarixinin 

əsasını qoyur. 

Maskulin, sonralar patriarxal adlandırılmış  cəmiyyət iki cinsin mövcudluğunu de-

yure qəbul edirsə  də, de – fakto bəşəriyyətin təkcinsli olması siyasətini yürüdür və 

qadınları açıb-ağartmadan, gizlində ancaq inkişaf etməmiş kişi hesab edir. Maskulin, 

sonralar «patriarxal» adlandırılmış cəmiyyət iki cinsin mövcudluğunu de-yure qəbul edirsə 

də, de-fakto bəşəriyyətin tək cinsli olmaksı siyasətini yükydyr və qadınları açıb-

ağartmadan, gizlincə onları «tam inkişaf» etməmiş kimi hesab edir. 

Femistlər bu rəylə razılaşaraq burada ancaq «kişilərin rasizmini» görür və buna 

görə  də  cəmiyyətdə cinslər arasında fərqləri yox etməyə çalışırdı. Bu androginlik (tək 

cinslik) fəlsəfəsi, kişilərin və qadınların tam bərabərləşdirilməsi, hətta təbiət fərqlərinin sərf-

nəzər edilməsi cəfəngiyyata gətirib çıxardı – qadının əsas təbii funksiyası – analıq - sınaq 

şüşəsinə - süni uşaq doğuluşuna ötürülürdü. Amma düzünü demək lazımdır ki, belə radikal 

feminist qadınların sayı çox deyildi, çünki qadın hərəkatının ikinci istiqaməti isə  əsas 

diqqəti patriarxal cəmiyyətin tənqidi və qender tədqiqatlarının təsiri altınada cəmiyyətin 

transformasiya yollarının konstruktiv təhlilində  cəmləndirmişdi.  Əslində elə bu istiqamət 

qender probleminin əsasını qoydu. Termin özü isə Qeyl Rabiyin «Qadın mübadiləsi» 

(1974) araşdırmasında verilib və  məqaləsində peyda olub, «maskulinlik və feministlik 

konstruksiyasında bioloji cinsin mədəniyyət tərəfindən transformasiyasını bildirir». Psixoloq 

Roda Unger «Cinsin və qenderin yeni tərifi» (1979)  əsərində qender terminindən ancaq 

cəmiyyətin qadın və kişi kimi təyin etdiyi kəslər üçün tipik olan xüsusiyyət, əlamət, norma, 

stereotip və rollara aid olan sosial, mədəni və psixoloji aspektləri müzakirə etdikdə istifadə 

etməyi təklif edirdi. 

Beləliklə, nəzər diqqətimizi ona yönəldək ki, əgər  əvvəllər patriarxal cəmiyyətin 

tənqidçiləri BMT – nin məlumatlarına istinad edərək deyirdilər ki, qadınlar dünya 

əmtəəsinin 2/3 – ni yerinə yetirib, buna rəğmən dünya gəlirinin  10% -ni alırlar və dünya 

mülkiyyətinin ancaq 1%-nə sahibdirlər, indi qender tədqiqatları  məcrasında həm zəruri 

(yəni hifz olunan), həm də yalançı o fərqlər vurğulanırdı ki, onlar həm qadınlar, həm də 

kişilərin xeyrinə aradan qaldırılmalıdır. İki tarixi fərqi müqayisə etmək belə qənaətə gəlmək 

üçün kifayətdir ki, ondakı  həm təbii, həm süni qarşıqoymalar aşağıdakı müəyyən qədər 

yanlışlığa əsaslanır:  

 Kişi – rasional – mənəvi – ilahi – mədəni… 

 Qadın – hissi – cismani – günahlı – təbii…

1

 

Bu baxımdan görkəmli Azərbaycan mütəfəkkiri Nəsrəddin Tusi övladın tərbiyəsində 



valideynlərin özünəməxsus vəzifələri olduğunu qeyd edərək yazırdı ki, «Ata hüququ daha 

çox ruhanidir (mənəvidir), bu səbəbə görə  də övlad ata tənbehindən sonra ağıllanır: ana 

                                                 

1

 Философия, М.,1996, сящ 395. 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə