Əli Abasov Rəna Mirzəzadə qenderə GİRİŞ


AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYASINDA



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə24/24
tarix26.11.2017
ölçüsü0,55 Mb.
#12589
1   ...   16   17   18   19   20   21   22   23   24

 

56

AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYASINDA 



 QADIN HÜQUQLARI 

 

Azərbayjan Respublikası Konstitusiyası 1995-ji il noyabrın 12-də keçirilən Azərbayjan 



Respublikası referendumunda qəbul olunmuş,  1995-ji il noyabrın 27-dən qüvvəyə 

minmişdir. Azərbayjan Respublikası ali qüvvəli qanunu olmaq etibarı ilə qadınların 

diskriminasiyasını qadağan edir. Bu, Konstitusiyanın 25-ci maddəsində təsbit olunmuşdur.  

Maddə 25 



II. Kişi ilə qadının eyni hüquqları və azadlıqları vardır. 

III. Dövlət irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak 

vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqına və 

digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq hər kəsin hüquq və azadlıqlarının 

bərabərliyinə  təminat verir. İnsan və  vətəndaş hüquqlarını  və azadlıqlarını  vətəndaşların 

irqi, milli, dil, din, cinsi, mənşəi,  əqidə, siyasi və sosial mənsubiyyətinə görə 

məhdudlaşdırmaq qadağandır.  

Qadın hüquqları  və azadlıqları Konstitusiyanın “Əsas hüquqlar: azadlıqlar və 

vəzifələr” bölməsində 24-71-ci maddələrdə  əks olunub və dövlət tərəfindən bu hüquq və 

azadlıqların qorunmasına təminat verilir. Burada əsas məsələ  həyatın bütün sahələrində 

qadın və kişilərin bərabər imkanlarla təmin edilməsi yox, yalnız qadınlarıın «sosial müdafiə 

obyektindən aktiv hərəkətdə olan şəxsiyyətə çevrilməsində qadının cəmiyyətdəki 

mövqeyinin köklü dəyişilməsi üçün vacib amildir. Bu siyasət patriarxal ənənəyə qarşı 

qoyulmalıdır ki, cəmiyyət demokratikləşsin”. 

 



 

57

Ümumislam İnsan Hüquqları Bəyannaməsi 



 

XIX. Ailə yaratmaq hüququ və bununla bağlı məsələlər. 

1. Hər bir insan öz dini, mədəniyyəti və  ənənələrinə uyğun  şəkildə nikaha girmək, 

ailə qurmaq, uşaq böyütmək hüququna malikdir. Hər bir ər-arvad bu hüquqlardan, 

imtiyazlardan istifadə etmək hüququna malikdir və Qanunun müəyyən etdiyi 

öhdəliklərə tabe olmağa borjludur. 

2.  Ər-arvadın hər birisi qarşı  tərəfdən hörmət və ehtiram göstərilməsi hüququna 

malikdir. 

3. Hər bir ər vəsaitinə müvafiq surətdə arvad və uşaqlarını saxlamağa borjludur.  

4. Hər bir uşaq valideynlərinin himayəsində olmaq, ailədə böyumək hüququna 

malikdir. Az yaşlı uşaqları işə məjbur etmək və onların təbii inkişafına zərərli olan 

yüklənməyə məruz qoymaq qadağan olunur.  

5. Hər hansı  səbəbdən valideyini uşaqları qarşısındakı öhdəliklərini yerinə yetirə 

bilmirlərsə, bu işi jəmiyyət öz ehtiyatları hesabına yerinə yetirməlidir. 

6. Hər bir insan uşaq vaxtı, qojaldıqda və əmək qabiliyyətini itirdikdə maddi yardım 

almaq eləjə də qayğı və ailəsinin müdafiəsi hüququna malikdir. 

7. Analıq ailə  və  jəmiyyətin ijtimai təşkilatların tərəfindən hörmət, qayğı  və xüsusi 

yardım hüququna malikdir. 

8. Ailədə  ərin və arvadın uşaqlar və valideynləri qarşısında ümumi məsuliyyətləri 

olduğunu nəzərdə tutaraq öz aralarında jinslərinə, qabiliyyətlərinə, istedadlarına, 

təbii meyllərinə müvafiq vəzifə və səlahiyyət bölgüsü aparmalıdırlar.  

9. Heç kəs öz iradəsinin  əleyhinə olan, hüquqi səlahiyyətlərinin bir qismini və ya 

hamısının itirilməsinə səbəb olan nikaha girə bilməz. 

XX. Ərdə olan qadının hüquqları: 

Hər bir ərdə olan qadının hüququ var: 

a) ərinin yaşadığı mənzildə yaşasın 

b) ərinin yaşayış səviyyəsində yaşayışını təmin edə bilən vəsaiti, boşandıqda isə öz 

gəlirlərindən, tam sərənjamında olan mülkiyyətdən asılı olmayaraq iddə (qanuni 

gözləmə) müddətində özünün, sonra isə  həm özünə, həm də yedirtdiyi və  tərbiyə 

etdiyi uşağa lazım ola bilən bütün vəsaiti almaq ; 

v) Qanunun müddəalarına uyğun olaraq boşanma tələb etmək, boşanmaq; 

bu hüququ məhkəmə vasitəsi ilə boşanmaq hüququ tamamlayır; 

q) əmlakı ərinə, uşaqlarına, valideynlərinə, Qanuna müvafiq digər qohumlarına miras 

qoymaq; 


d) öz mənafeyinə  zərər vura bilən konfüdensial məlumatların yayılmamasına jiddi 

riayət olunmasını ərindən, boşanıbsa keçmiş ərindən tələb etmək. Qadın özü də əri 

və ya keçmiş əri barədə bu öhdəliyə əməl etməlidir. 

 

 




 

58

Qender və fəlsəfə 

 

Müasir təsəvvürlərə görə, qender (ingiliscədən tərcümədə «gender» - soy anlamına 



uyğun gəlir) anlayışı  cəmiyyətin fərdlərdən deyil, kişi və qadından ibarət olduğunu 

bildirmək üçün işlənir. Tarix boyu onların rolu və əhəmiyyəti dəyişib, bu səbəbdən də qadın 

və kişilər heç vaxt bərabərhüquqlu ola bilməyiblər. Qender araşdırmaları  əsrimizin 70-ci 

illərindən sonrakı feminist hərəkatı və nəzəriyyəsinin inkişafı nəticəsində yaranıb. O, kişi və 

qadın arasında qarşılıqlı münasibət və təsirin xüsusiyyətlərini açır, cinslərin sosial rollarının 

mədəniyyət və başqa dəyərlərdən asılılığını göstərir, onlar arasında bəşəriyyətin tarixi 

inkişafının xarakterini təyin edən fərqləri üzə  çıxarır. Bu cərəyanın nümayəndələrinin 

fikrincə, bərabərsizlik problemi qadın və kişi arasında təbii-bioloji fərqləndirmə ilə bitmir. 

Cinslər cəmiyyətdə öz - matriarxal, ya da patriarxal dəyərlərini bərqərar etmək üçün daim 

mübarizə aparırlar. 

Hazırda bu cərəyanın ümumi bir adı yoxdur. «Qender», «qender araşdırmaları», 

«qenderologiya», «qender ölçüləri» terminləri  ədəbiyyatda bərabər hüquqla işlənir. 

Hətta bəzi araşdırmalara görə,  «qender» termini cinslərarası qarşılıqlı münasibətlər 

problemini tam dəqiq ifadə etmir. 

Qender araşdırmaları ilə daha çox qadınlar məşğul olur. Ancaq o, liberal feminizm 

əsasında yaransa da, onu sadə ancaq qadın problemi ilə hesab etmək olmaz. Qender 

araşdırmalarını çox vaxt cinslərin fəlsəfəsi adlandırırlar. Bu zaman 2 növ fərqləndirmə 

aparılır:  1. Qadın və kişi arasında təbii, gerçək, təbii-fizioloji fərqlər; 2. Cinslər arasında 

süni, sosial-mədəni müxtəliflik. Bunlar da öz növbəsində cəmiyyətin bütün sferalarında öz 

əməli əksini tapır. 

Beləliklə, qender araşdırmalarının predmeti (həm də obyekti) iştirak edən  şəxsləri 

qadın və kişilərdən ibarət insan cəmiyyəti tarixidir. Əgər bu tarixi təsvir zamanı yalnız bir 

cinsin mövqeyi, marağı əks olunursa, onda bu tarix birtərəflidir, tam deyil və hakim cinsin 

ideologiyası rolunu oynayır. Gerçək tarix dəyişdirilir və saxtalaşdırılır, ondan «həqiqətə 

zidd» və hakim cins üçün maraqsız sanılan hadisələr silinir. 

Feminstlərin fikrincə, tarix elmi patriarxaldır, onu ancaq inqilablar, müharibələr və 

«tarixin lokomotivi» saydıqları zor maraqlandırır. 

 İngilisdilli  ədəbiyyatda (cinslərin fərqləndirilməsinə ilk dəfə bu ədəbiyyatda rast 

gəlinir) 2 termindən  «sex» (dilimizdə- cins) və  «gender» (soy) anlayışlarından istifadə 

olunur. Cinslərin soy əlamətlərinə görə  fərqləndirilməsi toplumun dünyagörüşü və 

mədəniyyəti ilə bağlıdır və konkret cəmiyyətin dəyərlər və ideallar sistemini əks etdirir. 

Buna görə  də  cəmiyyət həyatının bütün sferalarında, hətta dildə də qadın və kişi cinsləri 

arasında süni yaradılmış fərqlərlə qarşılaşmaq mümkündür. Misal üçün, ingilis dilində -he-



she-it (rus dilində  on-ona-ono) fərqləndirməsi türk dillərində yoxdur. Dilimizdə isə bu üç 

söz sadəcə «o» əvəzliyi ilə ifadə olunur.  

Bəşər tarixinə cinslərin qarşılıqlı münasibətləri baxımından yanaşmaq keçmiş haqda 

təsəvvürlərimizi dəyişir, cəmiyyətin inkişafının müasir problemlərinə, həm də  gələcəyin 

perspektivlərinə təsir edir.  

Bu gün qenderin elm, dünyagörüşü, fəlsəfə, ya mədəniyyət, siyasət və ideologiya 

faktoru olmasını birmənalı müəyyən etmək çətindir. Çünki hətta bütün bu sahələr birlikdə 

qender yanaşmasının məğzini açmır. Bu baxımdan qender XX əsrin ortalarında yaranmış 

cərəyanlardandır və insanlığın elmi, mədəni təsəvvürlərinin geniş spektrini birləşdirir.  

Bəs görəsən, bir neçə min il əvvəl matriarxat müharibədə patriarxata uduzmasaydı, 

insanlıq tarixi necə olardı. Bir tərəfin qalib gəlməsi fəlsəfə, incəsənət, elm, hətta dinin də 

«birtərəfli» dəyərlərin əsarəti altına düşməsi mənasına gəlmir ki. Tərəflərdən birinin «tam» 

qələbəsi hansı  nəticələri doğurur? Patriarxatın triumfu sivilizasiyaya nə qazandırdı? 

İnsanlığın qadının cəmiyyətdən «qovulması» nəticəsində itirdiyi femin və maskulin 

dəyərlərin uzlaşmasının gələcək perspektivini proqnozlaşdırmaq olarmı? Yenidən 



 

59

matriarxat revanşı yaşayacağıqmı? Bəlkə elə bu gündən «qadın intiusiyasını» «kişi 



rasionalizmi» ilə birləşdirib cinslərin harmoniyasına nail olmaq haqda düşünməliyik? Bu 

sonsuz suallar sırasını istənilən qədər artırmaq olar. Amma söhbət sadə yeni 

dünyagörüşünün yaranmasından gedir. Bu günədək dünyanı «tək gözlü» kimi ancaq bir 

tərəfdən görmüşük. Artıq dünyaya «iki gözlə» hər tərəfdən baxıb, praqmatik və rasional 

şüurdan imtina etmək vaxtıdır. Bu şüurda güc, mübarizə, zor kateqoriyaları, növbəti qələbə 

üçün sonsuz mücadilə həmişə məğlubiyyətlə, çoxsaylı böhranla nəticələnir. 

Üçüncü minilliyin başlandığı bir vaxtda sivilizasiya gözlərimiz önündə dəyişir. Qender 

araşdırmaları bu qürubun lap başlanğıcını  təsvir edərək, həm elmdə, həm də başqa 

müasir dərketmə istiqamətlərində  əvəzsiz rol oynayır. Qender təzəcə yaranan yeni 

dünyagörüşünün metodoloji əsası, yeni fəlsəfənin fundamentidir. Bu fəlsəfə isə toplumda 

qadın və kişinin rolunu, yerini və önəmini təzədən araşdırıb təyin edir. 

Qender qadın problemi yox, cinslər arasında harmoniya axtarışı praktikasıdır. O, 

insanlığın potensialını zahirən 2 zidd qüvvənin - qadın və kişinin vəhdətində bütünlüklə 

açır. 


Qender araşdırmaları onu da nəzərə alır ki, bu da 2 «antoqonist» ailədə birləşərək 

«üçüncü sinfi» - uşaqları  əzir. Bu tədqiqatlar həm də dünya xalqlarının yüzlərlə inkişaf 

modelində irqi, etnik, dini, siyasi və başqa zor tətbiqinin səciyəliliyini üzə  çıxarır. Onlar 

göstərir ki, blokların ləğvi ilə dünyada güc və məcburetmə siyasəti zəifləmədi, əksinə, daha 

da artdı.  

Əgər dünya tarixinə, daha dəqiqi, onu izah və  təsvir edən sonsuz sayda elmi 

tədqiqatlara nəzər salsaq, burda daha çox böyük və  təcavüzkar dünya imperiyalarının, 

ölkə  və dövlətlərin təsvir edilməsinin  şahidi olarıq. Onlar müharibə, zor gücünə öz acgöz 

niyyətlərini gerçəklədiblər.  Əlbəttə, danmaq olmaz ki, bu dünya tarixi ədəbiyyatında elə 

mədəniyyət, incəsənət, dünyagörüşü, dini-fəlsəfi konsepsiyalar var ki, müxtəlif, o 

cümlədən, kiçik xalqların  əsl mənəvi,  əxlaqi və  bədii inkişafını  əks etdirir. Ancaq tarixin 

anlaşılmasının başlıca xətti, təəssüf ki, tarixi, cəmiyyətdə güc və zor prinsiplərinin, 

patriarxal dəyərlərin təsdiqi kimi təsvir edir. «Gücün fəlsəfəsi» - şüur və  təfəkkürün  əsas 

komponenti kimi sosial həyatın bütün sahələrini əhatə edib. 

Təsadüfü deyil ki, «güc və zor fəlsəfəsinin» zirvəsi, dünya tarixi prosesin siniflərarası 

mübarizə kimi izah edən marksizm bu cür böyük uğur və əməli tətbiq tapmışdı. Və Marks 

burada heç də yeni bir şey kəşf etməmişdi. Ondan çox əvvəl ingilis filosofu və böyük dövlət 

xadimi F.Bekon hamımıza bəlli  «Bilik - gücdür»  şüarını  səsləndirmişdi. Ancaq bu 

mütəfəkkir də əvvəlki insanlıq təcrübəsindən çıxış edirdi. Bu insanlıq yalnız təbiətlə bitməz 

mücadilə sayəsində yaşamını qoruya bilmişdi. 

 Mübarizə, güc, zor, qələbə - bizim sivilizasiyanın simvoluna çevrilib. Bu səbəbdən 

qender araşdırmaları sahəsi genişləndirilməlidir. Kişi və qadın qarşılıqlı münasibətləri – 

«güclü və  zəifin», hakimiyyət daşıyıcısı  və tabe adamların qarşılıqlı  təsir dramının baş 

verdiyi ancaq bir, lap olsun, ən önəmli səhnə ya siyasətdə böyük şəxsiyyət kimi tanınan 

aspektidir. Bu aspektlər sırasını güc prinsiplərindən çıxış edərək irqlər, dövlətlər, xalqlar, 

mədəniyyətlər, dinlər və başqaları arasında ziddiyyətli münasibətlərlə tamamlamaq olar. 

Son  10-15 ildə baş verən hadisələr Azərbaycanda da qender araşdırmalarının son 

dərəcə önəmli olmasından xəbər verir. Müstəqillik  əldə edilməsi, sosial-siyasi sistemin 

dəyişməsi cəmiyyətin sosial strukturunda və meyarları seçimində  həlledici dəyişmələrə 

səbəb olub. 80-ci illərdə başlamış demoqrafik və miqrasion proseslər uzunmüddətli 

müharibə, həyat səviyyəsinin son dərəcə  aşağı düşməsi və iqtisadiyyatın böhranı 

səbəbindən 90-cı illərdə  kəskin  şəkildə gücləndi. Müharibə verilmiş çoxsaylı qurbanlar, 

xüsusən, əhalinin iqtisadi mühacirəti reproduktiv nəslin disbalansına gətirib çıxardı. Amma 

bu, həm də bizim cəmiyyətdə qadının rolunun güclənməsinə səbəb oldu. Bu gün qadınlar 

ənənəvi olaraq, əvvəllər kişilərə aid sosial mövqeni tutmağa başlayıblar. Hazırda qadınlar 

tərbiyə, təhsil, səhiyyə sistemində üstünlük təşkil edir. Ticarət, sosial xidmət, mədəniyyət 




 

60

və elm sahələrində çalışan qadınların da sayı xeyli artmışdır.  Əhalinin qadın hissəsinin 



tam «kişi» fəaliyyət sahələrinə meyli hiss olunur. Onlar siyasi partiya, ictimai təşkilat və 

birliklərdə geniş təmsil olunublar. Bircə onu qeyd etmək kifayətdir ki, respublikada bu gün 

30-a yaxın qeydiyyatdan keçmiş Qadın Təşkilatı (QHT) var. Bütün bunlar Azərbaycanda 

tamam yeni qender situasiyasından xəbər verir. Demokratiya və bazar iqtisadiyyatı 

prinsipləri xalqın milli və konfessional dəyərləri, onun psixologiyasının və tarixi inkişafının 

spesifikası ilə hələ zəif qarşılıqlı əlaqədədir. Keçid dövründə qadın və kişinin rolu necədir, 

gələcəkdə bizi nə gözləyir? Bu suallardan göründüyü kimi, respublikada müəyyən qender 

siyasətinə ehtiyac var. Həmin bu siyasət isə dövlət səviyyəsində  qəbul olunmuş ölçülüb 

biçilmiş proqrama əsaslanmalıdır.  

 



 

61

 



Qadın və seçki 

 

Demokratiyanın  əsas göstəricilərindən olan seçkilər cəmiyyətdə mühüm hadisədir. 



Seçilmək və seçmək məqamı böyük maraq yaratsa da, bu elə bir prosesdir ki, hər bir 

vətəndaş borcunu yerinə yetirməklə yanaşı, öz yaşam tərzini də ifadə edir. 

Seçkilər zamanı adətən «kim seçilir?» sorğusu önə keçməklə, məsələnin  əsas 

mahiyyətini sanki bir qədər kölgədə qoyur. Və «kim səs verəcək?» sualı ikinci dərəcəli 

xarakter alır. Bütövlükdə götürdükdə isə problemin mahiyyəti «kim səs verəcək» 

sorğusundadır. 

Cəmiyyətdəki hadisə və proseslərdə isə bu cəhətdən «zərif qanadın» passivliyi, hətta 

bəzən də laqeydliyi əsas amil kimi meydana çıxır. 

Qadınlara ilkin olaraq seçib-seçilmək hüququ 1893-cü ildə Yeni Zelandiyada 

verilmişdir. Respublikamızda isə qadınlar  1919-cu ilin sentyabrında ADR parlamentinin 

payız sessiyasında bərabərlik haqqında təkliflərin təsdiqi ilə seçib-seçilmək hüququ 

qazanıb. SSRİ məkanında da bərabərlik hüququ formal olsada saxlanılmışdır. Hətta belə 

demək olarsa məlum forma məzmunla tərs mütənasib də deyildi. Belə ki, 1985-ci il 

Azərbaycan Ali Sovetinin 450 nəfər deputatından 179 nəfəri (39%) qadın idi. Hətta, 1991-

ci ilə qədər Ali Sovetin sədri də qadın idi. 1995-ci Milli Məclisdə qadın deputatlarının sayı 

12 faiz, yəni 15 nəfər, 2000-ci ildə isə 10.6 % yəni 124 nəfərin 13-ü qadındır. 

Statistik rəqəmlərə müraciət etsək, ölkədə qadınlar kişilərdən çoxdur. Seçib-

seçiləndə isə, mütənasiblik pozulur. Həm seçilən həm də seçici kimi qadın azlıq təşkil edir.  

Burada «kim səs verəcək?» sorğusunda demokratik bərabərlik nizamının bəzi 

məqamları da şərtlənir. 

Əvvala, seçib-seçilən qadınların sayı, ikincisi, səsvermədə qadınların necə iştirakı və 

üçüncüsü, qadın elektoratın siyasi səviyyəsi həlledici faktorlardandır. Qərbdə hər bir siyasi 

qurum ilkin olaraq öz seçicilərinə dair məlumatlar boşluğunu tənzimləyir, seçkilər vaxtında 

hər iki cinsdən olan elektoratın dəyərlər oriyentasiyasını mütləq əsas kimi nəzərə alır. Bəzi 

ölkələrdə seçicinin seçicilik funksiyası xüsusi qanunlarla tənzimlənir. 

Elmdə  «absentizm» deyilən bir məfhum var. Mənası – seçkili, nümayəndəli 

orqanların və  vəzifəli  şəxslərin seçkiləri zamanı seçicilərin səsvermədən boyun 

qaçırmalarıdır. Absentizmə yol verməmək üçün bir sıra ölkələrdə  məcburi səsvermələr 

tətbiq edilir, bunun üçün müxtəlif vasitələrdən istifadə olunur. İlk əvvəl seçkilərdən imtina 

edənlər cərimə olunur, bəzən həbslə  də  cəzalandırılır. Buradaca sual doğa bilər ki, bəs 

demokratik prinsiplərlə məcburi qaydalar bir ölçüdə bərabərləşdirilə bilərmi? Demokratiya 

heç də anarxiya deyil və  bəzən lazımi məqamlarda prinsipial cəhətdən bütövlükdə 

cəmiyyətin tərəqqisi üçün müəyyən çərçivədə bu üsullardan istifadə edilməsi qeyri-məqbul 

sayıla bilməz. 

Hadisələrin təhlili göstərir ki, əvvala demokratik seçki anlamının bütün sosial qruplar 

tərəfindən təbliğinə ehtiyac böyükdür. İkincisi siyasi cəhətdən təşkilatlananlar tərəfindən bu 

problemin dərkinə ehtiyac vardır. Nəinki əyalətlərdə, hətta mərkəzdə belə qatı mühafizəkar 

ər (ata-qardaş-oğul) «əhli əyalı» əvəzinə özü səs verir, öz liderinə və yaxud istədiyi şəxsə. 

Məhz bu kimi hallara görə  də demokratik seçki nədir, necə olmalıdır kimi aktual 

məsələlərlə yanaşı «kim səs verəcək?» anlamının geniş izahı, müxtəlif təbəqələrdə təbliği 

genişləndirilməlidir. Təbii ki, qeyd olunanlarda bəzi faktorlara görə  nəzəriyyədən önəmli, 

işə görə mübahisə xarakteri doğuran hallar da mövcuddur. 

İlkin olaraq onu göstərək ki, 1988-ci ildən sonra respublikada demoqrafik fəlakət 

yaranmışdır.  Əhalinin (əsasən də qaçqın və köçkünlər)  əksər hissəsi çörək arxasınca 

«laməkandır». Respublikada bir sıra qeyri-hökumət qurumları demokratik seçki 

proseslərini öyrənməyə  cəhd etsə  də, bütün hadisələrin elmi-praktiki adekvat təhlili, 

tədqiqini araşdıran sosial institutlar yox dərəcəsindədir. Buna bariz nümunə kimi qəbul 



 

62

edilən qanunları, eləcə  də proseslərə beynəlxalq sosial institutlardan rəy gözləmə 



sindromunu göstərmək olar. Fikirlərimizi  əsaslandırmaq üçün respublikamızda absentizm 

hallarına diqqət yönəldək. Absentizm, yəni seçicinin səsvermədə iştirak etməməsi halı 



daha çox qadınlar arasındadır. 

Burada əsasən aşağıdakı təzahürlər özünü daha qabarıq göstərir: 

T Qatı mühafizəkar ata (ər-qardaş-oğul) heç bir qayda-qanunla 

razılaşmayaraq, qadına seçkiyə getməyə icazə vermir; 

əsrlərlə formalaşmış adət-ənənə, milli köklər, müsəlmançılıq davranışı; 



T qadına xas olan, bir növ laqeydlik düşüncəsindən asılı olaraq qadın özü 

maraq göstərmir

T patriarxal 

ailə münasibətləri, bütün baş verən olaylardan xəbərsizlik 

sindromu, «başımın tacı», «evimin ağası», «böyüklərim» bilər kimi qadın həyat tərzi, 

psixoloji çəkingənliklə yaşanan anlam dünyası; 

sosialist sisteminin repressiya kimi qorxuducu təsirlərinin hələ də şüurlardan 



tam silinməməsindən irəli gələn «qoy elimin-obamın baş biləni özü bilsin» kimi 

saxtakarlığa bilmədən, anlamadan yol açıb, rəvac vermə düşüncəsi.  

Onu da xüsusilə qeyd edək ki, qadınların sayca çoxluğu, heç də o demək deyil ki, 

onlar «hakimi mütləq» olmalıdır.  Əsla! Lakin, növbəti seçkilərdə heç olmazsa üçdə bir 

kvotaya nail olunması üçün məhz seçici qadınların öz fəallığı gərəkdir. Parlament sədrinin 

müavinlərindən birinin qadın olması, ali icraedici və qanunverici hakimiyyət strukturlarında 

da faiz əmsalının yüksəlişi gərəklidir. Mühafizəkarlıq kimi düşüncə  və davranışların 

maaarifləndirmə istiqamətində  təbliğ  fəaliyyəti genişləndirilməlidir. Absentizmə yol 

verməmək üçün qanunla müəyyən ölçülərin tətbiq olunması müzakirəyə ehtiyacı olan 

problemlərdəndir. 



 

 

Document Outline

  • ?li Abasov R?na Mirz?zad?
  • QENDER? GIRIS
        • GIRIS
        • QENDER ANLAYISI HAQQINDA
        • UMUMI M?LUMAT
    • Madd? 25

Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə