Əli Abasov Rəna Mirzəzadə qenderə GİRİŞ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə21/24
tarix26.11.2017
ölçüsü0,55 Mb.
#12589
1   ...   16   17   18   19   20   21   22   23   24

 

48

Əlavələr 



 Qadınlar biznesdə. 

(«Jenhina v biznese». M., 1993, s. 4-14 kitabından tərcümə ) 

XX əsrin sonuncu onillikləri ictimai tərəqqiyə aktiv təsiri artıq qeyd olunan və özünün 

gələcəyini keyfiyyətcə yeni sivilizasiyaya doğru hərəkatın tam inkişafını gözləyən qlobal 

xarakterli təzahürlərlə zəngindir. 

Onların sırasında qadınların kütləvi  şəkildə  əmək bazarına çıxmasını amerikalı 

tədqiqatçılar R.Peterson və K.Beymeyer bəlkə  də birincilər arasında «Dünya miqyasında 

sakit inqilab» adlandırmışlar. Həqiqətən, tarixi baxımdan kiçik müddət  ərzində qadın, 

evdən kənarda işləməyə başlayaraq, təhsil alaraq, ixitsaslaşaraq, yalnız muzdlu olmayan 

işçilərin sıralarını artıraraq, həmçinin  şəxsi müəssisələrini (əsas etibarən də xidmət 

sahəsində) yaradaraq özünün ənənəvi rolu-ailədaxili funksiyası  çərçivəsindən cəsarətlə 

kənara çıxmışdır. 

Birinci dəfə idi ki, qadınlar qarşısında geniş seçimli imkanlar açılmış,  əsrlərələ 

təşəkkül tapmış  həyat stereotiplərini dəyişməyə imkan vermiş, «ödənişsiz» ev əməyinə 

alternativ olaraq meydana çıxdı. 

Müasir müəssisədə qadının rolunun dəyişmə mexanizmini analiz etmiş amerikalı 

tədqiqatçı D.Nesbitt bu hadisəni «Açılmış imkanlar partlayışı» adlandırmışdır. Son vaxtlara 

qədər iqtisadi sahədə olan ədəbiyyatda inkişaf prosesində qadının rolu yalnız onun 

reproduktiv funksiyası, ya da əmək ehtiyatlarının artması ilə  əlaqədar nəzərdən keçirilir, 

onun iqtisadi imkanları isə ümumiyyətlə hesaba alınmırdı.  

Qadın əməyinə marginal və təsadüfi baxış höqteyi-həzəri də geniş yayılmışdı. Belə 

yanaşmanın səbəblərinin köklərini onun əsasən  əsrlərlə  təşəkkül tapmış kişilərdən asılı 

vəziyyətində, mülkiyyətə münasibətdə  zəif mövqeyində: sərvətə, hakimiyyətə  və 

yaradıcılığa olan yolların onların üzlərinə bağlanmasında və müxtəlif növ hüquq 

pozuntularda axtarmaq daha münasibdir. Qeyd edək ki, «sakit inqilabın» iki mərhələsini 

fərqləndirmək olar: birincisi, 50-70-ci illər. Bu dəfə qadınların kütləvi şəkildə muzdlu əmək 

sahələrinə axını ilə  səciyyələnir; ikincisi, 70-ci illərin ortalarından başlamış  və azad 

sahibkarlığa doğru dönüşü göstərir. 

Birincini irəlicədən müəyyən etmiş  ən mühüm amillər kimi bir tərəfdən – qadın 

təhsilinin inkişafını  və  vətəndaş azadlıqları  uğrunda mübarizəni: digər tərəfdən – 

sənayeləşdirilmiş  cəmiyyətin iri istehsal sahələrinin,  əmək bazarına axınını, istehlak 

mühitinin dəyərlər sistemi ilə  təkan verilən, qadın fəhlə qüvvəsinə  tələbatını qeyd etmək 

olar.  İkinci mərhələyə keçid, yeni dövr üçün obyektiv zəmin yaranmasında rol oynamış, 

yeni kompleks problemlərin meydana çıxmasına səbəb olmuşdu. Onların arasında isə 

inkişaf etmiş ölkələrin xidmət sahələrində birinciliyi təmin edəcək post-sənayeləşdirilmiş 

cəmiyyətə daxil olması ilə geniş sahədə kiçik və orta müəssisələrin yaranmasını 

göstərmək olar. 

İnsana xas olan bütün resurslardan maksimum istifadə olunmasını  və ictimai 

dünyagörüşündə özünə yol açan mədəniyyətə doğru meylləri də göstərmək olar. Bərabər 

imkanlar uğrunda qadın hərəkatının yüksəlməsinə  də istinad edilə bilər. Lakin, qadın 

sahibkarlığının inkişafı üçün həlledici kimi birinci iki amili qəbul etmək vacibdir. Məhz kiçik 

biznes öz addımlarını atan qadın sahibkarlarının əsas hissəsi üçün daha uyğundur, çünki 

ən yüngül fəaliyyət sahəsi xidmət sahəsidir; yəni insanın müxtəlif tələbatına xidmət 

etməkdir və qadınlar əsrlər boyu həmin işlərlə məşğul olmuşlar. 

Bu gün futuroloqların «qadın  əsri» kimi müəyyənləşdirdiyi XXI əsrin  əvvəlində bir 

sual meydana çıxır: uzun müddət uzaqlaşdırıldığı  əmək və yaradıcılıq dünyasına o, yəni 

qadın, özü ilə  nə  gətirəcəkdir? Aparılmış  tədqiqatlar, artıq qadın sahibkarlığının 

makroiqtisadiyyata olan töhfələri haqda ümumi təsəvvür yaradır: 1. Qadın milli iqtisadiyatın 

strukturunun yenidən təşkil edilməsində  əhəmiyyətli və artan rol oynayır. 2.İnkişafın yeni 



 

49

dinamik gücünü təmsil edir və yüksəlişin artım sürətinə  təkan verir. 3. Milli təsərrüfatın 



istehsalının artmasına zəmin yaradır. 4. Tam olmayan məşğulluğu və  işsizliyi ixtisar 

edərək, axıra qədər istifadə edilməmiş insan potensialını reallaşdırıb ümumi rifahı artırır. 5. 

Onun gətirdiyi sosial-iqtisadi dəyişikliklər uzun müddətli siyasi sabitliyə zəmin yaradır.  

Tədqiqatçılar qeyd edirlər ki, «Amerikanın iqtisadi cəhətdən tərəqqisində qadınların 

xüsusi töhfəsini təsdiq etməmək olmaz. İnformasiya cəmiyyət erasına daha dərindən daxil 

olduqca, aşkar olur ki, sənayeləşmənin yaranması kişilərin işi idi, lakin yeni cəmiyyət 

qadınlar tərəfindən yaranacaqdır». 

Qadınların menecment sahəsinə sürətli axınının genişlənməsi məsələsi, onların 

bərabər imkanlar uğrunda mübarizəsi baxımından, heç də təbliğatı əhəmiyyət kəsb etmir. 

Mahiyyət etibarı ilə  məzmun ondan ibarətdir ki, idarəetməyə qoşulan qadın bu sahəyə 

özünün nadir bacarığını, məharətini, vərdişlərini, işgüzar davranış üslubunu. Qərar qəbul 

etməkdə öz dəst-xəttini göstərir. Bu kimi halların daxil edilməsi hesabına isə menecmentin 

zənginləşdirilməsinin iki həlli yolu mövcuddur. 

-  menecmentin mövcud olan kooperativ üslubuna təsir etmək yolu və qadınların 

korporasiyaların idarəetmə strukturlarında iştirakını genişləndirmək vasitəsilə; 

-  şəxsi müəssisələrini yaradan və daim artan qadın kütlələri arasından menecerlər 

sırasına axın vasitəsilə.  

Bu münasibətlə onu nəzərinizə yetirək ki, 80-cı illərdən başlayaraq korporasiyaların 

idarə edilməsində qadınların artması rolunun kooperativ mədəniyyətinin dəyişməsinə 

gətirib çıxarmışdır. Bu əsasən daim dəyişən şəraitə istiqamətlənən, daha tez uyğunlaşan 

idarəetmə üsullarının inkişafında: daha intiktiv, daha az düzxətli təfəkkür tipinin təsdiqində : 

hərcmərcliyə, effektsizliyə qarşı böyük dözümlülük göstərməkdə: iyerarxiyalı piramida 

şəkilli strukturun birsəviyyəli, müxtəlif vasitələrlə qarşılıqlı  əlaqəli strukturlara 

çevrilməsində:  şəxsi formalı  əlaqələrin həvəsləndirilməsində: insanların həqqında, həm 

müştərilərə  həm də  əməkdaşlara qayğının artırılmasında görünür. İş  mədəniyyətinin və 

idarəetmə üsullarının bu transformasiyası,  şübhəsiz, yapon rəqabəti ilə  də stimullaşdırılır 

və amerika tipli korporasiyaların maraq sahələrində olduqca kəskin  şəkildə meydana 

çıxırdı. Lakin mahiyyət etibarilə ona, vəzifələrdə sayları nəzərə çarpacaq dərəcədə artmış, 

törəyən və Yaponiya tərzinə yaxın olan qadın rəhbərlər üslubu nümunə göstərmiş oldu. 

Nəticədə  işgüzar münasibətlərdə  dəyişikliklər baş verdi, qərarların qəbulunda intuitivlik 

daha çox nəzərə alınmağa başladı. 

İkinci halda məsələnin məğzi ondan ibarətdir ki, bu gün qadın menecerlərin kütləvi 

meydana gəlmə  mənbəyi kiçik şəxsi bizhesdir, maliyyə imkanları olmadığından muzdlu 

işlər müdiri saxlaya bilməyən müəssisə sahibləri özləri menecerlik edirdilər. Onların 

əksəriyyəti  əvvəlcədən hazırlığa malik deyildi və öz –özlüyündə idarəetmənin qadın 

üslubunu qidalandırma mənbəyi olan, qadın intuisiyası  və «sağlam düşüncə  əsasında» 

hərəkət edirdilər. 

Müasir psixoloqların tədqiqatları göstərir ki, qadınlar kişilərə nisbətən daha tez 

ünsiyyətə girəndir: onlar insanlara qarşı böyük maraq göstərirlər, öz tərəfdarlarının 

dəlillərinə  və qarşılıqlı münasibətlərin emosional formalarına daha həssasdırlar. 

Tədqiqatlarda göstərilir ki, işgüzar qadınlar  əlaqə yaratmağı çox yaxşı bacarır və servis 

xidməti sahələrində daha müvəffəqiyyətlə çalışırlar, belə ki, onlar müştərilərlə etibarlılıq 

münasibətləri qurmağa daha çox meyllidirlər. Mübahisəli hallarda onların davranış tərzində 

də müştərilərini itirmək istəyi bir növ hiss olunur. Kişilərdən fərqli olaraq işgüzar qadınlar 

nəyin bahasına olursa-olsun qələbəyə can atmır, qələbənin qiymətini onun emosional və 

şəxslərarası  məsrəflərini düşüncə ilə  əlaqələndirirlər. Bütün bu kimi keyfiyyətlər, 

müştərilərə münasibətdə etibarlılıq göstərilməsi isə xidmət sahələrində ona müəyyən 

qədər üstünlük verir. 

Burada isə artıq həm də müasir cəmiyyətin dəyər sisteminin tədrici təkamülü də 

qadının köməyinə gəlir. Sonuncu, insana və onun müxtəlif tələbatlarının təmin olunmasına 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə