Əli Abasov Rəna Mirzəzadə qenderə GİRİŞ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə19/24
tarix26.11.2017
ölçüsü0,55 Mb.
#12589
1   ...   16   17   18   19   20   21   22   23   24

 

42

Patriarxal düşüncə  tərzi qender dünyagörüşünün tarixən də önündə gedib və 



hazırda da bu halın müxtəlif təzahür formaları  cəmiyyətdə mövcud olaraq «kişi» 

dəyərlərinin «qadın dəyərlərinə» qarşı üstünlüyünü təsdiq etməyə yönəlib. Birinci bölmənin 

sonunda göstərmək lazımdır ki, təkcə qadınlar yox, kişilər də cəmiyyətin ənənəvi norma və 

stereotip sisteminin qurbanlarıdır. Məhz buna görə də hər cür insan diskriminasiyasından 

azad yeni tipli cəmiyyətin formalaşması qadın və kişilərin münasibətlərində qender balansı, 

simmetriya və ahənginin yaranması yolları axtarılmalıdır. Bir sözlə, müasir qender 

tədqiqatları  cəmiyyətdə demokratiya və plüralizm, liberalizm, vicdan azadlığı  və insan 

hüquqlarının bərqərar olması problemləri ilə həmahəngdir.  

Kursda verilən tarixi icmal cinslərarası münasibətlərin ümumi inkişafını göstərir. 

Qeyd etmək lazımdır ki, matriarxat dövrü tarixi patriarxata nisbətən daha uzun idi. Bu 

müxtəlif xalqların miflərində, xüsusən dünyanın kosmoqonik mənzərəsində qadına 

həlledici rol ayırmış qədim miflərdə də öz əksini tapmışdır.  

Eposlarda kişinin ön plana keçirilməsi cəmiyyətdə matriarxal münasibətlərin 

dağılmasını göstərir. Ümumdünya dinləri maskulin dəyərləri təsdiq edərək patriarxal 

cəmiyyətin ideallarını əks etdirdilər. Bir-birinə uyğun gəlməyən müxtəlif kişi və qadın əxlaq 

norma və rollarını formalaşdıran xüsusi mədəniyyət tipi yaranır. Kişilər mədəniyyət və 

tarixin subiyekti, qadınlar isə obyekti olur. Mədəniyyət kişi və qadını ayıran  əsas amil 

olmaqla bərabər onların  şüur, idrak , psixoloji özlərini eyniləşdirmə  və ifadəsini 

formalaşdırır. «Şərq-Qərb» problemi, mədəniyətin etnik- dini özünəməxsusluğunda da 

qenderin irqi, mirqi, dini və s. öyrənmə sahələri var. Deyilənlərə yararlı  dəlil müəllim 

tərəfindən müxtəlif mənbələrdən seçilmiş cinslərarası münasibətlər probleminin icmalı 

olmalıdır. Bu isə qadın probleminin ayrı-ayrı kortəbii çıxışlardan başlayaraq işçi qadın 

hərəkatının mütəşəkkil mübarizə formalarının yaranmasına, sufrajizm, radikal və liberal 

feminizmin meydana çıxmasınadək inkişaf mərhələlərinin bərpasına imkan verər. 

Nəzəri mühakimələr və feminzm fəlsəfəsi kursun mərkəzi və  ən mürəkkəb 

hissəsidir. Bir dünyagörüşü kimi feminizm bu cərəyanın nümayəndələrinin təsəvvürünə 

görə patriarxat dünyagörüşünün təmərküzləşmiş ifadəsi olan rasionalizm fəlsəfəsinin 

tənqidinə və «devrilməsinə» yönəldilmişdi. 

Müstəsna olaraq məntiqi mühkimələrə dayanma, hissin verdiyi məlumat və 

duyğudan imtina – insan idrakının bütün sahələrində öz izini qoymuş rasionalizmin 

böhranının səbəbidir.  

«Patriarxat» dünyagörüşünün naqisliyini və məhdudluğunu açmış feminizmin tarixin, 

idrakın, mədəniyyətin, dəyərlər nəzəriyyəsinin yenidən bərpasında müstəsna rolunun 

açılması labüddür.  

Bundan əlavə, şüur və idrakın qadın tipinə bəraət qazandırılmasında, cinslərin sosial 

differensiyasının səbəb və mənbələrinin müəyyənləşdirilməsində, uşaqlıq, tərbiyə, təhsil və 

qender yanaşması baxımından sosiallaşmasında, seksuallıq problemlərinin nigah və ailə 

məsələlərinin işıqlandırılmasında feminzm müstəsna rola malikdir.  

Qenderin fəlsəfi  əsasları xüsusi kursu Azərbaycan Respublikası dövlət və qeyri-

dövlət ali məktəblərinin humanitar fakultələri üçün nəzərdə tutulmuşdur.  İxtisas kursunda 

qenderin konsepsiyası, metodologiyası, təhlili, tədqiqi və  cəmiyyətdə kişi-qadın 

münasibətlərindəki sosio-mədəni aspektləri izah ediləcəkdir.  

İxtisas kursunda qenderin mənşəyi, inkişaf tarixi, tipologiyası, predmeti sosial-fəlsəfi 

istiqamətdən öyrədiləcək. Qender sosiologiyası  cəmiyyətdə  əsas «kişi» və «qadın» 

cinslərinin sosial rollarının səciyyəvi xüsusiyyətləri analiz edəcəkdir.  

İxtisas kursunda Azərbaycan reallığı da xüsusi olaraq tədris olunacaqdır.  

İxtisas kursu 8 mövzu olmaqla 18 saat mühazirədən ibarətdir. 6 saat seminar 

məşğələsi nəzərdə tutulur. Beləliklə, kursa 9 mühazirə və üç seminar məşğələsi daxildir.  



 


 

43

QENDER PROBLEMLƏRİNİN SOSİAL-FƏLSƏFİ  



ƏSASLARI 

Tərtibçi: f.e.n. Rəna Mirzəzadə. 

Mövzu 1. Qender tədqiqatlarının nəzəri və metodoloji problemləri (4 saat) 

 Qender spesifik elmdir. Onun predmeti, problemləri, cəmiyyət həyatında yeri və 

rolu, onun təbiətinin sosial-fəlsəfi mahiyyəti, tipologiyası, mənşəi. Qender anlayışının bir 

neçə metodoloji yanaşma üsulunun izahı. Qender cinslərin qarşılıqlı münasibətinin sosial 

konstruksiyasıdır. Qenderin «sosial-cins» anlmının cinslərin bioloji anlayışından fərqi. 

Qender – sosial reallığın əksi olaraq qender asimmetriyası, qender münasibətləri, qender 

tarazlığı, qender dəyərləri, qenderşünaslıq və s. aspektləri  əhatə edən yeni istiqamətli 

nəzəriyyədir. 

Feminizm qender tədqiqatlarının mənbəyi və  əsas tərkib hissəsidir. Feminizmin 

geniş və dar mənada sosial-fəlsəfi dərki. Feminizmin əsas inkişaf mərhələləri və feminizm 

hərəkatı.  

Qender tədqiqatlarının xüsusiyyətləri. Qender tədqiqatlarının meydana gəlməsi 

səbəbləri. Qender tədqiqatlarının inkişaf mərhələləri: ibtidai təsəvvürlər; feminist 

konsepsiyalar; postfeminist nəzəriyyələr. Qender tədqiqatlarının predmet və  vəzifəsi. 

Qender tədqiqatları digər elmlərlə: tarix, fəlsəfə, hüquq, sosiologiya, demoqrafiya, 

ekologiya, iqtisadiyyat, politilogiya, etnoqrafiya ilə bağlılığı.  

Qender tədqiqatlarının  əsas spesifik metodları. Metodoloji sorğuların qender 

tədqiqatlarının araşdırılmasında rolu.  

 

Mövzu 2. Qender problemlərinin fəlsəfi metodoloji nəzəriyyələri. (2 saat) 



Cinslərin tarixin müxtəlif mərhələlərində inkişafı, tipologiyası.  İlkin nəzəri 

konsepsiya, memuarlarda kişi-qadın münasibətləri. Cəmiyyətdə cinslərin münasibətinə 

antik dövr filosoflarının baxışı: Sokrat, Platon, Aristotel, Fukidid. Azərbaycanda cinslərə 

yanaşma tərzinin qədim abidələrdə  təsviri: Avesta, Kitabi Dədə Qorqud, dastan, nağıl, 

əsatirlər. Orta əsr dünyagörüşündə qender dəyərləri. İntibah dövrü reformalarında kişi və 

qadın məsələsi.  

Quranda , islam dinində kişi-qadın münasibətləri.  

Fransız filosofları F.Volter, D.Didro, C.C.Russo, C.A.Kondersenin kişi-qadın hüquq 

bərabərliyi, nəzəri sistemi.  

Meri Uollstounkraftın «Qadınların hüququnun müdafiəsi» Manifesti, Olimpiya de 

Qucun «Qadınların hüquq bərabərliyi» Deklarasiyası.  

Utopik sosialistlər: K.A.Sen-Simon, Ş.Furye və R.Ouenin fəlsəfi feminist 

nəzəriyyəsi. L.Morqan və M.Midin baxışları.  Əbədi dünya görüşündə A.C.-de Stal və 

C.Sand utopik feministlərdir.  

C.Stüart Mill liberal feminizmin yaradıcısıdır. Marksizm «qadın məsələsi» haqqında. 

Avqust Bebelin «Qadın və sosializm» əsəri.  

Cəmiyyətdə antifeminin baxışların formalaşması fikri: P.Prudon; C.Mişle; 

A.Şopenhauer; F.Niştse; Z.Freydin baxışları.  

XIX  əsrin sonu və XX əsrin feminist hərəkatı konsepsiyaları: «fəhlə qadın 

hərəkatları», sufrajistlər.  



 

Feminist hərəkatın genişlənməsi. 

 

Mövzu 3. Müasir fəlsəfədə qender problemləri (2 saat). 

Feminizm fəlsəfi-metodoloji istiqamətin yaranmasının tarixi şəraiti. Maarifpərvər 

nəzəriyyələr: liberal fəlsəfi feminist dünyagörüşü sistemi mənbədir (C. Lokk, C.C.Russo, 

S.T.Mil). 

C.Lakan, C.Derrida, M.Fukonun feminizmə müasir fəlsəfi baxışları.  




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə