Əli Abasov Rəna Mirzəzadə qenderə GİRİŞ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə23/24
tarix26.11.2017
ölçüsü0,55 Mb.
#12589
1   ...   16   17   18   19   20   21   22   23   24

 

53

onların hamısının dediyinə görə, yalhız idarələrin yaxınlıqda yerləşməsi, belə  məhsuldar 



şəraitə öz uşaqlarının tərbiyəsi ilə məşğul olmağa imkan yaratmışdır.

1

  



Son 30-40 ilin sosial-mədəni prosseslərinin təhlili göstərir ki, mədəniyyətdə  və o 

cümlədən, dünyagörüşündə ümumilikdə  ləng, lakin kifayət qədər nəzərə çarpacaq 

dəyişikliklər baş verir və bu XX əsrin ortalarında təşəkkül tapmış  və insanlıq dəyərlərini, 

onların dəketmə üsullarını  dəyişməyə meyillidir. Səciyyəvidir ki, feminizmin bizim 

yüzillikdəki yeni canlanması öz vaxtına görə bir qayda olaraq sabitləşmiş ictimai normalara 

qarşı etiraz xarakteri daşıyan müxtəlif sosial-siyasi hərəkatların: yaşıllar (ekologiya) 

hərəkatı, «Xippi» (burjua dəyərlərinə qarşı yönəldilmiş əks mədəniyyət) irqi qarşıdurmanın 

atrması, feminzmin özü siyasiləşməyə tərəf meyillənməsi nəzərdə tutulmuş ictimai hərəkat 

kimi və s. aktivləşməsi ilə üst-üstə düşür. 

                                                 

1

 «Частное предпринимательство: основные понятия, теория и практика.» М., 1994, стр. 100-104. 




 

54

  



 

Liberal feminizmin nəzəri mülahizələrindən qender fəlsəfəsinin təşəkkülü. 

Müasir qender tədqiqatlarının freydizm, analitik fəlsəfə, germenevtika və 

postmodernizm, strukturalizm və poststrukturalizm kimi müasir fəlsəfi cərəyanlarla 

əlaqələndirilməsi üzərində xüsusi dayanmaq lazımdır. Xüsusi istiqamət olan ekofeminizm 

– feminizmin nəzəri nailiyyətlərini və ekologiyanı yeni zor və  hərbi üsulla məqsədə nail 

olma prinsiplərindən imtina edən yeni dünyagörüşündə birləşdirdi. Bu görüşlərin iqtisadi 

nəzəriyyəsində yeni prinsiplərlə  təsdiqi üçün cinslərin ayrıca mövcud olması  və inkişafı, 

qadınların analıq funksiyasından imtina etməsi təkidi ilə çıxış edən radikal feminizm tənqidi 

araşdırılmalıdır.  

Kursun tarixi və  nəzəri bölmələri elm və  təhsildə, siyasət və hüquqda, iqtisadiyyat 

da qadın hərəkatının müasir əməli qender problemlərinin daha yaxşı  mənimsənilməsinə 

kömək edir. «Güc», «zor», «konfrontasiya problemlərinin radikal həlli» kimi 

kateqoriyalardan imtina ictimai həyatın müxtəlif sahələrində öz bəhrəsini verir. Məsələn, 

müasir təbabət, insanın sağlamlığı konsepsiyası özü insanın bədən və psixikasına 

müdaxiləyə əsaslanan köhnə prinsiplərdə mühüm dəyişikliyə uğrayırlar.  

Ənənəvi patriarxal dəyərlər hökm sürən istehsalat, iqtisadiyyat xüsusi sahibkarlıqda 

qadın keyfiyyətlərinin getdikcə  tətbiqi üçün daha çox imkanlar açır; baxmayaraq ki, 

cəmiyyətin hüquq və siyasət sahəsində olan forma dəyişiklikləri (transformasiyası) bu 

dəyişikliklərə çatmağa cəhd edir, lakin iqrar etməliyik ki, bu sahədə qadın hüquqlarını 

müdafiə edən qanunvericiliyin daha çox həmin qanunvericiliyin həyata keçməsi 

mexanizminin zəifliyi ilə bağlı daim geriqalma mövcuddur.  

Qadın hüquqları haqqında BMT-nin çox saylı sənədləri, Pekin Konfransının qərarları 

və qender üzrə bir sıra beynəlxalq standartlar ayrı-ayrı dövlətlərin milli qanunvericiliyində 

ancaq indi reallaşmağa başlayır. Qeyd etmək lazımdır ki, bu istiqamətdə qender 

balansına, kişi və qadınların ahəngdar inkişafına riayət etmək zəruridir. Əks təqdirdə XXI 

əsr qender assimetriyasında yeni bir mərhələyə çevrilə bilər.  

Kursun sonuncu bölməsi qender yanaşmasının prinsip və normalarının 

möhkəmlənməsinə, onların özlərinin bu və ya digər sosial fakt və hadisədə «Qenderin iç 

üzünü» açmağı öyrətməkdir. Qender sosiologiyası, qadın və kişi  əxlaq və rollarının 

yaranmasının konkret tiplərinin sosial düzəlməsi, qender tədqiqatlarında siyasi, sosial, 

iqtisadi, mədəni aspektlərin tədqiqini bacarmaq – bütün bunlar kursun əməli 

mənimsənilməsinin möhkəmlənməsidir.  

Konkret ölkənin – Azərbaycanın qender problemlərinə münasibət zəngin sosioloji və 

demoqrafik materialla, milli və beynəlmiləl statistik məlumat və  sənədlərlə müşaiyət 

edilməlidir. Azərbaycanın inkişafının qender proqnozu bu kurs vasitəsilə təlim alanlar üçün 

tamamlayıcı müstəqil iş ola bilər.  



 

 

«Qender tədqiqatlarına giriş: tarix, nəzəriyyə, praktika» kursunun proqramı. 

1.Anlayışlar sistemi 

 Qender 

anlayışı. Qender tədqiqatlarında qender, qenderşünaslıq mövzusu. 

 

Əsas anlayışlar və kateqoriyalar: cins (seks) və qender (soy), qender tədqiqatları, 



qender mədəniyyəti, qender ölçüsü (yanaşması), qender münasibətləri, qender 

assimetriyası, qender feminlik, maskulinlik, patriarxat, matriarxat və s. qenderin sosial 

təşkil olunması, kişi və qadınların eyniyyətlərini müəyyən etməsi. Qender idrakı və şüuru. 

Qender-yeni dünyagörüşü təşəkkülünün əsası kimi. 

 2.Tarix 

 Qadın və kişi mif, epos və dinin güzgüsündə. Dünya dinlərində qadın və kişilərin 

statusu. Müqəddəs mətnlərin (buddizm, daosizm mətnlərinin, Bibliya və Quran) qender 



 

55

tədqiqi. Cəmiyyətin və müxtəlif mədəniyyətlərin tarixi inkişafında qender münasibətlərinin 



tipologiyası. Qender və  mədəniyyət. Kişi və qadın mədəniyyətin obyekt və subyekti kimi. 

Qadınların dünya mədəniyyətinə töhfəsi. Qadın və  Şərq-Qərb problemi. İslam və qadın. 

Qadın və kişi yaradıcılığının özünəməxsusluğu. Təsvirin dini üslubu. Mədəniyətdə təfəkkür 

və şüurun üslubu. 

 

Cəmiyyət, siyasət, fəlsəfə tarixində cinslərin qarşılıqlı  əlaqəsi problemi və onun 



ədəbiyyat və incəsənətdə inikası. Qadın hərəkatının mərhələləri: kortəbii, səciyyəli ayrı-

ayrı təzahürlər, sufrajizm, qadın fəhlə hərəkatı, radikal və liberal feminizm. 

 

3.Nəzəriyyə 

 Feminist 

təfəkkürünün tarixi: ideya, konsepsiya, nəzəriyyə, insan fəlsəfə  və 

psixologiyası əsaslarının feminizm baxımından tənqidi. 

 Cinslərarası  fərqlərin təsnifatı, bioloji, psixi, sosial aspektlər. Uşaqlıq dövrünün 

qender aspekti. Uşağın tərbiyə  və sosiallaşması (cəmiyyətə uyğunlaşmada qender 

yanaşması, qender ölçüsü). Kişi və qadınların sosial rolları – seksuallıq, məhəbbət, nigah 

və ailə problemlərinə qender baxımından yanaşma.  Şəxsiyyətin seksual eyniyyətinin 

formalaşması və cinsi dəyişmə problemi. Qender və ekologiya. Qeyri-zorakılıq, tolerantlıq 

və əməkdaşlıq fəlsəfəsi. Ekofeminizm, qlobal və sosial ekologiya problemləri. 

 

4. Təcrübə  

 Elm 


və təhsildə qender ölçüsü 

 Qender 


siyasət və hüquqda. Qadınlar sosial dinamikanın faktoru kimi. Qadın və 

siyasət. Qadın hərəkatı siyasi proses faktoru kimi. İctimai dəyişikliklərin strategiya və 

taktikası. Qanunvericilik və cinslərin bərabərliyi.  İnsan hüquq və azadlıqları sistemində 

qadın hüquqları. Qender və demokratiya. Beynəlxalq təşkilatlar: qender siyasəti və 

təcrübəsi. 

 Qender: 

sağlamlıq və tibbi xidmət sistemi. Tibbə və müalicəyə yeni yanaşmalar. 

 Qender 


və iqtisadiyyat. Qadın bərabərsizliyinin iqtisadi aspekti. Müasir cəmiyyətdə 

kişi və qadınların iqtisadi statusu. 

 Ailə-iqtisadi tədqiqat obyekti kimi. Ailədə iqtisadi rolların bölüşdürülməsi.  İqtisadi 

diskriminasiya modelləri. Qadınların hesablanmamış  əməyi.  Əmək, təhsil və investisiya 

bazarında diskriminasiya… qadın və müasir əmək bazarı. XXI əsrin perspektivləri. 

 

 



Sosiologiya və statistika. 

 Qenderin 

sosiologiyası. Tədqiqatın obyekti və mövzusu, əsas anlayışlar. Qender-

cinsin sosial konstruktu kimi. Qender-sosial institut kimi. Qender stratifikasiyasının sosioloji 

nəzəriyyələri. Cəmiyyətin müxtəlif sahələrində sosial rolların təzahürünün qender aspekti. 

Azərbaycanda kişi və qadınların qarşılıqlı əlaqəsinin tarixinə dair. 

 Qender: 

respublikanın etnik-konfessional özünəməxsusluğu. Azərbaycan qadın 

hərəkatının tarixi. Azərbaycanda feminizm hərəkatı olubmu? Azərbaycan üçün qender 

proqnozu: demoqrafiya, əhali, siyasət. 



 

  


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə