Əli Abasov Rəna Mirzəzadə qenderə GİRİŞ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə20/24
tarix26.11.2017
ölçüsü0,55 Mb.
#12589
1   ...   16   17   18   19   20   21   22   23   24

 

44

Cəmiyyətin , cinslərin, psixoanalizin feminist tənqidi.  



 

Mövzu 4. Qender tədqiqatlarının araşdırılması mərhələləri (2 saat) 

Qender tədqiqatlarının obyekti cəmiyyətdə cinslərin sosial rollarının tədqiqidir.  

Seksologiya çərçivəsində cinslərin identilliyinin öyrənilməsi (XX əsrin 50-ci illəri).  

Qender fərqinin sosial fəlsəfə və sosiologiya mətnində feminist nöqteyi nəzərindən 

təhlili.  

XX  əsrin 70-80-ci illər: Cinslərin bioloji determinizminə qarşı mübarizə tarixində 

qender sistem kimi.  

Qender münasibətlərinin sosial elmlər tərəfindən dərk olunması. Qender korluğu. 

Marksizm yanaşma tərzi. Feminizmin və maskulinizmin fəlsəfi- sosioloji ölçüləri.  

 

Mövzu 5. Kişi qadın münasibətlərinin müasir mərhələsi. (2 saat) 

Beynəlxalq qadın hərəkatının inkişafı. Qadın azadlığı, emansipasiyası, 

bərabərhüquqluluq, kişi-qadın münasibətlərinin obyekti və subyekti kimi. Cəmiyyətin 

patriarxat nəzəriyyə sisteminə tənqidi yanaşma.  

  

Feminist  hərəkatın XX əsrin 60-cı illərində inkişafı.  İngilis-Amerikan Feminist 



məktəbi (B.Fridan, K.Millet). Fransız feminist fəlsəfi məktəbi (L.İriqarey; K.Kleman, 

Y.Kristeva).  

 

Mövzu 6. Qender problemlərinin sosiologiyası (2 saat). 

Qender sosiologiyasının obyekti, predmeti və əsas anlayışları.  

Qender sosiologiyasının metodologiyası. Kişi və qadının sosial statusu və qender 

stratifikasiyası qender sosiologiyasının  əsasıdır sosial cəmiyyətdə qender institutun bir 

qoludur. Qender problemlərinin sosioloji nəzəriyyələri. Cinslərin cəmiyyətdə sosial 

rollarının və statusunun fərqli və oxşar istiqamətləri. Müxtəlif nəzəriyyələrdə qender 

stratifikasiyası, funksionalizm; konfliktlər nəzəriyyəsi; interaksionalizm. 

Maddi rifah və  gəlir sistemində kişi və qadın mövqeyindəki  əsaslı  fərqlər. Kişi və 

qadın mövqeyinin idarəetmədə  fərqli cəhətləri; siyasi və iqtisadi mühitdə münasibətlərin 

inkişaf dinamikasının ierarxiyası. 

 

Mövzu 7. Cinsi differensiyanın psixoloji aspektləri (2 saat) 

Cəmiyyətdə cinsi rolların, sosiallaşmanın mexanizm və problemləri. Cinsi 

münasibətlərin stereotipləri: mahiyyət və funksiyaları.  

Cinsi fərqlərin psixoloji analizi. Kişi və qadının cəmiyyətdə qarşılıqlı münasibətinə 

təsir edən amillər (mentalitet, adət, ənənə, dil, mədəniyyət, ətraf mühit).  

Şəxsiyyətin özünün identikliyinin qender dəyərləri. İdrakda qender tarazlığı.  

Ailə, nigah məsələrində qender yanaşma tərzi. Psixoloji düynagörüşündə cinsi 

fərqlərin təsnifatı.  

 

Mövzu 8. Azərbaycan qadınları vəziyyətinin sosioloji tədqiqi. Qadın sosial siyasətin 

obyekti kimi (4 saat).  

Azərbaycanda qadının vəziyyətinin tarixi, mənşəyi və metodoloji tədqiqi. 

Azərbaycan tarixində qadına münasibətin özünəməxsusluğu. Klassiklərimizin 

dünyagörüşündə qadın məsələsi. İctimai rəydə qadın məsələsi. Qadın probleminə Dövlət 

sistemində və qanunverici orqanlarda münasibət.  

İctimai qadın hərəkatlarının tədqiqi.  

Müasir Azərbaycan kişi və qadın münasibətlərinin sosial problemlərlə qarşılıqlı 

sintezi. Ana və  uşaq məsələsində ailənin sosiallaşmasının qender ölçüləri. Kişi və qadın 

identikliyində adət, ənənə və milli mentalitetdən yanaşma tərzi.  




 

45

Azərbaycanda qadın hərəkatının inkişaf dinamikasına və ya qadınların öz hüquqları 



uğrunda mübarizə tarixinə baxış Qurani Kərimdə qadın məsələsi. Azərbaycan 

maarifçilərinin  əsərlərində qender ideyası: H.Zərdabi;  Ə.Ağayev; Y.V.Çəmənzəminli; 

C.Cabbarlı; H.Cavid və s.  

1988-2003-ci ildə Azərbaycanda qadın məsələsi: qadınlar, ictimai təşkilatlarda; 

Qadın və siyasət. Qadın və hüquq; Qadın və beynəlxalq qanunlar. Azərbaycanda qenderin 

inkişafı.  




 

46

KİÇİK ENSKLOPEDİYA  



Diskriminasiya –(lat. diskriminatio –fərq) –insanların hər hansı bir qrupunun 

milliyyətindən, irqindən, dini mənsubiyyətindən, cinsindən asılı olaraq hüquqlarının 

məhdudlaşdırılması. 

Seksizm –(lat. sexus –sins) –qadın və kişilərə qarşı  sırf cinsi mənsubiyyətinə görə 

tətbiq olunan məhdudlaşdıran hərəkət və qaydalar. 



Sufrajizm –(ing. Suffrage –seçki hüququ) –qadınlara seçki hüququ verilməsi uğrunda 

qadın hərəkatı. 



Emansipasiya –(lat. emantipastjo –azad olma) – asılılıqdan, tabeçilikdən, 

istismardan, mövhumatdan azad olma prosesi. 



Kvota – hissə, pay, norma və s.nin ölçüsüdür, feminologiyada isə qadının cəmiyyətin 

bütün sahələrində, xüsusən də siyasətdə iştirakıdır. 



Maskulin –kişilərə xas olan somatik, psixiki və davranış xüsusiyyətləri haqqında 

təsəvvürlər. 



Feminologiya –qadınların cəmiyyətdə rolunu tam konsersiyasını verməyi özünə 

məqsəd bilən ümumi həyat və fəaliyyət qanunauyğunluqları barədə elmdir. 



Femin –qadınları xas olan itaətkarlıq, yumuşaqlıq, zorakılığın inkarı ilə eyniləşdirilən 

psixiki, somatik davranışları bildirən xüsusiyyətlər haqqında olan təsəvvürlər. 



Feminizm –kişilərlə hüquq bərabərliyi uğrunda XVIII əsrdə yayılmış qadın 

hərəkatıdır. 



Qadın məsələsi –qadın azadlığıının dəqiq proqramıı olan sosial –iqtisadi problemin 

ümumi hissəsidir. 

Qadın hərəkatı –qadının öz hüquqları uğrunda mübarizəsinin müxtəlif metodları.



 

47

DÖVLƏT



 

QADIN

 

SİYASƏTİNİN

 

HƏYATA

 

KEÇİRİLMƏSİ

 

HAQQINDA

 

AZƏRBAYJAN

 

RESPUBLİKASI

 

PREZİDENTİNİN

 

FƏRMANI

 

 

 

Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə 

alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsil olunması tə'min edilsin. 

 1.  Dövlət Statistika Komitəsi Qadın Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə 

respublikada qadınların vəziyyətinə dair beynəlxalq standartlara cavab verən statistik 

məlumat hazırlasın. 

 2. Nazirlər Kabinetinə tapşırılsın ki: 

 --  Ölkədə gedən iqtisadi çərçivədə  həyata keçirilən işlərdə qender siyasəti tələblərini 

rəhbər tutmaqla qadınlar üçün kişilərlə bərabər imkanlar yaradılmasını təmin etsin; 



 -- Qaçqın və məjburi köçkün qadınların məşğulluğunun təmin edilməsi məqsədi ilə onların 

münasib işlə təmin edilməsi proqramı hazırlayıb həyata keçirsin; 



 --  Qadınların hüquqlarının müdafiəsinin gücləndirilməsi məqsədi ilə Azərbayjan 

Respublikasının qanunlarında müvafiq dəyişikliklər və  əlavələr edilməsi ilə mövcud 

qanunuvericiliyi təhlil edib təkliflər versin; 

 -- Hər il martın 1-nə qədər bu fərmanın yerinə yetirilməsinin gedişi haqqında Azərbayjan 

Respublikasının prezidentinə məruzə təqdim etsin; 



 -- Bu fərmandan irəli gələn digər məsələləri həll etsin. 

 

Heydər Əliyev, 



Azərbayjan Respublikasının Prezidenti. 

Bakı şəhəri, 6 mart 2000-ci il. 


Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə