Əli Abasov Rəna Mirzəzadə qenderə GİRİŞ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə22/24
tarix26.11.2017
ölçüsü0,55 Mb.
#12589
1   ...   16   17   18   19   20   21   22   23   24

 

50

istiqamətlənərək, postsənayeləşdirmə  mədəniyyətinə  də yiyələnir. Bu şəraitdə, 



müəssisəyə öz evi, heyətə isə böyük ailəsi kimi baxan müəssisə rəhbərinin və menecerin 

rolları, tərbiyəçinin, eləcə də ailə başçısının rollarına yaxınlaşır. Burada bir önəmli məqamı 

da qeyd edək ki, şəxsi işlərin aparılması üçün «qadın » üslubunun qəbul edilməsinə 

baxmayaraq, qadın-sahibkar bazarın tələblərinə  və istehsalın yeni şərtlərinə 

uyğunlaşmaqda kifayət qədər yüksək effktlilik göstərirlər. Onlar şəraitin dəyişkənliliyinə 

uyğun olaraq diribaşlılıq, realistlik, uyğunlaşmaq bacarığı, manevr etmək qabiliyyəti 

nümayş edir, əməyin təşkilində və mənsəbə yüksəlməkdə peşəkar vərdişlərə yiyələnməyə 

can atırlar.  




 

51

 Qadın sahibkarlığı təcrübəsindən:  



ibrət dərsi və məsləhətlər. 

(«Çastnoe predprinimatelğstvo: osnovnıe ponətiə, teoriə i praktika».  

/M., 1994, s.100-104/ kitabından tərcümə). 

 

Fransız jurnalist qadın və menecment sahəsində mütəxəssis özünün «Qadın – iş 



adamı – gələcəyin nümunəsi» kitabında, milli mənsubiyyətindən asılı olmayaraq, qadının 

özü üçün nəticə çıxara biləcəyi 10 ibrət dərsini sadalayır: 



Birinci dərs.  Həyat yolunun başlanğıcında  şəxsi həyatındakı  uğursuzluqlar 

müvəffəqiyyət üçün yaxşı təkan ola bilər. Uğursuz nigah, erkən analıq və tələsik boşanma 

işgüzar dairədə özünü reallaşdırmaq üçün təkan da ola bilər. Belə ki, onun kitabının qadın 

qəhrəmanlarının ailələrinin dağılması, onlar üçün həddindən artıq dar olan ailə çərçivəsinə 

sığmayan, qeyri-adi yaradıcılıq imkanları olan həyata çağırırdı. Təbii enerjiləri çıxış yolu 

taparaq, onları öz işlərini yaratmağa, sonra isə yeni ailə qurmağa sövq edirdi. Onarın 

təcrübələri tövsiyə edir: yayınmamaq, fəaliyyət istiqamətini diqqətlə seçmək və öz 

qarşısında konkret peşəkar məsələlər qoymaq. Keçmiş haqqında səmərəsiz təəssüflə, 

həmçinin perspektivi olmayan vəziyyətlərin saxlanması istisna olunur. Ümidi saxlamaq və 

dəyişikliklərə  həvəsi tətbiq etmək vacibdir, onda yaradıcı enerji özünə  çıxış  və istiqamət 

tapacaqdır. 

İkinci dərs. Bütün «uğurlu qadınlarda» seçdiyi yolun düzgünlüyünə tam əminlik və 

ideyadan öz layihəsinin həyata keçirilməsinə  qətiyyətlilik hökm sürür. Xüsusi işgüzarlıq 

təhsilinə malik olmalarına baxmayaraq, kişilərin onları ciddi qəbul etməyəcəklərindən 

qorxmayaraq, onlao keyfiyyətsizlik kompleksini hiss etmir və intuisiyalarına etibar edirlər. 

Onların hamısı öz işlərindən ləzzət alırlar, bu da onların işgüzarlıq fəaliyyətini artırır. 

Üçüncü dərs.  Bütün işgüzar qadınlar müstəqilliyi yüksək qiymətləndirir və qadına 

ətrafı  tərəfindən (ailə, qohumlar və  cəmiyyət) göstərilən təzyiqlərdən yaxa qurtarmağa 

çalışırlar. Onların heç biri muzdlu əməyə qayıtmaq istəmirlər. Sabitlik, məşğulluğa 

zəmanət və  məsuliyyətin olmaması onları  şirnikləndirmir. Onlar qərarların qəbulunda 

müstəqilliyi yüksək qiymətləndirirlər. 

Dördüncü dərs.  İrəli  çıxmaq üçün medalın o biri üzü – təklikdir.  Əlbəttə, bu hal 

həmişə deyil, həm də bir şeydə deyil, lakin öz işini yaratmış qadın, qorxaraq və ya 

məsuliyyətini digərləri ilə bölüşdürmək arzusunda olmayaraq, çox vaxt «səhnədə yeganə 

aktyora» çevrilir . 



Beşinci dərs. Bütün işgüzar qadınlar öz «komandası»nı  yığmağın çətinliyini etiraf 

edirlər. Qadın müəssisələrində kadrların formalaşması  təcrübəsi olmaması  səbəbindən 

işgüzar qadınlar öz əməkdaşlarını qohumları  və tanışları arasında axtarmalı olur. Bu isə 

heç də  həmişə lazımi  effekt  vermir  və demək olar ki, əksərən ehtiyacı ödəməyən 

xidmətlərdən «komandaya» olan etirazı çətinləşdirir. 

Altıncı  dərs.  İşbazlıq – bu həmişə müəyyən risklə bağlıdır.  İncə  məqam ondan 

ibarətdir ki, qadınlar həmişə daha çox və ya daha az riskli variantlar seçmək imkanına 

malikdirlər. Risk, ənənəvi qadın fəaliyyəti dairəsindən kişi biznesinin (pul əməliyyatları, 

sənaye, restoran işi, konsaltinq) toxunulmaz sahələrinə keçid zamanı, həmçinin texniki 

yeniliklərdən istifadə olunan və  gələcəyə malik təzə sahələrə keçən zaman artır. Belə 

hallarda isə çox vaxt yeni dirçələn qadın biznesinin tələbatını  nəzərə almayan, 

qanunvericilikdəki boşluqlar maneə rolunu oynayır. 

Yeddinci dərs.  Hər halda ənənələri yerindən oynatmaq və qadınların hələ 

gözləmədiyi sahələrə  də daxil olmaq lazımdır: fransalı  işgüzar qadınların təcrübəsi bunu 

bir daha sübut edir.  

Onlar təsdiq edirlər ki, hər bir ənənənin saxlanmasının da xeyri var. Bizneslə 

məşğul olan qadınlar hələ mühafizəkar strukturlar yaratmayıb və mübarizə aparılması 

lazım olan vərdişlər qazanmayıblar.  Əksinə, onlar ictiamai həyatı  və iqtisadiyyatı 




 

52

yeniləşdirə biləcək güclü qüvvə kimi çıxış edə bilərlər. Çünki onlar kişi biznesinin 



istehkamına çevrilməmiş, yüksək mədniyyət, ümumi bilik səviyyəsi tələb edilən 

texnologiyaya və digər sahələrə daxil olurlar. 



Səkkizinci dərs. Qadın işbazlığının tətbiq oluna biləcəyi ən yaxşı sahələrdən bir də 

xidmət sahəsi sayılır. Dinləmək bacarığı ilə altruistlik azadlığı, insanların xoşbəxtliyinə 

könülvermə qabiliyyəti qadınlara müştərilərin vəziyyətinə tez daxil olmağa və onların 

köməyinə  gəlməyə imkan yaradır ki, bu da ailənin müxtəlif tələblərinə xidmət etməkdə 

əsrlərlə qazandıqları vərdişlərin nəticəsidir. 

Doqquzuncu dərs.  Analıq biznesə mane olmur, bunu təcrübə  də  təsdiq edir. 

İşgüzar qadınların  əksəriyyəti tamamilə  əmindirlər ki, sabit ailə  təməlinin onlara verdiyi 

gücü hiss etmədən öz işlərini davam etdirə bilməzdilər, heç olmasa ona görə ki, işlərini 

yaradarkən yalhız öz maraqlarının deyil, həmçinin ailələrinin gələcəyi haqda fikri rəhbər 

tuturlar. Analıq işgüzar qadında günahkarlıq kompleksi törətməməlidir. Kitabın çoxuşaqlı 

ailələri olan qəhrəman anaların  əməyinə görə  uşaqların analarının iş dünyasına 

münasibəti və qoşulması keyfiyyətcə qarşılıqlı uzaqlaşmaya imkan yaradan, ananın daima 

evdə olmasından daha yaxşıdır. 



Onuncu dərs. Əgər ailədə tərəfdaşlıq konsepsyası və təcrübəsi qəbul olunubsa, ər-

arvad bir komandada olurlarsa, onda keyfiyyətcə yeni ailə münasibətlərinə keçid göz 

qabağındadır: ailəçilik münasibətlərindən ər-arvad tərəfdaşlığına doğru. Birinci, vəzifələrin 

tam burjuasayağı bölünməsi üzərində qurulmuşdur: kişi işləyir, qadınsa evlə və uşaqlarla 

məşğuldur. Vəzifələrin bu qaydada bölünməsi əksər hallarda birliyin olmaması ilə və özünü 

peşəkar qayğılarının tək  əsirinə çevrilmiş kişinin təkliyi ilə  nəticələnir.  İşgüzar qadın isə 

ailədə özünü başqa cür aparır. Hətta, əgər ər-arvad bir yerdə işləməsələr belə, ailə üzvləri 

işgüzar problemlərin müzakirəsinə  cəlb olunur və çox zaman işgüzar layihələrin həyata 

keçirilməsində  iştirak edirlər.  İşgüzar qadının yaradıcı xarakteri bütün sahələrdə özünü 

büruzə verir: mümkün olan yerdə özünün fəallıq çərçivəsini genişləndirməyə  və 

məhdudiyyətləri aradan götürməyə can ataraq, o peşəkar və  şəxsi həyatına yeniliklər 

gətirib. İşgüzar qadının gündəlik həyatında ailə vəzifələri ilə peşəkar fəaliyyəti arasındakı 

münasibətləri daha həmahəng etməyə  və yüngülləşdirməyə istiqamətlənmiş bir neçə 

məsləhət diqqətəlayiqdir: 

- Birinci məsləhət: öz işini yaratmağın,  əsas etibarilə başlanğıc mərhələsində 

valideynlər üçün yaxşı münasibətləri qorumaq və onların köməyini axtarmaq vacibdir. 

Onlar müvəqqəti olaraq uşaqlara qaygını öz üzərlərinə götrə bilər, maliyyə  və  mənəvi 

cəhətdən kömək edə bilərlər. 

-  İkinci məsləhət: Sizinlə əməkdaşlıq etmək istəyən, sizə kömək etməyə hazır olan və 

ideyalarınıza həmfikirlilik göstərən insanların sizi nəinki iş yerində, həmçinin məişətdə 

əhatə etməsi vacibdir. İşgüzar qadın həmfikirlərin və lazımi adamların vaxtaşırı  qəbul 

olunmasının nə qədər xeyirli olması haqda özünə hesabat verməlidir. 

- Üçüncü 

məsləhət: özünüzü və işinizi xeyirxah kişi iştirakı ilə təmin edin. Məsələn, sizə 

xeyirxah olan sponsor tapmaqla dəyərli məsləhətləri və vaxtlı-vaxtsız köməyi ilə qadın 

çiyinləri üçün həddən artıq ağır yükü yüngülləşdirə biləcək,. 

- Dördüncü 

məsləhət: ev təsərrüfatında müasir məişət texnikasının yeniliklərin geniş 

istifadə olunması, nəinki ev ilə əlaqədar vəzifələrin yerinə yetirilməsini yüngülləşdirər, hətta 

bu, işgüzar qadının imicinə «işləyər». 

- Beşinci məsləhət: arzu olunur ki, nəqliyyat streslərini minimuma endirmək, işgüzar iş 

gününün gərginliyini çıxarmaq və vaxtın çox hissəsinin ailə ilə keçirilməsi üçün idarə 

binasını evinizin yaxınlığında axtarasınız. Sorğu olunan qadınlar üçün hər yerə can 

atmağa etiraz xarakteridir. Onların sabitliyini iş və ailə təmsil edir. heç də təsadüfi deyil ki, 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə