Əli Abasov Rəna Mirzəzadə qenderə GİRİŞ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə9/24
tarix26.11.2017
ölçüsü0,55 Mb.
#12589
1   ...   5   6   7   8   9   10   11   12   ...   24

 

20

vətəndaş  cəmiyyəti quruculuğunun  şüuru, ağlabatan prinsiplərinə  təhlükə törədir. Buna 



görə də qadını vətəndaş cəmiyyətindən uzaqlaşdırmaq, tamamilə xüsusi və ailəvi sahələrə 

yerləşdirmək lazımdır. Çünki onlar kişilər üçün səciyyəvi olan ictimai əxlaq, etika, vətəndaş 

fəallığından azaddır. Alman filosofları Kant və Hegel bu xətti davam etdirdilər. Hegel 

deyirdi ki, «qadın kişidən bitki heyvandan fərqləndiyi kimi fərqlənir.» Qeyd etmək yerinə 

düşərdi ki, o dövrün cəmiyyəti hesab edirdi ki, bu doğru fikirdir. 

XVIII  əsrdən başlayaraq qərb fəlsəfəsində qender differensiyası yeni prinsip 

əsasında formalaşır. 

Yaranan sosialist və marksist ideyalar maskulin və femin mədəni ideaların yenidən 

birləşdirilməsi, kişi və qadınların bərabərliyi məsələsini qaldırdı. Lakin, Marksın əsərlərində 

qadının diskriminasiyasına ümumiyyətlə antoqonistik cəmiyyətdə insanın diskriminasiyası 

kimi baxılırdı. F.Engels yazırdı: «xüsusi mülkiyyətin təşəkkülü və  cəmiyyətin sinfi 

quruluşunun inkişafı qadın cinsinin ümumdünya tarixi məğlubiyyətinə gətirdi». Bununla o, 

ədalətli sinfi mübarizəni barrikadalarında bərpa etməyə çağırırdı. Lakin, müasir 

tədqiqatların göstərdiyi kimi, ancaq «sinfi» bərabərsizliyin aradan qaldırılması kifayət deyil, 

maskulin ideoloji və patriarxal mədəniyyətə qalib gəlmək, onları aradan qaldırmaq 

lazımdır. 

Ən Yeni Zamanda vaxtı ötməkdə olan mexaniki rasionalizmə, onun sərt deterministik 

çərçivələrinə qarşı etiraz edən yeni tip irrasionalizmə qarşı mübarizə qender tədqiqatlarının 

əsasını təşkil etdi. Bu baxımdan da  

Qadın hərəkatının, - «femin etirazı»nın üç mərhələsi aşağıdakıları əhatə edir: 

1. 70-ci illərdə feminizm problemlərinin, xüsusilə sosiologiya və humanitar elmlərdə 

əsl partlayışı və canlanması. 

2. Bu partlayışın nəticəsində Qərb universitetləri və kollecləri tədris proqramlarınına 

qadın tədqiqatları üzrə tədris kursları daxil edildi. «Qadın amili» cəmiyyətin sosial 

və siyasi həyatında getdikcə daha çox əhəmiyyət kəsb etməyə başladı. 

3. Nəhayət, «femin» problemləri üzrə əsl elmi istiqamət və tədqiqatların yaranması, 

təşəkkül tapması  sırf qadın tədqiqatlarından, ümumiyyətlə qender tədqiqatlarına 

keçid yaratdı: insan cəmiyyətinin, mədəniyyətinin və qarşılıqlı münasibətlərinin 

bütün aspektləri qenderlə bağlıdır, buna görə  də bu istiqamətin çərçivəsində 

ancaq qadın problemləri ilə  məhdudlaşmaq olmaz Baxmayaraq ki, konkret 

maskulin femin təsəvvürləri bütün mədəniyyətlərdə eyni deyil, qender 

differensiyası və assimetriyası bütün cəmiyyət və mədəniyyətlər üçün xarakterkdir.  

   



 

21

5. Cəmiyyətin feminist tənqidi. 



  Cəmiyyətə yeni baxış: qender və feminzm. 

  Qender tədqiqatları: problemlər və araşdırmalar. 



  Cinslərin qarşılıqlı münasibətlərinin psixo-fiziki və sosial aspektləri. 

Cəmiyyət və onun sosio-mədəni təsisatlərı feminist qadınların tənqidinin əsas hədəfi 

oldu. Feminizmin əsas iradları aşağıdakı müddəalarda ifadə olunmuşdu: 

- qadınları  həmişə siyəsətdə «kənarlaşdırblar» və hal-hazırda onların hakimiyyəti 

kişilərin hakimiyyətindən azdır; 

- qadınlar bir çox cəmiyyətlərdə həmişə daha az maariflənmiş olmuşlar; 

-  onlara sosial rol oynamaq imkanı daha az verilib və  kənarda yaradıcı  işlə  məşğul 

olmaq üçün onlara daha az variantlar təklif olunur; 

-  cəmiyyətlərin  əksəriyyətində qadınlar kişilərə nisbətən daha az pula və ya müftə, 

pulsuz daha ağır iş yerinə yetirirlər:  

- qadınların bir cins kimi özlərinə alçaq qiymət vermələri şirnikləndirilir. 

Problemin iki mümkün həlli var: a) «androgen ideal» - cinsi rolların (analıq) ləğv 

olunması hesabına cəmiyyətin «bircinsliliyini» əldə etmək. Bu halda kişi ilə qadın arasında 

münasibətlər hakimiyyətdən, zordan və  ədalətsizlikdən azad olardı. «Laborator» (süni) 

uşaqları androgen idealın həyata keçirilməsinə kömək edə bilər. Məhz onda «birinci növ» 

feminist qadınların fikrincə, bütün fərqlər aradan qalxacaq: qadınlar daha rasionalist, daha 

məntiqli, güclü və cəsur olacaqlar: b) iknci feminist qadınlar məktəbi üçün kişilərlə qadınlar 

arsındakı  fərq realdır, qadınların təbiəti başqadır, lakin qiymətcə kişi təbiətindən heç də 

geri qalmır. Qadınlar xüsusi keyfiyyət və qabiliyyətə malikdirlər: səciyyəvi qadın düşüncə 

tərzi kişi təfəkkürünə nisbətən daha intuitivdir, emosional cəhətdən daha səimimidir, daha 

qurucu və genişdir. O, kişilərin elmi, rasional, məntiqi, analitik düşüncə  tərzinə tam 

qiymətin alternatividir. Feminizm bu kimi qadın xüsusiyyətlərinin  əsl qiymətinin cəmiyyət 

tərəfindən tanınmasına nail olmaqdır. 

Cinslərin fərqləri öz-özlüyündə bu fərqlərlə əsaslandırılan çoxsaylı müxtəlif sosial və 

siyasi normaları zəruriliklə şərtləndirə bilməz. Buna görə də feminist qadınlar cinslə (sex), 

soyla (qender) fərqləndirirlər. Cinslərin fərqləri təbiidir, lakin çox məhduddur, soyla isə 

təbiət faktı olmayıb,  ən  əvvəl tərbiyə  və  mədəniyyəıtdən asılıdır. Misal üçün, feminist 

qadınlar müxtəlif dillərdə müxtəlif sözlərin (isimlərin) kişi, qadın və orta cinsinin təyin 

olunmasındakı  fərqləri gətirirlər. Qrammatikadakı cins və eynilə sünidir və  təbiətə yox, 

mədəniyyətə məxsusdur. 

Simona de Bovuar özünün «İkinci cins» (1949-cu il) kitabında göstərmişdir ki

cəmiyyət kişi başlanğıcını müsbət mədəni norma kimi qəbul etdiyi halda, qadın 

başlanğıcını  əksinə, mənfi, normadan kənara sapma hesab edir. Buna görə  də qadınlar 

«yad» qrup kimi təyin olunur və  bərabərlikdən, hətta öz həyat tərzlərini sürmək 

«qanuniliyindən» məhrum edilirlər. 

«Seksual siyasət» kitabının müəllifi Keyt Miller «patriarxat» anlayışı və onunla bağlı 

hakimiyyət və dissidentliyin (fərqli fikirliliyin) əzilmə, boğulma atributlarını dövriyyəyə gətirir. 

Patriarxat – ataların hakimiyyətidir: elə ailəvi, sosial, ideoloji, siyasi sistemdir ki, orada 

qadına aid olan hər şey kişiyə tabe olunub. Qadınların əzilməsi kişidən bioloji fərqlərə görə 

yox, qadın başlanğıcının cəmiyyət tərəfindən törəmə kimi qəbul olunmasından irəli gəlir. 

Seksual siyasət-sosial hakimiyyətin qanunudur, seksual hakimiyyət isə insanları  həm 

birbaşa zorakılıq, həm də mədəniyyət vasitələri ilə idarə edir. 

Ənənəvi mühitdə  qəbul olunmuşdur ki, kişi – insanın mentallığı eynidir, qadın 

mentallığı isə onlardan fərqlidir (psixiatr-həkimlərin apardığı  və  nəticələri  əvvəlcədən 

məlum olan sosioloji tədqiqatları bu fikri təsdiqləyirdi) Sulamif Fayerstoun özünün «Cinsin 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə