Əli Abasov Rəna Mirzəzadə qenderə GİRİŞ


 Qenderin Azərbaycanda təşəkkülü və qender statistikası



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə11/24
tarix26.11.2017
ölçüsü0,55 Mb.
#12589
1   ...   7   8   9   10   11   12   13   14   ...   24

 

24

6. Qenderin Azərbaycanda təşəkkülü və qender statistikası



 

∗∗∗∗


 

  Qender statistikası haqqında. 



  Qender Azərbaycanda: rəqəmlər və faktlar. 

Cəmiyyətdə qadınların və kişilərin hüquq bərabərliyinin bərqərar olmasını əks etdirən 

qender problemləri sosial həyatın bütün sahələrini  əhatə edir. Hazırda cinsi bərabərlik 

məsələləri  ən aktual siyasi, iqtisadi və sosial problemlərdən biridir. Artıq bütün cəmiyyət 

üzvləri qender problemlərinin qanundan, elmdən gerçəkləşib reallaşması istiqamətində 

çalışırlar.  Əvvəllər uçot və statistikanın dövrün siyasi konsepsiyasından irəli gələn vahid 

metodologiyası mövcud olduğuna görə SSRİ tərkibində olan xalqların tarixi, coğrafi, milli və 

mədəni xüsusiyyətləri nəzərə alınmırdı. Bu da respublikalar üzrə qender stereotiplərini ifadə 

etmir və beynəlxalq müqayisələr və paralellər aparmağa imkan vermirdi. Nəhayət, 1998- ci 

ildən başlayaraq qender statistikası istiqamətində işlər hər il mütəmadi olaraq aparılır.  

Nəzərə çatdıraq ki, Pekin Deklarasiyasında statistika məsələlərinə xüsusi diqqət 

yetirilmişdir. Konfransın materiallarında deyilir: «Milli statistika xidmətləri cəmiyyətdə qadın 

və kişilərin vəziyyəti ilə bağlı problem və məsələlərin cins və yaş üzrə bölgüsünü özündə əks 

etdirən statistik məlumatların toplanması, işlənməsi, təhlilli və  nəşr olunmasını yerinə 

yetirirlər». Müstəqil inkişaf yoluna çıxmış respublikamızda insanlar cəmiyyətdə öz mədəni, 

milli və cinsi özünəməxsusluğunu yenidən dərk etmək və yenidən zəruri etmək üçün 

müəyyən yollar axtarırlar. Bütün dünyanın demokratik ölkələrində olduğu kimi bizim ölkədə 

də  əhalinin qender məntiqində ilkin demoqrafik biliklərin formalaşdırılması aktuallıq kəsb 

etməlidir.  

Qender statistikası-cəmiyyətin bütün sahələrində qadın və kişilərin vəziyyətini 

səciyyələndirir. O, qadın və kişilərin bərabər hüquq və imkanları prinsipinin yerinə yetirilməsi, 

onların hər bir xüsusiyyətləri üzrə tələblərə cavab verən optimal sosial- demoqrafik siyasətin 

işlənib hazırlanması üçün əsas verir.  

Ümumilikdə respublikanın qender mənzərəsi belədir: Azərbaycan Respublikası 1991- 

ci il oktyabrın  18- dən müstəqil dövlətdir. Hakimiyyət forması- prezident respublikasıdır. 

Ərazisi 86600 kv.km- dir. Azərbaycan Respublikası  şimaldan Rusiya (Dağıstan),  şimal-

qərbdən Gürcüstan, cənub- qərbdən Ermənistan və Türkiyə, cənubdan  İranla 

həmsərhəddir. Hər kv.km- ə  əhalinin sıxlığı 92 nəfərdir.  Əhalinin ümumi sayı 8.158.000 

nəfərdir ki, onun 4.175.000- i qadın, 3.983.000- i isə kişidir.  Əhalinin təxminən  13%- i 

qaçqın və məcburi köçkündür. Azərbaycan Respublikası 1992- ci ilin martından BMT- nin 

üzvüdür.  1995- ci ildə müstəqil dövlətin ilk Konstitusiyası  qəbul olunmuşdur. Konstitusiya 

ən ali qüvvəli qanun olmaq etibarı ilə qadınların diskriminasiyasını qadağan edir ki, bu da 

25- ci maddədə «kişi ilə qadının eyni hüquqları  və azadlıqları vardır» kimi təsbit 

olunmuşdur. Konstitusiyanın bu tələbi eyni zamanda Azərbaycanın bir çox qanunları, 

Respublika Prezidentinin, Hökumətin və Milli Məclisin qanun və  qərarları, fərmanları ilə 

tənzimlənir. Aktual problemlərdən biri olaraq, digər ölkələrdə olduğu kimi, qender 

statistikasının inkişaf etdirilməsi sahəsində, Respublika Dövlət Statistika Komitəsində  də 

müəyyən işlər görülür.  

Diqqətə çatdıraq ki, bu mövzu ilə  əlaqədar statistik rəqəmlər  1999- cu ildə müəllifin 

«Qender tədqiqatları» kitabında nəşr olunmuşdur. Hazırda müraciət etdiyimiz statistik 

rəqəmlər yeniləşdirilib dəyişdirilmişdir.  

Azərbaycan  əhalisi haqqında ümumi təsəvvür yaratmaq üçün yenə  də statistikaya 

müraciət edək. 2002- ci ilin göstəricilərinə görə hər 1000 nəfər kişiyə düşən qadının sayı 20- 

30 yaş arasında 1039- 1121 nəfər, 40- 60 yaş arasında 1060- 1213 nəfər idi.  

Əgər şəhər və kənd əhalilərini də qender statistikası baxımından xarakterizə etsək belə 

mənzərə alınar:  şəhərdə  əhalinin  14,7 faizi qadınlar,  10,9 faizi kişilər, kənddə isə paralel 

                                                 

 Ряна Мирзязадя «Эендер. Ъямиййят. Инсан щцгугу. Сийасят» Бакы, 2003, сящ. 364-390  




 

25

olaraq  15 faizə nisbətən  12 faizdir. Orta ömür uzunluğu qadınlarda 75, kişilərdə 67 hesab 



olunmuşdu. 

Azərbaycanda  əhalinin təhsil, sosial və professional istiqamətlərdə  tərəqqisi məlum 

sosializm qruluşundan əvvəlki dövrdə inkişaf etsə də, məlum SSRİ konstitusiyası cinsi ayrı- 

seçkiliyə fərq qoymamış, qadınlar üçün icbari orta təhsil, qadınların kişilərlə bir yerdə təhsil 

almasını qanunla təsbit etmişdi. Təhsil sahəsində hüquq bərabərliyi haqqında qanun hal- 

hazırda öz qüvvəsindədir. 2000- ci il təhsil üçün göstəricilər belədir: Ali məktəblərdə 36600 

nəfər qadın və  51900 nəfər kişi, orta ixtisas məktəblərində isə 26200 qadın və  12600 kişi 

oxuyur. 


Cinsi mənsubiyyət üzrə yanaşdıqda 2000- ci il statistikasına görə elm sahəsində fərqlər 

belədir: akademik kişilərin sayı 36 nəfər, qadın  1  nəfər; akademiyanın müxbir üzvünün 57 

nəfəri kişi olduğu halda, 3 nəfəri qadın; elmlər doktoru 1375 nəfər kişi,  175 nəfər qadın; 

elmlər namizədi 5875 nəfər kişi, 2625 nəfər qadındır. Ali təhsil və  tədiqat müəsisələrində 

qadınlar texniki və elmi sahələrdən çox, əsasən humanitar və ədəbi yaradıcılıq sahələrində 

məşğuldurlar. Qadınlar  əhalinin  əksəriyyətini təşkil etdiyi kimi qadın müəllimlərin də sayı 

kişilərinkindən çoxdur. Kənd yerlərində cinsi bərabərsizliyin bütün əlamətləri getdikcə daha 

da artır. Kənddə qadın və qızlar daha çox ev təsərrüfatı ilə məşğuldur, onların əsaslı təhsil 

almağa imkanları yoxdur. Beləliklə, onların təhsil hüququ ayrı-seçkiliyə  uğrayır. Getdikcə 

adət halını almağa başlayan, Bu kimi hallar azyaşlı qızların erkən ərə verilməsi və təhsildən 

yayılmasına rəvac verən amillərdəndir. 

Azərbaycanın əmək ehtiyatlarının 45%- ni qadınlar təşkil etdiyi halda, rəhbərlikdəkilərin 

yalnız 1,5%- i qadındır, kənd təsərrüfatında- peşəkar işçi qadınlar- 10%, vəzifədəkilər- 1,3%- 

dir. Kənd təsərrüfatında ağır işlərin 70- 75%- i qadınların üzərinə düşür.  1994- cü ildə 

şəhərdə  sənayedə  işləyənlərin 44,6%- i qadın olmuşdur- rəhbərlikdə isə- 3,1%- i. 

Ümumilikdə götürəndə qadınların əmək haqqı kişilərinkindən 30% aşağıdır. Ən pis vəziyyət 

pensiyaçılar və ahıllar arasındadır; tənha analar 142645, dullar 318000, çoxuşaqlılar 

120000- dir. İşsizlərin 60- 70%- i qadınlardır. Seçkilərə hədd (kvota) ləğv olunduqdan sonra 

qadın deputatların faizi SSRİ üzrə 50%- dən 27%- ə düşdü. Azərbaycan Ali Sovetində 1991- 

ci ildə 349 deputatın yalnız  17- si, yəni ümumi sayın 4,8%- i qadın idi. İlk Ali Sovetin 

tərkibindən yaranan Milli məclis 1992- ci ildə 50 nəfərindən 3 nəfəri qadın idi. Muqayisə üçün 

qeyd edək ki, Rusiyada- 16, Özbəkistanda- 9,6, Tacikistanda- 3, Ermənistanda- 3, ABŞ- da- 

6, Türkiyədə- 1,8, İranda- 3,8, Danimarka, İsveç, Norveçdə 35%- ə yaxını qadın parlament 

üzvü idi. Respublika üzrə İcra Hakimiyyəti başçısından 2- si qadındır (2,6%). Lakin, onu da 

nəzərə çatdıraq ki, şəhər və rayonlarda bir nəfər qadın humanitar və ya sosial məsələlər 

üzrə müavin təyin edilir. 

Azərbaycanda ali təhsili olan qadınların faizi beynəlxalq standartlara görə kifayət qədər 

çox yüksəkdir və kişilər üçün olan göstərici ilə təxminən eynidir. Səhiyyə və təhsil sistemində 

işləyənlərin təxminən 65 faizi, elm sahəsində işləyənlərin ən azı 43 faizi qadındır. Bununla 

belə, ölkənin  ən yüksək inzibati və siyasi vəzifələrində qadınlar zəif təmsil olunub. 

Ümumiyyətlə, ölkədə yüksək vəzifələrin 30 faizdən az hissəsini qadınlar tutur. Nazir 

səviyyəsindəki vəzifələrdə  işləyənlərin 9 faizi qadınlardır. Milli Məclisdə qanunvericiliyin 

qəbul edilməsində məsul vəzifələrin 20 faizini qadınlar tutur. Milli Məclisdə komissiya sədri 

və  sədr müavini, qrup və ya şöbə  rəhbəri sistemlərindəki vəzifələrin  15,4 faizi qadınlardır. 

Xarici ölkələrdəki səfirliklərdə  işləyənlərin ancaq 11 faizi qadınlardır. Nazirlər Kabinetində 

qadınlar hələ  də nisbətən aşağı  vəzifələrdə, texniki işlərdə çalışırlar. Belə ki, rəhbərlik 

səviyəsində qadınlar ümumiyyətlə yoxdur, ekspert və ya məsul vəzifələrin yalnız  17 faizini 

qadınlar tutur; hökumət strukturlarında işləyən texniki işçilərin isə 83 faizi qadınlardır. 

Naxçıvan MR- sı müstəsna hal təşkil edir; burada Baş Nazirin üç müavinindən biri qadındır. 

Azərbaycanda insan inkişafının səviyyəsi ölkənin qadın əhalisi üçün kişilərə nisbətən daha 

aşağıdır. Bu mənada  1999- cu ilin hesabatlarına görə ölkənin qadın  əhalisi üçün İnsan 

İnkişaf  İndeksi 0,687, kişi  əhalisi üçün isə 0,744 təşkil edir. Ömrün ehtimal edilən müddət 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə