Əli Abasov Rəna Mirzəzadə qenderə GİRİŞ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə13/24
tarix26.11.2017
ölçüsü0,55 Mb.
#12589
1   ...   9   10   11   12   13   14   15   16   ...   24

 

28

transplantasiya üçün əmtəə kimi istifadə edilir. Respublika Hərbi  Əsirlər, Girov və  İtkin 



Düşənlər üzrə Dövlət Komissiyasının məlumatına görə, Qarabağ münaqişəsi nəticəsində 

4928 nəfər itkin düşmüşdür. Onların 56-sı uşaq, 327-si qadın, 364-ü yaşlıdır. 1988-ci ildən 

bəri əsirlikdən azad edilənlər 1330 nəfərdir və qeyd etməliyik ki, onların hamısı kişilərdir. 

PFP-in «Qadınlar və  hərbi münaqişələr»ə  həsr olunmuş  131-149-cu maddələri bu işdə 

müəyyən rol oynamışdır. 1998-ci il mayın 18-dən 20-dək Bakıda «Qadın hüquqları-İnsan 

hüquqlarıdır. Qadınlar və  hərbi münaqişə» mövzusunda Beynəlxalq Konfransı 

keçirilmişdir. Konfransı BMT İP, YUNİFEM, UNHCR və Azərbaycan hökuməti birgə təşkil 

etmişdilər.Tədbirə dünyanın  13 ölkəsindən çoxlu nümayəndələr dəvət olunmuşdu. 

Qarabağ münaqişəsinin  əsas tərəflərindən biri olan Ermənistan Respublikasının 

nümayəndələri də  iştirakçılar arasında idi. Konfrans iştirakçıları PFP üç prinsipinin 

nəzərdən keçirilməsinin vacibliyi haqda razılığa gəlmişdilər: - dinc quruculuqda və  hərbi 

münaqişələrin həll olunmasında qadınların rolu; - qadınlara qarşı zorakılıq; - qadınların 

hüquqları insan hüquqları kimi, o cümlədən qaçqınların və  məcburi köçkünlərin doğma 

yurd-yuvalarına qaytarılması  və  həlli uzun müddət tələb edən digər məsələlər. Bu 

məsələlər, konfrans iştirakçıları olan 13 ölkədə yaranmış  vəziyyətlə  əlaqədar olaraq, 

müvafiq və aktual hesab edilmişdir.  İştirakçılar bu məsələləri öz milli hökumətlərinin və 

ictimayətlərinin nəzərlərinə çatıracaqlarına söz vermişlər.  İştirakçılar həmçinin BMT-nin 

köməyi ilə subregional və regional əlaqə sistemin yaradılması  məsələsində konsensusa 

nail olmuşlar. Subregional konfransın məqsədləri: - ailədə, cəmiyyətdə, milli və beynəlxalq 

səviyyədə qadınlara qarşı zorakılığın qarşısının alınması  və  ləğv edilməsi işində  əldə 

olunmuş effektif təcrübə mübadiləsi; - əməkdaşlıq məqsədi ilə  və regional dialoqların 

aparılması üçün forumun yaradılması; - gələcək fəaliyyətdə konsensusa nail olunması.  

Bakı  Bəyannaməsinin yekun nəticəsi strategiya və mexanizmi müəyyən edən 

konkret fəaliyyət proqramı oldu. Bu sənədlər milli və regional səviyyələrdə hazırlanmışdı. 

BMT «Zorakılıqla mübarizə  və sabit sülh quruculuğu üçün qadınların rolunun 

gücləndirilməsi üzrə  əməkdaşlıq sistemi» adlı uzunmüddətli proqramın həyata 

keçirilməsinə kömək göstərəcəyinə razılıq verdi. Göstərilən  əməkdaşlıq proqramının 

məqsədləri bunlardır: - Hərbi konfliktlərin qarşısının alınmasında və regionda sülhün 

bərqərar olması prosesində qadınların rolunun möhkəmləndirilməsi; - Qadınlara qarşı 

zorakılığın qarşısının alınması  və  ləğv olunması üçün tədbirlərin hazırlanması; - 

Qadınların, o cümlədən qaçqınların və məcburi köçkünlərin hüquqlarının qorunması.  

Bakı konfransında girovlar haqda da məsələ qaldırılmış, 330-dək qadının və 60-dək 

uşağın taleyi diqqət mərkəzində olmuşdur. «Azərbaycan qadınlarının Bakı Assosiasiyası» 

qeyri-dövlət təşkilatı BMT-nin İnsan hüquqları üzrə Ali Kommisarlığının Cenevrə ofisində 

bu məsələ ilə  əlaqədar olaraq çıxış edmişdir. Qeyd olunan problemlə  əlaqədar olaraq 

münaqişə dövrü ərzində qaçqınların və  məcburi köçkünlərin məsələləri ilə bağlı  100-dən 

çox hüquqi sənəd qəbul edilmişdir. 

1994-cü ilin mayında atəşkəs elan olunmuşdur. Sülh müqaviləsinə  dəfələrlə  cəhd 

edilsə  hələ  də konkret nəticə yoxdur. Münaqişə  tərəflərinin, beynəlxalq təşkilatların da 

müdaxiləsi olmaqla, həm dövlət, həm də qeyri dövlət strukturları səviyyəsində keçirtdikləri 

saysız görüşlərdən hələ ki, heç bir irəliləyişə nail olunmamışdır. Torpaqların işğalı ilə bütün 

insani hüquqları pozulmuş  əhalinin  əsas həssas qrupu olan qadınların münaqişədə 

zorlama, cinsi təzyiq, məcburi hamiləlik, döymə, təhqir etmə hallarını xüsusi qeyd 

etməliyik. Məhz PFP-nın 116-cı maddəsi bu kimi hallara qarşı çıxış edir. 1995-ci ildə BMT-

nin 39-cu sessiyasında BMT Baş Katibinin üzərinə qoyulan qadınların azad edilməsi 

məsələsini Pekin Konfransında öhdəlik kimi üzərinə götürən Qətnamə  hələ  də icra 

olunmamışdır və Post-Pekin  dövründə onun müddəti dörd dəfə uzadılmışdır (40, 41, 42, 

43, 44-cü sessiyalarda). 1998-ci ildə respublika Nazirlər Kabinetinin qaçqınlar, məcburi 

köçkünlər və  əhalinin miqrasiya şöbəsi tərəfindən respublikanın bütün rayonlarını  əhatə 

edən xüsusi sorğu keçirilmişdir. Bu sorğu nəticəsində qaçqın və məcburi köçkün qadınların 




 

29

təhsili, məşğulluğu, sağlamlığı və yaş göstəriciləri təhlil olunmuşdur. Bu məlumatlara görə 



qaçqın və  məcburi köçkün qadınların məşğulluğu müxtəlif rayonlar üzrə müxtəlif  şəkildə 

paylanmaqla 30% olmuşdur və onların arasında kənd yerləri çoxluq təşkil edir. Bu 

qadınların  16,4%-i müəllim,  12,35-i tibb işçisi, 7,6%-i mədəniyyət işçisi, 41,1%-i kənd 

təsərrüfat işçiləri,  15,6%-i isə digərləridir. Ümumilikdə götürdükdə isə qaçqın və  məcburi 

köçkünlərin 419171  nə  fəri qadındır ki, bunun da 120265 nəfəri 28,7%-i qaçqın, 298906 

nəfəri 71,3%-i köçkündür .  

1998-ci ildə qaçqınların və  məcburi köçkünlərin problemlərinin həlli üzrə dövlət 

proqramı qəbul edilmişdir. Bu proqramdan irəli gələn vəzifələri yerinə yetirmək beynəlxalq 

humanitar təşkilatların, dünya dövlətlərinin köməyi və  iştirakı olmadan həyata keçirmək 

mümkün deyildir. Beynəlxalq qurumların qaçqın və məcburi köçkün ailələrinə, o cümlədən, 

ilk növbədə – tənha və ailə başçısı olan qadınlara, yardım və kömək sahəsində 

respublikada geniş  fəaliyyət göstərilir. Qaçqın və  məcburi köçkün qadınların milli tərkibi 

belədir: 399058 azərbaycanlı, 375 rus, 1902 kürd, 17677 türk, 159 nəfər isə digər 

millətlərin nümayəndəsi. Qaçqın və  məcburi köçkün qadınların  15878-i ali, 19384-ü orta 

ixtisas, 85123-ü orta, 45397-i natamam orta, 75065-i ibtidai, 58059 nə-fəri isə başqa 

təhsilə malikdir. Statistika da göstərir ki, onların inkişaf potensialı yüksəkdir.  

Yaş tərkibinə görə: 6 yaşına qədər 40597 nəfər; 7-17 yaş arası 73632 nəfər; 18-49 

yaş arası 121619 nəfər; 50 və ondan yuxarı 63060 nəfərdir. Ailə tərkibinə görə: 29484-ü 

çoxuşaqlı ana; 4253-ü şəhid anası;  16948-i ailə başçısı olan qadın; 3595-i tənha qadın; 

114229-u qız uşağıdır.  

  

Rəqəmlər aydın göstərir ki, hərbi münaqişə nəticəsində zorakılığa məruz qalma bu 



qadınların  şəxsi həyat tərzini də köklü dəyişmişdir. Pekin Platformasının 210-233-ci 

maddələrində qeyd olunan «Qadınların insan hüquqları» müddəasında olan əsas 

hüquqlardan – yaşayış yerindən, iş yerlərindən, təhsil almaqdan, dinc ailə münasibəti 

qurmaqdan, ən əsası insan kimi inkişafdan məhrum etmişdir. Əhalinin bu hissəsinin daha 

çox qayğı və müdafiəyə ehtiyajı vardır. Bu qadınların ümumi sayının böyük hissəsi özü ailə 

başçısı olan, tənha, kimsəsiz şəxslərdir.  

Reallıq göstərir ki, qaçqın və məcburi köçkün qadınların böyük bir hissəsi yoxsulluq 

və  işsizliklə mübarizə apararaq normal həyat tərzini, çətinliklə  də olsa yaşamaq uğrunda 

mübarizədə öz əsil peşəsini, sənətini, savadını, qadına uyğun qabiliyyətini itirmiş  xəstə

cavan ikən qocalmış, gücsüz və ağır psixoloji gərginlik vəziyyətindədir. Onların içərisində 

olan gənc qızlar isə xüsusən firavan həyat tərzindən məhrum olub, sosial bəlalar, 

məhrumiyyətlərlə üzləşir və PFP-nın 259-285-ci maddələrində göstərilən «Qız 

uşaqları»nın vəzifə  və hüquqlarından məhrumdurlar. Onların  əksəriyyətinin təhsilə, tibbi 

xidmətə, qidaya, geyimə və informasiyaya ehtiyajı vardır.  

Lakin buradaca qeyd edək ki, bu qadın və qızlar dövlətin sülh məramlı gedişlərinə 

böyük ümidlə yanaşaraq, öz doğma torpaqlarına qayıdacaqları günü gözləyirlər. 

Qadınlara qarşı zorakılıq. Pekin Bəyannaməsinin  113-cü bəndində deyilir: «Qadınlara 

qarşı zorakılıq termini qadının fiziki, cinsi və psixoloji sağlamlığına ziyan, əzab-əziyyət 

gətirən cinsi əlamət əsasında hər cür zorakılıq aktı deməkdir».  

Bu həqiqətdir ki, tarixən Azərbaycanda mənəvi, adətlərə görə qadın xüsusi hörmət 

sahibi olmuş, ailənin namusu hesab edilmişdir. Qadın, o cümlədən də,  əsasən qızlar 

xüsusi olaraq kişi cinsi tərəfindən himayə olunub qorunmuşdur. Təbii ki, nəinki cəmiyyətdə, 

həm də ailədə müəyyən zorakılıq nümunələrinə daima rast gəlinmişdir. Son illərin 

dəyişiklikləri ailə-cəmiyyət zəminində bütün cinsləri obyektiv və subyektiv səbəblər 

üzündən zorakılığa məruz qoymuşdur. Respublikanın müstəqillik qazandıqdan sonra 

üzləşdiyi çoxsaylı problemlərin təzahürü daha çox ağırlığı qadınların çiyninə qoymuşdur. 

Müharibədə çoxlu sayda kişi itkisi, ölümü kütləvi surətdə zorakılıq əlaməti yaratmış, insan 

bir insan olaraq bütün həyat vasitələrindən məhrum olunmuş, tarixi adət-ənənələrə 

söykənən vərdişlər zərif qadını  bərkitmiş, belə deyək ki, «kişiləşdirmiş» dir. Ən yaxını  və 



Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə