Əli Abasov Rəna Mirzəzadə qenderə GİRİŞ



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə15/24
tarix26.11.2017
ölçüsü0,55 Mb.
#12589
1   ...   11   12   13   14   15   16   17   18   ...   24

 

32

rejiminin tətbiqi, evdar qadınlar (bura əlil və qocaları da aid etmək olar) üçün müəyyən 



ödənişli ev təsərrüfatında zəhmət üsulunun yaradılması (bişirmə, tikmə və s.), məişət tipli 

yeni iş yerlərinin açılması, müasir peşələrin öyrədilməsi üçün pulsuz kurslar açılması kimi 

hallar prioritet götürülür. Yoxsulluq probleminin müəyyən qədər aradan galdırılması üçün 

beynəlxalq təşkilatların köməyinə ehtiyac vardır. Respublikanın qoşulduğu 47 Beynəlxalq 

Sazişdən 13-ü qadınların əmək və məşğulluğu problemlərinə aiddir. 

 

Qadınların qanunvericilik orqanlarının işində  və  qərar qəbul olunması prosesində 



iştirakı. Siyasi qərarların qəbulunda mövcud olan bərabərlik prinsipləri elə bir qüvvədir ki, 

onsuz dövlət siyasətinin formalaşmasında real bərabərliyin əldə edilməsi mümkün deyildir 

( PFR, 181-ci maddə). Önəmli faktdır ki, Azərbaycanın müstəqillik aktını 1991-ci ildə o dövr 

Ali Sovetin sədri vəzifəsini daşıyan - qadın ( Elmira Qafarova ) imzalamışdır. 

Azərbaycanda qanunvericilik sahəsində qadınların təmsil olunma səviyyəsi belə idi: 

 

 Sayı  



Faizlə 

  

 İ l l ə r 

 Qadınlar  

Kişilər  

Qadınlar  

Kişilər 

 1985 

 179  


271 

 40 


 60 

 1990 

 15 


 335  

 4 


 96  

 1995 

 15  


109  

12  


88 

 2000 

 13  


111 

 11  


89 

  

Sovet dövrünün süni bərabər hüquqluğa əsaslanan planlaşdırma siyasəti nəticəsində 



parlamentdə qadınlar 40%-lə  təmsil olunurdusa, bu gün Milli Məclisdə  13 qadın təmsil 

olunur (10,6%). Milli Məclisin sədrinin müavinlərindən biri və parlamentdə  fəaliyyət 

göstərən  11 komissiyadan 1-nin sədri və 2-nin sədr müavini qadındır. Mərkəzi Seçki 

Komissiyası sədrinin I müavini qadındır.  

 2001-ci ilin yanvarından Azərbaycan Avropa Şurasının üzvüdür. Respublikanı Avropa 

Parlamenti nümayəndələri tərkibində 2 nəfər qadın millət vəkili təmsil edir. Qadın 

Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini M.Ömərova 2001-ci ildə Avropa 

Şurasının Kişilər və Qadınlar Arasında Bərabərlik Komissiyasının Büro üzvü seçilmişdir. 

Eyni zamanda, 2001-ci ilin dekabırında Azərbaycanda «Ombudsman» (xalq müvəkkili) 

haqqında qanun qəbul olunmuş  və E.Süleymanova respublikanın ilk Ombudsmanı 

seçilmişdir.  

İcra Hakimiyyəti aparatlarında qadın məsələsi ilə məşğul olan şöbələrin yaradılması 

haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2000-ci il tarixli xüsusi 

qərarı mühüm əhəmiyyətə malikdir.  

1999-cu ildə keçirilən bələdiyyə seçkilərində 486 qadın bələdiyyə üzvü seçilmişdir. 

Respublikada rayon icra başçısının cəmi 3-ü ( 3,6%-i ) və 22 rayon icra başçısının müavini 

qadınlardır. Rayon İcra Hakimiyyətində işləyən 577 şöbə müdirindən 55 nəfəri, yəni 9,5%-i 

qadındır.  

Təhsil və  səhiyyə sistemində çalışanların  əksəriyyətini qadınlar təşkil etsə  də, 82 

təhsil  şöbə müdirindən yalnız 7-si (8,5%), 4028 orta məktəb direktorundan isə 669-u 

(18,9%) qadındır. Təhsil Nazirinin müavinlərindən biri də qadhındır. Respublikada fəaliyyət 

göstərən 82 səhiyyə şöbəsinin yalnız 8-nə (10%) qadın rəhbərlik edir. Səhiyyə sahəsində 

yüksək vəzifələrdə çalışan 88 nəfərin 5-i qadındır. Azərbaycan Respublikası Dövlət Test-

İmtahan Komissiyasının sədri də qadındır. 




 

33

Məhkəmə hakimiyyəti orqanları rəhbərlərinin 2-si qadın, 3-ü kişidir, o cümlədən bu 



sahədə  işləyənlərin  15%-ni qadınlar təşkil edir. Son dövrlər artıq qadın polislər də 

formalaşmışdır. Ümumilikdə nazirliklərdə 6,2%, idarəçilikdə 30% qadın təmsil olunur.  

Xarici İşlər Nazirliyi sistemində səfirlərin arasında qadınların sayı 10%, ümumilikdə 

diplomatik korpusda isə 11%-ə yaxın təşkil edir.  



Təhsil və qadınların peşə hazırlığı.  Azərbaycanın təhsil sistemi tarixən humanist 

mahiyətdə, maarifçilik ənənələrinə və bəşəri dəyərlərə sadiq olmuşdur. Təhsilin inkişafında 

qadınların xüsusi yeri vardır. Pekin Platformasının 69-88-ci maddələrinə uyğun olaraq 

Azərbaycan Respublikasının təhsil sistemində plan, proqram, peşə hazırlığı və işlətəminin 

həyata keçirilməsində qadınların iştirakına qanuni imkan yaranmışdır.  

1992-ci ildə, müstəqilliyin ilk ilindən qəbul edilmiş «Təhsil haqqında Qanun»a və 

1995-ci ildə  qəbul olunmuş Konstitusiyaya əsasən, cinsindən asılı olmayaraq bütün 

uşaqlara 6 yaşından etibarən  11 illik icbari təhsilalma hüququ verilir. Təhsil Qanununun 

yeni islahatlarla bağlı  dəyişiliklər edilmiş layihəsi hazırlanmışdır.  İcbari təhsil pulsuzdur. 

Dövlət tədris müəssisələrində pulsuz təhsillə yanaşı, pullu təhsil də nəzərdə tutulur. Özəl 

təhsil sahələrində isə təhsil haqqı ödənişlidir. 

Təhsil sistemində islahatlar aparılması üçün 1998-ci ildə yaradılan Dövlət 

Komissiyasının rəyi göstərir ki, icbari təhsil sistemində qender tarazlığı pozulmamışdır. 

Təbii ki, maddi vəziyyətin mənfi təzahürlərinin göstərdiyi hallar mövcuddur. Bu hal hər iki 

cinsdən olan uşaqların təhsil almasına çətinlik yaradır. Belə ki, kitab almağa, geyimə vəsait 

olmadığı üçün bir çox valideyn uşağını təhsillə təmin edə bilmir. 

Keçmiş Sovetlər  İttifaqında qadınların məşğul olduğu bir sahə  də  məktəbəqədər 

tərbiyə ocaqları idi. Bu tipli iş yeri qadına ikitərəfli sərf edirdi: o həm uşağını bu tərbiyə 

müəssisəsinə verir, həm də özünün işlə  təminatı ödənilirdi. Bu tipli tərbiyə sistemi – 

körpələr evi, uşaq baxçaları və s. iqtisadi strukturun yeniləşməsi ilə öz formasını dəyişdi. 

Belə  tərbiyə ocaqları ya müəssisələrin daxilində, ya da sərbəst formada, yəni ödənişli 

olaraq yaradıldı. Köhnə sistemin dağılması nəticəsində minlərlə qadın işsiz qaldı. Bu hallar 

texniki peşə məktəbləri üçün də xarakterikdir. Respublikada ödənişli kollec, gimnaziya və 

litseylər fəaliyyət göstərir. Belə vəziyyət alternativ təhsil sistemində güclü rəqabət yaratsa 

da, digər cəhətdən, az təminatlı ailələrin uşaqlarının yaxşı təhsil almasında məhdudiyyətlər 

yaradır.  

1998-ci ilin əvvəlində qadınların təhsil səviyyəsi belə idi: 24% ali; 33,7% orta ixtisas; 

33,9% ümumi orta təhsillilər idi, ümumi orta təhsili olmayanlar 8,4% təşkil edirdi. 1999-cu il 

siyahıyaalmasının nəticəsinə görə 15 yaşdan yuxarı əhalinin savadlılıq səviyyəsi qadınlar 

arasında 98%, kişilər üçün isə  100%-dir. 2000-2001-ci tədris ilinin əvvəlinə dövlət orta 

ixtisas məktəbləri  şagirdlərinin tədris müəssisələrinin sahə ixtisaslaşması üzrə bölgüsünə 

görə 28400 qadın cinsi və 12800 kişi cinsi təşkil edir və yaxud 69% qadın, 31% kişidir.  

Rəqəmlər də göstərir ki, Azərbaycan qadınının ümumi təhsil səviyyəsi yüksəkdir. 

Lakin müharibə faktoru, onun nəticələri respublikada təhsilin səviyyəsinə  də  mənfi təsir 

göstərmişdir. Azərbaycanın işğal olunmuş ərazilərində 12000 yerlik 242 uşaq bağçası və 

körpələr evi; 117000 şagirdin təhsil aldığı 616 ümumtəhsil məktəbi, 21000 yerlik 4 kollec, 

34 məktəbdənkənar müəssisə  və ali məktəblərin filialları itirilmişdir. 20000-dən çox 

müəllim, o cümlədən, qadın müəllimə qaçqındır. Beynəlxalq humanitar təşkilatların köməyi 

ilə çadır düşərgələrində, yığma evlərdə müvəqqəti məktəblər yaradılmış, qismən də olsa 

çətinlik dəf olunmuşsa da, təhsil prosesi tam həll edilməmişdir. YUNİSEF-in dəstəyi ilə 

çadırda məskunlaşmış 3-6 yaşlı  uşaqlar üçün yarı funksional mərkəzlər açılmışdır, eyni 

zamanda, onlara psixoloji kömək göstərilir. 

Dövlət Statistika Komitəsinin  1998-ci il məlumatına görə  təhsil sahəsində çalışan 

qadın və kişilərin nisbəti 66,9% və 33,1% təşkil etsə  də, göstərdiyimiz kimi, inzibati 

idarəetmə sahəsində  əksinə, yenə kişilər üstünlük təşkil edir. Rəhbərlik səviyyəsində 

təhsildə kişilər 6/1 nisbəti kimi üstünlük əldə etmişdi. Ali məktəblərə  qəbul hər  10000 




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   24




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə