ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə11/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   7   8   9   10   11   12   13   14   ...   123

 

35 


20 auditoriya vardır. Bu auditoriyaların özəlliyi ondan ibarətdir 

ki,  Azərbaycanda  ilk  dəfə  olaraq  burada  müəllimlərin  tədris 

lövhələrində qeydləri və yazıları «Smart-board» sistemi vasitəsilə 

«wi-fi» və ya «bluetooth»la tələbələrin kompüterlərinə ötürülür. 

Tələbələr  müəllimlərin  qeydlərini  birbaşa  kompüterlərində  görə 

bilirlər.  Auditoriyalarda  quraşdırılan  videoçəkiliş  sistemi  ilə 

Akademiyanın  internet  səhifəsinə  yerləşdirilən  dərs  prosesini 

canlı  olaraq  internetdən  də  izləmək  mümkündür.  Burada  6 

nəfərlik qrup auditoriyaları vardır ki, bu da tələbələrin qrup ha-

lında elmi biliklərə yiyələnməsinə imkan yaradır. 

Diqqətə çatdırıldı ki, tələbələr Tələbə Qəbulu üzrə Dövlət Ko-

missiyası tərəfindən Akademiyaya qəbul olunduqdan sonra daxili 

komissiya  tərəfindən  müsabiqədən  keçirlər.  Akademiyanın 

tələbələrinin  13-ü  Prezident  təqaüdçüsüdür.  Son  2  il  ərzində 

Akademiyaya  qəbul  olan  abituriyentlərin  60  nəfəri  600-dən 

yuxarı bal toplamışdır. Bu tələbələr və əlaçılar təhsil haqqından 

azaddırlar. 

Vurğulandı  ki,  Akademiyada  tədris  ingilis  dilində  aparıldı-

ğından burada xarici ölkələrin tanınmış universitetlərindən   15 

professor  da  daxil  olmaqla,  35  pedaqoq  çalışır.  Hər  bir  pro-

fessorun fərdi iş otağı vardır. Burada ümumi iclas otağı və mü-

sabiqə zalları da yaradılmışdır. Binanın üst qatında açıq havada 

müəllim  və  tələbələrin  asudə  vaxtlarının  təşkili,  o  cümlədən 

müxtəlif tədbirlərin, ziyafətlərin keçirilməsi üçün istirahət guşəsi 

də yaradılmışdır. 

Təhsil ocağının dördmərtəbəli kitabxana korpusu  ilə tanışlıq 

zamanı  prezident  İlham  Əliyevə  məlumat  verildi  ki,  Azər-

baycanda  ən  böyük  xarici  dilli  kitabxanaya  malik  olan  Aka-

demiyada  ingilis  dilində  120  min  kitab  vardır.  Bu  kitablar 

İngiltərənin  «Blackwell  Publishing»  şirkəti  tərəfindən  gətiril-

mişdir.  Kitabxanadan  istifadə  edən  tələbələr  elektron  köşklər 

vasitəsilə  istənilən  ədəbiyyatı  axtarıb  sifariş  edə  bilirlər.  Ki-

tabxananın  digər  mühüm  xüsusiyyəti  burada  1  milyon  elektron 

kitabın  olmasıdır  ki,  bu  da  tələbələrə  kompüterlər  vasitəsilə  ki-

tabları  elektron  formatda  oxumaq,  üzünü  köçürmək  və  çapa 


 

36 


vermək  imkanı  yaradır.  Kitabxanada  ayrıca  oxu  zalları,  qrup 

şəklində dərsliklərdən istifadəyə şərait yaradan zallar və kafeteri 

də mövcuddur. 

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Akademiyanın 

kitabxanasına  Heydər  Əliyev  Fondunun  dəstəyi  ilə  nəşr  olunan 

«Azərbaycan  əcnəbilərin  gözü  ilə»  kitabının  150  nüsxəsini 

hədiyyə etdi. 

Sonra  dövlətimizin  başçısı  və  xanımı  Akademiyanın  Beynəl-

xalq Münasibətlər İnstitutunda yaradılan şəraitlə tanış oldular. 

Məlumat  verildi  ki,  burada  auditoriyalar  lazımi  tədris  ava-

danlığı ilə təchiz edilmişdir. 

Prezident İlham Əliyev Tələbə Mərkəzi ilə tanış oldu. 

Bildirildi ki, mərkəzin birinci mərtəbəsində 300 nəfərlik kafe 

və  300  nəfərlik  iclas  zalı  fəaliyyət  göstərir.  İclas  zalı  yüksək 

keyfiyyətli  audio  və  video  çəkilişlərin  aparılması  məqsədilə 

müasir  avadanlıqla  təchiz  olunmuşdur.  Mərkəzdə  Azərbaycan 

dövlətçiliyinin  və  diplomatiyasının  tarixini  əks  etdirən  zal, 

musiqi  və  rəsm  dərnəklərinin  keçirilməsi  üçün  ayrıca  otaqlar 

vardır. 

Prezident  İlham  Əliyev  Azərbaycan  Diplomatik  Akademi-

yasının  fəaliyyətini  və  yerləşdiyi  ərazini  əks  etdirən  stendlərə 

baxdı,  təhsil  ocağının  əldə  etdiyi  nailiyyətlərlə  tanış  oldu. 

Kompleksin  avtomatik  idarəetmə  mərkəzinə  baxan  dövlətimizin 

başçısının  diqqətinə  çatdırıldı  ki,  Akademiyanın  bütün  ərazisi 

videogörüntü  vasitəsilə  izlənir.  Avtomatik  idarəetmə  sistemi 

vasitəsilə bütün kompleksin havalandırma sisteminə, avadanlığın 

işləməsinə nəzarət edən idarəetmə mexanizmi də qurulmuşdur. 


 

37 


 

                                             * * *  

 Akademiyanın  yeni  tədris  kompleksi  ilə  tanışlıqdan  sonra 

prezident  İlham  Əliyev  və  xanımı  Mehriban  Əliyeva  Azərbay-

canın  diplomatik  xidmət  orqanları  rəhbərlərinin  IV  Müşa-

virəsində iştirak etdilər. 

Müşavirəni Xarici İşlər naziri Elmar Məmmədyarov açdı: 

 

– Möhtərəm cənab Prezident! 

İlk növbədə, mən Sizə hamının adından təşəkkürümüzü bil-

dirmək  istəyirəm  ki,  bu  gün  bu  gözəl,  möhtəşəm  tədbirdə  – 

Diplomatik Akademiyanın binasının açılışında iştirak edirsiniz. 

Bu doğrudan da bizim üçün böyük dəstəkdir. 

Möhtərəm cənab Prezident! 

Hörmətli müşavirə iştirakçıları! 

Azərbaycan  xalqının  ulu  öndəri  Heydər  Əliyev  tərəfindən 

əsası qoyulmuş və bu gün də davam və inkişaf etdirilən uğurlu 

xarici  siyasət  strategiyası  Azərbaycan  Respublikasının  bey-

nəlxalq  arenadakı  nüfuzunun  gündən-günə  artması,  dövlə-

timizin etibarlı tərəfdaş kimi tanınması, beynəlxalq təşkilatların 

fəal  üzvü,  habelə  regionumuz  və  bütünlükdə  beynəlxalq 

ictimaiyyət  üçün  əhəmiyyətli  olan  tədbir  və  layihələrin  təşəb-

büskarı olması ilə nəticələnməkdədir. 

Əvvəlcə  diplomatik  xidmət  orqanları  rəhbərlərinin  son  mü-

şavirəsindən  sonrakı  müddət  ərzində  Xarici  İşlər  Nazirliyi  sis-

teminin fəaliyyəti barədə məlumat vermək istərdim. 

Hazırda  Azərbaycan  Respublikasının  xarici  ölkələrdə    55 

səfirliyi, 5 təmsilçilik ofisi, 18 beynəlxalq təşkilat yanında mis-

siyası və 9 baş konsulluğu fəaliyyət göstərir. Respublikamızda 

isə 53 dövlətin səfirliyi, 3 baş konsulluq, 12 Fəxri konsulluq və 

20  beynəlxalq  təşkilatın  nümayəndəliyi  mövcuddur.  Bütün 

bunlar milli maraqlarımızın həmin ölkələrdə təmin olunması və 

ölkəmizin  hərtərəfli  şəkildə  təbliğatı  üçün  geniş  imkanlar 

yaratmışdır.  Belə  ki,  Braziliya,  Argentina,  Cənubi  Afrika 

Respublikası,  Serbiya,  Liviya,  Estoniya  və  Xorvatiyada  yeni 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə