ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə8/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   ...   4   5   6   7   8   9   10   11   ...   123

 

25 


görmək  istərdik,  bütün  investorlarla  regionda  əmin-amanlığın 

yaradılması üçün birgə işləməyi zəruri hesab edirik. Bu gün Sizin 

buradakı  mesajlarınızdan  da  bəlli  oldu  ki,  fransız  şirkətləri 

regiondakı  sabitliyə  inanır.  Sabitliyə  inam  olmasaydı,  yəqin  ki, 

investisiyalar da olmazdı. Düşünürəm ki, bununla bağlı çox yaxşı 

planlarımız  vardır.  Bu  planla  bağlı  Sizin  nazirə  ilin  əvvəlində 

bildirdiyimiz  kimi,  Xarici  İşlər  naziri  Loran  Fabius  gələn  il 

ölkənizə  səfər  etmək  niyyətindədir.  Düşünürəm  ki,  biz  bu  cür 

mükəmməl  planlarla  birgə  işləməyə  başlaya  bilərik.  Dəstəyinizə 

görə təşəkkür edirəm. 



İ l h a m  Ə l i y e v: Təşəkkür edirəm. Mən sizin dediklərinizlə 

tamamilə razıyam. Ölkəmizin tarixindən də bizə məlumdur ki, bəzi 

məqamlarda qeyri-sabitlik dövrləri olmuşdur. Sabitlik olmadan isə 

inkişaf  haqda  düşünmək  mümkün  deyildir.  Təəssüf  ki,  sovet 

dövləti  süquta  uğradığı  vaxt  Azərbaycan  çox  çətin  vəziyyətlə 

üzləşməli oldu. Biz çox mürəkkəb siyasi vəziyyətdə idik – siyasi 

böhran,  Ermənistanın  təcavüzü,  ərazilərimizin  işğal  edilməsi, 

vətəndaş  müharibəsi  təhlükəsi.  İqtisadiyyatımız  bütövlükdə 

tənəzzülə  uğramışdı,  durğunluq  və  təxminən  1000  faiz 

səviyyəsində  inflyasiya  mövcud  idi.  İqtisadiyyat  o  dərəcədə 

zəifləmişdi  ki,  biz  hər  şeyi  sıfırdan  deyil,  hətta  daha  aşağı 

səviyyədən, daha dərindən başlamalı idik. Lakin siyasi islahatlar və 

sabitlik vasitəsilə biz həmin çətinlikləri dəf edə bildik. Artıq 1997-

ci  ildə  iqtisadi  sabitliyə  nail  olundu  və  bundan  sonra  ölkə 

iqtisadiyyatı  artmağa  başladı.  Xarici  investisiyalar,  əlbəttə, 

əhəmiyyətli  rola  malikdir.  Lakin  investorların  sabitlik  olmayan 

ölkədə  risk  etməsi  tamamilə  qeyri-mümkündür.  Bu  səbəbdən 

tərəfdaşlarımıza,  o  cümlədən  Fransadan  olan  şirkətlərə  bizə 

inandıqları  və  çətin  vəziyyətdən  çıxış  yolu  tapmaqda  dəstəkləri 

üçün təşəkkürümüzü bildiririk. 

Bu  gün  Azərbaycan  təkcə  ölkədaxili  sabitliyə  malik  deyil, 

həmçinin regionda sabitləşdirici amil kimi çıxış edir. Biz çox vacib 

regional layihələrin hamısında iştirak edirik. Əksər regional enerji, 

nəqliyyat, siyasi layihələrin təşəbbüskarı kimi çıxış edirik. Ötən il 

155  ölkənin  səsini  qazanaraq  BMT  Təhlükəsizlik  Şurasına  üzv 



 

26 


seçilməyimiz  onu  göstərdi  ki,  biz  özümüzü  dünyaya  təqdim  edə 

bilmişik. 

Bizim gələcəyə baxışımız aydındır. Biz Azərbaycanı gələcəkdə 

müasir, inkişaf etmiş, beynəlxalq birliyə tam inteqrasiya olunmuş 

və  bütün azadlıqlar,  o cümlədən iqtisadi azadlıqlar təmin edilmiş 

yüksək həyat standartlarına malik ölkə kimi görürük. Yəqin ki, hər 

bir  ölkə  rəhbəri  ölkəsi  və  vətəndaşları  üçün  bunları  arzulayır. 

Bizim bunlara nail olmaq üçün çox yaxşı imkanlarımız vardır. 

Yenidən əvvəldə dediyim sözlərə qayıtmaq istərdim. Fransa ilə 

Azərbaycan  arasında  ikitərəfli  münasibətlər  çox  əhəmiyyətlidir. 

Bütün bu illər ərzində biz yüksək səviyyəli qarşılıqlı əməkdaşlıq və 

anlaşmanın şahidi olmuşuq. Ötən gün prezident Fransua Olland ilə 

görüşümüz  bir  daha  təsdiqlədi  ki,  indiyədək  görülmüş  işlər  yeni 

əməkdaşlıq  üçün  qapılar  açır.  Ona  görə  də  şirkətlərin  rolu 

əvvəlkindən  daha  çox  ola  bilər.  Çünki  indi  Azərbaycan  10  il 

əvvəlkindən  daha  çox  imkanlara  malikdir.  Biz  islahatlar  xəttini 

davam  etdirəcəyik  və  gələcəkdə  şirkətlərimiz  üçün  yeni  layihələr 

daha da artacaqdır. 



J a n  B ü r e l: Cənab Prezident, biz bu səhər yeməyi əsna-

sında təşkil olunmuş görüşün sonuna çatdıq. Sizin keçmişdə əldə 

etdiyiniz uğurlar gələcək planlarınızın da uğurlu olacağından xəbər 

verir.  Parisdə  və  ya  Bakıda  Kristian  Monsun  rəhbərlik  etdiyi 

nümayəndə  heyətinin  iştirakı  ilə  Sizinlə  yenidən  görüşməyi 

səbirsizliklə  gözləyəcəyik.  Vaxt  ayırdığınız  üçün  və  dəyərli 

cavablarınıza görə təşəkkür edirəm. 

İ l h a m  Ə l i y e v: Çox sağ olun. 

 

 



 

 

 


 

27 


 

PARİSDƏ AZƏRBAYCAN MƏDƏNİYYƏT 

MƏRKƏZİNİN AÇILIŞI  MƏRASİMİNDƏ 

İŞTİRAK 

 

19 sentyabr 2012-ci il 

 

Azərbaycan  Respublikasının  Prezidenti  İlham  Əliyev  və 



xanımı  Mehriban  Əliyeva  sentyabrın  19-da  Parisdə  Heydər 

Əliyev  Fondunun  və  Azərbaycanın  Fransadakı  səfirliyinin 

dəstəyi  ilə  yaradılan  Mədəniyyət  Mərkəzinin  açılışı  mərasi-

mində iştirak etmişlər. 

Dövlətimizin  başçısı və xanımı Mərkəzdə yaradılan  şəraitlə 

tanış oldular. 

Məlumat verildi ki, Parisin mərkəzində – Eyfel qülləsinin ya-

xınlığında yaradılan Azərbaycan Mədəniyyət Mərkəzi ölkəmizin 

dünya  mədəniyyətinin  paytaxtında  təbliğ  olunması  isti-

qamətində  atılan  ən  mühüm  addımlardan  biridir.  Xüsusi  əhə-

miyyəti  ilə  seçilən  bu  mədəniyyət  hadisəsi  dünya  gündəminə 

mədəniyyətlərarası və sivilizasiyalararası dialoq platformasının 

aparıcı  qüvvəsi  kimi  daxil  olan  Azərbaycanın  ən  yüksək 

səviyyədə tanıdılmasına xidmət edir. Ölkəmizin qədim və zəngin 

tarixinə, mədəniyyətinə dair eksponatların bir məkanda təqdim 

edildiyi  Mərkəz  Parisin  mədəni  həyatında  fəallığı  ilə  seçilən 

Azərbaycanın  bu  sahədə  həyata  keçirdiyi  fəaliyyətin 

rəsmiləşdirilməsinə  də  böyük  imkanlar  açır.  Azərbaycan  Mə-

dəniyyət  Mərkəzi  həm  də  ölkəmizə  sonsuz  marağı  təcəssüm 

etdirir. 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun pre-

zidenti  Mehriban  Əliyevanın  ölkəmizin  xaricdə  tanıdılması 

istiqamətində  həyata  keçirdiyi  tədbirlərin  mühüm  hissəsi 

Parisin mədəni həyatı ilə bağlıdır. Yeni mədəniyyət ocağı isə bu 

sahədə  işlərin  daha  da  gücləndirilməsinə,  vahid  mərkəzdən 

idarə  olunmasına  və  daha  səmərəli  fəaliyyətin  qurulmasına 

geniş imkanlar açacaqdır. 


Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə