ƏLLİ ÜÇÜNCÜ Kİtab ————— sentyabr 2012 oktyabr 2012



Yüklə 3,06 Mb.
Pdf görüntüsü
səhifə7/123
tarix12.10.2018
ölçüsü3,06 Mb.
#73709
1   2   3   4   5   6   7   8   9   10   ...   123

 

22 


imzalanmasına nə zaman başlamaq fikrindəsiniz və bu məsələdə 

Fransanın mövqeyini necə qiymətləndirirsiniz? 



İ  l  h  a  m    Ə  l  i  y  e  v:  Azərbaycanda  kosmik  sənayenin 

yaradılması  və  bu  sahə  ilə  bağlı  böyük  planlarımız  vardır.  Bu, 

beynəlxalq  səviyyədə  hərdən  təəccüblə  qarşılanırdı,  bəziləri 

bizim  bu  sahəyə  investisiya  qoyacağımızı  gözləmirdi.  Lakin 

rəqabətə  davamlı  ölkə  olmaq,  ölkəmizi  inkişaf  etdirib  müasir 

ölkəyə  çevirmək  istəyiriksə,  yeni  texnologiyalarsız,  xüsusən 

kosmik texnologiyalar olmadan bu, çətin məsələdir. 

Biz ilk peykimizin tezliklə kosmosa buraxılacağını gözləyirik. 

Bu  məsələdə  bir  qədər  gecikmələr  olub.  Biz  bunu  ötən  il  üçün 

gözləyirdik. Lakin Fransanın  «Arianespace» şirkəti bunu həyata 

keçirəcək. Biz Sizin də qeyd etdiyiniz kimi, yeni peyklərlə bağlı 

layihələr  üzərində  də  işləyirik.  Mən  Fransa  şirkəti  ilə 

«Azərkosmos» arasındakı əməkdaşlığı tam dəstəkləyirəm. Fransa 

şirkətləri  bu  sahədə  böyük  təcrübəyə  malikdir  və  dünyanın 

aparıcı  şirkətlərindən  hesab  edilir.  Hazırda  biz  peykin 

buraxılması  sahəsində  əməkdaşlıq  edirik,  daha  sonra  bu 

əməkdaşlığın  digər  sahələri  üzrə  də  birgə  işləyə  bilərik.  Biz  bu 

istiqamətdə fəaliyyətimizi olduqca sürətləndirməyi planlaşdırırıq. 

Strateji  cəhətdən  önəmli  olan  sahələrdə  biz  vaxt  itkisinə  yol 

vermirik.  Bu  məqsədlərə  nail  olmaq  istiqamətində  fəaliyyət 

göstəririk.  Biz  çox  zaman  qarşımıza  ambisiyalı  və  qısamüddətli 

planlar,  hədəflər  qoyuruq.  Lakin  bunları  icra  etmək  heç  də 

mümkünsüz deyildir. Biz o cür fəal və cəld şəkildə işləməsəydik,  

8  il  müddətində  ümumi  daxili  məhsulu  3  dəfə  artıra  bilməzdik. 

Bu, yaxın gələcək üçün nəzərdə tutulmuş bir layihədir. Mən sizin 

«Azərkosmos»  ilə  əməkdaşlığınızı  tam  dəstəkləyirəm  və  bu 

sahədə  möhkəm  əməkdaşlıq  münasibətlərinin  yaranacağına 

əminəm. 


Yeri  gəlmişkən,  Azərbaycan  ilə  sizin  şirkət  arasında  əmək-

daşlıq çox uğurludur – təyyarələrin alınması, «airbus»lar. Hazırda 

başqa  yeni  layihələr  nəzərdən  keçirilir.  Bu  əməkdaşlığın  çox 

yaxşı  tarixi  əsasları  vardır.  Eyni  zamanda,  əvvəllər  Fransa 

istehsalçılarından  «Eurocopter»lər,  «ATR»  təyyarələri  alınıb. 



 

23 


Bizim hava yolları hazırda əsasən fransız istehsalı olan təyyarələr 

üzərində qurulub.  



K r i s t i a n  M o n s:  Təşəkkür edirəm, cənab Prezident. 

Üzr  istəyirəm  ki,  suallar  bu  qədər  çoxdur.  Bilirik  ki,  Sizin 

vaxtınız məhduddur. 

İ l h a m  Ə l i y e v: Əgər suallar çoxdursa, biz vaxtı artıra 

bilərik. 



K r i s t i a n  M o n s: Xanım Sizə vacib infrastrukturların 

təhlükəsizliyi barədə sual vermək istəyir. 



«MBDA» şirkətinin nümayəndəsi: Cənab Prezident, mən də 

«EADS»ın başqa bir şirkətini – «MBDA»nı təmsil edirəm. Bizim 

şirkət  vacib  infrastrukturların  təhlükəsizliyinin  müdafiəsi  və 

qorunması  sahəsində  ixtisaslaşıb.  Bizim  Azərbaycana  bir  neçə 

səfərimiz  olub.  Orada  müxtəlif  nazirliklərin  nümayəndələri  ilə 

görüşmüşük. Sualım isə «EADS» qrupunun ölkənizlə əməkdaşlıq 

imkanlarını  necə  görməyiniz  barədədir.  Şirkətlərlə,  o  cümlədən 

Azərbaycan  Respublikasının  Dövlət  Neft  Şirkəti  ilə  –  çünki 

həmin şirkət çox vacib infrastruktura malikdir – həm də «Total» 

ilə  əməkdaşlığı  nəzərdən  keçirə  bilərik.  İkinci  sualım 

həmkarlarımın səsləndirdikləri suallarla bir qədər eyni məzmuna 

malikdir.  Qısa  deyəcəyəm.  Məni  buraya  2  səbəb  gətirib.  Mən 

həmçinin  kosmik  sənaye  və  aeronavtika  sahəsində  ixtisaslaşan 

Fransanın  «GIFAS»  qrupunun  MDB  üzrə  komissiyasının 

sədriyəm. Mənim həmkarım kosmik sənaye barədə danışdı, lakin 

bizim  Sizinlə  əməkdaşlıq  edə  biləcəyimiz  bir  çox  sahə  vardır. 

Mən  həmçinin  Sizinlə  əməkdaşlıqda  maraqlı  olan  bir  çox  daha 

kiçik  şirkətləri  də  təmsil  edirəm.  İstərdik  bilək,  mümkündürmü 

ki, «GIFAS» səviyyəsində Sizin ölkənizə səfər təşkil olunsun və 

fransız şirkətləri orada yeni tərəfdaşlar tapsınlar? 



K r i s t i a n  M o n s: Çox maraqlı təklifdir. 

İ l h a m  Ə l i y e v: Bəli, elədir. Onu deyə bilərəm ki, mən 

bu  məsələlərə  tam  dəstək  verirəm.  Biz  böyük,  balaca,  orta 

səviyyəli müxtəlif şirkətlər və investorlarla, xüsusən bizim üçün 

yeni  olan  kosmos  sənayesi  kimi  sahələrdə  işləməyə  maraqlıyıq. 

Bizim hələlik bu sahələrdə böyük təcrübəmiz yoxdur. Buna görə 



 

24 


də  böyük  beynəlxalq  əməkdaşlığa  ehtiyac  hiss  edirik.  Əminəm 

ki, bu sənaye sahəsini inkişaf etdirməklə bağlı böyük planlarımız 

böyük,  kiçik  və  orta  səviyyəli  əksər  şirkətlər  üçün  imkanlar 

yaradacaqdır.  Buna  görə  də  müxtəlif  şirkətlərin  böyük 

komandalar  şəklində  ölkəmizə  səfər  edərək  bizim  planlarımızla 

tanış  olması,  insanlarla  görüşərək  öz  proqramlarını  bizim 

planlarımızla uyğunlaşdırması baxımından yaxşı fikir olardı. 

İnfrastruktur təhlükəsizliyinə gəldikdə isə, bəhs etdiyimiz bu 

mövzu  olduqca  vacib  məsələdir.  Əvvəlki  illərdə  təhlükəsizlik 

yetərli  səviyyədə  deyildi,  hətta  deyərdim  ki,  mühafizə  ətrafa 

hasar  çəkmək  qədər  bəsit  səviyyədə  idi.  Lakin  vacib 

infrastrukturlar təkcə enerji sahəsi ilə bağlı deyil, digər sahələrdə 

də olduqca vacibdir. 

Çünki biz hazırda fəlakətlərin, zəlzələlərin, daşqınların şahidi 

oluruq.  Yeri  gəlmişkən,  bu  il  güclü  zəlzələ,  2  il  əvvəl  isə  güclü 

daşqın  ölkəmizə  ciddi  zərər  vurdu.  Heç  bir  ölkə  bu  cür 

təhlükələrdən  sığortalanmayıb.  Hazırda  biz  enerji  infrastruktu-

runun  və  su  anbarlarının  mühafizəsi  üçün  yeni  sistemin 

quraşdırılmasını  həyata  keçiririk.  Bu  sistem  isə  sizin  Fransada 

istifadə  etdiyiniz  kimi,  olduqca  müasirdir.  Hazırda  bizdə  bu 

sistemlərin yaradılması prosesi gedir. 

Bizim  digər  bir  planımız  isə  qarşıdakı  bir  neçə  ildə  diq-

qətsizlikdən  və  mühafizədəki  qüsurlardan  100  faiz  yayınmağa 

imkan verən bir sistemin yaradılmasıdır. Ona görə düşünürəm ki, 

bu  sahədə  əməkdaşlıq  üçün  xeyli  imkanlar  olacaqdır.  Təşəkkür 

edirəm. 


K r i s t i a n  M o n s: Təşəkkür edirəm, cənab Prezident. 

Cənab Bürel, buyurun. 



J a n  B ü r e l: Vaxt bitmək üzrədir. Mənim yanımda əyləşən 

dostum,  həmkarım  Xarici  İşlər  Nazirliyinin  Avropa  qitəsinin 

regionları üzrə nümayəndəsi Erik Frünyenin də  Sizə sualı vardır. 

E r i k  F r ü n y e: Cənab Prezident, bizə vaxt ayırdığınız üçün 

Sizə  dərin  minnətdarlığımı  bildirirəm.  Sizin  gələcək  üçün  çox 

mükəmməl  planlarınız  vardır.  Dünən  Siz  də  bizim  Prezidentin 

Sizin  regiona  böyük  diqqətinin  şahidi  oldunuz.  Biz  regionu  sabit 




Yüklə 3,06 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   123




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə