Elmi ƏSƏRLƏR, 2016, №3 (77) nakhchivan state university. Scientific works, 2016, №3 (77)



Yüklə 1,43 Mb.
Pdf görüntüsü
səhifə27/43
tarix30.12.2017
ölçüsü1,43 Mb.
#18591
1   ...   23   24   25   26   27   28   29   30   ...   43

 

54 


 

NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 3 (77) 



 

NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 3 (77) 

 

НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 3 (77) 



 

 

MƏDİNƏ ALLAHVERDİYEVA 

Naxçıvan Dövlət Universiteti  

q_fil@hotmail.com 

UOT:004 

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASINDA İKT-NİN İNKİŞAFI 

 

 

  

  Açar sözlər: Naxçıvan Muxtar Respublikası,informasiya texnologiyaları, regionların sosial-

iqtisadi inkişafı, potensial, kommunal xidmət 

 

Keywords:  Nakhchivan  Autonomous  Republic,  technology  of  information,  Socio-economic 

growth of regions, potential, municipal  service 

Ключевые слова:  Нахчыванская  Афтономная Республики , tехналожи информации,  

социально-экономическа развитие регионов, помещал,  коммунал-ьное  услуге 

 

İqtisadi-sosial  sahələrdə  islahatların  sürətləndirilməsi,  əhaliyə  göstərilən  sosial  xidmətlərin 



keyfiyyətinin əsaslı sürətdə yaxşılaşdırılması və bu sahədə mövcud nöqsanların və neqativ halların 

aradan qaldırılması üçün görüləcək müvafiq tədbirlər sistemində İKTın tətbiqi əvəzedilməzdir. 

İKT  sektoru  cəmiyyətin  və  iqtisadiyyatın  müasir  infrastrukturunun  əsası  olmaqla  ölkə 

iqtisadiyyatının,  mədəniyyətinin,  elmin,  təhsilin,  səhiyyənin,  təhlükəsizliyin,  idarəetmənin  inkişaf 

etdirilməsinin əsas mənbələrindən biridir. 

Birləşmiş  Millətlər  Təşkilatının  Baş  Assambleyası  2006-cı  ilin  mart  ayının  26-da  qətnamə 

qəbul edərək hər il may ayının 17-ni Ümumdünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti 

Günü elan etmişdir. Bu günün may ayının 17-də qeyd olunmasının tarixi səbəbləri var. Məhz həmin 

gün–1865-ci  il  mayın  17-də  Beynəlxalq  Teleqraf  İttifaqı  yaradılmışdır.  Dünya  ölkələrində  olduğu 

kimi,  Azərbaycanda  da  17  may  “Ümumdünya  Telekommunikasiya  və  İnformasiya  Cəmiyyəti 

günü” kimi qeyd olunur. 

Ölkəmizdə  informasiya  cəmiyyətinin  qurulması  dövlət  siyasətinin  əsas  prioritetlərindən 

biridir.  İnformasiya  cəmiyyətinin  qurulmasının  əsas vəzifələrinə informasiya cəmiyyətinin  hüquqi 

əsaslarının  yaradılması,  vətəndaşların  məlumat  almaq,  onu  yaymaq  və  istifadə  etmək  hüquqları, 

elektron  hökumətin,  elektron  ticarətin  formalaşması,  ölkənin  iqtisadi,  sosial  və  intellektual 

potensialının  möhkəmləndirilməsi,  informasiya  və  biliklərə  əsaslanan,  rəqabətə  davamlı 

iqtisadiyyatın qurulması, müasir informasiya-kommunikasiya infrastrukturunun  yaradılması, vahid 

milli elektron informasiya məkanının formalaşdırılması, informasiya təhlükəsizliyinin təmini, milli 

informasiya-kommunikasiya  texnologiyaları  məhsullarının  istehsalı,  ölkənin  elektron  geriliyinin 

aradan qaldırılması və digər vacib məsələlər daxildir. .(1) 

Ümummilli  lider  Heydər  Əliyev  2003-cü  ilin  fevral  ayında  respublikamızda  informasiya-

kommunikasiya  texnologiyalarının  geniş  tətbiq  olunması  və  inkişaf  etdirilməsi  məqsədilə 

“Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə 

Milli Strategiya”nı (2003-2012-ci illər) təsdiq etmişdir. Milli Strategiyanın qəbulundan ötən müddət 

ərzində Azərbaycan hökuməti tərəfindən bu sahədə bir sıra kompleks tədbirlər həyata keçirilmişdir. 

Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin  ilk  xarici  səfəri  kimi  2003-cü  ildə 

Cenevrədə keçirilən informasiya cəmiyyəti məsələləri üzrə dünya sammitində iştirakı Azərbaycan 

dövlətinin  bu  sahəyə  diqqətini  beynəlxalq  aləmə  bir  daha  nümayiş  etdirdi.  Ölkə  Prezidenti 

sammitdə çıxış edərək xüsusi qeyd etdi ki, Azərbaycan dövləti informasiya cəmiyyətinin qurulması 

istiqamətində bütün imkanlardan istifadə edəcəkdir. Dövlət başçısı Azərbaycanın bu sahədə dövlət 

siyasətinin  əsas  prioritetlərini  şərh  etmiş,  İKT-ni  inkişaf  etdirməkdə  maraqlı  olduğunu  bəyan 



 

55 


 

etmişdir.  Əksər  ölkələrdə  olduğu  kimi,  Azərbaycanda  da  informasiya  cəmiyyətinin  formalaşması 

strateji məsələ kimi qarşıya qoyulmuş və müasir cəmiyyətə inteqrasiya səviyyəsi dövlətin iqtisadi 

inkişaf dərəcəsini əks etdirən amilə çevrilmişdir (2) 

Bu  gün  dövlətlərin  qüdrəti  və  iqtisadi  gücü  müasir  texnologiyalara  yiyələnmək  və  onları 

tətbiq etmək gücünə əsaslanır. 

“Naxçıvan  Muxtar  Respublikasında  informasiya-kommunikasiya  texnologiyaları  sosial-

iqtisadi  inkişafda  əsas  hərəkətverici  qüvvədir.Bütün  sahələrdə  müasir  texnologiyaların  gücündən 

səmərəli  istifadə  olunur.Muxtar  respublika  blokada  şəraitində  yaşayır.  Ancaq  buna  baxmayaraq, 

informasiya  və  kommunikasiya  texnologiyalarının  son  nailiyyətlərinin  tətbiqi  nəticəsində 

informasiya  blokadası  aradan  qaldırılıb,  ucqar  dağ  kəndlərində  belə  dünyanın  istənilən  ölkəsi  ilə 

telefon və genişzolaqlı internet əlaqələri yaradılıb”, – deyən Ali Məclisin sədri bildirib ki, son illər 

muxtar  respublikada  Telekommunikasiya  infrastrukturu  müasirləşdirilib,  əhaliyə,  müəssisə  və 

təşkilatlara göstərilən rabitə xidmətlərinin səviyyəsi yüksəldilib. 

Qeyd  edək  ki,Azərbaycanda  radio-televiziya  yayımının  dünya  standartlarına  uyğun  şəkildə 

inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.Dahi şəxsiyyətin nüfuzu və səyi nəticəsində 

1996-cı ildə Azərbaycan Dövlət Televiziyasının “Türksat” rabitə peyki vasitəsilə yayımlanması həyata 

keçirilib.Yalnız  bundan  sonra  blokada  şəraitində  olan  Naxçıvan  əhalisi  Azərbaycan  televiziyasını 

izləmək imkanı əldə edib. Ulu öndər 1996-cı ildə Bakı şəhərində televiziya qülləsinin açılışında 90-cı 

illərin  əvvəllərində  Naxçıvanın  informasiya  blokadasında  olmasını  xatırlayaraq  belə  deyirdi:  “Orada 

yaşayan  insanların,  mən  öz  həyatımda  hiss  etdim,  bəlkə  də  su,  çörək  kimi  televiziya  verilişlərinə 

ehtiyacı  var  idi  və  günlərlə,  aylarla  televiziya  Naxçıvana  çatmayanda  insanlar  elə  bil  ki,  dünyadan 

ayrılmış  vəziyyətdə  idilər”.  Ulu  öndər  tərəfindən  müəyyənləşdirilmiş  vəzifələr  bu  gün  onun  layiqli 

davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir 

Ölkə  başçısının  tapşırığı  ilə  2011-ci  ildə  “Azərbaycan  Respublikasının  ərazisində  DVB-T  rəqəmli 

televiziya  yayım  sisteminin  tətbiqi  və  inkişafı  Proqramı”  hazırlanıb  və  ölkə  üzrə  2015-ci  ilədək 

rəqəmli televiziya yayımına keçidin başa çatdırılması qərara alınıb.  Naxçıvan Muxtar Respublikası 

Ali Məclisinin Sədri cənab Vasif Talıbov Naxçıvan Muxtar Respublikasında televiziya və radioların 

maddi-texniki bazasının gücləndirilməsinə, ən müasir yayım avadanlıqlarının və texnologiyalarının 

tətbiqinə xüsusi qayğı göstərir. Bu qayğının nəticəsidir ki, 2010-cu ildə Naxçıvan televiziyasının və 

radiosunun  bütün  texniki  avadanlıqları  tamamilə  yenilənib,  burada  ən  müasir  rəqəmsal  televiziya 

sistemi  qurulub  istifadəyə  verilib.  Hazırda  Naxçıvan  televiziyası  ölkəmizdə  efirdə  HD 

keyfiyyətində yayımlanan ilk televiziya kanalıdır Muxtar respublikada  rəqəmli televiziya yayımına 

keçidlə bağlı verilən tapşırığa uyğun olaraq,  2 ildən az bir müddətdə Naxçıvan Muxtar Respublika-

sının  Rabitə  və  Yeni  Texnologiyalar  Nazirliyinin  Radio-Televiziya  Ötürücü  Mərkəzi  tərəfindən  6 

ədəd güclü və 43 ədəd az güclü televiziya vericisi alınaraq radio-televiziya verici stansiyalarında və 

yaşayış  məntəqələrində  qurulması  təmin  edilib.    Ötən  ilin  noyabr  ayında  test-sınaq  işləri  başa 

çatdırılaraq  sosial  paketdə  olan  12  televiziya  kanalının  muxtar  respublikanın  bütün  ərazisində 

yayımına başlanılıb. 2014-cü il dekabr ayının 10-dan isə muxtar respublika ərazisində analoq tele-

viziya  yayımı  tamamilə  dayandırılıb.  Bundan  əlavə,  2010-cu  ildən  başlayaraq  Naxçıvanda  yeni 

nəsil  telefon  sisteminin  istifadəyə  verilməsi  İP  televiziyanın  tətbiqinə  imkan  yaradıb.  Hazırda 

muxtar  respublika  ərazisinin  65  faizində  64  kanallı  İP  televiziya  ilə  əhaliyə  xidmət  göstərilir. 

Naxçıvan şəhərində “Evədək optika” layihəsi çərçivəsində optik şəbəkə  üzərindən 5 xidmət təşkil 

edilir ki, bunlardan biri də İP televiziyadır.(3) 

Naxçıvan  Muxtar  Respublikası  uzun  müddətdir  ki,  blokada  şəraitində  yaşasa  da, 

informasiya-kommunikasiya 

texnologiyaları 

infrastrukturu 

ilbəil 

müasirləşdirilir.Yaşayış 



məntəqələrində  yeni  nəsil  telekommunikasiya  sistemlərinin  qurulması  rabitə  xidmətlərinin 

səviyyəsini artırıb, mövcud avtomat telefon stansiyalarının 96 faizi fiber-optik arabağlantı ilə təmin 

edilmişdir.  Bu  gün  Naxçıvan  şəhərində  də,  ən  ucqar  dağ  kəndində  də  əhali  və  təhsilalanlar 

informasiya-kommunikasiya  texnologiyalarının  imkanlarından  eyni  səviyyədə  yararlanırlar..  

Naxçıvan Muxtar Respublikasında sürətlə kompüterləşmə gedir.Yaşayış məntəqələrinin 94 faizində 

genişzolaqlı, 80 faizindən çoxunda isə simsiz internet xidmətləri göstərilir 




Yüklə 1,43 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə