Elmi ƏSƏRLƏR, 2016, №4(78) nakhchivan state university. Scientific works, 2016, №4 (78)



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə29/121
tarix13.11.2017
ölçüsü5,04 Kb.
#10058
1   ...   25   26   27   28   29   30   31   32   ...   121

61 
 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR,  2016,  № 4(78) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS,  2016,  № 4 (78) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ,  2016,  № 4 (78) 
 
 
 
                                                                                                    ŞİRMƏMMƏD QULUBƏYLİ 
Naxçıvan Dövlət Universiteti 
UOT:81.1 
MÜASİR AZƏRBAYCAN DİLİNDƏ İSMİN MƏNSUBİYYƏT KATEQORİYASI 
FUNKSİONAL-SEMANTİK SAHƏ KİMİ 
Açar sözlər: mənsubiyyət, sahib, funksional-semantik sahə, məzmun planı, ifadə planı 
Key  words:  possessiveness,  possessor,  functional-semantic  field,  the  plan  of  content,  the 
plan of expression  
Ключевые слова: принадлежность, обладатель, функционально-семанттческое поле, 
план содержания, план выражения  
 
Azərbaycan dilçiliyində qrammatika konsepsiyasının inkişaf tarixinin araşdırılması göstərir ki, 
dilimizdə ismin mənsubiyyət kateqoriyası haqqında ilk dəfə 1945 – ci ildə nəşr olunmuş “Azərbaycan 
dilinin sərfi” kitabının birinci hissəsində “Nisbət şəkilçiləri” başlığı altında məlumat verilmişdir. Sonra 
bu anlayışdan 1951-ci ildə işıq üzü görmüş “Azərbaycan dilinin qrammatikası”nda bəhs olunmuşdur. 
Mənsubiyyət kateqoriyası haqqında ilk müfəssəl məlumat isə Muxtar Hüseynzadənin1954-cü ildə nəşr 
olunmuş “Müasir Azərbaycan dili” kitabında verilmişdir (1, 139 - 142).  
 
Mənsubiyyət  anlayışını  sahib  və  mənsub  əşyalar  (subyekt  və  obyekt)  arasında  atributiv  əlaqə 
kimi  müəyyənləşdirən  Muxtar  Hüseynzadə  bu  kateqoriyanın  sahiblik  və  mənsubluq  məzmunu  ilə 
bərabər, ailəvi, hüquqi, ictimai və sairə münasibətlərin ifadəsinə də xidmət etdiyini vurğulamışdır (qar–
daşım, atam, müəllimim, yoldaşım, rəhbərim, tələbəm və s.). Bu kitabda  birinci və ikinci şəxs mən–
subiyyət şəkilçilərinin şəxs əvəzliklərindən əmələ gəlməsi fikri qətiyyətlə bildirilmiş, həmin şəkilçilərin 
üç əsas ünsürü olduğu göstərilmişdir: mən əvəzliyindən törəmiş “m”, sən əvəzliyindən törəmiş “n” və 
biz, siz  əvəzliklərindən əmələ gəlmiş “z” ünsürləri. Alim həmçinin mənsubiyyət məzmununun ifadəsi 
üçün iki komponentin işlədilməsinin şərt olmadığını göstərmiş, bu anlayışın sırf morfoloji yolla ifadə 
oluna bildiyini qeyd etmişdir: kitabım, dəftərin, bağçası. Başqa sözlə, bu kateqoriyanın həm morfoloji, 
həm də sintaktik-morfoloji üsullarla ifadə olunduğu təsdiqlənmişdir (2, 39 - 42). 
 
M.  Ş.  Şirəliyev  Azərbaycan  dilində  mənsubiyyət  anlayışını  təyin  edən  və  təyin  olunan, 
yaxud sahib və mənsub əşyalar arasında mənsubiyyətin və ya digər əlaqələrin qrammatik yolla, yəni 
xüsusi  şəkilçilərin  isimlərə,  eləcə  də  substantivləşmiş  digər  sözlərə    artırılması  ilə  ifadə 
olunmasından  ibarət  kateqoriya  kimi  səciyyələndirmişdir.  O,  sahib  və  mənsub  əşyalar  arasında 
kəmiyyət  əlaqələrinin  dörd  növünün  olduğunu  göstərərək,  mənsubiyyət  anlayışının  müxtəlif  dil 
səviyyələrinə mənsub olan üç ifadə vasitəsindən bəhs etmişdir: 
1)  sintetik, yəni sahib və mənsub əşyalar bir sözlə ifadə olunur, məsələn: əsərlərim
2) sintetik-analitik, yəni sahib şəxs həm ayrıca söz şəklində (yiyəlik halda şəxs əvəzliyi), həm 
də mənsubiyyət şəkilçisi vasitəsilə ifadə olunur, məsələn: sizin işgüzarlığınız; 
3)  analitik,  başqa  sözlə,  sahib  şəxs  yiyəlik  halında  cəm  formasında  olan  şəxs  əvəzliyi  ilə, 
mənsub  əşya  isə  mənsubiyyət  şəkilçisi  əlavə  edilməmiş  sözlə  ifadə  olunur,  məsələn:  bizim  küçə, 
sizin küçə (3, 49 - 50). 
 
Mənsubiyyət kateqoriyasından bəhs edən mənbələr arasında Azərbaycan Elmər Akademiyasının 
1980-ci ildə nəşr etdiyi “Müasir Azərbaycan dili”nin ikinci hissəsində verilmiş məlumat öz əhatəliliyi 
ilə  diqqəti  cəlb  edir  (Mənsubiyyət  kateqoriyasından  bəhs  edən  hissə  İ.  Z.  Hacıyev  tərəfindən 
yazılmışdır). Həmin mənbədə istər Azərbaycan dilçiliyində, istərsə də digər türk dillərində bu mövzu ilə 
bağlı yazılmış çoxlu sayda məqalə, kitab və dissertasiyalar nəzərdən keçirilmiş, bu mikrostrukturla bağlı 
mübahisəli məsələlər ümumiləşdirilmiş və faktoloji material əsasında fikirlər irəli sürülmüşdür. Müəllif  
“bizim  meşələr“  tipli  birləşmələri  morfoloji-sintaktik  yolla  ifadə  olunmuş  mənsubiyyət  birləşmələri 
hesab  edərək  onlardan  mənsubiyyət  şəkilçilərinin  ixtisarının    səbəbi  haqqında  fikirləri  təhlil  etmiş, 
ümumiyyətlə,  mənsubiyyət  kateqoriyasının  iki  ifadə  vasitəsindən  bəhs  etmişdir:  morfololji  (məsələn: 
anam)  və  morfoloji  –  sintaktik  (məsələn:  mənim  atam).  Burada  həmçinin  birinci  və  ya  ikinci  tərəfi 


62 
 
qayıdış əvəzlikləri ilə ifadə olunan (məsələn: mən özüm, öz kitabım), eləcə də iki mənsubiyyət şəkilçisi 
qəbul  edən  (məsələn:  hər  birisi)    mənsubiyyət  birləşmələrindən,  morfoloji  –  sintaktik  və  morfoloji 
üsulların istifadə məqamlarından,  bu kateqoriyanın işlənməsinin üslubi imkanlarından, komponentlərin 
yerini  dəyisməsindən,  “-ki”  şəkilçisi  vasitəsilə  ifadə  olunan  mənsubiyyət  anlayışından  faktik  dil 
materialı əsasında bəhs olunmuşdur (4, 31-48). 
 
Mənsubiyyət  anlayışını  adlara məxsus  ümumi  qrammatik kateqoriyalardan biri hesab edən 
Buludxan Xəlilov bu kateqoriyanın sahib tərəflə geniş mənada mənsub əşya  arasındakı münasibət 
əsasında  formalaşdığını,  onun  tərəfləri  arasında  idarə  və  uzlaşma  əlaqələrinin  mövcud  olduğunu 
göstərmiş,  morfoloji  və  sintaktik  ifadə  üsullarından,  bu  üsulların  işlənmə  məqamlarından  bəhs 
etmişdir.  Müəllif  mövcud  tədqiqat  işlərinə  söykənərək  faktik  dil  materialı  əsasında  mənsubiyyət 
kateqoriyasının  tərəflərinin  əsas  ifadə  vasitələrini  və  məzmun  planına  daxil  olan  invariant  məna, 
eləcə də məna variantlarını ümumiləşdirmişdir (5, 189 - 215).  
 
Zərifə Budaqova mənsubiyyəti kateqoriyasını hər hansı bir şəxsin, əşyanın və ya hadisənin 
digər  bir  şəxsə,  əşyaya  və  hadisəyə  münasibətini  bildirən  bir  kateqoriya  kimi  səciyyələndirərək 
onun  üç  ifadə  vasitəsindən  bəhs  etmişdir:  morfoloji  (əlim,  sözləriniz  və  s.);  morfoloji-sintaktik 
(bizim atalarımız, sizin babalarınız və s.); sintaktik (bizim Bakı, sizin ev və s.) (6, 56-57). Müəllif 
həmçinin “mən özüm” tipli birləşmələrin işlənmə xüsusiyyətlərini şərh etmiş, -kı şəkilçisi vasitəsilə 
ifadə olunmuş mənsubiyyət anlayışının dörd tipini müəyyənləşdirərək, onların işlənmə məqamlarını 
faktik  dil  materialı  əsasında  göstərmişdir:  subyektə  aid  olan  şəxsi  əvəz  etmə,  konkret  mənsub 
əşyanın  əvəzinə  işlənmə,  subyektə  aid  mücərrəd  məfhumu  əks  etdirmək,  əvvəlki  cümləyə,  yaxud 
ümumilikdə kontekstə aid komponentin əvəz olunması (7, 16 - 17). 
 
Ümumi dilçiliyə aid əsərlərdə də mənsubiyyət kateqoriyası ilə bağlı oxşar fikirlər öz əksini 
tapıb.  İstər  Nəsir  Məmmədov  və  Ağamusa  Axundovun  müəllifləri  olduğu,  istərsə  də  Adil 
Babayevin    “Dilçiliyə  giriş”  kitablarında  dolayısı  ilə  mənsubiyyət  kateqoriyasının  morfoloji  və 
sintaktik ifadə üsullarından bəhs olunmuşdur (8, 191 – 192; 9, 384 - 385). 
 
Mənsubiyyət kateqoriyasının müxtəlif ifadə vasitələrinə malik olması fikri türkologiyaya aid 
əsərlərdə də öz əksini tapıb. Fərhad Zeynalov “Türkologiyanın əsasları” adlı kitabında bir çox türk 
dillərində  mənsubiyyətin  müxtəlif  üsullarla  ifadə  olunduğunu  təsdiqləmişdir.  Məsələn,  onun 
fikrincə, oğuz dillərində mənsubluq, aidlik analitik yolla da düzələ bilir (10, 160), yaxud kazan-tatar 
dilində bu kateqoriya sintetik (kitabım), analitik-sintetik (minem kitabım) və hətta analitik (minem 
kitap) üsulla ifadə oluna bilir (10, 217). 
 
Boris  Serebrennikov  və  Ninel  Hacıyevaya  görə,  xüsusi  affikslərlə  mənsubiyyətin  ifadə 
olunma  qabiliyyəti  “türk  dillərinə  qədim  zamanlardan  məxsus  olmuş  və  ulu  türkcədən  irsən 
mənimsənilmişdir”  (11,  119).  Onlar  yiyəlik  əvəzliklərinin  istifadəsi  zamanı  mənsubiyyət 
şəkilçilərinin  müəyyən  dərəcədə  artıq  olması  fikrini  təsdiqləməklə  əslində  bu  kateqoriyanın 
morfoloji  və  sintaktik  ifadə  üsullarının  mövcudluğunu,  yəni  bu  kateqoriyanın  dilin  müxtəlif 
səviyyələrinə aid vasitələrlə ifadə olunduğunu vurğulamışlar (11, 128 -  129).                                                                                                                                                                                                                                                                                                
          Eyni fikri Buludxan Xəlilov “Türkologiyaya giriş” adlı dərsliyində açıq-aydın təsdiqləmişdir: 
“Müasir  türk  dillərində  mənsubiyyət  kateqoriyası  morfolji  (məs.:  atamız),  sintaktik  –  morfoloji 
(məs: bizim atamız), sintaktik yolla (məs.: bizim ata) yaranır” (12, 191).  
 
Beləliklə,  yuxarıda  mənsubiyyət  kateqoriyasının  müxtəlif  dil  səviyyələrinə  xas  olan  
vasitələrlə ifadə oluna bilməsi ilə bağlı Azərbaycan dilçiliyində, ümumi dilçilikdə və türkologiyada 
söylənmiş bəzi fikirləri nəzərdən keçirdik. Məsələ burasındadır ki, Azərbaycan dilində mənsubiyyət 
anlayışının  müxtəlif  ifadə  vasitələrinə  malik  olması  dilimizdə  özünü  o  qədər  açıq-aydın  şəkildə 
göstərir ki, bu xüsusiyyətin tədqiqatçılar tərəfindən vurğulanmaması mümkün deyil. Bu cəhət digər 
türk dillərinə aid mənbələrdədə də öz əksini tapıb. Məsələn, mənsubiyyət kateqoriyasının morfoloji, 
sintaktik və morfoloji-sintaktik vasitələrlə ifadə olunması fikri türk (13, 86 – 88; 14, 94), xakas (15, 
63), tatar (16, 57-58), yakut (17, 127), noqay (18, 100) dillərinə aid mənbələrdə də təsdiqlənib. 
 Bu  fikirləri  Yusif  Seyidovun  Azərbaycan  dilinin  morfologiyasına  dair  yazdığı  nəzəri 
kursunda  müasir  Azərbaycan  dilində  mənsubiyyət  kateqoriyası  ilə  bağlı  irəli  sürdüyü  fikirlərlə 
yekunlaşdırırmaq  istəyirik.  Bu  kateqoriyanın  əsas  qrammatik  xüsusiyyətinin  sözün  öz  lüğəvi 
mənasını və müstəqilliyini saxlaya-saxlaya şəkilçilərin köməyi ilə, özündən kənarda olan şəxsi və 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   121




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə