Elmi ƏSƏRLƏR, 2017, №6 (87) nakhchivan state university. Scientific works, 2017, №6 (87)



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/164
tarix02.06.2018
ölçüsü5,01 Kb.
#47018
1   2   3   4   5   6   7   8   9   ...   164


NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ. ELMİ ƏSƏRLƏR, 2017, № 6 (87) 
 
NAKHCHIVAN STATE UNIVERSITY. SCIENTIFIC WORKS, 2017, № 6 (87) 
 
НАХЧЫВАНСКИЙ ГОСУДАРСТВЕННЫЙ УНИВЕРСИТЕТ. НАУЧНЫЕ ТРУДЫ, 2017, № 6 (87) 
 
 
ŞAMXAL MƏMMƏDOV  
Naxçıvan Dövlət Universiteti 
UOT: 94(479.24) 
XX ƏSRİN ORTALARINDA SOVETLƏR BİRLİYİNİN 
CƏNUBİ QAFQAZ SİYASƏTİNDƏ ERMƏNİ AMİLİ 
 
Açar sözlər: Cənubi Qafqaz, Sovet rəhbərliyi, Erməni millətçiləri, deportasiya 
Key words: South Caucasus, Soviet leadership, Armenian nationalists, deportation 
Ключевые  слова:  Южный  Кавказ,  советское  правительтство,  армянские  нацисты, 
депортация 
Məlum  olduğu  kimi,  XX  əsrin  ilk  onilliklərində  Rusiya  imperiyasında,  eləcə  də  qonşu 
regionlarda baş verən siyasi kataklizmlər (müharibələr, inqilablar, milli münaqişələr və s.), habelə 
xarici  ölkələrə  kütləvi  köçlər  nəticəsində  ermənilərin  yaşadıqları  ərazilərdə  bu  topluma  məxsus 
insanların  sayı  nəzərə  çarpacaq  dərəcədə  azalmışdı.  Bu  isə  SSRİ-dəki  erməni  ideoloqlarının  və 
xaricdəki  diaspor  liderlərinin  strateji  planlarına  uyğun  gəlmirdi.  Belə  ki,  bu  dairələrin  “Dənizdən-
dənizə  uzanan  “Böyük  Ermənistan”“  xülyalarının  gündəmə  gətirilməsi,  imkan  olarsa  bu  yolda 
müəyyən addımların atılması üçün bəlli bir miqdarda erməni əhalisi və qonşu dövlətlərin hesabına 
yeni ərazilər lazım idi. Bu planlarda habelə, bütün vasitələrlə sıxışdırılan, lakin hələ də Ermənistan 
SSR-in  əhalisinin  böyük  bir  qismini  təşkil  edən  azərbaycanlıların  hamılıqla  deportasiyası  nəzərdə 
tutulurdu.  Həmin  planların  həyata  keçirilməsinin  yolları  və  vasitələri  “Daşnaksütyun”  partiyasının 
xarici  ölkələrdəki  liderləri  və  diaspor  xadimləri  tərəfindən  müəyyən  edilirdi.  1947-ci  ilin  iyun 
ayında keçirilən “Daşnaksütyun” partiyasının XIV konqresinin bu sahədə qarşıya qoyduğu vəzifələr 
SSRİ-dəki erməni rəhbərləri və kilsə xadimləri üçün bir növ direktivlər oldu. 
II  Dünya  müharibəsi  və  ondan  sonrakı  ilk  illərə  təsadüf  edən  həmin  tarixi  zamanlarda 
göstərilən dairələr Sovet  rəhbərliyinin Cənubi Qafqazdakı  yanlış, ikili standartlara söykənən milli 
siyasətindən  yaxşı  xəbərdar  idilər.  Belə  ki,  həmin  rəhbərlikdə  xaricdəki  erməni  daspor  təşkilatları 
ilə  gizli  əlaqələri  olan  çoxsaylı  etnik  ermənilər  təmsil  olunmuşdular.  Bir  tərəfdən  bu  şəxslərin 
səyləri, digər tərəfdən Stalinçi rəhbərliyin özünün antiazərbaycan və ermənipərəst siyasət yeritməsi, 
Sovet  dövlətinin  və  Kommunist  Partiyasının  milli  siyasət  sahəsində  bəyan  edilən  prinsiplərinin 
təhrif edilməsinə, həmin prinsiplərin kobud surətdə pozulmasına səbəb olurdu. Nəticədə mühüm və 
milli  məsələ  baxımından  olduqca  həssas  olan  bu  regionda  digər  xalqların  və  milli  azlıqların 
hüquqları  tapdalanır,  bir  sıra  xalqların  nümayəndələri  kütləvi  olaraq  repressiyalara  məruz  qalır, 
etnik ermənilər ən mühüm dövlət və partiya vəzifələrini ələ keçirirdilər. Xaricdəki erməni liderləri, 
daxildəki  erməni  rəhbərləri  ilə  əlaqəli  olduğundan  prosesləri  nəinki  nəzarətdə  saxlayır,  habelə 
həmin  proseslərə  təsir  də  edə  bilirdilər.  Bu  səbəbdən  erməni  ideoloqları  Cənubi  Qafqazda  qarşıya 
qoyduqları  ermənilərin  sayının  çoxaldılması,  digər  xalqların  və  milli  azlıqların  isə  didərgin 
salınmasını Stalinçi rəhbərliyin əli ilə həyata keçirməyə qərar verdilər. 
“Daşnaksütyun”  partiyasının  və  xaricdəki  digər  erməni  təşkilatlarının  göstərişlərini  əldə 
rəhbər tutan, habelə ali sovet rəhbərliyində təmsil olunan A. Mikoyan və başqa erməni liderləri ilə 
sıx  əlaqələri  olan  Erməni  Kilsəsi  xüsusilə  canfəşanlıq  göstərirdi.  Bir  tərəfdən  cəbhəyə  maddi 
yardımları ilə Stalinin, digər tərəfdən xarici diasporlardan olan etnik ermənilərin müharibədə iştirak 
etmələri  ilə  Qərb  liderlərinin,  habelə  onminlərlə  erməni  legionerlərinin  alman  faşizminə  xidmət 
etmələri  ilə  Hitlerin  diqqətini  çəkən  erməni  ruhaniləri  özlərini  siyasi  tərəf  kimi  göstərməyə 
çalışırdılar. 
Böyük  Vətən  Müharibəsinin  çətin  günlərində  A.Mikoyan  və  digər  ermənilər  İ.Stalini 
azərbaycanlıların  guya  xəyanət  edə  biləcəklərinə  inandıra  bilmiş  və  1942-ci  ilin  dekabrın  7-də 
Azərbaycan  əhalisinin hamılıqla Orta Asiya və Qazaxıstana sürgün edilməsi haqqında məxfi qərar 



verilməsinə  nail  olmuşdular.  Lakin  respublika  rəhbərliyinin  tutduğu  mövqe  İ.Stalini  fikrindən 
daşındırmış, ermənilərin planı boşa çıxmışdı. Bundan sonra erməni liderləri öz emissarları vasitəsilə 
Hitlerə qələbə çalacağı halda Zaqafqaziyada iki dövlətin-erməni və gürcü dövlətlərinin qurulmasını 
təklif  etmişdilər.  Əlbəttə  hər  iki  halda  azərbaycanlıların  tarixi  torpaqlarında  ermənilərin 
yerləşdirilməsi nəzərdə tutulurdu.  
 Doğrudur, erməni liderləri azərbaycan türklərinin Cənubi Qafqazdan sürgün edilməsinə nail 
ola bilmədilər. Lakin onlar əvəzində Stalinçi rejimin əli ilə Şimali Qafqazdan digər müsəlman-türk 
xalqlarının  sürgün  edilməsinə  nail  olmağı  bacardılar.  Əvvəllər  Sovet  Ermənistanında  məsul 
vəzifələr  tutmuş,  sonralar  isə  terrorçu  təşkilatlarla  əlaqələri  aşkar  olunduğu  zaman,  1926-cı  ildə 
xaricə qaçan Simon Vratsyan  “uzun illər  ərzində  sovet  lideri A.Mikoyanla  birbaşa, digər bolşevik 
liderləri  ilə  dolayısı  yolla  əməkdaşlıq  edir  və  onlara  Mesxeti  türklərinin,  çeçenlərin,  inquşların, 
Krım tatarlarının deportasiyası məsələlərində məsləhətlər verirdi” (3, s.136). 
Erməni ideoloqlarının bütün bu baş tutan və tutmayan cəhdləri bir məqsədə xidmət edirdi ki, 
bu  da  türk-müsəlman  xalqlarının  tarixən  onlara  məxsus  torpaqlardan  yox  edilməsi,  boşaldılan 
ərazilərə  ermənilərin  yerləşdirilməsi,  Ermənistan  Respublikasının  sərhədlərinin  genişləndirilməsi 
idi.  Stalinçi  totalitar  rejimin  ona  çarizmdən  miras  qalmış  milli-ayrı  seçkilik  siyasəti,  “xalqlar 
dostluğu”,  “proletar  beynəlmiləlçiliyi”  pərdəsi  altında  regionun  türk-müsəlman  əhalisinin 
hüquqlarını  tapdalanması,  onların  kütləvi  olaraq  siyasi  və  mənəvi  repressiyalara  uğradılması 
erməniləri daha da cəsarətləndirirdi. Erməni millətçilərinin məqsədləri bolşevik rejiminin siyasətinə 
uyğun gəlirdi. 
Belə münbit tarixi şəraitdə -1943-cü ildə ABŞ, SSRİ və İngiltərə dövlət başçılarının Tehran 
konfransı  zamanı,  erməni  diasporu,  Sovet-İran  münasibətlərinin  müzakirəsi  zamanı  SSRİ  Xarici 
işlər  naziri  V.  Molotova  xarici  ölkələrdəki  ermənilərin  Sovet  ölkəsinə  köçürülmələrinə  icazə 
verilməsini xahiş etdi. İ. Stalinlə məsləhətləşdikdən sonra V. Molotov buna razılıq verdi.  
1945-ci ilin aprelində gələcək erməni katolikosu, arxiyepiskop VI Gevork Çörekçiyan sovet 
lideri  İ.  Stalinlə  görüşüb,  ondan  siyasi  xarakterli  bir  sıra  məsələləri  həll  etməyi  xahiş  etmişdi  (3, 
s.141).  Bir  qədər  sonra  artıq  Eçmiədzin  katalikosluğu  vəzifəsini  tutan  VI  Gevork  SSRİ  XKS-nin 
sədri  İ.  Stalinə,  ABŞ  prezidenti  H.  Trumenə,  Böyük  Britaniyanın  baş  naziri  K.  Ettliyə  müraciət 
edərək onların diqqətini “erməni məsələsinə” cəlb etmək istəmiş, Türkiyəyə qarşı ərazi iddiaları ilə 
çıxış  etmişdi.  Katalikos  habelə,  dünya  ermənilərinin  müqəddəs  dini  mərkəzi  olan  Eçmiədzin 
monastırının fəaliyyətinin tam həcmdə bərpasına icazə verilməsi və bununla bağlı tədbirlərin həyata 
keçirilməsi  üçün  razılıq  istəmişdi.  Onun  məktubu  üzərində  İ.Stalin  öz  dəst-xətti  ilə  aprelin  19-da 
belə bir dərkənar qoymuşdu: “Razıyam. SSRİ Xalq Komissarları Sovetinin sədri İ. Stalin”.  
Həmin  vaxtlarda  erməni  millətçilərininin  planlarının  həyata  keçirilməsi  üçün  İ.Stalinə 
müraciət  edənlər  tək  bunlar  deyildilər.  II  dünya  müharibəsi  illərində  hitlerçilər  tərəfindən 
yəhudilərin kütləvi qırğınlarında fəal iştirak etmiş, bundan əvvəl isə Azərbaycanda miqyasına görə 
görünməmiş  soyqırımları  törətmiş  bədnam  terrorçu  Dro,  Stalinlə  görüşmüş,  onu  özünün  ən  yaxın 
dostu və əməldaşı adlandırmışdı. 
Müharibədən sonra Sovet  İttifaqının artan nüfuzu mühacirətdən qayıtmaq (“reemiqrasiya”) 
proseslərinə  təkan  verdi.  SSRİ-nin,  habelə  keçmiş  Rusiya  imperiyasının  on  minlərlə  keçmiş 
vətəndaşı  vətənə qayıtmaq istədiklərini  bildirmişdilər. Onların arasında diasporlar üzrə səpələnmiş 
ermənilər də vardı.
 
1944-cü  ilin  əvvəllərində  yaradılmış  “Ermənistan  ermənilərinin  ümummilli  liqası”,  erməni 
liderləri, habelə özünün Cənubi Qafqaz siyasətində ermənilərə arxalanan Stalinçi rəhbərlik bu fürsəti 
dəyərləndirdi.  1945-ci  ilin  aprelində  İ.V.Stalin  həmin  liqanın  başçısı  arxiyepiskop  VI  Gevorka 
xaricdən  100  min  erməninin  qayıdışını  təşkil  etməyi  tapşırmışdı.  Az  sonra  Eçmiədzin  kilsəsinin 
təşkilatçılığı ilə 130 min erməninin ölkəyə qayıdışı ilə bağlı ərizələr Sovet hökümətinə təqdim edildi 
(8, s.292).  
SSRİ  XKS  1945-ci  ilin  noyabrın  21-də  xaricdə  yaşayan  ermənilərin  Sovet  Ermənistanına 
köçürülməsi işinin təşkili haqqında qərar verdi.  
Ermənistan hökuməti yanında repatriantların qəbulu və yerləşdirilməsi üzrə yaradılan xüsusi 
komitə ermənilərin köçürülməsi nəzərdə tutulan ölkələrə öz nümayəndələrini göndərir, onları SSRİ-


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   164




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə