Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə18/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   14   15   16   17   18   19   20   21   ...   91

- 38 - 
Təcrübə  nəticəsində  öyrənənlərin  təəssürat  və  reaksiyaları  bütün  gözləntiləri  aşmışdır. 
Bəziləri üçün boş vaxt keçirmək, dərslərarası fasilədə sığınacaq yeri olan kitabxana artıq məktəbin 
ən  maraqlı  məkanına  çevrilmişdir.  Prosesin  bu  cür  tənzimlənməsi  müəllimlərə  təlim 
strategiyalarında  çevik  dəyişikliklər  aparmağa,  tədrisi  təhsil  alanların  fərdi  xüsusiyyətlərinə  görə 
diferensiallaşdırmağa  imkan  verir.  Öyrənənlər  üçün  ən  optimal  mühit,  məkan  aşağıda  sadalanan 
əlamətləri özündə cəmləşdirir:  

 
Təlim prosesi müzakirələrlə müşayiət olunur, öyrənənlər kollaborativ (əməkdaşlıq) mühitdə 
fikirlərini divarlara yazaraq metakoqnitiv refleksiya prosesinə cəlb edilirlər

 
Təlim müəllimyönümlüdən şagirdyönümlüyə istiqamətlənir

 
Məkanda  fəal 
fəaliyyət 
göstərmək,  özlərini  ifadə  etmək  imkanı  kreativliyin 
formalaşdırılması və inkişafına zəmin yaradır; 

 
Kreativ layihələrin üzərində fəaliyyət daha səmərəli olur

 
Yeni auditoriyadankənar layihələrin yaradılmasına imkan yaranır. 
Belə  məkanların  mövcudluğu  seminar,  konfrans,  görüşlərin  təşkilinə,  müxtəlif  ideyaların 
müzakirəsinə və həyata keçirilməsinə də şərait yaradır. 
Açıq təlim məkanının əhəmiyyəti hər kəs tərəfindən lazımi qədər qiymətləndirilmir. Məkanın, 
yeni  təlim  modelinin,  təlim  mühitinin,  çoxseçimliyin  informasiya  bolluğu  dünyasında  kreativliyə 
müsbət  təsirini  anlamaqda  bəzi  insanlar  çətinlik  çəkirlər.  Təhsil  ocaqları  məkan  və  interyerdə 
mühüm  dəyişikliklər  etməyə  ya  çəkinir,  ya  da  bu  yolla  uğur  əldə  olunacağına  inanmır.  Lakin 
yuxarıda  qeyd  etdiyimiz  məktəbin  nümunəsi  belə  eksperimentlərin  kreativliyin  inkişafına  müsbət 
təsirinin müvəffəqiyətini əyani şəkildə nümayiş etdirir. 
Runkonun  fikrincə,  insanların  əksəriyyətində  şüuraltı  belə  fikir  formalaşmışdır  ki,  kreativlik 
anadangəlmə  xüsusiyyətdir,  təlim  prosesində  inkişaf  etdirilə  bilməz  və  bu  istiqamətdə  istənilən 
fəaliyyət  zərərlidir. (5)  Lakin  bu fikirlərin əksini göstərən tədqiqatlar sübut  etmişdir ki,  müəllimin 
düzgün yanaşması öyrənənlərdə kreativ düşüncə tərzini inkişaf etdirə bilər. 
Danılmaz  faktdır  ki,  təlim  prosesində  istənilən  fəaliyyət  bilavasitə  müəllimlə  əlaqəlidir. 
Müəllim  kreativliyin  inkişafı  üçün  nə  etməli,  tələbələrə  necə  kömək  göstərməlidir,  bu  məsələləri 
təlim prosesinin hansı mərhələsində və necə nəzərə almalıdır? İlk növbədə, müəllim yeni ideyaları 
öz  təcrübəsində  tətbiq  etməli,  daim  araşdırmalar  aparmalı,  tədqiqatçı,  yeni  fikirlərə  açıq,  canlı 
təxəyyülə  malik  və  istənilən vəziyyətdə  çevik  qərar verən,  hər zaman öyrənməyə,  yeni  bacarıq və 
texnologiyaların  tətbiqinə  hazır,  bir  sözlə,  kreativ  olmalı,  fənnini  dərindən  və  hərtərəfli  bilməli, 
tələbələrin  dərsi,  materialı  necə  qavradıqlarını,  mənimsədiklərini  anlamalı,  müəyyənləşdirməli, 
aydın düşünməli, öyrənənlərə səhvlərini, anlaşılmayan məqamları üzə çıxarmağa və təlim prosesini 
idarə etməyə  yardım  göstərməlidir. Ali  məktəbdə  kreativlik bütün  fənlərin tədrisinin bazisi rolunu 
oynadığından  müəllim  fəaliyyətinin  aspekti  hesab  olunur.  Digər  vacib  məsələ  kreativliyin 
formalaşdırılması  üçün  müvafiq  mühitin  yaradılması,  müəllimlərin  kreativ  peşəkarlığının 
dəstəklənməsidir.  Şübhəsiz,  müəllimin  kreativliyi  üçün  müvafiq  şərait  də  mütləqdir.  Belə  ki, 
auditoriyaların  darısqallığı,  aşağı  səviyyəli  texniki  təchizat  yaradıcılığa  əngəl  törədən  faktorlara 
aiddir.  Kreativlik,  ilk  növbədə,  müəllimin  sillabusunda  nəzərdə  alınmalı,  dərslik  və  dərs 
vəsaitlərində  öz  əksini  tapmalıdır.  Təlim  resurslarının  məzmunu  kreativ  yönümlü  olmadığı  halda 
müəllimin yaradıcı fəaliyyəti çətinləşir. Kreativ təlim mühitinin tənzimlənməsində tələbələrin peşə 
xüsusiyyətlərinin  formalaşdırılmasına  xidmət  edən  məlumat  xarakterli  və  idraki  inkişafa  zəmin 
yaradan tapşırılqardan istifadə mütləqdir.  
Edvard  de  Bono  lateral  düşüncə  konsepsiyasını  irəli  sürmüş  və  “altı  düşüncə  şlyapası” 
texnikasını  işləyib  hazırlamışdır.  (3)    Bu  strategiya  öyrənənlərə  müxtəlif  istiqamətlərdə  problemi 
fərqli aspektlərdən araşdırmağa şərait yaradır. 
Kreativ  düşüncəni  sual-cavab  vasitəsilə  işə  salan  Sokrat  inanırdı  ki,  ardıcıl,  düşünülmüş 
şəkildə  verilən  suallar  ideya  və  fikirlərin  dərin  araşdırılmasına,  mövzunun  daha  yaxşı 
mənimsənilməsinə  xidmət  edir.  Bu  texnika  “Sokrat  sual-cavabı”,  “Sokrat  tərzi”  adını  almışdır. 
Müəllim və  ya tələbə tərəfindən verilən  yaxşı  sual  öyrənənin  düşüncə tərzinə güclü  təsir göstərir, 
müxtəlif məqamlara aydınlıq gətirir, pedaqoji prosesin hər iki tərəfi arasında təbii əks əlaqə yaradır, 
dərsi,  təlimat  prosesini  düzgün  istiqamətləndirir.  Müəllim  gün  ərzində  orta  hesabla    300-400  sual 


- 39 - 
verir. (8) Tədqiqatlar sübuta yetirmişdir ki, müəllim həmin sualların tipini, ifadə tərzini, ardıcıllığını 
diqqətlə planlaşdırarsa,  öyrənənlərin həm  düşüncə  tərzi,  həm  də    cavabları tədricən  yaxşılaşar.  (2) 
Qəliz,  kompleks  mental  proseslər  tələb  edən  sualların  cavablandırılması  kreativliyi  stimullaşdırır. 
Əgər....nə baş verərdi? Niyə....? səbəb-nəticə tipli suallar tənqidi və kreativ təfəkkürü inkişaf etdirir, 
tələbələri araşdırmağa, tədqiqat aparmağa həvəsləndirir. (7) 
Öyrənənlərə  verilən  suallar  ətrafında  düşünməyi  təklif  etmək  də  dəyərli  fəaliyyətdir.  Qay 
Klakston  (Skeildən  sitat  gətirilmişdir)  bildirmişdir:  “Yaxşı  sual  vermək  uğurlu  tələbə  olmağın 
əsasıdır.  (4)  Sual  verməyi  bacarmayan  şəxs  qaşıqdan  yedizdirilməlidir”.  Sual  formalaşdırmağı 
bacaran 
tələbə 
düşüncə  tərzini  aydınlaşdırır,  müəllimin  təlimat  verməsinə,  təlimin 
istiqamətlənməsinə kömək edir və müstəqil kreativ fəaliyyətlə məşğul olur. 
Tələbələri sual verməyə həvəsləndirməyin aşağıda sadalanan üstünlükləri mövcuddur: 

 
Fənni daha dərindən öyrənməyə maraq oyadır; 

 
Mövzunu daha dərindən mənimsəməyə zəmin yaradır; 

 
Təlimi stimullaşdırır; 

 
Məzmunun möhkəmləndirilməsini təmin edir; 

 
Mövzuya müxtəlif aspektlərdən baxış imkanı yaradır; 

 
Araşdırmalar üçün plan və məqsədləri dəqiqləşdirir

 
Tələbələri cavabın tapılmasına həvəsləndirir. 
Təlim  prosesində  kreativliyi  stimullaşdıran  digər  bir  yanaşma  “imkanların  düşünülməsi” 
adlanır.  Bu  üsul  öyrənənlərdən  müxtəlif  ideyaların  araşdırılmasını  və  təxəyyüllərindən  istifadə 
edərək  fərqli  imkanlar  yaratmağı  tələb  edir.  Müəllim  dərsdə  bir  neçə  cavablı  suallar  verirsə,  bu, 
tələbələrdə  özünəinam  hissini  yüksəldir,  yaradıcılıq  xüsusiyyətlərini  inkişaf  etdirir.  Öyrənənlərdə 
kreativliyi  yüksəltməyin  vacib  şərtlərindən biri də təlim  prosesinin problemli  tapşırılqlar üzərində 
təşkilidir.  Problem  həlli  və  tədqiqatların  aparılması  müasir  təhsilin  əsas  tələblərindəndir.  Təlimin 
tədqiqat  və  araşdırmalar  üzərində  qurulması  tələbələri  sual  və  ya  problem  ətrafında  mövcud 
biliklərindən istifadə edərək çözüm yolu tapmağa, dərin və hərtərəfli düşünməyə yönəldir. Peşəkar 
müəllim tədqiqat sualını, problemi düzgün müəyyənləşdirməklə, tələbələrə lazımi dəstək verməklə 
onların düşüncə tərzini inkişaf etdirir. Sualın təqdimat forması tədris olunan fəndən, təhsil alanların 
maraq, meyil və tələbatlarından asılıdır. Müəllim müsbət motivasiyanın yaradılması prinsipinə fəal 
şəkildə riayət etməli, şəxsiyyətin maraq dairəsini nəzərə almalıdır. Bəzən bir qrup üçün əhəmiyyətli 
sayılan problem digərində aktuallıq kəsb etmir. Bu gün təqdim olunan problem müəyyən vaxtdan 
sonra  aktuallığını  itirmək  təhlükəsi  ilə  üzləşə  bilir.  Bu  səbəbdən  müəllim  təlim  vəziyyətlərinin 
işlənilib hazırlanmasına, problemin müəyyənləşdirilməsinə xüsusi diqqət göstərməlidir. Problemin 
araşdırılması müxtəlif formalarda həyata keçirilə bilər. Belə ki, situasiyadan asılı olaraq kollektiv, 
kiçik  qruplarla,  cütlərlə  və  fərdi  iş  formalarına  müraciət  etmək  mümkündür.  Seçim  təlim 
məqsədlərindən  asılıdır.  Bəzi  müəlliflər  kreativliyin  yalnız  qrup  işində  inkişaf  etdirilməsi  ilə 
əlaqədar fikirlər yürütsələr də, reallıq fərqlidir. Əslində, təhsil alanların diqqətinin sual və problem 
ətrafında  cəmləşdiyi  dəstəkləyici  mühitdə  auditoriyaya  ünvanlanan  birbaşa  və  dəqiq  təlimat 
kreativliyin  formalaşdırılmasına  zəmin  yaradır.  Con  Hattl  bütün  kollektivlə  işin  əhəmiyyətini 
yüksək  dəyərləndirmiş  və  onu  təlim  prosesində  yüksək  effektivliyə  malik  yanaşma  kimi 
qiymətləndirmişdir.  (6)  Bütün  kollektivlə  iş  vasitəsilə  müəllim  auditoriyadakıları  düşünməyə 
həvəsləndirir,  tədris  prosesinə  cəlb  edir,  maraqlandırır,  yaranan  sualları  dərhal  cavablandırır  və 
beləliklə, yüksək səviyyəli fəal təlimə şərait yaradır. Müzakirələr tələbələrin suallarından irəli gələn 
yeni  fikir  və  konsepsiyalar  üzərində  qurulur.  Müəllim  müzakirələri  stimullaşdırır,  yeni  ideya, 
düşüncə  tərzlərini  dəstəkləyir  və  həvəsləndirir.  Pedaqoji  prosesin  hər  iki  tərəfi  tədricən  mövcud 
səhvləri də eyni vaxtda üzə çıxarmaq imkanı qazanır. 
Tələbələrə  problemi  düzgün  müəyyənləşdirməyi,  mövcud  bilik  və  bacarıqları  yeni  və  fərqli 
vəziyyətlərdə  tətbiq  etməyi,  məlum  faktlarda,  hadisələrdə  yeni  çalarlar  üzə  çıxarmağı,  sintez 
aparmağı öyrətmək lazımdır. Təlimdə qeyd olunan əməliyyatların yerinə yetirilməsi əsas anlayış və 
qaydaları  hazır  şəkildə  deyil,  müstəqil  araşdırma  nəticəsində  təhlil  etmək  imkanı  verir.  Tələbələr 
problemin müəyyənləşdirilməsində və həlli  yollarının axtarılmasında müəllimlə yanaşı  fəal iştirak 
etməlidirlər.  Problem  açıq  sual  şəklində,  həmçinin  kompleks  və  bir  neçə  həll  yolundan  ibarət  ola 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə