Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə15/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   11   12   13   14   15   16   17   18   ...   91

- 32 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
TÜKƏZBAN RÜSTƏMOVA  
Gəncə Dövlət Universiteti 
UOT 159.923.31 
İMTAHAN STRESİNİN TƏSİRİ ALTINDA TƏLƏBƏLƏRDƏ   
PSİXOLOJİ GÖSTƏRİCİLƏRİN TƏDQİQİ 
 
Açar sözlərGərginlik, amil, qıcıqlandırıcı, özünütənzimləmə, yüklənmə 
Keywords: stress factor, a stimulus, self-regulation, overload 
Ключевые слова: напряженность, фактор, раздраженность, загруженность 
Təkamül  prosesində  möhkəmlənmiş  məqsədyönlü  reaksiya  kimi,  emosional  gərginlik 
neyrofizioloji prosesləri aktivləşdirərək adaptiv davranışın formalaşmasına və dərketmə proseslərin 
güclənməsinə  səbəb  olur.  Emosional  gərginliyə  həsr  olunan  son  illərin  ədəbiyyatında  əsas  fikir 
fərdin  stres  zamanı  davranışı,  aktivlik  və  adaptasiya  olma  göstəricisi,  müdafiə  olunma  qabiliyyəti 
kimi  proseslərin  öyrənilməsi  olmuşdur.  Elmi  məqalələrdə  psixi  tənzimləmə  və  fərdin  aktivliyinin 
özünütənzimləməsinə  böyük  diqqət  ayrılmasına  baxmayaraq,  yenə  də  emosional  gərginliyin  sinir 
sisteminin funksiyalarına təsir mexanizmləri hələ də ətraflı öyrənilməmiş qalır. 
Ali təhsil müəssisələrində oxumaq özü də bir sıra əhəmiyyətli xüsusiyyətlərə malikdir ki, bu da 
tələbələrin seçdiyi ixtisaslarından, yaşayış mühitindən, yaşından, qidalanma və zərərli vərdiş və s. çox 
asılıdır.  Qeyd  etdiyimiz  faktorlar  tələbələrin  orqanizminə  çoxparametrli  təsir  edərək,  bir  sıra 
psixofizioloji  funksiyaların,  xüsusilə  sinir  sisteminin  ətraf  mühitdən  gələn  stres  təsirlərə  qarşı 
reaksiyalarının  dəyişməsilə  nəticələnir.  Tələbələrdə  psixi  gərginlik  yaradan  ən  əsas  səbəblərdən  biri 
imtahan stresidir ki, çox vaxt axır nəticə imtahan prosesi psixitravma yarada bilən faktor kimi göstərilir. 
İmtahan  stresi-klassik  stress  modeli  sayılır  və  orqanizmdə  çoxsaylı  kompleks  psixofizioloji 
dəyişikliklərin  yaranması  ilə  müşaiyət olunaraq, insanın həyat fəaliyyətinə  (təhsil,  əmək, idman və  s.) 
təsir  edir.  İnsanın  həyat  fəaliyyətində  psixi  gərginlik  yaradaraq  imtahan  stresinə  bənzər  çoxsaylı 
vəziyyətlər mövcuddur (məsələn, attestasiya, testləşdirmə, yarışlar, ekspertiza, işə qəbul üçün müsabiqə, 
dissertasiya  və  ya  diplom  işi  müdafiəsi,  cəmiyyətdə  çıxışlar  və  s.)  (1).  Bütün  hallarda  insan  qarşıya 
qoyduğu məqsədə çatmaq üçün çalışır və psixoloji gərginliyin yaranması ilə nəticələnir. 
Son  illərin  ədəbiyyatında  imtahan  stresinin  tələbələrin  sinir,  ürək-damar  və  immun  sisteminə, 
hətta  genetik  aparata  mənfi  təsir  etdiyini,  onkoloji  xəstəliklərin  yaranma  ehtimalının  artmasına  şərait 
yaratdığını sübut edən kifayət qədər məlumatlara rast gəlinir. İmtahan stresi beyin qabığından başlayan, 
hüceyrə  səviyyəsində  yekunlaşan zəncirvari disfunksiyalara  səbəb  olur.  Emosional stresə qarşı insan-
ların müxtəlif davamiyyətini nəzərə alaraq, ədəbiyyat mənbələrində vegetativ sinir sisteminin simpatik 
və parasimpatik şöbələrinin aktivləşməsinə, vegetativ homeostazın pozulmasına, ürək-damar sisteminin 
reaksiyalarının yüksəlməsi faktları göstərilib. Zehni və psixo-emosional gərginlik neyroendokrin siste-
min funksiyalarına da təsir göstərərək, maddələr mübadiləsinin pozulmasına gətirib çıxarır. İmtahanın 
ağırlıq dərəcəsindən əlavə, imtahan zamanı müxtəlif yaş qruplarında olan tələbələrdə emosional gərgin-
liyə qarşı reaksiyalar müxtəlif şəkilli olması ilə diqqəti çəkir.(3) Qeyd olunan faktları nəzərə alaraq, üç 
müxtəlif yaş qrupuna daxil tələbələrdə eyni tədqiqatlar aparmaqla, beyin fəaliyyətinin dəyişikliklərinin 
mexanizmlərinə aydınlıq gətirmək mümkün ola bilər. 
Material və metodlar: 
Dissertasiyanın  nəzərdə  tutulmuş  tədqiqatlarını  həyata  keçirmək  üçün  Gəncə  Dövlət 
Universitetinin tələbə və magistrları tədqiqatlara cəlb ediləcək. Belə ki, I kursda oxuyan 17-18 yaşlı, 
IV  kursda  oxuyan  21-22  yaşlı  tələbələr,  magistra-turanın  son  kursunda  oxuyan  24-25  yaşlı 
magistrlar  üzərində  psixofizioloji  və  elektrofizioloji  tədqiqatların  aparılması  nəzərdə  tutulub. 
Tədqiqatlarda iştirak edənlərin praktiki sağlam olması və könüllü olaraq tədqiqatlarda iştirakı vacib 
şərtlərdəndir. Hər qrupda minimum 30-40 nəfər tədqiq olunacaq. 


- 33 - 
Tədqiqatlar əsasən 4 mərhələdə aparılması nəzərdə tutulub: 
I  mərhələ:  İmatahandan  2  ay  əvvəl  -  psixoloji  və  elektrofizioloji  fon  göstəricilərinin  təyini 
məqsədilə  aparılacaq.  Bu  zaman  əsasən,  imtahan  dövründə  tədqiq  olunacaq  tələbə  və  magistrların 
psixofizioloji göstəriciləri adi  gündə təyin olunmaqla, emosional  gərginliyin təsiri  altında  yaranan 
dəyişiklikləri müqayisə edərək aşkar etmək üçün vacib əhəmiyyətə malikdir
II  mərhələ:  İmatahandan  30  dəqiqə  əvvəl-  tədqiqatlarda  iştirak  edənlər  imtahan 
başlanmazdan 30 dəqiqə əvvəl psixoloji və elektrofizioloji müayinələrdən keçiriləcək; 
III mərhələ: İmtahandan 10 dəqiqə sonra- tədqiqatlarda iştirak edənlər imtahan qurtardıqdan 
10  dəqiqə  sonra  psixofizioloji  tədqiqatlara  cəlb  olunaraq,  emosional  gərginliyin  yaratdığı 
dəyişikliklər aşkar ediləcək
IV  mərhələ:  İmtahandan  2  saat  sonra-  imtahan  qurtardıqdan  2  saat  sonra  tələbə  və 
magistrlarda emosional gərginliyin aradan götürülməsindən sonra qalan iz reaksiyalarının müəyyən-
ləşdirilməsi gözlənilir. 
İmtahan  prosesinin  özü  də  iki  mərhələdən  ibarətdir  və  burada  imtahan  prosesinin  ağırlıq 
dərəcəsi mühüm əhəmiyyət kəsb edir. Belə ki, imtahan prosesinin ağırlıq dərəcəsi deyiləndə I kurs 
tələbələri üçün hümanitar ( məsələn, tarix) və dəqiq elmlərdən (məsələn, fizika), IV kurs tələbələri 
buraxılış  imtahanı  və  dövlət  imtahanı  (diplom  işi  müdafiəsi  prosesi  də  ola  bilər),  magistrlar  isə 
buraxılış  imtahanı  və  magistr  dissertasiyasının  müdafiəsi  prosesi  ərəfəsində  tədqiq  olunacaqlar. 
Əsas məqsəd, imtahanın ağırlıq dərəcəsindən asılı olaraq yaranan emosional gərginliyin (həyəcanın) 
səviyyəsinin təhsildə uğurun əldə edilməsindəki rolunu aşkar etməkdir. 
Tədqiqatlar  zamanı  həm  psixoloji-həyəcan  göstəriciləri  tədqiq  olunacaq,  həm  də  elektro-
fizioloji  tədqiqatlar  aparılacaq.  Psixoloji-həyəcan  göstəricilərinin  müayinəsi  zamanı  aşağıdakı 
testlərdən istifadə ediləcək: 

 
Teylor testi -ümumi həyəcanın səviyyəsini təyin etmək üçün; 

 
Spilberger-Xanin testi - situativ və fərdi həyəcanın səviyyəsini təyin etmək üçün

 
Ayzenko testi- İntellektual vəziyyəti müəyyənləşdirmək üçün; 

 
A.A. Rean testi- uğur qazanılmasının motivasiyası və uğursuzluqdan qorxmanın təyini testi; 

 
SAN testi- özünühissetmə, aktivlik və əhvalın təyini. 
Göstərilən testlərin köməyi ilə, həyəcan, intellekt, dərketmə və s. psixofizioloji göstəricilərin 
emosional stresin təsirindən hansı dəyişikliyə uğraması müəyyənləşdiriləcək. Eyni zamanda, yalnız 
imtahandan  2  ay  əvvəl  bir  neçə  testlərin  köməyi  ilə  müxtəlif  yaş  qruplarında  temperament  və 
psixofizioloji xarakter xüsusiyyətlərin təyini nəzərdə tutulub. Bu zaman temperament təyini testi və 
Lyuşer testinin işlədilməsi planlaşdırılıb. 
Tədqiqatın nəticələri: 
Təcrübələrdə  imtahan  stresi  modelindən  istifadə  edərək  sağlam  gənclərdə  emosional 
göstəriciləri  tədqiq  olunmuşdur.  Tədqiqatlar  17-22  yaşlarında  biologiya  -kimya  fakültəsinin  60 
praktiki sağlam gənclər üzərində aparılmışdır. 
Psixoloji göstəricilərin tədqiqatı zamanı psixotestlərdən istifadə olunub: Spilberger-Xanin testi 
vasitəsilə  fərdi  və  situativ  həyəcan,  Teylor  testi  ilə  ümumi  həyəcan,  göstəricisi  yoxlanılıb. 
Eksperimentlər üç mərhələdə aparılıb: adi dərs günlərindən birində; imtahan önü dövr; imthandan 2 saat 
sonra. Hal-hazırda isə müşahidə olunan psixoemosional dəyişikliklər orqanizmin yaranmış şəraitə qarşı 
uyğunlaşma  reaksiyası  kimi  qiymətləndirilir.  Məlumdur  ki,  emosional  gərginlik  təkamül  prosesində 
möhkəmlənmiş  məqsədyönlü  reaksiya  kimi  adaptiv  davranışın  yaranmasına  imkan  verir  və 
informasiyanın  qəbul  olmasını  gücləndirir,  neyrofizioloji  proseslərin  gedişini  sürətləndirir  (12). 
Orqanizmin  psixofizioloji  mexanizmlərinin  inteqrasiyası  emosional  hal  üçün  həlledici  amil  olub, 
orqanizmin müxtəlif ekstremal şəraitə uyğunlaşmasına, adekvat reaksiyanın yaranmasına imkan verir və 
bununlada mövcud şəraiti bütövlükdə ümumi bir psixoloji səviyyəyə gətirib çıxarır (11). 
Yeniyetmələrdə  emosinal  gərginlik  şəraitinin  təsiri  nəticəsində  yaranmış  psixofizioloji 
dəyişikliklər onların inkişaf prosesində öz mənfi təsirini edərək, gələcəkdə rastlaşma ehtimalı olan 
sinir-psixi və somatik xəstəliklərin əsasını qoya bilər. Xüsusən, yeniyetməlik dövrlərində emosinal 
gərginliyin  təsiri  daha  ciddi  fəsadlara  və  adaptasiya  pozğunluqlarına  səbəb  olaraq,  davranışın, 
psixoloji vəziyyətin, xasiyyətin dəyişməsi və sağlamlığın itirilməsilə nəticələnə bilər (11). 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə