Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə12/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   8   9   10   11   12   13   14   15   ...   91

- 26 - 
Açığını  etiraf  etmək  lazımdır  ki,  bu  gün  yeniyetmə  və  gənclərin  milli  mənlik  şüurunun 
formalaşdırılmasına  daha  ciddi  ehtiyac  var.  Torpaqlarımızın  20  faizinin  düşmən  tapdağı  altında 
inlədiyi indiki şəraitdə yetişən nəslin milli mənlik şüurunun formalaşdırılmasına nail olmadan işğal 
olunmuş torpaqlarımızın azad olunması işini yubada bilərik. Çünki yetişən nəslin mənlik şüurunda 
milli əqidə, milli birlik hissləri kök salmasa onlarda mübarizə əhvalı-ruhiyyəsi, qələbə əzmi, torpağı 
işğaldan  xilas  etmək  kimi  hissləri  oyatmaq  olmaz.  Məhz  ona  görə  də  yetişən  nəslin 
nümayəndələrinə milli mənlik şüurunu aşılamaq üçün şərtləndirən əsas cəhətlərin istək, monolit bir 
psixoloji  modelin  müəyyənləşdirilməsinə  və  bu  modelin  psixoloji  mexanizminin  yaradılmasına 
ehtiyac duyulur.    
Fikrimizcə  bu  proses  inkişafın  yaş,  fiziki  və  psixoloji  cəhətdən  əlaqəsinin  tələbatların 
dinamik  inkişafından  asılılığını  və  ya  tələbatların  inkişaf  dinamikasının  yaşla,  fiziki  və  psixi 
inkişafla  bağlı  olmasını  bir  daha  sübut  edir.  Bu  dövrdə  insanın  yaşaması  üçün  əsas  olan  onun 
qorunub saxlanmasına xidmət göstərən maddi tələbatları mənəvi və ya  sosial-psixoloji tələbatlarla 
əvəz edilir. Bu o demək deyil ki, insanlar yemək, içmək, geymək və mənzil kimi əsas əhəmiyyətə 
malik  tələbatlarını  ödəmir  və  ya  bunu  qeyd  etmirlər.  Bu  heçdə  düşündüyümüz  kimi  deyildir. 
İnkişafın  yüksək mərhələsinə qalxan  yeniyetmə və gənclərdə mənəvi  və sosial-psixoloji tələbatlar 
maddi  tələbatlar  kimi  çıxış  edir.  Yəni  onlar  yeməyə,  içməyə,  geyimə  və  mənzilə  nə  cür  tələbat 
duyurlarsa,  eyni  ilə  mənəvi  və  sosial-psixoloji  amillərə  də  o  cür  tələbat  duyurlar.  Bir  sözlə  bio-
psixo-sosial  varlıq  olan  yeniyetmə  və  gənclər  yalnız  maddi  bioloji  tələbatlarını  ödəməklə 
kifayətlənə bilməzlər. Çünki onların mənəvi  və sosial-psixoloji inkişafını tamamlayan tələbatlarını 
da ödəməyə ehtiyyacları vardır (4, s.109). 
Məqalədə  qeyd  olunanları  ümumiləşdirərək  son  qənaətimizi  aşağıdakı  şəkildə  ifadə  edə 
bilərik: 
-
 
milli mənlik şüuru bir anlayış olaraq “milli”, “mənlik” və “şüur” sözlərinin cəmindən yaranan 
və bir fərdin,  yeniyetmə-gənclərin,  bütövlükdə  götürüldükdə insanın  özünüdərketmə prosesini 
özündə ifadə edən anlayışdır; 
-
 
milli  mənlik  şüurunun  bünövrəsini  təşkil  edən  idrak  tələbatlarının  obyekti  olan  maraqların 
əsasında yaranması onun inkişafının təməlini təşkil edir
-
 
milli mənlik şüurunun məsullarından olan milli-mənəvi keyfiyyətlər yetişən nəslin milli mənlik 
şüurunun formalaşmasında bənzərsiz rola malik olur; 
-
 
yeniyetmə-gənclərin  hərtərəfli  inkişaf  etmiş  şəxsiyyətlər  kimi  yetişməsində  əsas  rol  oynayan 
maraqların motivlərinə uyğun olaraq milli mənlik şüuru formalaşmış olur; 
-
 
yeniyetmə-gənclərin bir şəxsiyyət kimi inkişafında, yəni şəxsiyyətyönümlülük;  
-
 
səviyyəsinin  yüksəlməsində  əsas  rol  oynayan  səmərəli  fəaliyyətinin,  əqidə  saflığının,  milli 
dəyərlərə saf məhəbbətinin, düzgün motivləşdirilməsi hesabına milli mənlik şüuru inkişaf edir. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Əliyev R.İ Psixologiya ( Dərs vəsaiti ). Bakı: Nurlan, 2008, 352 s. 
2.
 
Əliyev P.B., Əhmədov H.H. Gənclərin milli-mənəvi dəyərlər əsasında tərbiyyəsi. Bakı, ABU- 
Təhsil, 2006, 264 s. 
3.
 
Qədirov Ə.Ə yaş psixologiyası, Bakı, Maarif, 2008, 386s. 
4.
 
Quliyev  Q.Ə  Təlim  tərbiyə  prosesində  tələbatların  inkişaf  dinamikası  və  münasibətlər 
sisteminin formalaşması. Bakı, AİMU-nin t.h. mətbəəsi, 1998, 198s. 
5.
 
Ümumi psixologiya (prof V.İ.Petrovskinin redaksiyası ilə), Bakı, Maarif, 1982. 494 s. 
6.
 
 Hökelekli Həyati. Din psikolojisi. Türkiye: Diyanet Vakfı yayımları 7-ci baskı: kasım, 2008, 368 səh. 
 
 
 
 
 
 


- 27 - 
ABSTRACT 
Ch.Guliyev 
 
CONSIDERATION OF THE NEEDS AND INTEREST IN THE NATIONAL 
CONSCIOUSNESS FORMATION OF THE YOUNGER GENERATION 
 
The  article  reports  about  the  necessity  to  take  into  account  the  needs  and  interests  as  the 
primary conditions for national consciousness formation. The objects, that comprise the needs, are 
based  on  the  interests  and  are  underlying  and  important  in  the  national  consciousness 
formation.According  to  the  theory,  comprehensive  development  of  the  personality  of  the  youth  is 
contributed  by  the  national  self-consciousness  formation,  which  is  based  on  the  incentives  and 
interests. 
РЕЗЮМЕ 
Ч.Гулиев 
 
УЧЁТ ПОТРЕБНОСТЕЙ И ИНТЕРЕСОВ В ФОРМИРОВАНИИ 
НАЦИОНАЛЬНОГО САМОСОЗНАНИЯ У МОЛОДОГО ПОКОЛЕНИЯ 
 
В статье говорится о необходимости принятия во внимание потребностей и интересов 
в  качестве  первоочередных  условий  для  формирования  национального  самосознания. 
Указывается  на  составляющие  объекты  потребностей,  основанные  на  интересах  и 
являющиеся  основополагающими  в  формировании  национального  самосознания.  На 
основании данной теории, для всестороннего развития личности подрастающего поколения 
ключевую  роль  играет  формирование  национального  самосознания  на  основе  мотивов  и 
интересов. 
 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
  Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, professor E.Maqsudov
  
 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə