Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə13/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   9   10   11   12   13   14   15   16   ...   91

- 28 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
GÜLMİRA HACIYEVA 
Naxçıvan Dövlət Universiteti 
UOT:37 
ƏLİQULU QƏMKÜSARIN YARADICILIĞINDA İDEYA-SİYASİ  
TƏRBİYƏ MƏSƏLƏLƏRİ VƏ PEDAQOJİ FİKİR TARİXİ  
ÜÇÜN ONLARIN ƏHƏMİYYƏTİ 
 
Açar sözlər: Əliqulu Qəmküsar, ideya-siyasi tərbiyə, cəmiyyət 
Key words: Aligulu Gamkusar ideological-political upbringing society 
Ключевые  слова:  Алигули  Гамкусар,  Азербайджан,  идейно  политическое, 
воспитание, общество 
Əliqulu Qəmküsarın  yaradıcılığında ideya-siyasi tərbiyə ilə bağlı nümunələr də vardır.  Yəni 
onun poeziyasında ideyalılıq yüksək səviyyədə olduğu kimi, siyasi yanaşmalar, siyasi gəzişmələr də 
yüksək səviyyədədir.  
 
Ümumiyyətlə  desək,  ideya-siyasi  tərbiyə  tərbiyənin  tərkib  hissələrindən  biridir.  Tərbiyənin 
digər tərkib hissələri kimi ideya-siyasi tərbiyə yetişən nəslin həm ideyalılıq səviyyəsini, həm də siyasi 
motivlərə  uyğun  keyfiyyətlərini  öyrənir  və  ölkənin  milli  ideyologiyasına  uyğun  onları  tənzimləyir. 
Yeri  gəlmişkən  demək  lazımdır  ki,  ideya-siyasi  tərbiyənin  mahiyyətini  düzgün  şərh  etmək  üçün  bu 
anlayışın  etimoloji  məna  çalarlarına  da  diqqət  yetirmək  lazım  gəlir.  «Идейа-сийаси»  ифадясинин 
биринcи тяряфиндя  «идейа» сюзц, икинcи тяряфиндя ися  «сийаси» сюзц дайаныр. Илк юнcя 
онлары айры-айрылыгда изащ етмяйя чалышаг. «Идейа» сюзц бир анлайыш кими, щяля антик 
дюврдян мювcуддур. Идейа анлайышы антик дюврдя  «мяна»,  мащиййят билдирян сюз кими 
ишлядилмиш,  щямчинин  фялсяфянин  шцур  вя  тяфяккцрцн  категорийалары  иля  сых  баьлы 
олан мявщум кими иряли сцрцлмцшдцр. Философларын фикриня истинад етсяк демялийик ки, 
даими вя дяйишмяз идейа йохдур. Инсанларын идейасы тябии олараг онларын щяйат тярзиня, 
мадди  рифащына,  cямиййятдяки  мювгеляриня  уйьун  олараг  даима  дяйишир,  пцхтяляшир  вя 
беляликля инсан юзц дя шяхсиййят кими формалашмаьа башлайыр. Шяхсиййят ися cямиййятя 
рянэарянэ  теллярля  баьлы  олан  бир  иcтимаи  варлыгдыр.  О,  cямиййятин  тяряггиси  иля 
ялагядар  олараг  инкишаф  едир  вя  дяйишир.  Дащи  философларымыздан  Ябцлщясян 
Бящмянйар  ял  Азярбайcани  юзцнцн  «Ят-Тящсил»  ясяриндя  эюстярир  ки,  иcтимаи 
мцнасибятлярин  йарадыcысы  вя  иштиракчысы  олан  инсан  эерчяклийи  дцзэцн  дярк  етдийи 
тягдирдя эцcлц шяхсиййятя чеврилир. Щеэеля эюря, шяхсиййят инсан рущунун даща дярин 
принсипинин-азад фяалиййят принсипинин дярк едилмясинин вя идракын цмумилийинин вя 
мядяниййятинин мящсулудур. (151, səh 328) 
İdeya  siyasi  tərbiyənin  məzmununa  görə  ideyalılıq  və  siyasi  bütövlük  anlayışları  bir-birini 
tamamlayır.  Professor  Nürəddin  Kazımov  göstərir  ki,  ideya-siyasi  tərbiyədə  ideya  və  siyasi 
anlayışlar bir-birini tamamlayır. 
İdeya  yunan  (idea)  sözüdür,  xarici  aləmin  cisim  və  hadisələrinin  təsəvvür  və  anlayış 
formasında inikasını bildirir. 
İdeya  tarixən  müxtəlif  alimlər  tərəfindən  müxtəlif  cür  başa  düşülmüşdür.  Məsələn,  vaxtilə 
Demokrik  görünməyən  atomları,  Platon  görünən  cisim  və  hadisələrin  kölgələrini  ideya 
adlandırmışdır.  
Cəmiyyətdə  əhəmiyyətinə  görə    ideyaları  iki  qrupa  ayırmaq  olar:  mütərəqqi  və  qeyri-
mütərəqqi ideyalar. Birincilər – cəmiyyətin irəliləməsinə, ikincilər isə - geriləməsinə təsir göstərir. 
(90, səh. 332). Siyasi motivlər isə daim yetişən nəslin nümayəndələrinin marağına səbəb olur. Ona 
görə təlim prosesində həmin siyasi hadisələrlə bağlı şagirdlərin dünyagörüşlərinin formalaşmasına 
təsir edən informasiyalardan, məlumatlardan istifadə etmək lazım gəlir.  


- 29 - 
Hər  dövrün  özünə  məxsus  ideya-siyasi  informasiyalar  sistemi  olduğu  üçün  yetişən  nəslin 
nümayəndələrinin həmin informasiyalar sistemi ilə tanış edilməsi faydalı hesab olunur. Bu mənada 
Əliqulu Qəmküsarın yaradıcıllığında öz dövrünə məxsus ideya-siyasi tərbiyə ilə bağlı motivlər daha 
çoxdur.  Bunları  pedaqoji  fikir  tarixi  üçün  işləmək  bir  tərəfdən  pedaqoji  fikir  tariximizi 
zənginləşdirirsə,  digər  tərəfdən  yetişən  nəslin  ideya-siyasi  tərbiyəsinin  formalaşdırılmasını  təmin 
etmiş  olur.  Həmin  faktların,  yəni  həmin  ideya-siyasi  tərbiyə  ilə  bağlı  informasiyaların  bu  günkü 
məktəblilərə çatdırılması  onların  ideya-siyasi  dünya  görüşlərinin  formalaşmasını təmin etmiş  olur. 
Bu  baxımdan  böyük  ədib  Əliqulu  Qəmküsarın  yaradıcılığındakı  ideya-siyasi  tərbiyə  ilə  bağlı 
fikirlərin təhlilinə zəruri ehtiyac duyulur. Ona görə ki, Əliqulu Qəmküsarın ideya-siyasi tərbiyə ilə 
bağlı  fikirləri,  mülahizələri,  mühakimələri,  yanaşmaları  onun  milli  şüurunun  məhsuludur.  Milli 
şüura malik olan ədiblərimizin böyük əksəriyyəti, milli mənliyə yiyələndikləri üçün bütün dövrlərdə 
cərəyan edən hadisələrə milli mənlik şüuru səviyyəsində yanaşmışlar. Çünki onlar öz ölkələri üçün 
zəruri  olan  mütərəqqi  ideyaları  Azərbaycançılıq  ideyalogiyasi  zəminində  təqdir  və  təlqin  etmişlər. 
 
Professor  Nurəddin  Kazımov  göstərir  ki,  Azərbaycan  üçün    mütərəqqi  ideyalar  olduqca 
əhəmiyyətlidir. Belə ideyalardan biri milli mənlik, şüurdur. Milli mənlik şüuru tələb edir ki, özünü 
azərbaycanlı adlandıran şəxs  Azərbaycan xalqının sevincinə sevinsin, kədərinə şərik olsun, xalqı ilə 
qaynayıb  qarışsın.  “Mən  azərbaycanlıyam”  demək  azdır.  Azərbaycana  məxsus  olduğunu  işdə, 
davranışda isbat etmək lazım gəlir. İdeya-siyasi tərbiyənin əlamətlərindən, vəzifələrindən biri məhz 
milli mənlik şüurunun gənc nəsildə formalaşmasına xidmət etməkdən ibarətdir. (90, səh. 332-333). 
XX  əsrin  əvvəllərində  Azərbaycan  ziyalılarının  məhz  belə  çıxış  etməsi  çox  mühüm  çətinliklər 
yaradırdı.  Belə  çətinliklər  Əliqulu  Qəmküsarın  yaradıcılığında  daha  çox  sezilir.  Çünki  çar 
Rusiyasının  işğal  etdiyi  azərbaycan  siyasi  məngənədə  sıxıldığı  həmin  zamanlarda  Cənubi 
Azərbaycandakı  şah  rejimi  soydaşlarımızı  daha  çox  incidirdi.  Belə  ziddiyətli  məqamları  qulaq 
ardına  vura  bilməyən,  istər  çar  Rusiyasının,  istər  Şah  rejiminin  Azərbaycana  və  azərbaycanlılara 
qarşı  törəddikləri  nifaqlar  Əliqulu  Qəmküsarı  çox  narahat  edirdi.  Ona  görə  o,  bu  məsələləri  öz 
əsərlərində,  əgər  belə  demək  mümkünsə  ideya-siyasi  tərbiyə  fonunda  göstərməyə  çalışırdı.  Onun 
“İranlılar”  şeirinə  diqqət  etsək,  şeirdəki  ideya-siyasi  tərbiyə  motivlərini  diqqətə  çəksək, 
dediklərimizi daha aydın şərh etmiş olarıq. Həmin şeir belə başlayır: 
 
Barəkallah, çox nəcib insandılar iranlılar,  
Hər kim eşşəksə ona palandılar iranlılar. 
 
Gəlməmişdən Məmdəli uymuşdular məşrutəyə,  
Etiraz etmişdilər hər bimürqüvvət lutiyə,  
Nitqidə natiqləri bənzərdi sanki tutiyə,  
Zənn edərdi cümlə, şəksiz, qandılar iranlılar. (52, səh. 32) 
 
Bu misralardakı, ideya-siyasi motivləri anlamaq üçün Əliqulu Qəmküsarın nəzərdə tutduğu 
konkret siyasi olayları bilmək lazımdır. Yəni Əliqulu Qəmküsarın nəzərdə tutduğu əsil ideya-siyasi 
mətləblərin məzmununu dərk etmək üçün İran müstəbidi Məmmədəli şaha qədər olan siyasi olayları 
yada  salmaq  lazımdır.  Yəni  Səfəvilərin  sonuncu  şahı  Təhmasibin  müəmmalı  ölümündən  sonra 
siyasi hakimiyyəti ələ keçirən Nadir şah (əsil adı Nədirquludur) özünü İran şahı elan etdi. Vəzirləri 
tərəfindən  öldürüldükdən  sonra  Səfəvilər  dövləti  və  bütün  şahlıq  strukturu  tamamilə  dağıldı. 
Azərbaycan  bir  çox  xanlıqlara  bölündü.  Həmin  xanlıqlardan  birini  şahlıq  kimi  formalaşdıran  Ağa 
Məhəmməd şah 18-ci  əsrin sonlarından etibarən  Azərbaycanı  və  bütün  İranı  idarə  etməyə başladı. 
Onun əziz xələfləri hesab olunan Fətəli şah (1797-1834), Məhəmməd şah (1834-1848), Nəsrəddin 
şah  (1848-1896),  Müzəffərəddin  şah  (1896-1907),  Məhəmmədəli  şah  (1907-1909)  kimi 
hökümdarlar dövründə Azərbaycanlılar hər zaman ehtiyac içərisində yaşamışlar. İranı vətən, xalq, 
dövlət  naminə  yox,  öz  şəxsi  mənafeləri  naminə  idarə  edən  adı  çəkilən  şahlar  içərisində 
Məhəmmədəli  şahı  (Əliqulu  Qəmküsar  onu  Məmdəli  şah  kimi  ifadə  edir)  tənqid  atəşinə  tutan 
Əliqulu  Qəmküsar  xalqın  halına  yandığını  bu  şeirdə  daha  açıq  ifadə  edə  bilmişdir.    Əliqulu 
Qəmqüsarın  “Gəlməmişdən  Məmdəli  uymuşdular  məşrutəyə”  fikri  yuxarıda  adları  çəkilən 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə