Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə21/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   17   18   19   20   21   22   23   24   ...   91

- 44 - 
və  optimallaşdırılması  ilə  ifadə  edilir)  toplusunun  meydana  çıxmasından  asılı  olub,  döyüş 
tələblərinə uyğun gəlir. 
Bu proseslərə aiddir: 
-
 
motivasiya:  Vətənin  müdafiəsinə  qalxmağa,  düşməni  məhv etməyə,  istənilən  əmri  yerinə 
yetirməyə və  ən yaxşı formada fəaliyyət göstərməyə şiddətli arzu; 
-
 
idraki (dərk etmə): şəraiti sayıq müşahidə etmə, eyni zamanda onun dəyişməsi imkanlarını 
qabaqcadan  görmək  və  bu  dəyişməyə  uyğun  fəaliyyət  üsulunu  seçmək,  hücum  təhlükəsinin 
əlamətləri haqqında biliklər, vaxtında onları aydınlaşdırmaq və düzgün qiymətləndirmə; 
-
 
iradi: qarşıya qoyulmuş  tapşırıqların  yerinə  yetirilməsini bacarmaq, özünü tam ələ alma, 
daxili  dözümlülük  və  səfərbərlik,  istənilən  çətinliyin  dəf  edilməsində  məqsədyönlülük,  aktiv, 
həlledici və təşəbbüskar fəaliyyət
-
 
emosional:  ruh  yüksəkliyin  daxili  optimallığı,  inam,  vətənpərvərlik  hisslərinin  yüksək 
olması, dostluq, xeyirxaqlıq, borc və məsuliyyətlilik hisslərinin üstünlüyü; 
-
 
psixomotor:  iş  qabiliyyətinin  bütövlüyü,  iş  hərəkətlərinin  mükəmməl  yerinə  yetirilməsi, 
qarşıda duran hərəkətləri, fəndləri və fəaliyyət növünü əyani olaraq aktiv və dəqiq yerinə yetirmək.  
Yuxarıda  qeyd  edilənlər  insanların  müxtəlif  şəraitlərdə  psixoloji  davamlığının  səviyyəsini 
ifadə edir.  
  Fizioloqlar  və  psixoloqlar  tərəfindən  müəyyən  edilmişdir  ki,  daxili  imkanların 
aktivləşdirilməsi bir çox hallarda fəaliyyətə hazırlıq zamanı başlayır. İnsanın müəyyən bir mürəkkəb 
işi  iradəsindən  asılı  olmadan  yerinə  yetirilməsinə  fikir  yaranırsa,  onda  ətraf  şərait  onun  başlanğıcı 
haqqında  əsas  verir.  Bu  hərəkətə  başlamadan  qabaq  orqanizmdə  bioloji  məqsəd  yaranır:  sanki  bu 
halda  orqanizim  öz  inertliyini  «gizli  bilikləri»  vasitəsilə  nəzərə  alaraq  qabaqcadan  özünü  işçi 
vəziyyətinə  gətirir.  Orqanizmdə  psixofizioloji  dəyişiliklər  meydana  çıxmağa  başlayır.  Ancaq 
dəyişikliklər  orqanizimdə  işi  başlayana  qədər  tələb  olunan  səviyyədə  olmur,  psixikada  eyni  hal 
müşahidə  edilir.  Təsadüfi  deyildir  ki,  idmançılar  startdan  əvvəl  xüsusi  əl-qol  hərəkətləri  edirlər  [6, 
192].  Yanğın  söndürənlərdə  qabaqcadan  hazırlıq  zamanı  yanğının  spesifik  xüsusiyyətləri  haqqında, 
hansı sənaye sahəsində hansı təsir və nəticələrin gözlənilməsinı aydın təsəvvür etmək lazımdır.  
Hərbi  qulluqçularda  da  qarşıda  duran  işdən  əvvəl  xüsusi  fəndlər  və  üsulların  köməyi  ilə 
əhval-ruhiyyə  yaratmaq  lazımdır.  İnsanların  şəxsi  imkanlarının  aktuallaşdırılmasına  işəöyrəşmə 
(vərdiş  etmə)  xidmət  edir  [6].  Ancaq  müxtəlif  xarakterli  fövqəladə  halların,  xüsusəndə  hərbi  və 
texnogen  qəzalar,  hərbi  və  təbii  fəlakətlər,  eləcə  də,  birinin  təsirindən  digərləri  meydana  çıxarsa, 
onda,  meydana  çıxan  ekstremal  şəraitdə  fəaliyyət  göstərmək  «həyəcanın»  meydana  çıxması 
nəticəsində  çətinləşir.  Həyacanın  medana  çıxması  insan  əzələlərində  gərginlik  yaratdığına  görə 
öyrənilmiş vərdişlər dəyişir [7, 45-53]. Bununla əlaqədar olaraq, müxtəlif qoşun növlərində xidməti 
və  döyüş  fəaliyyətinin    məhsuldarlığının  artırılmasında  hərbçilərin  baza  və  ixtisas  üzrə  təhsil 
səviyyələri,  bilik,  bacarıq,  vərdişləri,  təcrübə  qazanmaq  qabiliyyətlərini  və  peşəkarlıq 
keyfiyyətlərinin  nəzəri  və  praktik  olaraq  tətbiq  etmə  bacarıqlarnı  diqqətə  alınaraq  vəzifələrə  təyin 
edilməsi zəruridir. 
 MXFH  şəxsi  heyətin  yüksək  döyüş  hazırlığının  təminatı  –  psixoloji  davamlılığın 
formalaşdırılmasına xüsusi tapşırıqları aşağıdakıları təklif etmək olar:  
- qabaqcadan hazırlığın  davamlı  xarakteristikasının aktivləşməsi  və  ən  yaxşı mənəvi-döyüş 
keyfiyyətlərin meydana çıxmasına nail olmaq və bilavasitə döyüş hazırlığının formalaşdırılması;  
-  döyüş  tapşırıqlarının  müvəffəqiyyətli  həlli  üçün  fasiləsiz  olaraq  daxili  hazırlığı  uzun 
müddət saxlanılması;  
- döyüş əməliyyatlarının aparılmasına, döyüş hazırlığı vəziyyətinə etibarlı keçidin psixoloji 
təminatı. 
ƏDƏBİYYAT 
  
1. http://m.apa.az/az/xeber-az/ 15.12.2015 
2. https://missiya.az/ 2015. 
3.  Əliyev  N.A.,  Gözəlov  S.  S.  Taktiki  hazırlığın  mükəmməlləşdirilməsinin  pedaqoji-psixoloji 
aspektləri. Bakı, AAHDM, 2008, 216 s. 


- 45 - 
4.  Eyyubov  V.Ə.,  Gözəlov  S.S.,  Səfərov  S.R.  Silahların  və  döyüş  texnikasının  öyrənilməsinin 
psixoloji şərtləri. Hərbi bilik jurnalı, 2004, №2, s.49-55. 
5. Əliyev N.A., Gözəlov S.S. Təlim-tərbiyə prosesində zabitin əsas keyfiyyətləri. Hərbi bilik jurnalı, 
2008, №4, s. 70-78 
6. Гинсен Л.Д. Время стрессов. Обоснование и практические результаты психопрофилактической 
работу спортивных командах. Mосква, Физкультура и спорт, 1990, 192 с  
7.  Əliyev N.A., Gözəlov S.S. Şəxsi heyətin aktiv döyüş fəaliyyətinə psixoloji hazırlıq. Hərbi bilik 
jurnalı, 2000. №2, s.45-53 
ABSTRACT 
A.A. Shiriev 
S.S. Gezalov 
 
DURİNG THE PERIOD OF THE FORMATION OF THE PSYCHOLOGICAL 
SUSTAINABILITY OF PEACE AND CONFLICT DURING EMERGENCIES 
 
In the article in the times of emergency situations and elimination of consequences involved 
in various training of the personnel of internal military and moral-psychological training and mental 
activity  and  domestic  ties  with  emerging  mental  strength  to  the  method  was  based  in  part  on  his 
ability with his malicious factors for peace and war. 
The  combat  readiness  of  the  parties,  the  formation  process  of  the  quality  of  combat 
operations  and  results  of  psychological  sustainability  of  development  of  knowledge,  skills, 
experience  and  skills  into  account  the  possibility  of  rescue    and  other  modern  requirements 
determined not to postpone the execution of the work, part of the successful start to address moral-
battle domestic and foreign. 
РЕЗЮМЕ 
А.А. Шириев 
С.С.Гезалов 
 
ФОРМИРОВАНИЯ ПСИХОЛОГИЧЕСКОЙ УСТОЙЧИВОСТИ,  
ВОЗНИКАЮЩИЕВО ВРЕМЯ ЧРЕЗВЫЧАЙНЫХ СИТУАЦИЙ 
В МИРНОЕ И ВОЕННОЕ ВРЕМЯ 
 
В статье основное внимание  уделяется методологии формирования психологической 
устойчивости, возникающие во время чрезвычайных ситуаций в мирное и военное время. 
При  формировании  внутренней  и  внешней  сторон  боеготовности,  для  успешного 
решения итогов начало, в ходе и завершении боевых операций учтены такие составляющие 
части психологической устойчивости, как знание, навыки, опыт и приобретение навыков. А 
также определены выполнении задач во время аварийно-спасательных  и других неотложных 
задач . 
 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
  Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, professor E.Maqsudov
  
 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə