Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə19/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   15   16   17   18   19   20   21   22   ...   91

- 40 - 
bilər. Sadalananlar qərar qəbulu bacarığının inkişafına müsbət təsir göstərməklə divergent düşüncə 
tərzini  formalaşdırmağa  istiqamətlənmişdir.  Təlim  problemləri  kifayət  qədər  ciddi,  bütün  qrupu 
maraqlandıracaq  səviyyədə  hazırlanmalıdır.  V.V.  Safonova  qeyd  etmişdir  ki,  həlli    hər  kəs  üçün 
maraqlı  olan,  quruluşca  anlaşıqlı  təlim  məsələləri  ən  vacib  problemlər  sayılır.  (1)    Prosesin 
yekunları,  layihənin  nəticələri  Power  Point  slaydları,  bloq,  website,  sərgi,  jurnal  və  ya  poster 
şəklində  təqdim  oluna  bilər.  Problem  əsaslı  təlim  öyrənənləri  əməkdaşlıq  prosesinə  cəlb  edərək, 
onlarda  refleksiv,  tənqidi  və  kreativ  təfəkkürün  inkişafını  labüdləşdirir.  Prosesin  müvəffəqiyyətlə 
başa  çatması  üçün  məqsədlər  aydın  şəkildə  ifadə  olunmalı,  sillabus  düzgün  yazılmalı,  təlim 
proqramında  yalnız  aktual  məsələlər  öz  əksini  tapmalıdır.  Bununla  yanaşı,  müəllim  tələbələrə 
müstəqillik  verməli,  onları  eksperiment  aparmağa,  araşdırmağa,  problem  ətrafında  düşünməyə 
həvəsləndirməli, obyektiv nəticələrin çıxarılmasına istiqamətləndirməlidir.  
Tədqiqat əsaslı təlim, adətən, tələbəyönümlü layihələrlə əlaqələndirilir, tədris prosesi müəllim 
və  tələbələrin  konkret  problem,  sual  ətrafında  müzakirəsini,  həlli  yolunda  iştirakını  təmin  edir. 
Tədqiqat  bir  və  ya  bir  neçə  mövzunu  birləşdirə  bilər.  Tədqiqat  əsaslı  təlimin  ən  üstün  cəhəti 
problem və ya sualın müxtəlif aspektlərdən araşdırılmasına, əməkdaşlığa, şaxəli və xətti düşüncənin 
formalaşmasına zəmin yaratmasıdır. 
Həqiqətən  layihə,  problem  və  tədqiqat  əsaslı  təlim  metodlarından  istifadə    tədris  prosesində 
didaktik  məqsədlərə  nail  olmağın  əsaslı  və  yoxlanılmış,  sınaqdan  keçmiş  yolu  sayılır.  Layihənin 
həyata  keçirilməsi  zamanı  tələbələr  müstəqil  şəkildə  biliklərə  yiyələnir,  müxtəlif  məlumat 
mənbələri  ilə  işləyir,  ünsiyyət  və  tədqiqat  metodlarından  istifadə  bacarıqlarını  formalaşdırır, 
problemi  dərindən  araşdırır,  yekunda  fərdi  və  ya  qrup  şəklində  analitik,  tədqiqat,  yaradıcı 
fəaliyyətin  məhsulu  kimi  praktik  nəticə  əldə  edirlər.  Belə  fəaliyyət  nəticəsində  müxtəlif 
vəziyyətlərin  həlli,  tez-tez  dəyişən  şəraitlərə  uyğunlaşma,  fərqli  qruplarda  iş  bacarığı  daha  da 
təkmilləşir.  Bu  gün  tələbələrdə  tədqiqat  aparmaq,  müstəqil  işləmək,  kreativ  düşüncələrini 
zənginləşdirmək ən zəruri bacarıqlar kimi dəyərləndirilir. Peşəkar müəllim kreativlik üçün müvafiq 
yaradıcı mühit yaratmalı, hər bir tələbədə yaradıcılıq qığılcımlarını üzə çıxarıb  dəyərləndirməlidir. 
Kreativliyin  formalaşdırılmasını  təmin  etmək  üçün  müəllim  aşağıdakı  aspektlərə  xüsusi 
diqqət yetirməlidir: 
1.
 
Kreativ  vərdişlərin  modelləşdirilməsi  -  istənilən  vərdiş,  davranış,  düşüncə  tərzini 
öyrənənlərdə formalaşdırmağın ən təsirli yolu müəllimin özünün həmin vərdişlərə, düşüncə tərzinə 
malik olmasıdır; 
2.
 
Təlimdə özünün və şagirdlərin verdiyi sualların tənqidi əhəmiyyətini dəyərləndirmək
3.
 
Səhvləri təlim imkanları kimi nəzərdən keçirmək, öyrənənlərə riskə hazır olmağı, onlardan 
çəkinməməyi,  ağlabatan  risklərə  getməyi  öyrətmək.  Tələbələrə  risklərə  hazır  olmağı  öyrətmək 
onlarda  kreativ  özünəinamı  inkişaf  etdirməkdə  mühüm  rol  oynayır.  Tələbələrin  təlim  prosesində 
tapşırılqarın  yerinə  yetirilməsində, təlim  fəaliyyətində risklərlə üzləşməsi, risklərə  getməsi  mütləq  
dəstəkləyici  mühitdə  həyata  keçirilməlidir.  Belə  mühit  müəllim-tələbə  əməkdaşlığı  şəraitində 
qurulmalı,  hər  kəsin  üzərinə  düşən  vəzifə  əvvəlcədən  müəyyənləşdirilməli,  müzakirə  olunmalı  və 
prosesin səmərəli həyata keçirilməsi  üçün müvafiq qaydalar hazırlanmalıdır. 
4.
 
Düzgün  vaxt  bölgüsü.  Tələbələrə  tapşırığın  icrası  üçün  kifayət  qədər  vaxt  verilməlidir, 
çünki bəzən tələsik verilmiş qərarlar uğursuz, səmərəsiz nəticələrə gətirib çıxara bilər, faydasız olar. 
Vaxtın  düzgün  bölgüsü  həm  müəllimlər,  həm  də  tələbələr  üçün  heç  də  asan  deyil.  Tələbələrə 
düşünmək,  müstəqil  işləmək  üçün  vaxt  verilməlidir.  Müəllim  öyrənənlərin  fikirləri  çeşidləməsi, 
nəticələr  çıxarması,  ümumi  yekun  rəyə  gəlməsinə  zəmin  yaratmaq  üçün  auditoriya, 
auditoriyadankənar  və  asudə  vaxtlarının  rejimli  bölgüsündə  tələbələrə  yardım  göstərməyi,  onları 
yönləndirməyi bacarmalıdır. 
5.
 
Tapşırıqların  müəyyən  çətinlik  dərəcəsinə  kimi  dəstəklənməsi  (scaffolding).  Müəllim 
skaffoldinqin tətbiqini tapşırığın tərtibatında nəzərə almalıdır. Düzgün skaffoldinq-dəstək tapşırığın 
ilkin mərhələlərindən sonunadək müəllimin köməyini “çoxdan aza doğru” prinsipi əsasında nəzərdə 
tutur.  Tələbələr  tapşırığın  həllinə  başlayandan  müəllim  onları  dəstəkləyir,  istiqamətləndirir, 
tələbələr tədricən tapşırığın yerinə yetirilməsində daha sərbəst olurlar. Onların müstəqilliyi artdıqca, 
müəllimin köməyi azalır və tələbələr fəaliyyətlərini müstəqil şəkildə bitirirlər. 


- 41 - 
Kreativliyin  formalaşdırılması  müəllimdən  xüsusi  diqqət  və  bacarıq  tələb  edir.  Dərsin 
gedişatında  müəllimin  etdiyi  cüzi  dəyişiklik  də  öyrənənlərdə  kreativliyin  inkişafına  təsir  göstərə 
bilər. Tələbələr təlimdə və real həyatda bir sualın müxtəlif cavablarının olduğunu anladıqca, onların 
kreativ özünəinamı da artacaqdır. 
 Qeyd  olunanlara  əsasən  kreativlik  peşəkar  inkişaf  və  gələcək  mütəxəssisin  formalaşması 
prosesini  müşayiət  edən  əsas  amillərdəndir.  Məhz  bu  səbəbdən  ali  məktəblərdə  ona  xüsusi  yer 
verilməlidir. Sadalanan amillər tələbələrin şəxsi kreativlik imkanlarının əsasını təşkil etdikdə onları 
ömür boyu müşayiət edəcək. 
ƏDƏBİYYAT 
 
1.
 
Сафонова  В.В.  Проблемные  задания  на  уроках  английского  языка  в  общеобра-
зовательной школе. Воронеж, 1987. 174 с. 
2.
 
Budd Rowe M. Slowing down may be a way of speeding up! Journal of Teacher Education, 37, 
p. 43, 1986 
3.
 
De  Bono  E.  Serious  Creativity:  Using  the  Power  of  Lateral  Thinking  to  Create  New  Ideas. 
USA: Harper Business, 1993 
4.
 
Claxton G. Thinking at the edge: developing soft creativity.  Cambridge Journal of Education, 
36(3), pp. 351–362, 2006  
5.
 
Ferrari  A.,  Cachia  C.  Punie  Y.  Innovation  and  creativity  in  education  and  training  in  the  EU 
member  states:  Fostering  creative  learning  and  supporting  innovative  teaching.  European 
Commission Joint Research Centre, 2009 
6.
 
Hattie J. Visible learning: A synthesis of over 800 Meta-Analyses Relating   to Achievement. 
London: New York Routledge, 2009 
7.
 
Kazemi E. Discourse that promotes conceptual understanding. Teaching Children Mathematics, 
4, pp. 410–414, 1998 
8.
 
Leven  T.,  Long  R.  Effective  Instruction.  Washington,  DC.  Association  of  Supervision  and 
Curriculum Development, 1981. 
ABSTRACT 
Nigar Zeynalova 
THE MAIN PRINCIPLES OF LEARNERS’ CREATIVITY DEVELOPMENT 
 
In the article the author subsequently discloses the content of the creativity concept; explains 
the  term  from  pedagogical  points  of  view  and  presents  the  stages  of  the  lateral  thinking  process. 
Moreover, in the research special attention is paid to the factors of environment and space, which 
are the basis of creativity, and worldwide experiences and results in the given sphere are analyzed. 
Also,  the  author’s  viewpoints  about  the  impact  of  teaching  creativity  on  education  quality  are 
reflected in the paper. 
РЕЗЮМЕ 
Нигар Зейналова 
ОСНОВНЫЕ ФАКТОРЫ, ВЛИЯЮЩИЕ НА РАЗВИТИЕ  
КРЕАТИВНОСТИ СТУДЕНТОВ 
В  статье  рассматриваются  факторы,  влияющие  на  развитие  креативности  студентов. 
Была  выявлена  значимость  влияния  среды,  пространства,  его  оформления  на  развитие 
креативности,  дан  конкретный  пример.  Наряду  с  этим,  проанализированы  различные 
аспекты,  создающие  условия  для  формирования  и  развития  креативности.  Особенно 
подчёркнуто,  что  студенто-ориентированный  подход  в  образовании  оказывает 
благоприятное воздействие на повышение качества образования  и развитие креативности. 
 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
  Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, professor E.Maqsudov
  
 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə