Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə16/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   12   13   14   15   16   17   18   19   ...   91

- 34 - 
Ədəbiyyat  məlumatlarından  məlumdur  ki,  emosional  gərginliyin  təsiri  altında  ilk  növbədə 
intellektual  proseslərin  normal  gedişində  dəyişiklik  yaranır  (8,  9).Yaranmış  stres  şəraitlərində  insanın 
normal  fəaliyyəti  məhz  adaptasiya  proses-lərinin  gedişindən  asılıdır.  Eksperimentlər  zamanı  psixoloji 
testləşdirmə üsulları ilə yanaşı, imtahan dövründə gənclərin davranışı müşahidə olunub. Praktik sağlam 
məktəblilərin əksəriyyətində gözlə müşahidə oluna biləcək dərəcədə həyəcan hissi müşahidə olunmuş-
dur. Belə ki, imtahan prosesi zamanı psixoloji parametrlərin dəyişilməsi, vegetativ göstəricilərin dəyişi-
lməsi bir  daha bu dövrdə orqanizmin tənzimləmə  sistemlərinin  gərginliyini  sübut  edir.  Məlumdur ki, 
orqanizmin xarici mühitlə sıx əlaqəsi homeostazın özünü tənzimləmə sistemləri ilə həyata keçir, bu za-
man  müxtəlif  funksional  proseslərə  nəzarət  etmək  və  həmin  prosesləri  birləş-dirmək  qabiliyyəti  üzə 
çıxır. Ətraf mühitin dəyişməsi homeostazın gərginliyinə səbəb olur. Hansı ki, ən yaxşı halda bütün para-
metrlərə və ya şəraitə müvafiq yeni funksional vəziyyət yaranır. Nəticədə, yaranmış emosional gərginlik 
aradan götürülür. Beləliklə, stres prosesinə emosional gərgin vəziyyətlərdə homeostazın kompensasiya-
sına yönəldilən normal fizioloji adaptasiya reaksiyası kimi baxmaq olar (3). Şəxsi tədqiqat işlərinin nəti-
cələrindən məlum oldu ki, imtahan dövründə emosional gərginliyin təsiri altında psixofizioloji reaksiya-
lar yaranır. Bu zaman emosional oyanıqlığın dərəcəsi və davamiyyəti obyektiv təsir edən faktorun qav-
ranılma dərəcəsindən və şəxsiyyətin psixofizioloji xüsusiyyətlərindən asılıdır. Ədəbiyyatdan məlumdur 
ki, stres bütün orqanizmə təsir edir və bu zaman canlıların reaksiyası da müxtəlifşəkilli olur (8). Stres 
zamanı ən çox müşahidə edilən cavab - qorxu, həyəcan və s.-dir (6). Şəxsi təcrübələrimizin nəticələrin-
də  sağlam  yeniyetmələrdə  adi  dərs  günündə  psixoloji  testləşdimə  zamanı  orta  həyəcan  səviyyəsinin 
olması müəyyən edildiyi halda, imtahan prosesindən əvvəl həyəcanın yüksək səviyyəsi müşahidə edilib. 
 
İmtahandan sonra isə həyəcanın orta səviyyəyə enməsi aydınlaşdırılıb. Alınmış faktlar bir daha 
sübut edir ki, həyəcan səviyyəsinin dəyişməsi  yaranmış vəziyyətin emosional qiymətləndirilməsindən 
asılıdır. Həyəcan səviyyəsinin artması özünü davranışın dəyişilməsi, narahatlıq hissi və aydın təzahür 
edən nevrotik hallarla  əks etdirmişdir.  Qeyd  edildiyi  kimi,  stres  özündə  ətraf mühit faktorlarına qarşı 
orqanizmin  müdafiə  sistemlərinin  kompleks  inteqrasiyasını  əks  etdirir.  Ətraf  mühit  faktorlarına  qarşı 
orqanizm  adaptasiyanın  fizioloji  və  psixoloji  mexanizmləri  vasitəsilə  reaksiya  verir  (7).  Yəni,  stres 
zamanı orqanizm həm qeyri-psixi cavabla, həm də şəxsi psixi reaksiyalarla – mənfi emosiyalarla (hansı 
ki, cavab çox vaxt məhdudlaşa bilir) reaksiya verir və müvafiq davranış aktı reallaşır. İmtahandan əvvəl 
həyəcan  səviyyəsinin  artması  məhz  orqanizmi  düşdüyü  gərgin  vəziyyətdən  çıxarmağa  xidmət  edir. 
Amma maraqlı fakt kimi qeyd etmək lazımdır ki, yeniyetmələrdə bütün eksperimentlər zamanı depres-
siv hal müşahidə edilməmişdir. Alınmış nəticə MSS-nin psixi funksiyalarının şəraitə adaptasiya olaraq 
vəziyyətdən  çıxa  bilməsini  sübut  etmişdir.  Adaptasiya  proseslərinin,  MSS-nin  funksiyalarının  tam 
formalaşmaması  nəticəsində  psixi  göstəricilərin  gərginləşməsi  və  həyəcan  göstəricilərinin  yüksəlməsi 
müşahidə edilir. (8). İmtahan zamanı bütün yaş qruplarında qeyd edilən göstəricinin adi dərs günü ilə 
müqayisədə təxminən 18% enməsi müşahidə edilmişdir.  
Bunu  emosional  gərginliyin  təsiri  nəticəsində  MSS-də  ləngimə  proseslərinin  sürətlənməsi  və 
orqanizmin müdafiə reaksiyaların inkişafı ilə əlaqələndirmək olar (2). İmtahandan sonra isə stres təsir 
edən faktorların tam aradan götürüldüyünü dərk edən yuxarı son kurslarda göstəricinin giriş səviyyəsinə 
yüksəlməsi müşahidə edildiyi halda, 17  yaşlılarda adi dərs günündən 17% aşağı olması qeyd olunub. 
İmtahandan sonra bu proseslərin ləngiməsi stres yaradan faktorlardan birinin aradan götürülməsi kimi 
rol oynaya bilər ki, bu da orqanizmin adaptik imkanları hesabına daimi vəziyyətinə qayıtmasına imkan 
verə  bilər.  Aşağı  kurslarda  adaptasiya  proseslərinin  tam  formalaşmaması  səbəbindən  tədqiq  edilən 
göstəricinin adi dərs günündə olduğu səviyyəyə qayıtması prosesinin ləngiməsi qeyd olunub. Belə ki, 
adi dərs günündə qeyd edilən göstərici 3, 45±0, 72 bal olmuşdur, yəni normal səviyyədən 48, 8% aşağı.  
Tələbələrdə imtahan zamanı  yüksək nəaliyyət  əldə etmək qarşıya məqsəd qoyulduğu üçün 
onlarda  emosional  gərginliyin  səviyyəsi  də  yüksək  olmuşdur.  Bir  sıra  tədqiqatçılar  təhlükənin 
təbiətindən asılı olaraq, nəinki həyəcan və narahatçılıq təhlükənin risk kimi qavranılması və onun 
qiymətləndirilməsi prosesinin baş verdiyini qeyd etmişdir. Tədqiqatçıların fikrilə razılaşsaq, insanda 
stres faktora qarşı bir-birindən asılı olmayan iki reaksiya ayırd edilir: emosional (həyəcan və s.) və 
intellektual  (riskin  qiymətləndirilməsi,  mövcüd  təhlükənin  koqnitiv  səviyyədə  təhlili)  (9). 
Məlumdur  ki,  stres  faktor  təsiri  altında  həm  fizioloji,  həm  də  psixoloji  proseslər  eyni  vaxtda 
aktivləşir və birgə kombinə olmuş işləyir.  


- 35 - 
Alınmış  nəticələrdə  şəxsiyyətin  fərdi  inkişaf  səviyyəsindən  asılı  olaraq  emosional 
gərginliyin gənclərin  psixofizioloji proseslərinə təsirinin xüsusiyyətləri təqdim olunmuşdur.    
 
ƏDƏBİYYAT 
1.  Белопольская  Н.Л.  Психологическая  диагностика  личности  детей  с  задержкой 
психического развития. М.: Изд-во УРАО, 1999, 148 c. 
2.  Бодров  В.А.  Психологический  стресс:  развитие  учения  и  современное  состояние 
проблемы. - М.: Ин-т психологии РАН, 1995. - 128 с. 
3.  Дмитриева Е.С., Гельман В.Я., Зайцева К.А., Орлов А.М., Ланько С.В. Связь возрастных 
изменений  психофизиологических  механизмов  восприятия  эмоциональной  интонации 
речи  с  адаптацией  к  среде  обучения.  Тезисы  13-го  Международного  совещания  по 
эволюционной физиологии. СПб.: ИЭФБ им. И.М.Сеченова, 2006.с.74 
4.  Переслени  Л.И.,  Рожкова  Л.А.Нейрофизиологические  механизмы  нарушений  прогнос-
тической деятельности у детей с трудностями в обучении //Дефектология, 1996, №5, с.15 
5. Петров В.П.Психология умственно отсталых школьников / Красноярск, 1995. - 106 с. 
6. Щербатых Ю.В. Экзамен и здоровье // Высшее образование в России. 2000, №3, С.53-56 
7. Canon A.V. Reaktion to “anxiety and motor behavior”. “Journal of Motor Behavior”, 1981.2.p 181-188. 
8.  Cohen  S,  Kamarck  T,  Mermelstein  R.  A  global  measure  of  perceived  stress.  J.  Health.  Soc. 
Behav. 1983; 24: 385–396 
9.  Lazarius  R.S.  Progress  on  a  cognitive  motivational-  relational  theory  of  emotion  //  American 
Psychology, 1991, Vol.46.P.819-837 
10. Molen Van Der G. M., Нoit Van Den M. A. Cognitive determinants of lactate induced anxiety 
// J. of behavioral research and therapy.1986, 24, 6, 677-680 
11.  Vedhara  K,  Nott  K.  The  assessment  of  the  emotional  and  immunological  consequences  of 
examination stress. J. Behav. Med. 1996; 19: 467–478 
12. Wolf TM, Heller SS, Camp CJ, et al. The process of coping with a gross anatomy examination 
during the first year of medical school. Br. J. Med. Psychol. 1995; 68: 85–87. 
 
ABSTRACT 
Tukezban Rustamova 
STUDYING THE PSYCHOLOGICAL INDICATORS OF STUDENTS 
UNDER THE INFLUENCE OF EXAMINING STRESS 
 
In order to increase self-confidence among adolescents in the pre-examination period, creating 
conditions similar to the exam can be adapted to the process of this exam. During this period, you need 
to conduct psychological conversations in order to reduce the level of emotional stress. 
 
РЕЗЮМЕ 
Тукезбан Рустамова  
ИССЛЕДОВАНИЕ ПСИХОЛОГИЧЕСКИХ ПОКАЗАТЕЛЕЙ  СТУДЕНТОВ 
ПОД ВЛИЯНИЕМ ЭКЗАМЕННОЦЕННОГО СТРЕССА 
 
С целью повышения самоуверенности у подростков в пред-экзаменационный период, 
создавая  условия  похожие  на  экзамен  возможно  адаптировать  к  процессу  настоящего 
экзамена.  В  этот  период  нужно  проводить  психологические  беседы,  чтобы  уменьшить 
уровень эмоциональной нагрузки. 
 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
                                       Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, professor E.Maqsudov
  
 
 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə