Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə17/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   13   14   15   16   17   18   19   20   ...   91

- 36 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
NİGAR ZEYNALOVA 
Azərbaycan Dillər Universiteti 
nigarzeynalova777@gmail.com 
UOT:37 
TƏLƏBƏLƏRDƏ KREATİVLİYİN İNKİŞAFININ ƏSAS ŞƏRTLƏRİ 
 
Açar sözlər: kreativlik, təxəyyül, layihə, inkişaf, tələbəyönümlülük, eksperiment 
Key words: creativity, imagination, project, development, student-centered, eksperiment  
Ключевые  слова:  креативность,  воображение,  проект,  развитие,  студенто-
ориентированность, эксперимент 
Kreativlik bütün insanlarda mövcuddur. Bu, anadangəlmə xüsusiyyət hesab olunur. Uşaqlar 
lap  kiçik  yaşlarından  oyuna  böyük  maraq  göstərirlər,  çünki  həmin  fəaliyyət  növü  təxəyyül 
imkanlarını  işə  salaraq,  müxtəlif  situasiyaları  canlandırmağa,  arzuolunan  vəziyyətləri 
reallaşdırmağa  şərait  yaradır:  kibrit  qutusu  -  yük  avtomobili,  gəlincik  -  qızcığaz,  taxta  parçası  - 
avtomat  və  s.  Uşaqlar  böyüdükcə,  onların  kreativliyi  ya  inkişaf  edir,  ya  da  qeyri-ixtiyari  təzyiq 
nəticəsində  boğulur.  Yaradıcılıq  potensialı  üzə  çıxmayan  tələbələr,  adətən,  öz  fikirlərini 
söyləməkdən  çəkinir,  müəllimin  gözlədiyi  cavabları  səsləndirməyə  üstünlük  verir,  yeni,  fərqli 
təşəbbüslər və  orijinal  ideyalar irəli sürməyə ehtiyat  edir,  qorxurlar.  Tədqiqatlar sübut etmişdir ki, 
müəllimlər əksər hallarda şagirdlərin “çərçivə”dən kənara çıxmalarını, “riskli” cavablar vermələrini  
dəstəkləmirlər.  Ənənəvi  təhsil  prosesində  formalaşmış  stereotiplər  tələbələrin  nəinki  səhvə  yol 
vermək, hətta fikir söyləmək, mühakimə yürütmək kimi fəaliyyətlərinin qarşısını almışdır. Ənənəvi 
təhsil sistemində təhsil alan müəllimlər daha çox müəllimyönümlü yanaşmaya üstünlük verirlər. Bu 
yanaşma  hazır  “reseptlər”  əsasında  təlim  prosesinin  təşkilini  nəzərdə  tutur.  Müəllim  dərslikdəki 
məlumatı  tələbəyə  ötürür  və  həmin  məlumatı  da  geri  tələb  edirdi.  Belə  olan  halda  müəllimin 
fəaliyyəti  təhsil  alanların  kreativliyinə  imkan  yaratmırdı  və  onlar  verilmiş  şablon  çərçivəsində 
hərəkət etmək, fəaliyyət göstərmək məcburiyyətində qalırdılar. Təlimin bu şəkildə təşkili müəllimi 
artıq problemlərdən azad edirdi. 
 Təlim  prosesinin  problem  üzərində  təşkili,  təhsil  alanın  həmin  məsələnin  həllinə  cəlb 
olunması  bir  tərəfdən  öyrənənlərin  məsuliyyətini  artırır,  tələbələrdə  problem  həlli,  qərar  qəbulu 
kimi bacarıqların formalaşdırılmasına zəmin yaradır, digər tərəfdən də müəllimin  yaradıcılığı üçün 
geniş üfüqlər açır. Beləliklə, kreativliyin bu və ya digər səviyyədə inkişafı labüdləşir.  
Məqalənin giriş hissəsində qeyd edidiyi kimi, kreativliyi həm keyfiyyətcə yüksəltmək, həm 
də  məhdudlaşdırmaq  mümkündür.  Potensialın  kəşfi  üçün  müəllim  tələbəsini  kreativliyə 
həvəsləndirən təlim mühiti yaratmalıdır. Kreativ təlim mühiti aşağıdakı amillərə əsaslanır: 

 
Tələbələrin kreativ və innovativ töhfələrini dəyərləndirilmək; 

 
Təlim proqramını, sillabusu həddindən artıq yükləməkdən yayınmaq; 

 
Vaxtdan səmərəli istifadə etmək

 
Araşdırmaq, tədqiqat aparmaq üçün öyrənənlərə şərait yaratmaq; 

 
Diskussiya, ətraflı refleksiya, təhlil üçün ayrıca vaxt müəyyənləşdirmək; 

 
Tələbələrə materialı dərindən analiz etmək, fənlərarası və fəndaxili əlaqələri müəyyənləşdirmək 
imkanı vermək; 

 
Tədris planında müxtəlif bacarıqların formalaşmasını və fəaliyyətlərin reallaşmasını təmin etmək; 

 
Fənlərarası tarazlığı, balansı tənzimləmək

 
Kreativliyin  inkişafını  tədris  fənlərinin  hər  birinin  məzmununda  nəzərə  almaq,  onun  inkişafı 
üçün zəmin yaratmaq; 

 
Tələbələrdə 
kreativliyi  inkişaf  etdirmək  məqsədilə  qrupdaxili  davranış  qaydaları 
müəyyənləşdirmək; 


- 37 - 

 
Yeniliklərin tətbiqində baş verə biləcək maneələri və riskləri əvvəlcədən nəzərə almaq

 
Öyrənənlərə risklərə hazır olmağı təlqin etmək. 
 
Təlim  prosesində  kreativliyin  formalaşdırılmasını  təmin  edən  tapşırıqların  yerinə  yetirilməsi 
öyrənənləri əməkdaşlığa səsləyir. Müəllim təhsil alanlara qabaqcadan hazırladığı tapşırıqları verir, 
onları məzmun üzərində fəaliyyətə cəlb edir və yüksək səviyyəli kreativ təfəkkürün inkişafını təmin 
edən  növbəti  mərhələyə  keçidi  planlaşdırır.  Mövzunu  və  fənni  daha  dərin  mənimsətmək  üçün 
müəllim fəndaxili və fənlərarası inteqrasiyadan da yararlana bilər. Belə ki, fənn üzrə mövzular ayrı-
ayrı  deyil,  proqramda  yer  alan  digər  mövzularla  əlaqəli  şəkildə  tədris  edilməli,  onlar  arasında 
inteqrativlik nəzərə alınmalı, yeni biliklər keçmiş biliklər üzərində qurulmalı və növbəti mərhələyə 
keçid təmin olunmalıdır. Universitet və auditoriyada innovasiya və yaradıcılığı dəstəkləyən mühitin 
yaradılması  özü  də  kreativliyin  inkişafına  təkan  verən  vacib  amillərdəndir.  Nümunə  kimi  verilən 
keysi  nəzərdən  keçirək.  Təhsil  alanlarda  kreativliyin  inkişaf  etdirilməsi  məqsədilə  Argentinanın 
Buenos-Ayres  şəhərinin  St.Endrüs  Skots  Skulu  tərəfindən  maraqlı  bir  yanaşma  irəli  sürülmüşdür. 
Onlar  kreativ,  tənqidi  təfəkkürün  inkişafında  məkanın,  mühitin  dizayn  və  tərtibatının  böyük  təsirə 
malik  olması  qənaətinə  gəlmişlər.  İlk  növbədə  mühit  ənənəvi  müəllimyönümlü  yanaşmadan 
tələbəyönümlüyə  transformasiya  olunmalıdır,  təhsil  müəssisəsinin  hər  bir  məkanı  təhsilin  yeni 
paradiqmini təcəssüm etdirməlidir. Onların fikrincə, ənənəvi sinif, partaların düzülüşü mühiti təhsil 
alanların müstəqilliyini məhdudlaşdırır,  yaradıcı prosesi boğur və kreativliyin inkişafının qarşısını 
alır. Hətta  ənənəvi kitabxana mühiti də öyrənənlərə təlim materialından tam şəkildə bəhrələnməyə 
imkan vermir. Təlimin davamlı, çərçivəyə sığmayan proses olduğunu nəzərə alaraq, onlar kitabların 
yalnız kitabxanada mərkəzləşməsinin əleyhinə çıxmış və təhsil ocağının dəhliz və departamentlərə 
köçürülməsini təklif  etmişlər.  İdeyanın  tərəfdarları təhsil alanlara istənilən məkanda nəzarətsiz və 
sərbəstliklə  kitab  seçmək,  dəyişdirmək  imkanı  verməyi  məsləhət  görmüşlər.  Bununla  cəmiyyətə 
təlimin məhdudiyyət və məcburiyyət sevməyən ən üstün dəyər olması haqqında mesaj ötürülür. 
Kitabxana  mühiti  maraqlı  təlimə  münbit  şərait  yaratmalıdır.  Bu  məqsədlə  üç  məkan 
yaradılmışdır:  
1.
 
Transformer tipli yüngül masalarla təchiz olunmuş böyük zal; 
2.
 
Mağara tipli, meşə, təbiət mühitini xatırladan sakit otaq
3.
 
İki  proyektorla  təchiz  olunmuş,  qrup  və  əməkdaşlıq  şəraitində  işləmək  imkanı  yaradan, 
təhsil alanlara divarlarda fikirlərini təbaşirlə yazaraq ifadə etmək imkanı verən otaq. Divarların tünd 
rəngdə boyanması prosesin daha keyfiyyətlə reallaşdırılması üçün əvəzolunmaz şərait yaradır. 
KREATİVLİK 
Sualı  
aydınlaş 
dırmaq və 
yenidən 
nəzərdən 
keçirmək 
Metaidrak 
Kreativ 
olmağa inam 
Əlaqələr 
yaratmaq 
Təcrübələr 
aparmaq 
Status-kvonu 
qəbul 
etməmək 
Risklərə hazır 
olmaq 
Müxtəlif 
imkanlar 
yaratmaq 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə