Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə22/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   18   19   20   21   22   23   24   25   ...   91

- 46 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
   SEVDA KƏRİMOVA        
      Naxçıvan Dövlət Universiteti 
      sevda_kerimova_70@mail.ru      
UOT: 373 
PEDAQOJİ PROSESİN QİYMƏTLƏNDİRİLMƏSİ 
 
Açar sözlər: metod, interaktivlik, kefiyyət, qiymətləndirmə 
Key words: method, interactive, quality, evaluation 
Ключевые слова: метод, интерактивность, качество, оценка 
Konseptual  sənədlər  toplusunu  özündə  cəmləşdirən  kurikulumda  pedaqoji  prosesin 
qiymətləndirilməsi mühüm əhəmiyyət kəsb edir. Burada bir çox istiqamətdə (müəllimlərin, məktəb 
rəhbərliyinin,  sinif  rəhbərlərinin)  iştirakçılarını  fəaliyyətinin  qiymətləndirilməsi  reallaşdırılmalıdır. 
Qiymətləndirmə  dedikdə,  təkcə  təlimin  əsas  təşkilat  forması  olan  dərsdə  şagirdlərin  diaqnostik, 
formativ və summativ dəyərləndirmə ilə qazandığı nəticəni müəyyənləşdirmək mümkünsüzdür.  
Müasir təhsil sisteminin qarşısında duran başlıca məqsəd hərtərəfli inkişaf etmiş və humanist 
keyfiyyətlərə sahib olan şəxsiyyət yetişdirməkdir. Buna nail olmaq üçün müəllimdən hər bir şagirdə 
onun  fərdi  xüsusiyyətlərini  və  inkişaf  səviyyəsini  nəzərə  alaraq  yanaşmaq  tələb  olunur.  Metodik 
araşdırmalar  zamanı  məlum  olur  ki,  müəllimin  peşəkarlıq  səviyyəsinin  və  pedaqoji  fəaliyyətinin 
qiymətləndirilməsi ilə bağlı müvafiq diaqnostikanın aparılmasına ehtiyac vardır. 
Müəllim  üçün  müəyyən  olunan  peşəkarlıq  səviyyəsinin  qiymətləndirmə  göstəriciləri  üzrə 
açıq dərslərin təhlili məqsədəuyğun sayılır. Təəssüflər olsun ki, müəllimlər özünü təhlil aparmağa, 
metodik cəhətdən səbəb və nəticəni öyrənməyə lazımınca diqqət göstərmirlər. Çox vaxt tədris etdiyi 
fənnin  nəzəri  əsaslarını  mükəmməl  bilməyi  ilə  kifayətlənən  müəllimləri  peşəkarlıq  səviyyəsinin 
qiymətləndirmə  göstəricilərindən  məlumatı  olmadıqları  üçün  uğur  qazana  bilmirlər.  Pedaqoji 
prosesdə  iştirak  edən  tərəflərdən  biri  kimi  müəllimin  fəaliyyətini  qısaca  xarakterizə  etdik.  Aydın 
oldu ki, kurikulumun tətbiq olunduğu vaxtdan keçən müddət ərzində müəllim özünüqiymətləndirmə 
aparmaqla  peşəkarlığını  inkişaf  etdirə  bilər.  Eyni  qaydada  pedaqoji  prosesin  digər  iştirakçılarının 
funksiyaları  onlara  aydın  olmalıdır.  Bu  baxımdan  məktəb  rəhbərliyinin  pedaqoji  fəaliyyətinin 
qiymətləndirilməsi xüsusi maraq doğurur.  
Məktəb  rəhbərliyinin  fəaliyyətinin  qiymətləndirilməsində  əlavə  olaraq  onun  təhsil 
qanunvericiliyinə  və  müasir  təlim  texnologiyalarına  yiyələnmə  səviyyəsi,  bunları  öz  işində  tətbiq 
etmə  bacarığı,  şəxsi  keyfiyyətləri  mütləq  başlıca  dəyərlər  olaraq  nəzərə  alınmalıdır.  Son  illər 
məktəbdə  pedaqoji  prosesin  keyfiyyətinin  yüksəldilməsində  sinif  rəhbərinin  fəaliyyətinin 
yüksəlməsinə diqqət artırılır.  
Təlim  prosesində sagirdlərin qiymətləndirilməsi  də  mühüm  əhəmiyyət  kəsb  edir.  İnteraktiv 
təlim  metodlarının  tətbiqi  ilə  keçirilən  dərslərdə  ənənəvi  qiymətləndirmədən  fərqli  olaraq,  burada 
yeni  qiymətləndirmə  sistemi  nəzərdə  tutulur.  Dərslərin  qiymətləndirilməsi  zamanı  yalnız 
informasiyanın  mənimsənilməsi  deyil,  həm  də  cəmiyyətin  həyatında  fəal  vətəndaş  mövqeyi  və 
iştirakı üçün zəruri olan qabiliyyətlərin əldə edilməsi, habelə şagirdlərin faydalı bacarıqlara, əxlaqi 
keyfiyyətlərə yiyələnməsi nəzərə alınır. 
Müəllimlərin  özünüqiymətləndirmə  metodundan  istifadəsi  də  müəllim  çox  müəllim  üçün 
cox faydalıdır; özünüqiymətləndirmə prosesi, məsələn, sorgu vərəqləri və anketlərinin doldurulması 
formasında keçirilə bilər. Şagirdlərin öz fəaliyyətlərini qiymətləndirməsi  çox vacibdir, belə ki,  bu 
onları öz davranışlarına yüksək məsuliyyətlə yanaşmağa sövq edir, onlara öz münasibətini düzgün 
və  qarşılıqlı  anlaşma  prinsipləri  üzərində  qurmağı  öyrədir.  Təhsildə  qiymətləndirmə  siyasəti: 
islahatlar müsbət nəticələr vəd edir. Azərbaycanın ümumtəhsil məktəblərində şagird nailiyyətlərinin 
qiymətləndirilməsi üçün dəqiq qiymətləndirmə standartlarının olması, şagird nəticələrinin obyektiv 


- 47 - 
qiymətləndirilməsi,  müasir  qiymətləndirmə  metodlarından  istifadəyə  geniş  yer  verilməsi, 
qiymətləndirmə  nəticələrinin  təhlilinin,  müvafiq  hesabatların  aparılması  mühüm  əhəmiyyət  kəsb 
edir. Bu baxımdan Azərbaycanın təhsil sistemində son illər həyata keçirilməyə başlanmış islahatlar 
sayəsində  müəyyən  uğurlu  nəticələr  əldə  edilib.  Təhsil  sahəsində  həyata  keçirilən  qiymətləndirmə 
siyasətinin  əsas  istiqamətləri  ölkənin  ümumtəhsil  sistemində  beynəlxalq,  milli  və  məktəbdaxili 
qiymətləndirmə  sisteminin  hazırlanması  və  həyata  keçirilməsini  təmin  etməkdən  ibarətdir.  Məhz 
şagirdin  orta  təhsil  üzrə  nəticələri,  eyni  zamanda,  onlara  dərs  deyən  müəllimlərin,  məktəb 
rəhbərlərinin, yerli təhsili idarəetmə orqanının fəaliyyətinin qiymətləndirilməsində indikator rolunu 
oynayır.  Qiymətləndirmə  təlim  prosesini  tamamlayan  pillədir.  O,  təlimin  səmərə  və  keyfiyyətini 
yüksəltməyə, əks əlaqəni təmin etməyə, müəllim və şagirdlərdə məsuliyyət hissini artırmağa, təlimi 
stimullaşdırmağa  imkan  verir.  Hamı  öz  işinə  verilən  qiymətə  qarşı  böyük  maraq  və  həssaslıq 
göstərir. Şagirdlərdə isə bu maraq daha güclü olur. 
Qiymət  çox  incə  bir  pedaqoji  vasitədir:  o,  şagirdləri  həvəsləndirə  də  bilər,  ruhdan  sala  da 
bilər.  Hər  şey  qiymətin  necə  verilməsindən,  onun  ədalətli  olub-olmamasından  asılıdır.  Müəllim 
qiymət verərkən bəzi şərtləri gözləməlidir: 
a) qiymət obyektiv, ədalətli olmalı, şagirdin faktiki bilik və bacarıq səviyyəsini düzgün əks 
etdirməlidir.  Qiyməti  şişirtmək  və  ya  "kəsmək",  bu  zaman  əliaçıqlıq  və  xəsislik  etmək  eyni 
dərəcədə zərərlidir: birinci halda uşaqlarda arxayınçılıq, ikinci halda isə inamsızlıq baş verir
b)  verilən  qiymət  şagirdlər  tərəfindən  dərk  olunmalıdır:  müəllim  qiyməti  (rəqəmi)  sadəcə 
elan etməklə kifayətlənməməli, onu əsaslandırmalıdır. Yəni şagirdə nə üçün "2" və ya "3" ("4", "5") 
aldığını  sözlə  xarakterizə  etməlidir.  Bu  halda  şagird  öz  nöqsanlarını  başa  düşər,  müəllimi 
ədalətsizlikdə təqsirləndirməz; 
c) qiymətləndirmə zamanı şagirdin təkcə nəyi öyrənməsini deyil, həm də necə öyrənməsini - 
şüurlu,  yoxsa  mexaniki  öyrəndiyini,  materialı  dərk  etdiyini,  yoxsa  əzbərlədiyini  nəzərə  almaq 
lazımdır. Bu, əzbərçiliklə mübarizədə, şagirdlərin təlimə şüurlu yanaşmalarında mühüm rol oynayır; 
ç) qiymətləndirmədə şagirdin təlimdə, dərs boyu fəaliyyəti nəzərə alınmalıdır. Təkcə keçmiş 
mövzuya görə qiymət verdikdə şagird arxayınlaşır və dərs boyu fəallıq göstərmir. Bunu nəzərə alıb 
bir çox müəllimlər qiyməti dərsin sonunda (şagirdin dərsdəki fəaliyyəti əsasında) elan edirlər. 
Qiymətləndirmənin  əsas  məqsədi  təlim  və  tədris  prosesini  istiqamətləndirməkdir. 
Qiymətləndirmənin  nəticələrindən  təhsilin  səviyyəsini  yüksəltmək,  əldə  olunmuş  nailiyyətlər 
haqqında  məlumat  toplamaq,  müəllimin,  şagirdin,  kurrikulum  uğurlarını  müəyyən  etmək,  şagird 
nailiyyətlərini 
müqayisə 
etmək 
üçün 
istifadə 
olunur.Ənənəvi 
olaraq 
şagirdlərin 
qiymətləndirilməsində  onların  əldə  etdikləri  bilik,  bacarıq  və  vərdişlər  götürürlür.  Bunların 
qiymətləndirilməsi  üçün  istifadə  olunan  əsas  formalar  yoxlama  yazı  işləri  və  şifahi  cavablardır. 
Ənənəvi təhsildə iki qiymət növü var: cari və yekun qiymət. Cari (gündəlik) qiymət ayrı-ayrı mövzu 
və bölmələrin şagird tərəfindən mənimsənilməsini  yoxlayır.  Yekun qiymət  isə  tədrisin  nəticələrini 
ümumiləşdirir. qiymətləndirmə daha çox kəmiyyətcə aparılır. Yeni qiymətləndirmə sistemi şagirdin 
yalnız  biliyinin  qiymətləndirilməsini  nəzərdə  tutmur.  Yeni  sistemdə  şagird  nailiyyətlərinin 
qiymətləndirilməsi,  biliklərə  yiyələnmə  qabiliyyəti,  onlardan  istifadə  etmək,  nəticə  çıxarmaq 
bacarığı  haqqında  məlumatların  toplanması  və  təhlili  prosesidir.  Şagird  nailiyyətlərinin 
qiymətləndirilməsində  məqsəd  şagirdin  irəliləyişlərinin  (eləcə  də  geriləmələrinin)  izlənilməsi  və 
nəticələrinə  əsasən  təlim  prosesində  qərarların  qəbul  edilməsi  və  bu  nəticələr  barədə  valideynlərə 
informasiya verilməsidir. 
Yeni  qiymətləndirmə  sistemində  yalnız  şagird  nailiyyətləri  (onlar  nəyi  bilir,  bacarır  və  ya 
nəyə qadirdir) deyil, həmçinin bu nailiyyətlərə çatmaq üçün şagirdin fəaliyyəti (şagird necə öyrənir, 
düşünür, davranır) qiymətləndirilir. 
Şagird nailiyyətlərinin qiymətləndirilməsi çox geniş və əhatəli prosesdir. Bu proses sadəcə 
şagirdin  nail  olduğu  təlim  nəticələrinin  səviyyəsini  müəyyənləşdirməyə  deyil,  bütövlükdə  təhsilin 
keyfiyyətinin  yüksəldilməsinə  xidmət  edir.  Başqa  sözlə,  qiymətləndirmə  keyfiyyəti  idarə  edən 
mühüm bir amil kimi meydana çıxır Qiymətləndirmə ilk növbədə uşaqda müsbət emosiyalar 
yaratmalıdır.  Fəal  (interaktiv)  təlimdə  müəllim  ən  çox  şagirdin  səhvlərini  deyil, 
nailiyyətlərini  vurğulamalı,  cəzadan  çox  dəstək  verməyə  arxalanmalıdır.  Qiymətləndirmə  səhv 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə