Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə23/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   19   20   21   22   23   24   25   26   ...   91

- 48 - 
cavablar  olmur,  sadəcə,  onlar  müxtəlif  olur”  prinsipi  əsasında  qurulur.  Çox  vacibdir  ki,  müəllim 
səhv  cavaba  “Sən  düz  demirsən”  əvəzinə  “Bir  daha  fikirləş”,  “Bu  maraqlı  fikirdir,  lakin  sualımız 
başqadır”  kimi əks-əlaqə yaratsın. Cəzalandırmağa gəldikdə isə, müəllim çalışmalıdır ki, aqressiv 
cəzanın əvəzinə şagirdə həm özünün, həm də sinfin münasibətini çatdırsın və bununla onda müsbət 
münasibət qazanmaq ehtiyacını cəzalandırsın. 
Təlimdə  şagirdlərin  nailiyyətlərinin  qiymətləndirmə  obyektləri  sırasına  şagirdin  şəxsi 
keyfiyyətləri  əlavə  olunur.  Ənənəvi  olaraq  şagirdlərin  təlim  nəticələrini  müəyyən  edən  şəxsi 
keyfiyyətlərin  qiymətləndirilməsi  sistemi  mövcud  deyildir.  Təlimin  məqsədlərini  əks  etdirən 
ənənəvi  sənədlərin  hamısında  şəxsiyyətin  təlim  və  tərbiyə  prosesində  formalaşmalı  olan  müxtəlif 
keyfiyyətləri  haqqında  danışılır.  Ola  bilsin  bu  onunla  əlaqədardır  ki,  şəxsi  keyfiyyətlərin 
kəmiyyətcə  qiymətləndirilməsi  praktiki  olaraq  həyata  keçirilməsi  çətin  olan  bir  məsələdir.  Buna 
baxmayaraq  bilik,  bacarıq  və  vərdişlərlə  yanaşı,  şəxsi  keyfiyyətlərin  qiymətləndirilməsinin 
nəticələrinin də nəzərə alınması təlim prosesinin yekunları haqqında tam təsəvvür yaratmağa imkan 
verə bilər.    
Qiymətləndirmə və refleksiya dərsin müxtəlif mərhələlərinə daxil edilə bilər, bunun özü də 
təlim  prosesinin daha uğurlu keçməsinə  kömək edir. Birinci  sinifdə qiymətləndirmənin  şagirdlərin 
tədqiqat  işinin  başa  çatdıqdan  dərhal  sonra  keçirilməsi  daha  məqsədəuyğundur.  Şagirdlərin  işinin 
effektivlik dərəcəsi kimi kəmiyyət, həm də keyfiyyətcə qiymətləndirilə bilər və müxtəlif metodlarla 
müxtəlif formalarda həyata keçirilə bilər.Şagird nailiyyətlərinin qiymətləndirilməsi ənənəvi olaraq 
onların əldə etdikləri bilik, bacarıq və dəyərlərin kəmiyyətcə qiymətləndirilməsinə əsaslanır. Lakin 
şagirdlərin  təlimin  nəticələrini  müəyyən  edən  şəxsi  keyfiyyətlərinin  qiymətləndirilməsi  sistemi 
mövcud deyildir. Daha təəccüblüsü budur ki, təlimin məqsədlərini əks etdirən sənədlərin  hamısında 
təlim-tərbiyə  prosesində  formalaşmalı  olan  müxtəlif  şəxsi  keyfiyyətlərdən  bəhs  olunur.  Ola  bilsin 
bu onunla əlaqədardır ki, şəxsi keyfiyyətlərin kəmiyyətcə qiymətləndirilməsi praktiki olaraq həyata 
keçirilməsi  çətin  olan  bir  məsələdir.  Buna  baxmayaraq,  ancaq  şəxsi  keyfiyyətlərin  qiymətlən-
dirilməsi təlim prosesinin yekunları haqqında tam təsəvvür yaratmağa imkan verə bilər. Bu sahədə 
məktəbdə psixoloji xidmətin üzərinə mühüm  vəzifələr düşür. 
Bununla  əlaqədar  olaraq  şagird  nailiyyətlərinin  qiymətləndirilməsi  prosesinə  aid  
məsələlərindən ən başlıcasını onun şəxsi keyfiyyətlərinin diaqnostik yolları və metodlarının işlənib 
hazırlanması təşkil edir. 
Nəticəyönümlü  təlimdə  isə  vəziyyət  başqa  cürdür.  Belə  ki,  burada  şagird  nailiyyətlərinin 
qiymətləndirilməsi  şagirdlərin  biliklərə  yiyələnmək,  onlardan  istifadə  etmək,  nəticə  çıxarmaq 
bacarıqları  haqqında  məlumatların  toplanması  prosesi  kimi  qəbul  edilir  və  aşağıdakı  məqsədlərə 
xidmət edir: 
-şagirdin irəliləyişlərinin (geriləmələrinin) izlənilməsi (monitorinqi); 
-təlim prosesində qərarların qəbulu; 
-şagirdin təlim nəticələrinin qiymətləndirilməsi. 
Qiymətləndirmə  və  təlim  prosesləri  təhsilin  qarşılıqlı  əlaqədə  olan  iki  tərəfi    kimi 
götürülməlidir.  Sistemli  proses  olan  qiymətləndirmə-təlim  nəticələri  ilə  maraqlı  tərəflər  arasında 
səmərəli əks-əlaqə vasitəsi kimi aşağıdakı komponentləri əhatə etməklə qurulur. 
Ənənəvi  təlimdə  şagird  nailiyyətlərinin  qiymətləndirilməsi  üçün  istifadə  olunan  əsas 
formalar yoxlama yazı işləri ( və ya testlər) və şifahi cavablardır. İki qiymət növü mövcuddur: cari 
və  yekun  qiymət.  Cari  qiymət  ayrı-ayrı  mövzu  və  bölmələrin  şagird  tərəfindən  mənimsənilməsini 
yoxlayır, yekun qiymət isə tədrisin nəticələrini ümumiləşdirir. 
 
ƏDƏBİYYAT 
 
1.
 
Ağayev Ə.Ə. Təlim prosesi: Ənənə və müasirlik. Bakı, Adiloğlu, 2006. 
2. Hüseynzadə R.L. Müasir məktəb və yeni pedaqoji düşüncələr. Bakı, 1998.  
3. Azərbaycan uşaq ədəbiyyatı müntəxabatı. II cild, B, 2008. 445 səh. 
4.  Cəfərov  N,  Yusifoğlu  R,  Soltanqızı  R,  Əliyev  E,  Veysova  Z,  Məcidova  A,  Adıgözəlova  S. 
“Ana dili” I sinif üçün dərslik, B, 2008. 150 səh. 


- 49 - 
5. Əfəndiyev A. “Müdriklik səlahiyyəti”. Bakı, Gənclik, 1976. 191 səh. 
6.  Əliyeva  T.M.  “Fənlərarası  əlaqənin  reallaşması  prosesinin  tələbələrin  ümumi  inkişafına 
təsiri”. ADPU-nun xəbərləri. №1, 1997-ci il. 
 
ABSTRACT 
Sevda Karimova 
EVALUATION OF PEDAGOGİCAL PROCESS 
 
Quality of education in the creative potential of teachers, professional level, the introduction 
of new pedagogical technologies in the educational process and depends on many important factors. 
The main purpose of the comprehensive development of the modern education system is facing and 
humane qualities of the person to train with. 
 
РЕЗЮМЕ 
Севда Каримова 
ОЧЕНКА ПЕДАГОГИЧЕСКОГО ПРОЦЕССA 
 
 Качество  образования  новых  педагогических  технологий  в  учебном  процессе 
внедрения и многих важных факторов зависит, в основном творческий потенциал, уровнем 
профессионализма  учителя.  Главной  целью  всесторонне  развитая  личность,  обладающая 
качествами и гуманизма заключается в воспитании современной системы образования.  
 
 
 
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
  Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, professor E.Maqsudov
 
 
 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə