Elmi ƏSƏRLƏR, 2018, №1 (90) nakhchivan state university. Scientific works, 2018, №1 (90)



Yüklə 3,72 Mb.
Pdf görüntüsü
səhifə10/91
tarix20.08.2018
ölçüsü3,72 Mb.
#63696
1   ...   6   7   8   9   10   11   12   13   ...   91

- 22 - 
-
 
müasir  gənclərin  informasiya  məkanına,  ilk  növbədə  İnternet  sosial  şəbəkələrində 
kommunikasiya proseslərinə aktiv qoşulması onlarda bu yaş üçün, cins, yaşayış məskəni və sosiallaşma 
institutlarının dəyişməsi ilə bağlı olan ənənəvi sosiallaşma xüsusiyyətlərini aradan qaldırır;  
-
 
bu  yaşda olan  əksər istifadəçilər üçün sosial  şəbəkələrdə kommunikasiyanın  səciyyəsi  real 
ünsiyyətin analoji səciyyəsi ilə üst-üstə düşür ki, bu uyğun yaşda virtual və real kommunikasiyanın 
getdikcə güclənən qarşılıqlı əlaqəsi haqqında danışmağa imkan verir;  
-
 
gənclərin  psixoloji  sağlamlığının  tədqiq  edilmiş  parametrlərinin  böyük  əksəriyyəti  sosial 
şəbəkələrdə kommunikasiyanın xüsusiyyətləri ilə əlaqəli deyil; burada yalnız tənhalıq yaşantısı və 
dostcasına ünsiyyətin harmonik tezliyi istisna təşkil edir.    
 
ƏDƏBİYYAT 
1. Bünyadov Ə.S., Əlizadə Ə.Ə. Psixologiya. Bakı, Çinar–çap, 2006, 620 s. (s. 134)  
2. Андреева Г.М. Социальная психология.  М: Аспект Пресс, 2004, 365 с. (с.269) 
3.  Маклюен   М.  Галактика  Гутенберия.  Становление  человека  пегатоюшего.  М.:  Акоден. 
прескт, 2005 
4. Шукова Г.В.   Интенсивность  цифрового опыта и возрастные особенности  когнитивных  
процессов. Психологические исследования, 2013, 6 (27), 6.  http:/psystudy.ru 
5. Bойскунский А.Е. Психология и Интернет. М.: Акрополь, 2010.  
6.  Bimie  S.A.  Psychological  predictors  of  Internet  social  communication.  Journal  of  Computer-
Mediated Communication, 2002, 7(4) 
7. Postmes T. Social influence in computer-mediated communication: the effects of anonymity on 
group behavior. Personality and Social Psychology Bulletin, 2001, 27( 10), 1243-1254.  
8. Кузнецова  Ю.М., Чудова  Н.В. Психология жителей Интернета. М.: Издательствао ЛКИ, 2008. 
 
ABSTRACT 
FuadaAllahverdiyeva 
PSYCHOLOGICAL ASPECTS OF THE PROCESS OF  
SOCIALIZATION IN INFORMATION SOCIETY 
The article analyzes the psychological problems of the socialization of young people in the 
information space. For this purpose, first of all, the content of the concept of socialization has been 
clarified.  Information  psychological  problems  that  can  be  created  by  young  people  in  the 
socialization  have  been  identified,  these  problems  have  been  categorized  according  to  different 
parameters. Most of the investigated parameters of the psychological health of young people are not 
related  to  the  features  of  communication  in  social  networks.  here  only  the  loneliness  and  the 
harmonious frequency of friendly communication are exception. 
 
PEЗЮМЕ 
Фуада Аллахвердиева 
ПСИХОЛОГИЧЕСКИЕ АСПЕКТЫ ПРОЦЕССА СОЦИАЛИЗАЦИИ В 
ИНФОРМАЦИОННОМ ОБЩЕСТВЕ 
В  статье  анализируются  психологические  проблемы  молодежной  социализации  в 
информационном  пространстве  молодежи.  Для  этого,  в  первую  очередь,  было  разъяснено 
содержание 
концепции 
социализации. 
Выявлены 
психологические 
проблемы 
информационного  общения  у  молодежи,  эти  проблемы  классифицированы  по  различным 
параметрам.  Подавляющее  большинство  экспериментальных  параметров  психологического 
здоровья  молодежи  не  связано  с  характеристиками  общения  в  социальных  сетях.  Здесь 
показано, что исключительно одиночество и гармоничная частота дружеской коммуникации 
являются исключительно образцовыми.  
 
   NDU-nun Elmi Şurasının 27 fevral 2018-ci il tarixli qərarı ilə çapa tövsiyyə  
  olunmuşdur. (protokol № 06).  
  Məqaləni çapa təqdim etdi: Pedaqogika üzrə fəlsəfə doktoru, professor E.Maqsudov
  
 


- 23 - 
NAXÇIVAN DÖVLƏT UNİVERSİTETİ.  ELMİ ƏSƏRLƏR, 2018, № 1 (90) 
 
NAKHCHIVAN STATE UNIVERSITY.  SCIENTIFIC WORKS, 2018, № 1 (90) 
 
НАХЧЫВАНСКИЙ  ГОСУДАРСТВЕННЫЙ  УНИВЕРСИТЕТ.  НАУЧНЫЕ  ТРУДЫ, 2018, № 1 (90) 
 
 
ÇAPAY QULİYEV 
Naxçıvan Müəllimlər İnstitutu 
chapay@yahoo.com 
UOT:37 
YENİYETMƏLƏRİN MİLLİ MƏNLİK ŞÜURUNUN FORMALAŞMASINDA 
TƏLABAT VƏ MARAQLARIN NƏZƏRƏ ALINMASI İMKANLARI 
 
Açar sözlər: şüur, mənlik şüuru, milli mənlik şüuru, təlabat, maraqlar 
Key words:  consciousness, self-consciousness, demond, interest 
Ключевые слова: сознание, самосознание, попребность, интересы 
Ölkəmizdə  həyata  keçirilən  Təhsil  İslahatına  dair  direktiv  sənədlərdən  biri  olan  
“Azərbaycanda təhsilin inkişafı üzrə dövlət strategiyası”nda (2013) şəxsiyyətyönümlü təhsilin yeni 
modelinin  yaradılması tövsiyyə olunur. Bu modelin  yaradılmasına verilən tələblərə əsasən hər bir 
məktəbli  şəxsiyyətinin  hərtərəfli  inkişafının  təmin  edilməsi  vacib  hesab  olunur.  Məktəbli 
şəxsiyyətinin  hərtərəfli  inkişafının  kompleks  imkanlarının  üzə  çıxarılması  üçün  isə  həmin 
şəxsiyyətin milli mənlik şüurunun formalaşdırılması lazım gəlir. 
Milli  mənlik  şüurunun  formalaşması  Vətənə,  doğma  torpağa,  doğma  yurda,  millətə,  xalqa, 
xalqın  yaratdığı  adət-ənənələrə  məhəbbət  yaradır.  Torpaq  insanın  yaşayış  və  əbədiyyat  məskənidir. 
Məktəblilərin  öyrəndiyi  fənlər,  iştirak  etdikləri  kütləvi  tədbirlər,  bədən  tərbiyəsi  və  idman,  müxtəlif 
yarışlar onlarda belə bir əqidəni inkişaf etdirir ki, torpaq Vətən müqəddəsdir. Məktəblilər düzgün dərk 
edirlər ki, dünyada Azərbaycan xalqı var, yaşayır və özünün çox hiyləgər düşməninə - ermənilərə qarşı 
mübarizə aparır (2, s.11-12). Onlar şüurlu surətdə dərk etməlidilər ki, Azərbaycan xalqının qatı düşməni 
ermənilərə qarşı mübarizəyə hər zaman hazır olmalıdırlar. Onlar bu mübarizəyə hazır olmaları barədə 
daim düşünməlidirlər. Bu düşüncə tərzini isə onlarda onların mənlik şüuru yarada bilər. Hansı ki, bu 
mənlik  şüuru  millətinə  məhəbbət  ruhunda  yaranmalıdır.  Milli  mənəvi  keyfiyyətləri  daşıyan  məktəbli 
gənclərin  hər  biri  möhtərəm  prizidentimiz  İlham  Əliyev  demişkən  erməni  faşızmının  işğal  etdiyi 
torpaqlarımızın  azad  edilməsi  uğrunda  mübarizə  aparmalıdırlar.  Onlar  bu  mübarizəyə  hazır 
olmalarından qürur duymalı, iftixar hissi keçirməli, işğal altında olan torpaqların azad edilməsi işində 
özünəməxsus  şəkildə  mübarizəyə  qoşulmalıdırlar.  Bunun  üçün  isə  nəslin  nümayəndələrinə,  xüsusilə 
yeniyetmə gənclərə psixoloji yanaşmalar əsasında təsir etmək faydalıdır. Belə psixoloji təsirin isə yeni 
modeli milli mənlik şüurunu formalaşdırmaqla mümkündür. 
Bir  sıra  pedaqoji-psixoloji  ədəbiyyatda  göstərilir  ki,  şüur  tədricən  mənlik  şüurunun 
formalaşmasının  əsasına  çevrilir.  Əgər  ontogenezdə    mənlik  şüurunun  yaranması  və  səviyyəsinin 
ardıcıllığına nəzər salsaq, onun iki mərhələsinin olduğu aydınlaşar. Birinci mərhələdə öz bədəninin 
topoqnostik sxemi yaranır və “Mən hissi” formalaşır. Təbii ki, bu prosesdə ətrafda baş verənlərin 
inikası da vacib şərtlərdəndir. 
Sonrakı mərhələdə intellektual inkişafın təkmilləşməsi, təfəkkürün təşəkkülü  nəticəsində şüur 
refleksiv  səviyyəyə  yüksəlir  və  subyektin  özünü  obyektdən  fərqləndirə  bilməsi  sadəcə  olaraq  duyğu 
səviyyəsi ilə məhdudlaşmır, həm də bu fərqi anlamaq səviyyəsinə çatır. Buna görə də mənlik şüurunun 
refleksiv  səviyyəsi  bu  və  ya  digər  dərəcədə  daxili  affektiv  hissetmədən  geridə  qalır.  Affektiv  və 
koqnitivin genetik baxımdan qarşılıqlı təsirinin konkret detalları hələ kifayyət qədər öyrənilməmişdir. 
Son  illər  özünəmünasibətin  affektiv  kompleksi  yalnız  özünü  inikası  yaratmır,  həm  də  ona  beyinin 
müxtəlif yarımkürələri vasitəsilə nəzarət edir (1, s.283). Bəzən milli azadlıqla, milli suverenliklə bağlı 
şüarlar  səsləndirən  traturetlər  hazırlayanlar  vətənpərvərliklə  bağlı  hazırladıqları  həmin  sözləri  milli 
mənlik şüurunun formalaşmasının məhsulu hesab edirlər. Onlar unudurlar ki, milli mənlik şüuru tərbiyə 
olunaraq  formalaşmış  yeniyetmə  -gənclərdə  aqidə  bütövlüyü  ilə  yanaşı  milli  özünütənqid,  sözlə  işin, 


Yüklə 3,72 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə