Elmi redaktorlar amea-nın müxbir üzvləri



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə128/149
tarix10.11.2017
ölçüsü5,01 Kb.
#9617
1   ...   124   125   126   127   128   129   130   131   ...   149

255 
 
sakitləĢdirilməsinə,  yuxunun  yaxĢılaĢdırılmasına,  qan  təzyiqinin  normallaĢdırılmasına  səbəb  olur. 
Vitamin  kompleksi  ilə  laktusin  qarıĢığından  hazırlanan  preparatların  köməyi  ilə  qan  damarları 
divarlarının möhkəmləndirilməsində, hipertoniya, ürək-damar sistemində baĢ verən çatıĢmazlıqların 
aradan  qaldırılmasında  istifadə  edilir.  Kahının  tərkibində  sintez  olunan  xolin  antioksidant 
xüsusiyyətlərinə  malik  olduğundan  orqanizmdən  xolesterinin  kənar  edilməsində,  aterosklerozun 
qarĢısının alınmasında, öd vəzinin və qara ciyərin normal iĢləməsinə müsbət təsir göstərir. 
 
Cədvəl 8. Kahının rozet yarpaqlarının tərkibindəki mikroeiementlərin  
miqdarı (E.Ġ.Eliseeva görə), mq/kq-la  
 
Mikroelementlər 
YaĢ halda olan maddələrin miqdarı 
Quru maddələrin miqdarı 
Dəmir 
6,0-21,0 
9,1-516 
Mis 
0,8 
3-60 
Sink 
1,8-6,2 

Kobalt 
0,21 
0-0,19 
Manqan 

1-169 
Molibden 
0,06-0,1 
 
Titan 

27 
Bor 

6-37 
Yod 
0,01-0,62 
 
 
Cədvəl 9. Kahının müxtəlif hissələrinin kimyəvi tərkibinin faizlə miqdarı (E.Ġ.Eliseevə görə) 
Bitkinin hissələri 
Quru maddə 
Zülal 
Piy 
ġəkərin cəmi  Sellüloza 
Kül 
Yarpaq 
4,58-11,6 
0,62-2,93  0,26-0,60 
0,1-2,28 
0,64-0,88 

BaĢ 
4,1-9,37 
0,84-1,88  0,21-0,36 
0,73-3,86 
0,51-0.58 

Toxum 
96,56-93,8 
26,3-29,90  40,7-41,8 
1,89-2,39 

0,75-1,25 
 
Cədvəl 10. Kahının müxtəlif sortlarının tərkibindəki əsas qida maddələri 
Sort 
Sulu maddə 
ġəkərin ümumi 
miqdarı 
Askorbin 
turĢusu 
Karotin 
Xam maddənin %-lə miqdarı 
mq/100 q 
Xam maddə 
Tez yetiĢen 
Bettner 
5,9-6,10 
1,47-1,53 
40,68-42,62 
2,40-2,53 
Lepperman 
4,32-4,51 
1,36-1,51 
37,96-39,11 
1,64-1,78 
Primavera 
4,47-4,63 
1,48-1,53 
29,98-30.44 
1,34-1,46 
Orta dərəcəli yetiĢən 
Berlin savsı 
6,49-6,53 
1,91-1,98 
9,71-10,14 
0,73-0,83 
Attraksion 
4,73-4,81 
1,84-1,88 
18,39-19,12 
1,02-1,33 
Trakodero 
4,38-4,51 
1,76-1,81 
27.51-28,45 
0,98-1,12 
Yay korolu 
5,55-5,79 
1,88-1,93 
45,15—45,11 
1,64-1,78 
GecyetiĢən 
Böyük göl 
5,65-6,21 
1,68-1,71 
29,61-31,15 
1,67-1,74 
Xenson 
4,52-4,82 
1,59-1,68 
38,30-39,45 
1,73-1,86 
Boston baytı 
5,45-5,74 
1,47-1,53 
22,41-26,18 
1,33-1,51 
Benqrad 
5,75-6,12 
1,63-1,78 
27,50-28,96 
1,58-1,67 
Ramses 
7,85-6,10 
1,52-1,54 
31,70-33,16 
1,54-1,72 
Paris yaĢılı 
6,06-6,32 
1,09-1,11 
19,00-20,78 
1,15-1,31 
Yarpaqvari 
Moskva parnikı 
3,91-4,01 
0,59-0,76 
36,42-38.91 
2,18-2,28 
Rubin 
6,33-6,48 
1,53-1,59 
37,10-38,31 
2,35-2,48 
Avstraliya 
4,40-4,51 
1,41-1,48 
55,00-57,63 
2,42-2,61 


256 
 
Qrend repide 
5,60-5,83 
1,10-1,21 
43,60-44,78 
2,44-2,54 
 
Yarpaqlarının tərkibində çoxlu miqdarda limon və acımtıl laktusin maddəsinin olması ondan 
yeyinti sənayesində ədviyyat kimi istifadə olunmasına səbəb olmuĢdur. 
Kahıdan müalicə preparatlarının hazırlanması. 
Hipertoniya  zamanı.  1,5  xörək  qaĢığı  yarpağından  götürüb  1  stəkan  qaynar  suya  töküb  2 
saat dəmləyib süzün. Gündə 2 dəfə stəkanın 1/2 hissəsi qədər qəbul edin. 
Qıcqırma  zamanı.  Kahının  5-6  yarpağından  hazırlanmıĢ  sıyığı  soyuq  qaynadılmıĢ  suya 
töküb qurtum-qurtum için. 
Ateroskleroz zamanı. Kahı, kök, çuğundur və turp Ģirəsindən bərabər miqdarda götürüb bir-
birilə qarıĢdırıb gündə 3 dəfə, stəkanın 1/4 hissəsi qədər qəbul edin. Müalicə kursu 1 aydır. 
Öskürək zamanı. 1,5 çay qaĢığı doğranmıĢ kahı yarpağını 1 stəkan qaynar suya töküb 2 saat 
dəmləyin. Sonra süzüb gündə 3-4 dəfə, 1 xörək qaĢığı qəbul edin. Müalicəni 1 aya qədər aparın. 
Ağ  ciyər  vərəmində.  Kahının  yarpağından  alınmıĢ  Ģirədən  gündə  3  dəfə,  2  xörək  qaĢığı 
yemək vaxtı qəbul edin. 
Podaqra, duz yığımında, damar xəstəliklərində, revmatizm zamanı. 1 çay qaĢığı yarpağını 
1 stəkan qaynar suya töküb 4 saat dəmləyib süzün. Sonra ekstraktdan gündə 3 dəfə, 1 xörək qaĢığı 
qəbul edin. 
Laktasiyanın (süd ifrazının) artırılmasında. 1 çay qaĢığı kahının toxumlarından götürüb 1 
stəkan qaynar suya töküb 2 saat dəmləyin. Sonra süzüb gündə 3-4 dəfə stəkanın 1/2 hissəsi qədər, 
uĢağı əmizdirməyə yarım saat qalmıĢ qəbul edin. 
Diqqət!  Kahını köpmə, kəskin mədə və  onikibarmaq  bağırsaq  yaralarında  yemək məsləhət 
görülmür.  Həddindən  artıq  qəbul  etdikdə  vərəm  və  astmaya  qarĢı  pis  təsir  edir,  zehni  və  görmə 
qabiliyyətini  zəiflədir.  Yeməklərdə  kahının  toxumlarından  istifadə  edən  zaman,  kiĢi  cinsi 
orqanlarına mənfi təsir göstərir. 
Kahıdan  qida  məhsulları  hazırlayan  zaman  onun  yarpaqlarının  uc  hissəsini  kəsib  atır, 
ehtiyatla  yuyub  suyu  tam  süzülsün  deyə  süzgəcə  tökürlər.  Suyu  süzülüb  qurtardıqdan  sonra 
yarpaqları  parçanın  üzərinə  sərib  azca  qurudurlar.  Əsas  məsələ  yarpağın  elastikliyinin  və 
kövrəkliyinin  olduğu  kimi  saxlanılmasıdır.  Yarpaqları  10-15  dəqiqə  azca  qurutduqdan  sonra  onu 
xırda hissələrə yox, iri yarpaqları 3-4 hissəyə kəsib doğrayır və yaxud iki yerə bölüb istifadə edirlər. 
Kahıdan  xörəkləri  hazırlayan  zaman  əsasən  bitki  yağlarından  və  mayonezdən,  almadan, 
limon Ģirəsindən, sirkə turĢusundan, qıtıqotundan, xardaldan, istiot və duzdan istifadə edilir. Duzu 
xörəyə  biĢməyə  az  qalmıĢ  tökürlər,  əgər  əvvəl  tökülərsə,  onda  yarpaqlar  büzüĢüb  solaraq  öz 
keyfiyyətini  itirmiĢ  olar.  Kahıdan  hazırlanan  salat  və  xörəklərin tərkibinə əlavə  olaraq  zövqə  görə 
xırda  doğranmıĢ  cəfəri,  Ģüyüd,  vəzəri,  kərəviz,  həmçinin  sarımsaq  və  soğan  əlavə  etmək 
məsləhətdir. 
Kahıdan  hazırlanan  ədviyyatların  tərkibinə  günəbaxan,  pambıq,  zeytun,  qarğıdalı  və  s. 
yağlar da əlavə edilir. 
Müalicə xörəklərinin hazırlanması. 
Kahıdan supun hazırlanması. 500 q yaĢıl kahı, 1 ədəd soğan, 2 ədəd yumurta, stəkanm 1/2 
hissəsi qədər süd, 2 xörək qaĢığı kərə yağı, bir neçə diĢ sarımsaq, 2 litr su, duz götürün. 
Kahını  və  soğanı  xırda  hissəyə  salıb,  qaynar  suya  tökün.  Qaynama  dərəcəsinə  gətirib 
duzlayın. Qayğanaq halına salıb, kəsib içərisində 2 litr su olan qazana töküb, üzərinə göyərti, xırda 
doğranmıĢ sarımsaq və yağ əlavə edib qaynadıb, qarıĢdırın və süfrəyə verin. 
Yaz  salatı.  250  q  yaĢıl  kahı,  stəkanın  1/2  hissəsi  qədər  xama,  duz,  Ģəkər,  Ģüyüd  götürün. 
Kahı yarpaqlarını yuyub əl ilə kiçik hissələrə salıb, salat qablarına qoyun. Üzərinə xama, təzə narın 
doğanmıĢ Ģüyüd səpib, zövqünüzə görə duz və Ģəkər əlavə edib süfrəyə verin. 
Vitaminli salat. Bir kahı, 3 ədəd yumurta, 3 xörək qaĢığı bitki yağı, limon Ģirəsi, cəfəri, duz 
götürün.  Kahını  yuyun,  yuxarı  hissəsini  kəsib  atın,  4  hissəyə  bölün.  Yumurtanı  biĢirin  və  sarısını 
ayırıb əzin, bitki yağı və limon Ģirəsi ilə qarıĢdırın. Sonra duzlayıb üzərinə azca duzlu xiyar  əlavə 
edib, yumurtanın ağ hissəsi ilə bəzəyib süfrəyə verin. 
Xoş  ətirli  salat.  300  q  biĢmiĢ  lobya,  bir  baĢ  kahı,  2  ədəd  xiyar,  3  ədəd  pomidor,  3  ədəd 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   149




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə