Elmi redaktoru: Coğrafiya elmləri doktoru, prof. N. A. Babaxanov



Yüklə 3,86 Mb.
Pdf görüntüsü
səhifə23/49
tarix15.10.2018
ölçüsü3,86 Mb.
#74301
1   ...   19   20   21   22   23   24   25   26   ...   49

İnsanŞünaslıq 
Qeyd etmək lazımdır ki, yer kürəsində yayılan irqlər morfofızioloji 
və biokimyəvi əlamətlərinə görə fərqlənirlər. Onların coğrafi arealları 
müxtəlifliyi ilə fərqlənir. Buna görə də irqlərin genetik əlaqələrinə əsasən 
iki coğrafi məkana ayrılır: qərb və şərq. 
Morfofızioloji (dişlərin düzülmə sistemi, dəri relyefi, qan qrupu və s.) 
kompleksə əsasən qərb coğrafi məkanında (atlant- aralıq dənizi) av- 
ropoid və neqroid; şərq coğrafi məkanında (sakit okean) monqoloid və 
■avstraloid irq sistemi formalaşmışdır.^^ 
Neqroid və avstroloid irq sistemi isti iqlim qurşağında (ekvatoril və 
tropik); avropoidlər mülayim rütubət iqlim qurşağında geniş areallar 
əmələ gətirirlər. 
Monqoloid irqi isə çöl, yarımsəhra, qumlu səhra, kontinental iqlim şə- 
raitində formalaşmışdır. Hər bir təbii-coğrafi şəraitə uyğunlaşan irqin 
morfofızioloji əlamətləri mövcuddur. Qan qrupu əlamətinə görə Çin, Hin- 
distan əhalisinin əksəriyyəti (70%-dən çox) üçüncü qan qrupuna daxil edi- 
lir. Bu səbəbdən də burada əhali çiçək epidemiyasına daha çox tutulurlar. 
İrq sivilizasiyasının yayılmasında ərazilərin mənimsənilməsi və istifa- 
dəsi mühüm rol oynamışdır. Coğrafi şəraitin qanunauyğunluqları əsa- 
sında Amerika, Avstraliya və Okeaniya məkanlarında irqlərin adaptasi- 
yası Afrika, Asiya və Avropa məkanlarına nisbətən gec başlanması haq- 
qında hipotezlər mövcuddur. 
İrq əmələgəlmə prosesində ən böyük amil- 
lərdən biri tarix boyu daxili etniklərin -yəni 
metisləşmənin formalaşması mərhələsi hesab 
edilir.^^ 
Avropoid irqinə aid edilən insan qrupları Avropa, Cənub-Qərbi Asi- 
ya, Şimali Afrika, Qafqaz regionlarında formalaşmışdır. Avropoidlər 
həmçinin Cənubi Asiyada da yerləşmişdir. 
Avropoid əsasən 2 qola ayrılır: cənub (hamar dəri, tünd saç və gözlə- 
ri və s. malikdir) və şimal (mavi göz, gümüşü saç, dərisi ağ və s.) irqlər. 
Cənub avropoidi antropoloqlar tərəfindən "hind- aralıq dənizi" irqinə 
daxil edirlər. Şimal avropoid qolu isə çox vaxt nord (şimal) və ya baltik 
irqi kimi qəbul edilir. Son illərdə isə antropoloqlar şimal və cənub qol- 
larını birləşdirərək "atlant-baltik" irq kimi tövsiyyə edirlər. 
Yer kürəsimh dörd böyük irq: 
(avropoid, neqroid, monqoloid 
və avstroloid) dünya əhalisinin 
70%-ni özündə birləşdirir. 
78.
 
В.П. Алексеев. География человеческая рас. M., 1974. с.117. 
79.
 
Прогресс общества и проблемы целостного биосоциального развития современного 
человека . Киев, 1998. с. 210. 
80.
 
Göstərilən əsər. səh. 240. 
 -------------  ■ 

73
 ■ 
■ 


Ağazeynal A.Quvhcınzach 
Avropanın şərq zonasında avropoidlər monqoloid qrupları ilə əlaqələrin 
yaranması nəticəsində (Şimal-Qərbi Sibir) Ural irqi yaranmışdır. Orta əsrlər 
dövründə  Orta  Asiya  coğrafi  məkanında  avropoid  -  monqoloid  irqlərinin 
populyasiyası nəticəsində yeni qarışıq irq formalaşmışdır. 
Neqroid  irqinin  coğrafi  arealı  çox  genişdir.  Afrika,  Avstraliya, 
Tasmaniya, Yeni Qvineya, Melaneziya, Cənubi Asiyanın müxtəlif adaları və 
s. neqroid irqinin yayıldığı areallar hesab edilir. Yer kürəsinin şimal və cənub 
ekvatorial  zonasında  neqroid  və  avstroloid  irqlərinin  populyasi-  yası 
nəticəsində "kontakt" irq qurşağı yaranmışdır. Bu qurşağın xarakterik cəhəti 
ondan  ibarətdir  ki,  qədim  dövrlərdən  başlayaraq  bu  irqlər  genetik  əlaqələr 
nəticəsində  metislərarası  proseslərin  intensivliyin  baş  verməsidir.  Qədim 
populyasiyanm nəticəsində cənubi hind (dravid) və şərqi afrika (efiopiya) irqi 
meydana  gəlmişdir.  Aralıq  irq  həmçinin  Qərbi  Afrika  (qərbi  Sudan) 
populyasiya zonasında yaranmışdır (fulba xalqlar qrupu). 
Monqoloid  -  (Asiya  -  Amerika)  geniş  yayılan  irqlərdən  sayılır. 
Monqoloid  irqi  Asiya  coğrafi  məkanında  geniş  areallar  əmələ  gətirirlər. 
Yayılma arealına görə iki coğrafi məkana ayrılır; materik və sakit okean. 
Materik  və  okean  arasında  aralıq  mövqe  tutan  arktik  (eskimoz)  irqi 
morfoloji  cəhətdən  fərqlənir  (enli  və  qabarıq  sifəti,  nazik  burnu  və  s.). 
Monqoloid  irqinin  amerikan  qolu  etnoqrafik  mənbələrinə  görə  Asiyadan 
Berinq boğazı ilə Amerika materikinə miqrasiya olunması nəticəsində əmələ 
gəlməsi  haqqında  hipotezlər  mövcuddur.  Monqoloidlərin  şimal  qrupunun 
sakitokean  populyasiyası  (Şərqi  Asiya)  Çin  və  Koreya  ərazilərində  geniş 
areallar  əmələ  gətirmişlər.  Cənub  qrupunun  Sakit  okean  po-  pulyasiyası 
"Cənubi  Asiya"  və  ya  "malay"  irq  qrupları  adlanır.  Buraya  Hind-Çin 
yarımadası,  İndoneziya,  Filippin  və  qismən  cənubi  Çin  coğrafi  məkanları 
daxil edilir və qarışıq keçid irq qrupları kimi göstərilir. Yaponlarda monqoloid 
ilə  avstroloid  komponentinin  keçid  formasını  özlərində  birləşdirirlər. 
Yuxarıda  göstərdiyimiz  kimi,  irqlərin  təkamülü  və  sivilizasiyası  tarixi  bir 
prosesdir.  İrqlərin  morfoloji  və  fizioloji  əlamətlərinin  yaranması  və 
formalaşması bəşəriyyətin ümumi sivilizasiya ilə vəhdət təşkil edir. Bu vəhdət 
(təzahür) avropalıların Amerika, Avtstraliya materiklərinin kəşf edilməsindən 
sonra daha geniş məzmun yaratmışdır. Kapitalizm erasının ilkin dövrlərindən 
başlayaraq  kontinentalarası  irq  miqrasiyasının  hərəkəti  kütləvi  xarakter 
daşımasına  səbəb  olmuşdur.  XVI-XIX  əsrlərdə  Amerika  materikinə 
avropalılar,  afrikalılar,  sonrakı  dövrlərdə  isə  asiya  qrupları  (hindi,  çinli, 
yapon, mali və s. xalqlar) miq 
■ ■■ 
74
 
■■■ 


Yüklə 3,86 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   49




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə