Elmi, təhsili heç vaxt unutmayan bir



Yüklə 2,04 Mb.
səhifə10/27
tarix20.10.2017
ölçüsü2,04 Mb.
#6127
1   ...   6   7   8   9   10   11   12   13   ...   27

İNAMA SÖYKƏNƏN SİYASƏT
Yeni Azərbaycan Partiyasının yeritdiyi uğurlu siyasət Azərbaycan qadınının cəmiyyətdəki layiqli yerini təmin etmişdir.
Antik yunan filosofu və mütəfəkkiri Aristotel “Politika” əsərində yazırdı ki, inam uğuru təmin edən mühüm vasitə kimi siyasətin ayrılmaz hissəsidir. Həqiqətən də fərqli ictimai-iqtisadi formasiyalarda cəmiyyətin dəstəyinə iddia edən hər bir siyasi qüvvənin ciddi cəhdlə can atdığı yeganə meyar məhz ictimai inam olmuşdur. Nə zamansa dünyanın ən böyük dövlətlərini güclü ordusu ilə diz çökdürmüş böyük fatehlər də, inqilab və çevriliş dalğaları üzərində hakimiyyəti ələ keçirmiş anarxist qüvvələr də, nəhayət, hansısa mütərəqqi ideya və proqramlarla cəlbedici görünməyə çalışan realist siyasətçilər də müəyyən mənada xalqın, toplumun inamına ehtiyac duymuşlar. Yeni dünya nizamının diktə etdiyi alternativsiz inkişaf magistralına çevrilmiş demokratiya da məhz çoxluğun etimadı, inamı üzərində formalaşır. Məhz həlledici çoxluğun inamını qazanmış siyasi partiya və ya lider demokratik seçkilərdə öz layiqli qələbəsini təmin edir.

Yaşadığı zaman və məkanın xarakterindən asılı olmayaraq, qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan xalqı gələcək taleyini daim inandığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmək istəmişdir. Milli dövlətçilik idealı, xalqımızın taleyin sərt hökmü ilə neçə əsrlər gerçəkləşməyən müstəqil dövlət qurmaq arzusu dərin nisgilə, qubara çevrilsə də, məhz daxili inama söykənən azərbaycanlılar qərinələr boyu milli kimliklərini qoruya, millət kimi mövcudluqlarını təsdiq edə bilmişlər. Məhz bu inamın, milli özünüdərk və özünütəsdiq istəyinin təcəssümü olaraq XX əsrin sonlarına doğru milli dövlətçiliyini bərpa edən xalqımız müstəqilliyinin ilk illərində yenidən mənəvi sarsıntılara məruz qalmış, üzləşdiyi böhran və faciələr fonunda gələcək barədə nikbin düşünə bilməmişdir.

Bu gün 1991-1993-cü illlərin o böhranlı, ağrılı-acılı, faciəli günlərini qəlbində vətən, millət sevgisi olan hər bir azərbaycanlı böyük təəssüf, dərin kədər hissi ilə xatırlayır. Hakimiyyəti ələ keçirərək inanılmaz bir hərisliklə ölkənin sərvətlərini çapıb-talayan, iqtisadi-siyasi və mənəvi böhranın qarşısını almaqda aciz olan məlum qüvvələr xalqın inamından sui-istifadə etməklə, əslində, özlərini uçuruma yuvarladılar. Bir daha təsdiqləndi ki, xalqın inam və etimadına söykənməyən, onun iradəsini, istəyini nəzərə almayan hər hansı siyasi qüvvə Azərbaycan cəmiyyətində uzun müddət duruş gətirə bilməz. Belə acınacaqlı şəraitdə xalqın üzdə olan ziyalıları, sadə və zəhmətkeş insanları öz daxili inamlarına söykənərək respublikanı xaos və anarxiya mühitindən, parçalanma təhlükəsindən, sosial-iqtisadi tənəzzüldən, bir sözlə, böyük fəlakətlərdən qurtaracaq, onu möhkəm sabitlik, davamlı sosial-iqtisadi tərəqqi və yüksəliş yoluna çıxaracaq yeganə düzgün ünvanı göstərdilər. Əksəriyyət yaxşı başa düşürdü ki, məhz ulu öndərimiz Heydər Əliyev kimi müdrik strateq və siyasət ustadının rəhbərliyi altında formalaşan siyasi partiya xalqın inamını doğrultmaq, respublikanı üzləşdiyi böyük faciələrdən hifz etmək iqtidarında ola bilər.

Dövlət və cəmiyyət həyatında müəyyən rol oynayan, demokratik, hüquqi, sivil, dünyəvi dövlətçiliyin təməl prinsiplərindən, əsas atributlarından sayılan siyasi partiyalar, adətən, zərurətdən və milli tələbatdan yaranırlar. Bu mənada, müstəqilliyə yenicə qovuşmuş Azərbaycanda milli mənafe və dövlətçilik maraqlarının təmsilçisi olmaq kimi müqəddəs amalı özünün siyasi idealı, əsas strateji xətti seçən Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən, o illərdə mövcud olmuş ideoloji-siyasi durumun doğurduğu milli tələbatdan irəli gəlmişdir. Azərbaycanın taleyini düşünən insanlar həmin dövrdə ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək xalqın sınanmış lideri Heydər Əliyevin şəxsiyyəti ətrafında birləşdilər. 1992-ci il noyabrın 21-də cəmiyyətin sosial sifarişi, istəyi kimi siyasi həyata vəsiqə almış Yeni Azərbaycan Partiyası cəmi 7 ay sonra - 1993-cü ilin iyununda xalqın tələbi ilə iqtidara gələrkən, əslində, tarixi məsuliyyəti öz üzərinə götürmüşdür.

Xalqın Heydər Əliyev fenomeninə olan sarsılmaz inamı və bu inama olan yüksək ehtiramı sarsılmaz vəhdət yaradaraq qısa zamanda YAP-ın siyasi gücünün əsaslarından birinə çevrilmiş, onun gələcək uğurlarını təmin etmişdir. Ulu öndərimizin qətiyyətli addımları nəticəsində respublikamız üzləşdiyi bir çox faciələri geridə qoyaraq yeni inkişaf mərhələsinə adlamış, cəmiyyət həyatının ən müxtəlif sferalarında davamlı tərəqqi və intibahın əsası qoyulmuşdur. YAP yarandığı gündən Azərbaycan Respublikasının Konstitu­siya­sı və qanunvericiliyi çərçivəsində, özünün nizamnaməsi və proq­ramı əsasında fəaliyyət göstərən, sıralarında respub­lika­mız­da hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətən­daş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiya kimi fəaliyyət göstərmişdir.

Qısa zamanda zəngin həyat yolu keçmiş YAP, ideyalarının xalqa daha cəlbedici və yaxın olması ilə ölkənin siyasi taleyində mühüm rol oynamaq qüdrətini tam təsdiqləmişdir. YAP-ın ideya məfkurəsini təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri partiyanın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olmaqla bərabər, Azərbaycanın siyasi gələcəyini, inkişaf prioritetlərini də şərtləndirmişdir. Ulu öndərimizin yeritdiyi siyasət hər bir fərdin maraq və mənafeyini özündə ehtiva etdiyindən, qısa zamanda cəmiyyətin ən müxtəlif zümrələrinin, xüsusən də həssas təbəqə olan qadınların YAP-a sürətli axını başlamış, onların ictimai-siyasi həyatda fəallığı əhəmiyyətli dərəcədə artmışdır.

Ulu öndərimizin rəhbərliyi altında mülki cəmiyyət quruculuğu istiqamətində həyata keçirilən məqsədyönlü addımlar nəticəsində respublikamızda gender problemlərinin həllinə geniş imkanlar açılmış, qadınların üzləşdikləri iqtisadi, sosial və mənəvi sarsıntılar geridə qalmışdır. Mürəkkəb və keşməkeşli həyat yolu keçmiş, tarixin sınaqlarından alnıaçıq, üzüağ çıxmış Azərbaycan qadını son 15 ildə müstəqil respublikamızda bərqərar olmuş demokratik cəmiyyətin fəal üzvü kimi çıxış etmək imkanı əldə etmişdir. Azərbaycanı çiçəklənən, inkişaf edən, firavan və qüdrətli bir dövlətə çevirmək yolunda qadınlarımız hər zaman əllərindən gələni əsirgəmirlər. Dövlət quruculuğunun bütün mərhələlərində xidmətləri olan Azərbaycan qadınları ölkəmizdə ictimai-siyasi sabitliyin və əmin-amanlığın qorunması, milli dövlətçiliyin daha da möhkəmləndirilməsi, inkişaf etdirilməsi naminə bu gün də var qüvvələrini sərf edirlər.

Ulu öndərimiz Heydər Əliyev Azərbaycan qadınına böyük hörmətlə yanaşmış, onun cəmiyyətdə layiqli yerini tutmasına çalışmış, bu zərif zümrənin YAP həyatında da fəal iştirakını təmin etmişdir. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən ümummilli liderimiz onların ailə həyatındakı rolunu da olduqca yüksək dəyərləndirmişdir: “Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır. Qadın ailə saxlayan bir insandır. Ona görə də bütün qadınlar bizim cəmiyyətdə çox əhəmiyyətli rol oynayırlar. Mən bunları deyərək qadınların bizim üçün nə qədər əziz olduğunu bir daha bəyan etmək istəyirəm”.

Ümummilli liderimiz Heydər Əliyevin dövlət rəhbərliyinə qayıdışından sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilmişdir. Xüsusi vurğulamaq lazımdır ki, müstəqil Azərbaycan Respublikasının ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə hazırlanaraq 1995-ci ilin 12 noyabrında qəbul edilmiş ilk Konstitusiyası qadınların kişilərlə bərabər hüququnu təsdiqləməklə, demokratik dövlət quruculuğu prosesində onların fəal iştirakının hüquqi bazasını yaratmışdır. 1995-ci ildən başlayaraq Azərbaycanda qadın problemləri institusional səciyyə daşımağa başlamış, elə həmin il müstəqil Azərbaycan dövləti BMT-nin “Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması” haqqında Konvensiyasına qoşulmuşdur. 1998-ci ilin 14 yanvarında isə ulu öndərimiz Heydər Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması barədə fərman imzalamış, bu qurum geniş səlahiyyətlərlə təmin edilmiş, həmin il eyni zamanda müstəqil Azərbaycan Respublikasında qadınların ilk qurultayı keçirilmişdir. “Qadınların adları və xidmətləri bizim tariximizin səhifələrində qızıl hərflərlə yazılmışdır. Ancaq XX əsrdə Azərbaycan qadınının keçdiyi yol, əldə etdiyi nailiyyətlər həqiqətən dünya miqyasında bizim üçün iftixar mənbəyinə çevrilmişdir. İndi biz hədsiz iftixar hissi ilə deyə bilərik ki, cəmiyyətimizin hər bir sahəsində qadınlar böyük rol oynayır” - ümummilli liderimiz Heydər Əliyevin həmin qurultayda söylədiyi bu fikirlər qadınlarımıza verilən ən yüksək qiymətdir.

Azərbaycan qadınları həmin qurultayla cəmiyyətin ictimai-siyasi həyatında fəal iştirak etmək, fəallıqlarını artırmaq istəklərini bir daha nümayiş etdirdilər. Qurultayın qərarlarında diqqəti çəkən məqamlardan biri də qadın siyasətinin artıq yetkinləşməsi və gerçəkləşməsi tələbatı olmuşdur. Məhz bu istək və zərurətin nəticəsi kimi Ulu öndərimiz Heydər Əliyev 2000-ci il martın 3-də “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” Fərman imzalamışdır. Fərmanda qadınların bugünkü inkişaf, tərəqqi dövrünə qədər keçdiyi gərgin, keşməkeşli mübarizə yoluna diqqətlə nəzər yetirilmiş, respublikamızın mötəbər və möhtəşəm qadın hərəkatının fəaliyyətinə yüksək qiymət verilmişdir. Fərmanda xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla, rəhbərlik səviyyəsində qadınların da kişilərlə bərabər səviyyədə təmsilçiliyi təmin edilməlidir. Eyni zamanda, Nazirlər Kabinetinə respublikada gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə Gender siyasəti tələblərini rəhbər tutmaqla, qadınlar üçün kişilərlə bərabər imkanların yaradılmasını təmin etmək tapşırığı verilmişdir. Məlum fərman dövlət həyatının bütün sahələrində qadınlarımızın öz müqəddəratını təyin etməsinə əlverişli şərait yaratmış, həmçinin gender tarazlığına nail olmaq istiqamətində operativ tədbirlərin görülməsini təmin etmişdir. Son 15 ildə qadınların dövlət qurumlarında və ümumiyyətlə ictimai-siyasi həyatda təmsil olunmaq imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsi də məhz Ulu öndərimizin əsasını qoyduğu liberal gender siyasəti nəticəsində mümkün olmuşdur.

Həmişə sülhün, əmin-amanlığın carçısı olmuş Azərbaycan qadınları respublikada baş verən mürəkkəb ictimai-siyasi proseslərin gedişində onların üzərinə düşən vəzifələrin öhdəsindən ləyaqətlə gəlmiş, daim milli dövlətçilik mövqeyindən çıxış etmişlər. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində doğma torpaqların bir qisminin işğal altına düşdüyü indiki dövrdə gəncləri Vətənə sədaqət, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsi, ərazi bütövlüyünün təmin edilməsi uğrunda əzmkarlıq və qətiyyət göstərmək ruhunda tərbiyə etmək, onları xalqa, cəmiyyətə layiqli bir övlad kimi yetişdirmək işində Azərbaycan qadını öz üzərinə düşən ağır yükü şərəflə çəkir.

Cəmiyyətdə gedən demokratikləşmə proseslərindən irəli gələrək ölkəmizdə çoxsaylı qadın təşkilatlarının yaradılması, ümummilli miqyasda fəaliyyət göstərən bu qurumların əsas məqsəd kimi Azərbaycanda qadının sosial statusunun yaxşılaşdırılmasını, onun sosial-iqtisadi problemlərinin həllini və sair bu kimi vacib məsələləri önə çəkməsi də bu ictimai-siyasi fəallığın bariz təcəssümüdür. Bu baxımdan, YAP Qadın­lar Şurasının əzmkar fəaliyyəti də xüsusi vurğulanmalıdır. Partiya­nın Qadınlar Şurası fəaliyyət göstərdiyi müddətdə qadınla­rın partiya daxilində monolit qüvvə kimi təmər­küz­ləş­mə­sini, ictimai-siyasi proseslərdə fəal və səmərəli iştirakını uğurla təmin etmişdir. Bu gün sayı 400 mini ötən YAP üzvlərinin əhəmiyyətli kəsimini də məhz qadınlar təşkil edir.

Azərbaycan qadını bu gün cəmiyyətin bərabərhüquqlu üzvü kimi öz hüquqlarını qorumağa qadirdir. Onların problemlərini həll etməyə və ya onları bölüşməyə müraciət etmək üçün müxtəlif qadın təşkilatları mövcuddur.

Müasir ictimai-siyasi həyatımızı qadınsız təsəvvür etmək çə­tindir. Dünyanın hər yerində qadınların bərabərlik və sülh uğ­run­da hərəkatı geniş vüsət almışdır. Daim inkişafda olan tə­rəq­qipərvər Azərbaycan qadınları da bu hərəkatlara qoşulur, mil­lə­ti­mizin haqq səsini beynəlxalq tribunalardan səslən­dirir­lər.

Bütün bunlarla yanaşı, Azərbaycan qadını bu gün demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına birinci xanım ənənələrini də gətirmişdir. Əslində nə vaxtsa çağdaş dünyanın bizim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansı əyyamında isə unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı isə Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. Azərbaycanın milli dövlətçilik tarixində bu ənənəni elə bir şəxs formalaşdırır ki, o, dünyaya göz açıb tərbiyə aldığı ailə, bütün ömrü boyu əhatə olunduğu mühit, üz tutduğu dəyərlər etibarilə əsl Azərbaycan qadınının simvolu sayıla bilər. Mehriban xanım Əliyeva akademik Arif Paşayevin və tanınmış şərqşünas alim mərhum Aida xanım İmanquliyevanın ailəsində dünyaya göz açmışdır. Mehriban xanım XX əsr Azərbaycan ədəbiyyatının ən görkəmli simalarından olan, uşaqlıq, gənclik illərindən sevə-sevə oxuduğumuz, əsərləri ilə həyat yollarında bizlərə müəllimlik etmiş Mir Cəlal Paşayevin və milli mətbuatımızın patriarxı, minlərlə Azərbaycan jurnalistinin müəllimi, ustadı olan qüdrətli qələm sahibi Nəsir İmanquliyevin ocağından nur almışdır. Onun həyat müəllimləri isə özünün də qeyd etdiyi kimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev və Azərbaycan qadınının şərəf mücəssəməsi olan Zərifə xanım Əliyeva olmuşdur.

Azərbaycanda “birinci xanım” institutunun geniş mənada məhz 2003-cü ilin oktyabrından sonra formalaşması və bunun Mehriban xanım Əliyevanın adı ilə bağlı olması faktını xüsusi vurğulamalıyıq. Mehriban xanım Əliyeva bu ənənəni Azərbaycan siyasətinə gətirməklə, özünü ölkənin birinci xanımı kimi təsdiqləmiş, onun dəyərli fəaliyyəti ictimaiyyətin diqqətinə gəlmişdir. Bu proses Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2003-cü ilin 15 oktyabr prezident seçkilərindəki qələbəsindən əvvəl başlamışdı. Mehriban xanım Əliyevanın hələ 1995-ci ildən etibarən təsis edilən Azərbaycan Mədəniy­yətinin Dostları Fondunun prezidenti kimi Azərbay­can mədəniyyətinin inkişafı, xalqımızın tarixi və nadir mədəniyyət nümunələrinin xaricdə təbliği, bir neçə il sonra isə həm də Azərbaycan Bədii Gimnastika Federasiyasının rəhbəri kimi ölkəmizdə bu idman növünün yüksəlişi istiqamətində gördüyü işlər tədricən onun cəmiyyətdə birinci xanım kimi qəbul olunmasına əsaslar yaradırdı.

Bəzən obyektiv və subyektiv səbəblərdən, bəzən isə hansısa məmurun səhlənkarlığı, ünvanlanmış şikayətlərə biganə münasibəti ucbatından vətəndaşın dövlət qurumlarından ümidi üzü­lür. Amma belə vəziyyətlə üzləşən vətəndaşlar üçün so­nun­cu bir ümid ünvanı da vardır. Hər kəs əmin ola bilər ki, bu­rada onun dövlətə olan inamını qırmayacaq, mövcud imkanlar da­xilində ona kömək etməyə çalışacaqlar. Azərbaycan vətəndaşı bu ünvanı yaxşı tanıyır - Heydər Əliyev Fondu. Təşkilatın əsas məqsədləri hər şeydən öncə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin irsinin öyrənilməsinə xidmət edən irimiqyaslı proqramların həyata keçirilməsinə dəstək vermək, Azərbaycan xalqının rifahının yüksəldilməsinə yönəldilmiş layihələrin həyata keçirilməsinə yardımçı olmaq, ölkədə elm, təhsil, mədəniyyət, səhiyyə və idmanın inkişafını təmin edən layihələri gerçəkləşdirmək, ölkənin iqtisadi potensialını möhkəmləndirmək, milli-mənəvi dəyərlərə sadiq gənclər yetişdirmək, Azərbaycanın beynəlxalq nüfuzunu artırmaq və digər həyati məsələlərdən ibarətdir.

Bu gün YAP Siyasi Şurasının üzvü Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyəti həm də Azərbaycan qadınının üzləşdiyi problemlərin, çətinliklərin aradan qaldırılmasına, onların cəmiyyətdə öz layiqli yerlərini tutmasına yönəlmişdir. Bu fəaliyyət qadınlarımız tərəfindən böyük rəğbətlə, ehtiramla qarşılanır, onların YAP-a, ölkə iqtidarına, Prezident İlham Əliyevə inamını daha da artırır. Eyni zamanda, ölkədəki dinamik inkişafı, yüksəliş və tərəqqini öz həyatında daha qabarıq duyan Azərbaycan qadınlarının qarşıdan gələn Prezident seçkilərindəki seçimi də dəyişməz olacaqdır.


2008-ci il prezident seçkiləri ərəfəsi.

MÜTLƏQ HƏQİQƏTİN TARİXİ TƏSDİQİ
Azərbaycan öz müstəqilliyini elan etdiyi gündən bizi çox qısa zaman fasiləsi ayırır – cəmi 12 il. Tarix baxımından çox az olan bu müddət ərzində görülmüş işlərin, həyata keçirilmiş layihələrin miqyası isə belə bir qənaətə əsas verir ki, Azərbaycan bu 10 ildə dünyanın ən qüdrətli dövlətlərinin onilliklərlə, ən mütərəqqi xalqlarının əsrlərlə keçdiyi yola bərabər yol keçmişdir. Bu 10 ildə müdrik dövlət xadimi Heydər Əliyevin zəkasının qüdrəti ilə Azərbaycanın dünyanın föv­qəldövlətlərinin maraq dairəsində olan adi coğrafi məkan imi­cindən yaxa qurtararaq ərazi və karbohidrogen ehtiyatları baxı­mından dünyanın aparıcı neft ixracatçıları olan dövlət­lə­rindən dəfələrlə kiçik olmasına baxmayaraq, yeni neft strate­giyasının aparıcılarından birinə çevrilməsi artıq təkzibi müm­kün olmayan tarixi həqiqətdir. Heydər Əliyev cənablarının ən böyük tarixi xidməti isə bu 10 ildə təkcə bu günümüzün qayğıları ilə yaşamayaraq, gələcəyimizin qayğısını çəkməyə qadir olan mükəmməl siyasətçilər, diplomatlar, dövlət idarəçiləri və müdafiəçiləri ordusunun formalaşmasını təmin etməsidir. Bu gün tam əminliklə demək olar ki, artıq Azərbaycanın taleyüklü məsuliyyətini öz üzərinə götürməyə hazır olan Heydər Əliyevçi intellektlər ordusu var və bu monolit qüvvənin yenilməz öndəri İlham Əliyev cənablarıdır. Bu da danılmaz, təkzibedilməz faktdır. Bəli, İlham Əliyev cənabları bu gün Azərbaycan siyasətinin həlledici şəxsidir və onun həm siyasi dayanıqlıq, həm elektoral nüfuz, həm siyasi savad, həm diplomatik çeviklik baxımından digər bütün siyasi iddiaları üstələməsi real gerçəklikdir.

Bir çox hallarda populist meydan qəhrəmanları və haki­miyyət iddiasında olan müxalifətçilər İlham Əliyev cənab­larının uğurlarını onun dövlət başçısının oğlu olması ilə əlaqə­ləndirirlər. Bu, kökündən səhv olan bir fikirdir və bunun yanlış fikir olduğunu Avropa Şurası Parlament Assambleyasının son ses­siyasında qazanılmış uğur bir daha təsdiqlədi. İlham Əliyevin dövlət rəhbərimizin oğlu olması onun uğurlu siyasi karyerasının səbəbi deyil, səbəblərindən biridir. Təbii ki, dünya siyasətinin korifeylərindən olan Heydər Əliyevin ailəsində dünyaya göz açan İlham Əliyev həmişə elitar siyasətin içində olmuş, eyni zamanda Heydər Əliyev kimi siyasət nəhənginin yanında istər-istəməz zəngin bir məktəb keçmişdir ki, bu da onun gələcək siyasi fəaliyyətində ən əhəmiyyətli amillərdən biri olmuşdur. İlham Əliyevin siyasi uğurlarını şərtləndirən əsas amillər isə zəngin bilik, dərin intellekt, geniş dünyagörüşü, rasional zəka, dəmir məntiq, cəsarət, iradə və sair kimi siyasət xadimi üçün zəruri olan keyfiyyətlərdir.

İlham Əliyevin yetkin bir siyasətçi və dövlət xadimi olduğunu anlamaq üçün onun ancaq son bir neçə ildəki siyasi fəaliyyətini, uğurlarını nəzərdən keçirmək kifayətdir.

O, uzun illər Dövlət Neft Şirkətinin vitse-prezidenti işləmiş, işlədiyi dövrdə aparılan neft siyasətinin, Azərbaycan iqtisadiy­yatının uçurumdan çıxarılaraq inkişaf yoluna çatdırılmasının birbaşa iştirakçısı olmuşdur. Sonra o, Milli Olimpiya Komitəsinin sədri seçilmiş və onun sədrliyi zamanı Azərbaycan dünya idma­nında görkəmli yer tutmuş, olimpiya yarışlarından qızıl medallarla qayıt­mışdır.

Yeni Azərbaycan Partiyasının qurultayında partiya sədrinin birin­ci müavini seçilmiş İlham Əliyevin partiyanın möhkəm­lən­məsi, onun siyasi nüfuzunun artması yönündə əvəzsiz xidmətləri göz qarşısındadır. Partiya güclənir, partiya gəncləşir və öz gələ­cə­yini yaradır.

Nəhayət, 2001-ci ilin yanvarında Azərbaycanın Avropa Şurasına tam hüquqlu üzv qəbul olunması və İlham Əliyevin Avropa Şurasındakı Azərbaycan nümayəndə heyətinin başçısı seçilməsi onun bir siyasətçi kimi daha böyük olduğunu göstərir. Artıq bu nümayəndə heyəti iki il ərzində Avropa Şurasında Azərbaycanın maraqlarının qorunması üçün kifayət qədər iş görmüşdür. Cənab İlham Əliyevin bu nüfuzlu beynəlxalq təşkilatın son sessiyasında Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti və büro üzvü seçilməsi bu əhəmiyyətli fəaliyyətin məntiqi yekunudur. Yenə də müxalifət bu uğurdan qısqanclıq keçirərək, bu tarixi hadisəni öz prizmasından şərh etməyə cəhd göstərir. Amma həqiqətdə bu, Azərbaycan tarixi üçün müstəsna əhəmiyyətli hadisədir və İlham Əliyevin bu uğurunun arxasında kifayət qədər gərgin zəhmət, eləcə də rasional siyasətçi gedişləri durur. Bunu hiss etmək üçün İlham Əliyev cənablarının Avropa Şurasındakı fəaliyyətinin bəzi məqamlarına diqqət yetirmək kifayətdir.

Bildiyiniz kimi, 2002-ci il yanvar ayının 24-də Avropa Şura­sının Parlament Assambleyası Azərbaycan üzrə həmməruzəçi Corc Kleyfartın təqdim etdiyi “Azərbaycanda siya­si məhbuslar” adlanan qətnamə layihəsini bəzi düzəlişlərlə qə­bul etdi. Qətnamənin əsas məzmununu guya Azərbaycanda “siya­si məhbusların” olması və onların azadlığa buraxıl­ma­sı­nın Azərbaycan hökumətinə tövsiyə edilməsi təşkil edirdi.

Bir sıra qüvvələr bu hadisəni Azərbaycanın siyasi məğlubiyyəti və iqtidar siyasətinin iflası kimi qələmə verməyə cəhd göstərdilər. Əslində isə bu tarixi hadisə məğlubiyyət yox, İlham Əliyevin timsalında Azərbaycan nümayəndə heyətinin gərgin əməyi və diplomatik səyi nəticəsində erməni təbliğat kampaniyasının iflasıdır.

Azərbaycan Avropa Şurasına üzv qəbul olunarkən üzərinə bir sıra öhdəliklər götürmüş və keçən iki il ərzində bunların əksəriy­yətini yerinə yetirmişdir. Dövlətimiz digər öhdəlik­lə­rinin də yerinə yetirilməsi üçün səy göstərir. Belə olan halda, Av­ropa Şurasının Azərbaycanın məsələsini müzakirəyə çıxar­ması və guya ki, Azərbaycanda “siyasi məhbusların” olması barədə qərar qəbul etməsi tamamilə lüzumsuz bir addım idi və bunun yalnız bir səbəbi var ki, bu da Azərbaycanı ləkələməyə, onun artmaqda olan beynəlxalq nüfuzuna xələl gətirməyə çalışmaq idi. Məhz İlham Əliyevin başçılığı ilə Azərbaycan nümayəndə heyətinin gərgin əməyi və çevik diplomatik səylərinin nəticəsi idi ki, bu cəhd qismən də olsa, neytrallaşdırıldı və əslində, Avropa Şurasının öz nüfuzu kölgə altına alınmış oldu. Belə ki, İlham Əliyevin öz çıxışında da söylədiyi kimi, “Məsələnin Azərbaycanda siyasi məhbus problemi kimi müzakirəyə çıxarılması düzgün deyildir. Sənəddə “siyasi məhbus” ifadəsinin dəqiq mənası açılmamış, siyasi məhbus ifadəsinin dəqiq kriteriyaları müəyyən olunmamışdır”. İlham Əliyev öz çıxışında göstərir ki, “Əgər söhbət sənəddə adları çəkilən şəxslərdən gedirsə, həmin məhbusların bəziləri güc strukturlarında, hüquq mühafizə orqanlarında çalışıblar, bizim qanunlara görə isə bu vəzifələrdə çalışan şəxslərin siyasi partiya üzvü olmağa ixtiyarları yoxdur. Terror aktları həyata keçirən, separatçılıqla məşğul olan insanların, təyyarə qaçıranların “siyasi məhbus” adlandırılması anlaşılmazdır. Əgər Azərbaycandakı bu cür cinayətkarlarla bağlı “siyasi məhbus” termini işlədəcəksinizsə, sabah digər ölkələrdəki analoji cinayət törətmiş şəxslər haqqında da eyni fikir söyləməli olacaqsınız. “Siyasi məhbus” anlayışı dəqiq müəyyənləşdirmə tələb edir. Heç kim, hətta məruzəçi də kimin siyasi məhbus olduğunu müəyyənləşdirmək kimi böyük məsuliyyəti öz üzərinə götürə bilməz. Bu elə bir təhlükəli presedent yarada bilər ki, terrorçular istədiyi cinayəti törədib, sonradan bunu siyasi səbəblərlə əsaslandırmağa çalışarlar. Avropa Şurasının məsələyə bu cür yanaşması Azərbaycan ictimaiyyətində narazılıq yaradar”.

Məruzədən göründüyü kimi, gənc siyasətçinin dəmir məntiqi, yüksək erudisiyası dünya səviyyəli siyasətçiləri belə, fakt qarşısında qoymuşdur.

Avropa Şurasında ikili standartların mövcudluğu məs­ə­ləsini də sübut edən İlham Əliyev Azərbaycanda “siyasi məh­bus” problemi ilə əlaqədar çıxış edən Ermənistan deputatı A.Rüs­­təmyanın çıxışına toxunaraq bildirdi ki, “Mən öz həm­karlarımı ermənistanlı deputatın çıxışına məhəl qoymamağa çağır­ıram. Çünki Ermənistan Azərbaycanla müharibə şəraitindədir, bizim torpaqlarımızı işğal edib. Ona görə də erməni deputatlarının mövqeyi obyektiv sayıla bilməz. Bir də ki, Ermənistanda siyasi rəqibləri güllələyirlər. Bir ölkədə ki, siyasi opponentləri parlamentdə gülləbaran edirlər, o ölkənin nümayəndəsinin bu mövzu barəsində danışmağa və yaxud kimisə ittiham etməyə haqqı yoxdur”.

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, İlham Əliyevin də sonradan müsahibəsində göstərdiyi kimi, maraqlı bir haldır ki, yenə də erməni tərəfi ilə Azərbaycan müxalifətinin mövqeyi üst-üstə düşdü. Yəni ki, bunların hər ikisinin iddiasına görə, Azər­baycanda “siyasi məhbuslar” olduğu üçün hal-hazırda Dağ­lıq Qarabağ məsələsinin gündəmə gətirilməsi Azər­bay­can­da guya ki, demokratik azadlıqların bərqərar olmaması ucbatından yolverilməzdir. Belə bir mövqe isə hamıya aydın olduğu kimi, yalnız düşmən mövqeyi ola bilər.

Azərbaycan televiziyasına müsahibə verən İlham Əliyev öz müsahibəsində bu məsələyə də toxunaraq qeyd etdi ki, “Yenə də deyirəm, təəssüf edirəm ki, bizim müxalifətin mövqeyi Ermənistan nümayəndələrinin mövqeyi ilə üst-üstə düşür. Yəni ermənilər burada bu fürsətdən istifadə edərək Azərbaycanı ləkələmək istəyirlər. Müxalifət isə Azərbaycanda oturub Azərbaycan dövlətinin əleyhinə işlər aparır, çalışırlar ki, burada Azərbaycanı gözdən salsınlar”.

Azərbaycanlı siyasətçinin dəmir məntiqi və iradəsi, habelə sessiyadan qabaq deputatlarla aparılan düzgün qurulmuş diplomatik işin nəticəsi idi ki, məruzənin təqdimatından sonrakı çıxışlarda 14-15 deputatdan yalnız 3-ü məruzə ilə razı olduğunu bildirmiş, Avropa Şurasında ən nüfuzlu qruplardan biri olan Avropa Demokratlar Qrupu bütünlüklə bu qərarın əleyhinə çıxmışdır. Məhz İlham Əliyev başda olmaqla Azərbaycan nümayəndə heyətinin apardığı düzgün təbliğatın nəticəsi idi ki, əvvəlcədən hazırlanmış plana uyğun olaraq qətnamənin qəbul edilməsi məsələsinin sual altına düşdüyünü görən Avropa Şurasının baş katibi Valter Şvimmer kimi yetişmiş bir siyasətçinin əsəbləri dözməmiş, Avropa Şurasında uzun illər boyu möhkəmlənmiş qaydaları pozaraq müzakirələrə kobud surətdə müdaxilə etmiş, deputatlara təzyiq göstərmişdir:

“Mən çox nadir hallarda çıxış edirəm. Lakin bu gün Avropa Şurasının nüfuzu təhlükə altındadır. Bəzi çıxışlarda mənim təyin etdiyim ekspertlərin məruzəsi şübhə altına alınır. Bəzi natiqlər deyirlər ki, “siyasi məhbus” anlayışı yoxdur və bizim bu məsələni müzakirə etməyə haqqımız çatmır. Amma nəzərinizə çatdırıram ki, siyasi məhbusların məsələsini müzakirə etmək barədə artıq razılıq əldə olunub. Bu təşkilatın baş katibi mənəm və səlahiyyətlərimdən istifadə edərək Azərbaycan hökumətini müstəqil ekspertlərin tövsiyələrinə əməl etməyə çağırıram”.

Katibin çıxışından da, məruzəsindən də göründüyü kimi, İlham Əliyevin dəmir məntiqi, siyasi bacarığı onu pis vəziyyətdə qoymuş və o, özü də istəmədən öz çıxışında məsələnin və qəbul ediləcək qərarın əvvəlcədən hazırlandığını etiraf etmişdir. Onun “məsələ artıq razılaşdırılıb” sözləri bu müzakirələrin əsl mahiyyətini açıqlayır, bunun əslində Azərbaycanın beynəlxalq imicini ləkələmək üçün hazırlanmış çirkin bir oyun olmasını üzə çıxarır. Çıxışın axırını isə müzakirələrin gedişinə birbaşa təzyiq kimi qiymətləndirmək lazımdır.

Müsahibəsində bu məsələ ilə bağlı İlham Əliyev göstərir ki, “Baş katib adətən çox nadir hallarda çıxış edir və çıxış etdikdə də səsvermədən əvvəl çıxış etmir və etməməlidir. O isə səsvermədən qabaq söz istəmiş və öz çıxışında faktiki olaraq, çox kobud bir şəkildə deputatlara təzyiq göstərmişdir. Söyləmişdir ki, o, Kleyfartın məruzəsi ilə razıdır və beləlilklə, dolayısı ilə deputatlara işarə etmişdir ki, onlar bu məruzəni dəstəkləsinlər. Mən hesab edirəm ki, bu, çox qəbuledilməz bir haldır və bu, Avropa Şurasının rəhbərliyindən, baş katibdən deputatlara göstərilən birbaşa təzyiqdir. Məhz bu təzyiqin nəticəsidir ki, biz istəyimizə tam şəkildə nail ola bilmədik”.

Bütün bu yuxarıda göstərilənlərdən aydın olur ki, bu məsələdə Azərbaycanın beynəlxalq imicinə xələl gətirilməsi üçün hansı səviyyədə hazırlıq getmişdir. Lakin yenə də böyük siya­sətdə özünü təsdiq etmiş İlham Əliyevin səyi, bacarığı və qətiy­yəti sayəsində bu təsirlərin xeyli azaldılaraq neytrallaş­dırıl­masına nail olunmuş, Azərbaycana qarşı heç bir sanksi­ya­nın tətbiqi nəzərdə tutulmamış, əslində isə məsələ demək olar ki, açıq saxlanmışdır.

Bu isə heç şübhəsiz ki, Azərbaycan nümayəndə heyətinin baş­çısı cənab İlham Əliyevin səyi, özünəməxsus diplomatik keyfiyyətləri, fövqəladə vəziyyətlərdə düzgün orientasiya seçmə qabiliyyəti və zəngin siyasi təcrübəsinin sayəsində mümkün olmuşdur.

Təşkilatın 2003-cü il sessiyasında isə AŞ PA-da onları təmsil edən parlamentarların timsalında Avropanın siyasi dairələri məhz reallığı etiraf etdilər, İlham Əliyevin artıq beynəlxalq missiyalı siyasətçi olduğunu təsdiq etdilər. Bu, mütləq həqiqətin tarixi təsdiqi idi.


2003-cü il.

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə