Elmi, təhsili heç vaxt unutmayan bir



Yüklə 2,04 Mb.
səhifə15/27
tarix20.10.2017
ölçüsü2,04 Mb.
#6127
1   ...   11   12   13   14   15   16   17   18   ...   27

Son illər mənə yalnız həyat yoldaşım deyil, sanki birdən-birə böyüyən qızlarım da mənəvi dəstək olublar. Oğlumla təmasda olmaq isə bütün gün ərzində yığılmış yorğunluğu aradan götürür.”

Biz ziyalılar və bütövlükdə xalqımız hörmətli deputatımızdan və Ümummilli liderimizin adını daşıyan fondun prezidentindən hələ çoxlu sayda xeyirxah əməllər gözləyirik. Məsələn, ibtidai sinif dərsliklərinin yenidən hazırlanmasına qayğı göstərilməsini, ali məktəb dərsliklərinin keyfiyyətinin yaxşılaşdırılmasına diqqət ayrılmasını və s. Bu qeydləri edərkən Mehriban xanım Əliye­vanın təşəbbüsü ilə Rusiyada nəşr olunmuş 4 mindən çox kitabın ölkəmizə gətirildiyinə görə də Heydər Əliyev Fonduna minnət­darlığımızı bildiririk.



Bu qeydlərimi Mehriban xanım Əliyevanın deputat seçildiyi Əzizbəyov rayonunun ağsaqqallarından birinin sözü ilə tamamlamaq istərdim. Ağsaqqal demişdi ki, 70-80 il müxtəlif səviyyəli deputatlar seçsək də, heç biri bizim rayon üçün Mehriban xanımın gördüyü işlərin ondan biri qədər iş görməmişdi. Qeydləri bu ifadə ilə də başa çatdırmaq istərdim. Amma daha müqəddəs və daha ali bir ifadə yadıma düşdü. Qurani-Kərimin Zəlzələ surəsində (99-cu surə) deyilir ki, vaxt gələr, insanlar öz işlərinin əvəzini görərlər. Zərrə qədər olsa belə, yaxşılıq eləmiş kəs öz əməlinin savabını görər, zərrəcə pislik eləmiş kəs isə öz əməlinin çəzasını çəkər. Bu baxımdan fikirləşəndə Mehriban xanım Əliyevanın dağlar qədər savab sahibi olduğu gün kimi aydın məsələdir. Xalq üçün gərəkli fəaliyyət göstərən, Azərbaycan xanımına yeni nüfuz və imic qazandıran Mehriban Əliyeva, eyni zamanda Azərbaycan qadınına iftixar hissi də gətirir.
Xalq qəzeti”, 18 iyul 2006-cı il


YAP QADINLARI CƏMİYYƏTİN

APARICI QÜVVƏSİDİR
Artıq bu gün hər birimiz inamla deyə bilərik ki, müstəqil ölkəmiz qətiyyətli addımlarla növbəti zəfərlərə, qələbələrə doğru irəliləməkdədir. Ötən illər ərzində respublikamız dövlət quruculuğunda, iqtisadi və sosial, eləcə də digər sahələrdə böyük uğurlar qazanıb, mürəkkəb siyasi və sosial problemləri həll edib. Nəticədə uğurlarla yanaşı, cəmiyyətimiz siyasi sabitlik, iqtisadi artım əldə edib. Bu gün ölkəmizdə artan templə gedən tərəqqi faktoru bütün dünyanı, beynəlxalq aləmi heyran qoymaqdadır.

Ancaq belə bir əhəmiyyətli məsafənin qət edilməsi arxasında bir çox əziyyətlərin, keşməkeşli yolun dayanması da heç kimə sirr deyildir. Yəni qeyd edilən nəhəng uğurlar Azərbaycan xalqına və cəmiyyətinə heç də asan başa gəlməmişdir. Geridə qoyduğumuz 20 ildə xalqımız Ulu öndər Heydər Əliyevin şah əsəri olan Yeni Azərbaycan Partiyasının sayəsində gərgin mübarizə və quruculuq yolu keçib. Bu yolda vətənpərvər övladlarımız cəbhədə müqəddəs torpaqlarımızın azadlığı uğrunda canlarından, qanlarından keçmiş, xalqını sevən insanlar müstəqilliyimizin ziddinə olanlara, siyasi avantürizmə qarşı gərgin mübarizələr aparmışlar. Ancaq belə bir mübarizəni aparmaq üçün, əlbəttə ki, bir Öndər, bir xalq ağsaqqalı lazım idi. Yoxsa həmin mübarizədə zəfər qazanmağın mümkünsüzlüyü günü-gündən daha aydın görünürdü. Və belə bir çətin anda mübarizənin ön xəttində məhz Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev dayandı. Bu çətin dövrdə yenicə yaradılmış Yeni Azərbaycan Partiyası prinsipial rol oynayaraq böyük öndər Heydər Əliyevin milli xilaskarlıq missiyasının həyata keçirilməsində ona ən fəal yardımçı oldu. Belə bir partiyanın tarix səhnəsinə gəlməsi zərurətdən doğan amil olaraq ictimai ehtiyacların obyektiv tələbatına real cavab idi. Parçalanmaq, məhv olmaq təhlükəsi ilə üz-üzə dayanan cəmiyyət özünümüdafiə instinkti əsasnda vəziyyətdən çıxış yolu axtararaq Heydər Əliyev fenomeni üzərində təkid və inadla dayandı. Müdrik siyasətçi, təcrübəli dövlət xadimi isə bu partiya vasitəsilə Azərbaycanı düşdüyü bəladan xilas etməyin həqiqi yolları, milli birliyə və siyasi sabitliyə nail olmaq vasitələri haqqında fikir və düşüncələrini xalqa çatdırmaq imkanı əldə etdi.

Artıq möhtəşəm 20 ilini geridə qoyan YAP o dövrdə ölkənin istinadgahı, dayağı kimi özünü Azərbaycanın xilasına həsr etməyi bacaran insanların bir araya gəldiyi qürur mənbəyi timsalında yaranmışdı. YAP-ın təsis olunması və Ulu öndərin rəhbərliyi altında ölkəmizin böyük ziyalılarının bir araya gəlməsi çox mürəkkəb durumda olan dövlətimizin gələcəyi baxımından da mühüm hadisə idi. YAP yaranandan dərhal sonra bütün fəallarımız, ziyalılarımız, cəmiyyətin hər tə­bə­qəsindən olan insanlar, o cümlədən qadınlarımız mütəşəkkil şəkildə partiyanın sıralarına gəldi. Ümumiyyətlə, Ulu öndər Heydər Əliyevə qədər Azərbaycan qadınını böyük işlərə ruhlandıran, onları dövlət idarəçiliyinə cəlb edən ikinci dövlət başçısı olmayıb. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli liderimiz onların milli xü­susiyyətlərini olduqca yüksək dəyərləndirib. Təsadüfi deyil ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışın­dan sonra qadınlarımızın ictimai-siyasi həyata transformasiyası, onların dövlət idarəçiliyində təmsilçiliyi, xanımlarımızın bütün sahələrdə kişilərlə bərabər hüquqlara malik olması dövlət idarəçiliyi kursunun prioritet istiqamətlərindən birinə çevrilib.

Belə bir əhəmiyyətli məqamda Ümummilli lider daha bir önəmli ideya ilə çıxış edərək, tarixi bir addım atdı. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1995-ci ildə YAP Qadınlar Şurası yaradıldı. Belə bir addımın atılması qadınların partiyaya axınını sürətləndirdi. Bu təşəbbüsdən böyük vüsət alan qadınlarımız ictimai fəaliy­yət­lə­rini məhz Yeni Azərbaycan Partiyasında davam etdirməyi özləri üçün şərəf hesab etdilər.

Bizim - Azərbaycan qadınlarının doğrudan da, geniş potensialı var. Yeni Azərbaycan Partiyasının sıralarında birləşən qadınla­rı­mızı məhz bir amal birləşdirir - Dövlətimizi daha da inkişaf et­dir­mək, ölkədə sabitliyi, əmin-amanlığı qorumaq, övladlarımızın xoşbəxt gələcəyini təmin etmək! Qədim yunan filosofu Aristotelin belə bir kəlamını xatırlatmaq yerinə düşərdi: "İnsan öz səadətini arzularında yox, potensialında axtarmalıdır." Bizim doğrudan da geniş potensialımız var. Mən bu fikri söyləyərkən təkcə yeraltı və yerüstü sərvətlərimizi, münbit torpaqlarımızı deyil, həm də bütün bu bolluğun xalqın rifahı naminə istifadə olunmasına şərait yaradan dəyərli insanları nəzərdə tuturam. Cəmiyyətin tərəqqisi üçün yorulmadan çalışan Azər­baycan analarını, qadınlarını nəzərdə tuturam. Bu gün biz qadınların taleyinə Azərbaycan tarixinin ən maraqlı, qızıl hərflərlə yazılmış dövrünün şahidi olmaq qisməti düşüb. Müstəqil Azərbaycanın gündən-günə tərəqqi etməsi, iqtisadi inkişafımızın tempi, ölkəmizin dünyanın sivil ölkələri sırasında mühüm yer tutması, milli-mədəni irsimizin dünyaya çatdırılması, ədəbiyyatı­mızın öz əlifbamız ilə nəşr olunması, təhsilə yeni yanaşmaların təşəkkülü, səhiyyəmizin inkişafı bizim gözümüz önündə baş verir. Bəlkə elə buna görə də yaşadığı zamanın və məkanın xarakterindən asılı olmayaraq, qərinələr boyu əxz etdiyi milli-mənəvi dəyərlərini, mental xüsusiyyətlərini qoruyub saxlayan Azərbaycan qadını gələcək taleyini daim inan­dığı, etimad bəslədiyi siyasi qüvvəyə etibar etmək istə­miş­dir.

Mürəkkəb ictimai-siyasi, sosial-iqtisadi və mənəvi problemlərin doğurduğu sıxıntılara baxmayaraq, mərd və mübariz Azərbaycan qadını bu gün, yəni üçüncü minilliyin ilk onilliyində dünya qadınlarının qabaqcıl dəstəsi ilə bir sırada addımlayır. Qadınlarımız kişilərlə çiyin-çiyinə çalışır, qurub-yaradır, dəhşətli müharibənin xalqımıza vurduğu yaralara, zərbələrə dəyanətlə, ləyaqətlə dözür, vətən, el-oba, doğma ocaq həsrəti çəkir, lakin yeni əsr, yeni zamanla üz-üzə durduğu indiki dövrün məna və məsuliyyətini, mahiyyət və məqsədini unutmur. Çünki bu gün yaşadıqları ölkədə Azərbaycan qadınları üçün tariximizin heç bir mərhələsində görünməmiş imkan - qurmaq, idarə etmək, özünü sübuta yetirmək imkanı yaranmışdır.

Azərbaycan qadınları cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak etmək, fəallıqlarını artırmaq istədiklərini bir daha nümayiş etdirdilər. Məhz bu istək və zərurətin nəticəsi kimi Ulu öndərimiz Heydər Əliyev 2000-ci il martın 3-də "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçilməsi haqqında" Fərman imzalamışdır. Fərmanda qadınların bugünkü in­ki­şaf, tərəqqi dövrünə qədər keçdiyi gərgin, keşməkeşli mübarizə yo­luna diqqətlə nəzər yetirilmiş, respublikamızın mötəbər və möh­tə­şəm qadın hərəkatının fəaliyyətinə yüksək qiymət verilmişdir.

1995-ci ildən başlayaraq Azərbaycanda qadın problem­lə­ri institu­­sional səciyyə daşımağa başlamış, elə həmin il müs­tə­qil Azərbaycan dövləti BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması" haqqında Kon­vensiyaya qoşulmuşdur. 1998-ci ilin 14 yanvarında isə Ulu öndərimiz Heydər Əliyev Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması barədə Fərman imzalamış, bu qurum geniş səlahiyyətlərlə təmin edilmiş, həmin il müstəqil Azərbaycan Respublikasında qadınların ilk qurultayı keçirilmişdir. "Qadınların adları və xidmətləri bizim tariximizin səhifələrində qızıl hərflərlə yazılmışdır. Ancaq XX əsrdə Azərbaycan qadınının keçdiyi yol, əldə etdiyi nailiyyətlər həqiqətən dünya miqyasında bizim üçün iftixar mənbəyinə çevrilmişdir. İndi biz hədsiz iftixar hissi ilə deyə bilərik ki, cəmiyyətimizin hər bir sahəsində qadınlar böyük rol oynayır" -Ümummilli liderimiz Heydər Əliyevin həmin qurultayda söylədiyi bu fıkirlər qadınlarımıza verilən ən yüksək qiymətdir.

Azərbaycan qadınları həmin qurultayla cəmiyyətin ictimai-siyasi həyatında yaxından iştirak etmək, fəallıqlarını artırmaq istəklərini bir daha nümayiş etdirdilər. Qurultayın qərarlarında diqqəti çəkən məqamlardan biri də qadın siyasətinin artıq yetkinləşməsi və gerçəkləşməsi tələbatı oldu. Eyni zamanda, Nazirlər Kabinetinə respublikada gedən iqtisadi islahatlar çərçivəsində həyata keçirilən işlərdə gender siyasəti tələblərini rəhbər tutmaqla qadınlar üçün kişilərlə bərabər imkanların yaradılmasını təmin etmək tapşırığı verildi. Məlum Fərman dövlət həyatının bütün sahələrində qadınlarımızın öz müqəd­dəratını təyin etməsinə əlverişli şərait yaratdı, həmçinin gender tarazlığına nail olmaq istiqamətində operativ tədbirlərin görülməsini təmin etdi. Son 20 ildə qadınların dövlət qurum­larında və ümumiyyətlə, ictimai-siyasi həyatda təmsil olunmaq imkanlarının əhəmiyyətli dərəcədə genişlənməsi də məhz Ulu öndərimizin əsasını qoydu­ğu liberal gender siyasəti nəticəsində mümkün olmuşdur. Fərmanın tələblərindən biri də o idi ki, qadınların rəhbər vəzifələrdə kişilərlə bərabər səviyyədə təmsilçiliyi təmin edilməlidir.

Azərbaycan qadını bu gün demokratik inkişaf, hüquqi dövlət quruculuğu yolunda sürətlə irəliləyərək sivil dəyərləri əxz edən Azərbaycan cəmiyyətinin həyatına Birinci Xanım ənənələrini də gətirmişdir. Əslində, nə vaxtsa çağdaş dünyanın bi­zim dövlətçilik irsimizdən mənimsədiyi, tarixin hansı əyya­mında isə unutduğumuz bu ənənələrin müstəqil Azərbaycan dövlətində yenidən bərpası faktı Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın adı ilə bağlıdır. O həm rəsmi bir şəxs, həm Azər­baycanın milli dəyərlərinin davamçısı, həm də bir saylı xeyriyyəçi kimi bütün layihələrində müqəddəs analığın xidmətindədir.

Ulu Öndər Heydər Əliyevin ideyaları, inkişaf və tərəqqi xətti bu gün də bir mayak kimi xalqımızın yoluna nur saçır, gələ­cəyimizi müəyyənləşdirir. Bu gün Ümummilli lider Hey­dər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin atdığı addımlar hər bir Azərbaycan vətən­daşın­da qürur, fərəh, şərəf hissi yara­dır. Ölkə rəhbərinin 6 fev­ral 2006-cı il Fərmanı ilə Qadın Prob­lem­ləri üzrə Dövlət Komitəsinin səlahiyyətləri genişləndirilərək Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi statusunu almışdır. Bu illər ərzində Komitənin işi respublikada qadın hərə­ka­tını güc­lən­dirmiş, dövlət siyasətinə uyğun olaraq qadınların işlə tə­min olunmasına, məşğulluq strategiyası istiqamətində layi­hə­lə­rin hə­yata keçirilməsinə, gender prinsiplərinə diqqət yetirilməsinə, qa­­dın və uşaq hüquqlarının qorunmasına, qadınlarımızın zəkalı, mü­tərəq­­qi, istedadlı vətəndaşlar kimi bütün dünyaya tanıdıl­ma­sı­na rəvac verən tədbirlər keçirmişdir.

Bu gün qadınlarımız partiyamızın həyatında fəal rol oyna­maq­­la ya­naşı, ictimai-siyasi proseslərdə də yaxından iştirak edirlər. Məsələn, son bələdiyyə seçkilərində YAP-çı qadın­ların aktivliyi bir daha onların siyasi proseslərdəki rolunu kifayət qədər təsdiqləyib. Hazırkı vəziyyəti ötən illərin səviyyəsi ilə mü­qa­yisə edəndə, 2009-cu il seçkilərində qadınların təmsilçiliyinin əhəmiy­yətli dərəcədə artdığını görərik.

Daha bir məqama diqqət yetirək. Əgər əvvəllər bələdiy­yələrdə qadınların təmsilçiliyi 3-4 faiz təşkil edirdisə, son seçkilərdən sonra xanım bələdiyyə üzvlərinin sayı təxminən 30 faizi əhatə etdi. Bu faiz göstəricilərinin hər birində təbii ki, Yeni Azərbaycan Partiyasının qüdrəti və nüfuzu dayanıb. Artıq bələdiyyə üzvləri ilə yanaşı, bir neçə bələdiyyələrə rəhbərlik edən qadın sədrlər öz işlərinin öhdəsindən layiqincə gəlirlər.

Eyni zamanda, dördüncü çağırış Milli Məclisin tərkibində partiyamızı təmsil edən 20 qadın millət vəkilimiz var ki, bu da keçən çağırışdakından çoxdur. İnanırıq ki, qadınlarımız bu etimadı öz fəaliyyətləri ilə doğruldacaq, bir-birindən əhəmiyyətli qanunların qəbulunda fəal mövqe nümayiş etdirəcəklər. Parlamentdə qəbul olunan hər bir qanun sözsüz ki, müxtəlif sahələri əhatə edəcək, bundan sonra da inkişafa, tərəqqiyə, insanların sosial rifah halının yaxşılaşmasına xidmət edəcəkdir. Bu seçkilərdə qələbə qazananlar arasında qadınları görəndə, bundan fərəhlənir, qürur hissi keçiririk.

Əlbəttə ki, bütün bu uğurlara, məhz əsası Ulu öndərimiz tərəfindən qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində nail olunub. Eyni zamanda, bu amil həm də çağdaş Azərbaycan qadınının heç də kişilərdən geri qalmamasının bariz göstəricisidir.

Son olaraq daha bir faktora nəzər salaq. Yuxarıda vurğuladığımız kimi, Azərbaycan qadınının, xüsusilə ictimai-siyasi həyatda fəaliyyyəti ilə seçilən YAP-çı qadınların əldə etdikləri uğurların təməlində xalqımızın Ümummilli lideri Heydər Əliyevin qurduğu qadın siyasəti amili dayanır. Daha dəqiq desək, Ulu öndər Heydər Əliyev Azərbaycan qadınına bəslədiyi böyük hörmətlə yanaşı, onun cəmiyyətdə layiqli yerini tutması üçün əzmlə çalışıb, bu zərif zümrənin YAP-ın həyatında da fəal iştirakını təmin edib. Qadınların hər zaman aparıcı qüvvə olduğunu bildirən Ümummilli liderimiz onların milli xüsusiyyətlərini olduqca yüksək dəyərləndirib: "Azərbaycan qadını tarix boyu öz ağlı, zəkası, namusu, qeyrəti, isməti, fədakarlığı, çalışqanlığı, mərdliyi, vətənpərvərliyi ilə, millətinə, torpağına olan hədsiz məhəbbəti və gözəlliyi, Azərbaycan xalqının milli xüsusiyyətlərinə sadiqliyi ilə tanınmışdır. Qadın ailə saxlayan bir insandır. Ona görə də, bütün qadınlar bizim cəmiyyətdə çox əhəmiyyətli rol oynayırlar. Mən bunları deyərək, qadınların bizim üçün nə qədər əziz olduğunu bir daha bəyan etmək istəyirəm.”

Belə bir tarixi bayram əhval-ruhiyyəsində mən də Yeni Azərbaycan Partiyasının bütün dəyərli üzvlərini səmimi qəlbdən, qürur və şərəf hissi ilə təbrik edirəm. Ulu öndər Heydər Əliyevin irsinə, ideyalarına öz əqidələri ilə xidmət edən, dönməzlikləri ilə şərəf yolu keçən hər bir partiya üzvünün bayramı olan bu tarixi gündə arzu edirəm ki, Yeni Azərbaycan Partiyasının adı Ulu öndər Heydər Əliyevin adı kimi əbədi olaraq tarix salnaməsinə qızıl hərflərlə həkk olunsun. Çünki Yeni Azərbaycan Partiyasının üzvü olmaq şərəfdir! Yeni Azərbaycan Partiyasını təmsil etmək qürurdur! Əqidəli Yeni Azərbaycançı olmaq ali mənəviyyat və yüksək ləyaqətdir! Yeni Azərbaycan Partiyası isə sarsılmaz qaladır. Bu sarsılmazlığa heç bir qüvvə güc nümayiş etdirmək əzmində ola bilməz. Yaşasın Yeni Azərbaycan Partiyası!
Səs” qəzeti, 21 noyabr 2012-ci il.
MİLYONLARIN İNAM VƏ ETİMAD ÜNVANI

Yeni Azərbaycan Partiyasının 20 illik fəaliyyətinin ən böyük uğuru müstəqil və inkişaf edən Azərbaycandır
Tarix dediyimiz mücərrəd həyat faktı öz ardıcıllığında adi təqvim günləri ilə yanaşı, bütövlükdə xalqların və dövlətlərin taleyini müəyyən edən əhəmiyyətli dönəmləri konkretləşdirir. Öz mahiyyətində minillərin təkamül və mübarizələrinin bütöv nəticəsini ehtiva edən bu mərhələlər qarşıdakı həyat yolları üzərində dəqiqləşdirmə aparmaq üçün cəmiyyətlərə verilmiş ani seçim imkanıdır. Millətin, dövlətin gələcək məğlubiyyət və ya uğurlarını, ətalət və ya intensiv inkişafını məhz bu dönəmlərdə edilən tarixi seçimin məzmunu şərtləndirir. Bu nöqteyi-nəzərdən əminliklə deyə bilərik ki, yaranmasının 20-ci ildönümünü qeyd edən Yeni Azərbaycan Partiyası da obyektiv tarixi seçimin nəticəsi kimi siyasi həyata vəsiqə almış, müdrik xalqımız üzləşdiyi çətin sınaqdan üzüağ çıxaraq taleyini "Heydər Əliyev partiyası"na etibar etmişdir.
İntibah salnaməsinin müəllifi

Əsl həqiqət müqayisədə üzə çıxır və elə bu həqiqət işığında da tarixin hər səhifəsinə, keçmişin və bugünün gerçəkliklərinə doğru-dürüst qiymət vermək imkanı yaranır. Çətin və keşməkeşli, fəqət şərəfli müstəqillik tariximizin son 20 ildəki uğur salnaməsinin müəllifinə çevrilmiş YAP-ın iqtidar partiyası kimi əldə etdiyi uğurlara nəzər salarkən qəlbimiz qürur hissi ilə dolur. Bəli, 20 ilə yaxın müddətdə fəxarətlə qarşılaya biləcəyimiz uğurlarımız həddən ziyadə çoxdur. İllərin müqayisəsi fonunda hansı ağır sınaqlardan, çətinliklərdən, təlatümlərdən çıxdığımızın daha çox fərqində oluruq. Geridə qalan illər tarix baxımından böyük olmasa da, xaosdan sabitliyə, tərəqqidən inkişafa, səfalətdən rifaha keçidin möhtəşəm salnaməsini özündə əks etdirir.

İstər-istəməz buna adət etmişik - günlərimiz vaxtla mübarizədə keçir. Nə yazıqlar ki, bu mübarizədə bəzən özümüzü məğlub hiss etməli olmuşuq. Zamanın nəbzini tutmaq sələflərimiz üçün qərinələr boyu müşkülə çevrilib. İnkişafa, müasirlik və tərəqqiyə meyillilik bir xalq kimi ruhumuzda olsa da, onilliklər boyu "gedən qatarın" arxasınca həsrət və nisgil dolu nəzərlərlə baxmışıq. Lakin şükürlər ki, o əyyamlar artıq geridə qalıb. Hər bir uğuru ilə öyündüyümüz müstəqil Azərbaycan məhz YAP-ın milli mənafelərə əsaslanan idarəetmə strategiyası nəticəsində sürətli inkişafı ilə sanki zamanı da qabaqlayır. Ola bilər ki, kimlərsə bunu adi, qanunauyğun hal kimi qarşılasınlar. Təbiidir, insan bəzən öz taleyində yaşadığı, içərisində olduğu yenilikləri nəinki tam mahiyyəti üzrə dəyərləndirə bilmir, hətta bunlara vərdiş edir. Bir zamanlar əlçatmaz olan, xəyal kimi görünən iri layihələrin ani bir zamanda real həyata vəsiqə alması, şəhərlərimizin, rayonlarımızın, hətta kəndlərimizin sürətlə abadlaşaraq göz oxşaması, insanların yaşayış səviyyəsinin ildən-ilə yaxşılaşdırılması çoxlarımız üçün adiləşib.

Bəli, hər uğuruna ürəkdən sevindiyimiz doğma vətənimiz YAP-la bərabər çox böyük yol qət edib. Azərbaycanın bölgələri hazırda böyük tikinti meydanını xatırladır. Regionlarda yüksək zövqlə aparılan abadlıq-quruculuq işləri zahiri görüntüyə hesablanan, kampaniya xarakteri daşıyan tədbirlərdən kəmiyyət və keyfiyyətcə fərqlənir. Rayonlara, hətta kəndlərə şəhər simasının gətirilməsi əyalət insanlarının ümumi mənəvi-psixoloji ovqatını, gələcəyə inam hissini yüksəldir. Yeni inşa edilən sosial infrastruktur obyektləri - təhsil, səhiyyə, mədəniyyət müəssisələri yerlərdə mədəni-intellektual səviyyəni yüksəldir, mənəvi iqlimi saflaşdırır.

Hələ son illərin Bakısını demirəm! Xüsusən gecə saatlarında nura qərq olan paytaxtımızın müasirliyini, gözəlliyini qəlbən, ruhən duymaq, həm də qısa zamanda görülən işləri dəyərləndirmək üçün, yetər ki, bir neçə gün doğma şəhərdən ayrı düşəsən. Bax onda şəhərin necə sürətlə inkişaf etdiyinin və müasirləşdiyinin daha çox fərqində olursan. Bəli, doğma paytaxtımız müasirliyinə görə bu gün heç bir Avropa şəhərindən geri qalmır.

YAP və onun alternativsiz lideri - möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında əldə olunan böyük uğurlar insanlarda gələcək barədə nikbin təəssürat və daxili əminlik doğurur. Çətin günlərimiz çoxdan geridə qalıb. Üfüqdə sürətlə müasirləşən, iqtisadi uğurları, demokratikləşmə səviyyəsi ilə dünya arenasında layiqli mövqeyini təmin edən, inkişaf etmiş ölkələrlə bir sırada dayanan qüdrətli Azərbaycan görünür!


Ümidləri doğruldan seçim

Dövlət müstəqilliyinin ilk illərində yaşadığımız ağrılı problemlər indi yaddaşımızın acı xatirəsinə çevrilib. Ötən əsrin 90-cı illərinin əvvəllərindən fərqli olaraq, bu gün heç kim respublikamızın müstəqilliyi ilə bağlı hansısa bədgüman fikirlərə düşmür, sovet dövrünün "nostalgiyası" ilə yaşamır. Düşünürəm ki, sadaladığım və tam əksəriyyətinə hələ toxunmadığım uğur və nailiyyətlərin əsasında bir vacib məqam dayanır - lider amili!

Tarixi gerçəkliklər sübut edir ki, siyasi liderin və onun rəhbərlik etdiyi siyasi təşkilatın idarəetmə qabiliyyətindən ilk növbədə dövlətin və xalqın taleyi asılıdır. Hər bir xalqın milli özünütəsdiqinin parlaq ifadəsinə çevrilmiş müstəqil dövlətçilik konsepsiyası da məhz fenomenal liderlərin adı ilə bağlı olur. Rusiya üçün belə lider əgər Böyük Pyotrdursa, Hindistan üçün Mhatma Qandi, Çin üçün Mao Tszedun, qardaş Türkiyə üçün Mustafa Kamal Atatürk, Azərbaycan üçün isə Heydər Əliyevdir! Böyük strateq 40 illik siyasi fəaliyyəti dövründə üzləşdiyi bütün çətinlikləri, maneələri, problemləri, hətta uğursuzluqları mətinliklə dəf edən, məğlubiyyət sözünü yaxına buraxmayan, inamlı addımları ilə Azərbaycanın dövlətçiliyini məhv olmaqdan xilas edən millət fədaisi, sərkərdə və lider kimi xatırlanır.

Tarixin böyük sınaqları ilə üzləşən Azərbaycan xalqı ötən əsrin sonlarında məhz 70-80-ci illərdə formalaşmış möhkəm iqtisadi təməl üzərində dövlət müstəqilliyini bərpa etdi. Fəqət, müstəqilliyin ilk illərində yaşanan sarsıntılar xalqa böyük acılar, ağrılar yaşatdı. Respublikada 1991-ci ildən 1993-cü ilin iyununadək hökm sürən xoşagəlməz durumu bu gün hər bir azərbaycanlı ürək ağrısı ilə xatırlayır. Məhz belə bir mərhələdə cəmiyyətin üzdə olan ziyalılarının, reallığı düzgün dəyərləndirən çoxsaylı insanların ümid dolu nəzərləri yenidən Heydər Əliyev fenomeninə yönəldi. Azərbaycanın taleyini düşünən insanlar ölkəni böhrandan çıxara biləcək yeni bir partiya yaratmaq təşəbbüsü ilə çıxış edərək Heydər Əliyevin ətrafında birləşdilər. Azərbaycanın çoxsaylı ziyalı və sadə vətəndaşlarının müraciətləri ilə bir sırada keşməkeşli zamanın, çətin və mürəkkəb ictimai-siyasi proseslərin, xüsusən ağır vəziyyətə salınmış xalqın gələcək taleyinin Heydər Əliyev dühası tərəfindən nəzərə alınması isə YAP-ın yaranması ilə nəticələndi. Beləliklə, 1992-ci il noyabrın 21-də Heydər Əliyevin rəhbərliyi altında yeni partiyanın yaranması Azərbaycanın ən yeni tarixinin parlaq səhifəsinə çevrildi.

YAP-ın yaranmasının 20-ci ildönümü münasibətilə noyabrın 16-da "Buta" sarayında təşkil olunmuş tədbirdə dərin məzmunlu çıxış edən partiya sədri, möhtərəm Prezident İlham Əliyev demişdir: "Yeni Azərbaycan Partiyasının yaradılması Azərbaycanda, əslində, siyasi sistemin yaradılması demək idi. Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq. Yeni Azərbaycan Partiyası və onun nümayəndələri bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanmışlar. Bu, partiyamızın ümummilli partiya olduğunu bir daha sübut edir".
Davamlı inkişafa təminat yaradan ideologiya

Antik yunan filosofu Demokrit zamanında yazırdı ki, siyasət insanları inandırmaq, müəyyən məqsədlər naminə səfərbər etmək, onların şüuruna təsir göstərmək vasitəsidir. Siyasi liderin və onun rəhbərlik etdiyi partiyanın etimad qazanmaq üçün seçdiyi vasitə nə qədər dürüst və saf olarsa, xalqın onlara ictimai inamı da bir o qədər güclü olar. Bu mənada YAP-ın siyasi partiyalar tarixində nadir hadisə sayılan qısa zaman kəsiyində - 7 ay sonra Azərbaycanda hakimiyyətə gəlişi Heydər Əliyev şəxsiyyətinə olan yüksək ictimai inamın, etimadın təzahürü idi. 1993-cü ilin iyununda, kifayət qədər mürəkkəb bir mərhələdə xalqın səsinə səs verən, məsuliyyəti üzərinə götürməkdən çəkinməyən lider yenə də Heydər Əliyev oldu. Ulu öndər Azərbaycan rəhbərliyinə sanki yeni ruh, nəfəs kimi qayıtdı, dövləti parçalanmaqdan, xalqı vətəndaş müharibəsindən qurtardı, ictimai-siyasi sabitliyi, qanunçuluğu bərpa etdi.

Ötən 20 ildə böyük uğurlara imza atmış YAP ideyalarının xalqa daha cəlbedici və yaxın olması ilə ölkənin siyasi taleyində mühüm rol oynamaq qüdrətini tam təsdiqlədi. Ulu öndərin yeritdiyi siyasət hər bir fərdin maraq və mənafeyini özündə ehtiva etdiyindən, qısa zamanda cəmiyyətin ən müxtəlif zümrələrinin, xüsusən də həssas təbəqə olan gənclərin və qadınların YAP-a sürətli axını başladı, onların ictimai-siyasi həyatda fəallığı əhəmiyyətli dərəcədə artdı. 1995-ci ildə YAP Qadınlar Şurasının yaradılması bizim milli mentalitetimizə uyğun bir hadisə - qədim ənənəvi dəyərlərdən cəmiyyətimizi saflaşdırmaq və möhkəmləndirmək üçün istifadə etmək təşəbbüsü oldu.

YAP-ın iqtisadi plaftormasına uyğun olaraq 90-cı illərin ortalarından başlayaraq yeni dövrün tələbinə uyğun islahatların həyata keçirilməsinə başlanıldı. Ölkədə azad bazar iqtisadiyyatı prinsipləri sürətlə bərqərar oldu. Ölkəmizin yerli xüsusiyyətlərini, təbii sərvətlərini, coğrafi şəraitini nəzərə alan Heydər Əliyev Azərbaycanın milli iqtisadi inkişaf strategiyasını irəli sürdü. Yeni neft strategiyasını uğurla gerçəkləşdirdi, "Əsrin müqaviləsi"nin imzalanmasına nail oldu. Azərbaycana xarici investisiyaların cəlb edilməsi üçün geniş təşviqat apardı. Neft-qaz sənayesinin modern texnologiya ilə yenidən qurulmasını təmin etdi. Özəlləşdirmə prosesini uğurla başa çatdırdı, torpağı əsl sahibinə - kəndliyə qaytardı. İş adamlarının fəaliyyəti üçün geniş imkanlar açdı. Müasirləşməyə xidmət edən siyasətin digər sahələrdə də uğurla davam etdirilməsi 1997-ci ildən pozitiv nəticələrə yol açmağa başladı.

Heydər Əliyev siyasi kursu Azərbaycanı davamlı iqtisadi inkişaf yoluna çıxarmaqla yanaşı, cəmiyyətin bütövlüyünü, həmrəyliyini təmin etdi. Ulu öndər özünün milli birlik və həmrəylik konsepsiyasını partiyanın proqramında dolğun şəkildə ifadə etmişdi. YAP-ın indi də qüvvədə olan həmin proqramında göstərilir ki, "partiya insanlardan fəal vətəndaş mövqeyi tutmağı, müstəqil və sərbəst düşünməyi, milli mənəvi dəyərlərin, adət-ənənələrin qorunması və ümumbəşəri dəyərlərlə daha da zənginləşdirilməsi məqsədi ilə yaradılan ictimai təşkilatların, hərəkatların və birliklərin işində yaxından iştirak etməyi vacib hesab edir... Yeni Azərbaycan Partiyası əsas mövqelər üzrə razılıq əldə olunan bütün ictimai təşkilatlarla və partiyalarla fəal əməkdaşlıq etməyi özünün əsas prinsiplərindən biri hesab edir. Partiyanın bu yönümdə əsas şüarı - müxalifət naminə müxalifət olmamaqdır və hansı sahədə fəaliyyət göstərməsindən asılı olmayaraq, xalqa, dövlətə xidmət göstərməkdir".

Məhz bu platforma ötən əsrin 90-cı illərinin əvvəllərində qütblərə bölünmüş cəmiyyətin monolitliyini təmin etdi. YAP-ın platformasında xüsusi yer almış azərbaycançılıq ideologiyasının tarixən formalaşmış komponentlərini sistem halına salan ulu öndər onu milli ideologiya şəklində cəmiyyətə təqdim etdi. Dövlətçilik, vətənçilik, türkçülük, müasirlik kimi dəyərləri özündə birləşdirən bu mükəmməl ideologiya xaricdə yaşayan soydaşlarımız üçün də istinad mənbəyinə çevrildi. Partiyanın proqramında vurğulandığı kimi, azərbaycançılıq ideologiyası geniş profilli, dövlət quruculuğunun bütün sahələrini əhatə edən konsepsiya, həmçinin milli intibahımızın ən dəqiq və doğru müəyyənləşdirilmiş konseptual istiqamətidir. Bir sözlə, YAP-ın ideoloji istinadgahı olan azərbaycançılıq ideologiyası artıq milli inkişafın praktik modeli kimi qəbul olunaraq, dövlətçilik nəzəriyyəsinin təkmil konsepsiyasına çevrilib. Müstəqilliyin ilk illərindən etibarən daim aktual olan "Yolumuz haradır və hansı potensialla irəliləyirik" sualına cavabı məhz bu konsepsiyanın müddəalarında tapmaq olur.



Milli-mənəvi dəyərlərə yüksək sadiqlik nümunəsi

Böyük strateq Heydər Əliyev müstəqil dövlət quruculuğu prosesinin zəruri tərkib hissələrindən biri kimi hələ 70-80-ci illərdə respublikada formalaşdırdığı zəngin elmi-intellektual potensiala istinad edərək özünün mükəmməl elm və təhsil konsepsiyasını irəli sürdü, milli tərəqqi baxımından strateji əhəmiyyət daşıyan bu sahələrin problemlərini diqqət mərkəzində saxladı. Heydər Əliyevin mənəvi və intellektual yüksəlişə xidmət edən siyasəti əslində Yeni Azərbaycan Partiyasının da proqramında dolğun əksini tapmışdır: "Yeni Azərbaycan Partiyası özünün mənəvi inkişaf sahəsindəki başlıca vəzifəsini milli dövlətçilik təfəkkürünə, zəngin, mənəvi, elmi-intellektual potensiala malik olan, zəhmətsevər, humanist, vətənpərvər və ictimai cəhətdən fəal Azərbaycan vətəndaşı tərbiyə etməkdə görür. Partiya bu vəzifələri həyata keçirmək üçün sosial mədəni həyatın əsas sahələrini elmin, təhsilin və mədəniyyətin inkişafını, gənc nəslin tərbiyəsini ümumxalq və ümumdövlət işi səviyyəsinə qaldırmağı və bu istiqamətdə səmərəli dövlət siyasətinin həyata keçirilməsini zəruri hesab edir".

Ümummilli liderin milli mədəniyyətə, incəsənətə, ədəbiy­yata, ana dili məsələlərinə xüsusi qayğı ilə yanaşması həm də mənəvi irsə qayğı siyasətinin mahiyyətindən irəli gəlirdi. Sovet Azərbaycanına rəhbərliyi dövründə formalaşdırdığı mütərəqqi ənənəni davam etdirən Heydər Əliyev görkəmli şair və yazıçıların, elm, təhsil, incəsənət xadimlərinin yubiley­lə­rinin keçirilməsinə, ev-muzeylərinin yaradılmasına xüsusi diq­qətlə yanaşırdı. Bu, eyni zamanda, YAP-ın hazırda da qüvvədə olan proqramından irəli gələn qayğıkeş addımlar idi. Həmin proqrama görə, partiya insanları yaşamağa, işləməyə ruhlandıran, onların mühüm ilham mənbəyi olan ədəbiyyat və incəsənətin rolunun yüksəldilməsini, bu sahəyə dövlət qayğısının artırılmasını zəruri hesab edir. Partiya hesab edir ki, ədəbiyyat və incəsənət insanların bəşəri duyğularını və fikirlərini ifadə edir, onların zənginləşməsində, mənəvi tərbiyəsində mühüm rol oynayır. Partiya ədəbiyyat və incəsənətin inkişafına daim elə bir diqqət və qayğı ilə yanaşmağı tələb edir ki, o, xalqın həyatı ilə əlaqəni kəsməsin, gerçəkliyi düzgün və yüksək bədiiliklə əks etdirə bilsin. Yeni, qabaqcıl təcrübələr və tərəqqi ilhamla qələmə alınsın, cəmiyyətin irəliləyişinə mane olan nə varsa, hamısı hiddətlə ifşa olunsun. Yeni Azərbaycan Partiyası cəmiyyətin sağlamlaşmasına, insanların mənəvi təmizliyinə, islam dininin əsrlərin sınağından çıxmış mütərəqqi dəyərlərinin qorunmasına və yaşamasına da böyük önəm verir. Partiya ictimai davranışa, milli əxlaqa, adət-ənənələrə, mentalitetə zidd olan hallara qarşı ciddi barışmaz mübarizə aparır.

Xüsusi xatırlatmaq istərdim ki, ümummilli lider Heydər Əliyev cəmiyyətdə mənəviyyatın təntənəsi naminə gəncləri təhsilli, elmli və zəkalı görmək istəyir, bu məqsədlə bütün imkanları yaradırdı. Ulu öndərin Azərbaycan müəllimlərinin XI qurultayında məktəb tikintisi, təmiri və təchizatına yardım göstərilməsi ilə bağlı çağırışı cəmiyyətdə böyük əks-səda, canlanma yaratmışdı. Məhz həmin müraciətdən sonra ölkədəki xarici təşkilatlar və səfirliklər məktəb tikintisinə yardım et­məyə başladılar. Ümummilli liderin qayğısı nəticəsində təhsil sistemində yenilik və novatorluq dövrü başlandı, bu sahəyə ayrılan büdcə vəsaitləri ildən-ilə artırıldı.

YAP-ın sosialyönümlü siyasətinə yüksək sadiqlik nümayiş etdirən Heydər Əliyev Azərbaycan müəlliminin qayğılarını da diqqət mərkəzində saxlayırdı. Ulu öndər müəllimlərin uca və müqəddəs peşə sahibləri olduqlarını söyləyir, cəmiyyəti onlara qarşı sayğılı olmağa çağırırdı. Eyni zamanda Azərbaycan müəllimini müqəddəs peşəsinə sadiq olmağa, bu peşənin ucalığını qorumağa səsləyirdi. Ümummilli liderin təhsilə böyük diqqət və qayğısının nəticəsidir ki, bu gün ölkəmizdə vətənpərvər dünyagörüşlü və yüksək təhsilli gənclərimizin sayı xeyli artıb. Şübhəsiz, həmin gənclər Heydər Əliyevin şah əsəri olan müstəqil, sabit, qüdrətli Azərbaycanın gələcəyidirlər.

Ulu öndər Heydər Əliyev mənəvi tərbiyə məsələsini də Azərbaycan gəncliyi qarşısında dayanan mühüm prioritetlərdən hesab edirdi: "Gənclərimizin qarşısında duran ən əsas məsələlərdən biri mənəvi tərbiyə məsələsidir. Bilirsiniz, indi maddi çətinlik, maddi ehtiyaclar, şübhəsiz ki, cəmiyyətdə cürbəcür mənfi halların meydana gəlməsinə gətirib çıxarır. Ancaq gənclərimiz də bilməlidir, vətəndaşlarımız da bilməlidir ki, bu dövrün müvəqqəti çətinliklərinə dözmək lazımdır, mənəvi tərbiyəni daim aparmaq lazımdır və gənclərimizi yüksək mənəviyyat ruhunda tərbiyələndirmək lazımdır. Ümumbəşəri dəyərlər, Azərbaycan xalqının milli-mənəvi dəyərləri hər bir gənc tərəfindən mənimsənilməlidir. Mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Nə qədər var-dövlət olsa da, nə qədər pul olsa da, nə qədər zənginlik olsa da, mənəviyyat olmayan yerdə heç bir şey ola bilməz. Xalqımızın tarixinin əsasını təşkil edən bütün mərhələlərdə, keçmiş əsrlərdə yüksək mənəviyyat olmuşdur".


Yeni əsrin müasir ruhlu lideri

Ümummilli lider Heydər Əliyev bütün mənalı həyatı və şə­rəfli dövlətçilik fəaliyyəti müddətində yalnız Azərbaycanı dü­şün­dü, onun müasirləşməsinə, qüdrətlənməsinə, çiçək­lən­məsinə çalışdı. Dahi öndər Azərbaycanı daim inkişaf edən, müasir gör­mək istəyirdi. Elə bu məramla da xalqın gələcək taleyinə biganə qal­madı: müasirləşmə xəttini özündən sonra layiqincə davam etdirəcək müasir düşüncəli, yüksək idarəetmə və təşkilatçılıq qabiliyyətinə malik müasir ruhlu lider yetişdirdi. Əgər Heydər Əliyevin müasirləşmə siyasəti ötən əsrin 70-ci illərində Azərbaycanı keçmiş SSRİ-nin qabaqcıl ölkəsinə çevirdisə, eyni zamanda 90-cı illərdə xaos və tərəqqidən inkişafa doğru mükəmməl strategiyanı təmin etdisə, onun layiqli davamçısı cənab İlham Əliyevin yürütdüyü modernləşmə kursu respublikamızın milli inkişaf yolunu formalaşdırdı.

Möhtərəm Prezident İlham Əliyev ötən 9 ildə respublikanın inanılmaz uğurlarının əsas müəllifi kimi YAP-ın ümumxalq partiyası imicini daha da möhkəmləndirib. Azərbaycan Qərb dövlətlərinin onilliklər boyu adladığı inkişaf mərhələlərini qısa zamanda keçərək iqtisadi sahədə keçid dövrünü inamla başa vurub. İqtisadi islahatlarla yanaşı, ölkədə siyasi, hüquqi, mədəni islahatlar da uğurla davam etdirilir. Bütün bunlar isə partiyamızın cəmiyyətdəki mövqelərini, nüfuzunu daha da möhkəmləndirir. YAP-ın yaranmasının 20-ci ildönümü ilə bağlı "Buta" sarayında keçirilən tədbirdə cənab İlham Əliyev demişdir: "...Hər bir istiqamət üzrə möhkəm əsaslar qoyulmuşdur və biz bu gün bu əsaslar üzərində inkişaf edirik. Əlbəttə, Yeni Azərbaycan Partiyasının və onun üzvlərinin bu işlərdə çox böyük zəhməti, rolu olmuşdur. Mən çox şadam ki, partiyamız bu gün də inkişafdadır. Əlbəttə, mən çox sevinirəm ki, partiyamızın sıraları genişlənir. Eyni zamanda, gənc nəslin partiyamıza axını məni çox sevindirir. Yəni partiyamızın ideyaları, partiya üzvlərinin hərəkətləri, bizim ciddi siyasi məsələlərin həllində rolumuz, eyni zamanda, beynəlxalq nüfuzumuz, əlbəttə ki, cəmiyyətimizin üzvlərini partiyaya daxil olmaq üçün həvəsləndirir".

Dövlət başçısı İlham Əliyev cəmiyyətin iqtisadi inkişafı ilə ya­naşı, onun mənəvi-intellektual yüksəlişinin də təminatçısıdır. Eti­raf etməliyik ki, qloballaşma proseslərindən ən çox ziyan çə­kən milli mədəniyyət və digər milli dəyərlərdir. Çünki bu proses vahid dünya təsərrüfatı və iqtisadi sistemin yaradılmasından başqa, mənəvi, mədəni, siyasi, ictimai həyatın digər sahələrini də əhatə edir. Bəzən Qərbin kosmopolit və universal "dəyərləri" ən mükəmməl, mütərəqqi sivilizasiya kimi, həm də cəlbedici şəkildə təbliğ edilir. Beləcə, milli mədəniyyətin, dilin, dinin, adət-ənənələrin sıxışdırılmasına və milli şüurun kosmopolitləş­diril­məsinə cəhd göstərilir. Bu reallıqlardan çıxış edən ölkə başçısı milli-mənəvi dəyərləri qorumağın vacibliyini xüsusi önə çəkir.

Bu gün milli özünəməxsusluğu yabançı Qərb dəyərlərinin dağıdıcı təsirindən qorumaq istəyən Azərbaycan ilk növbədə cəmiyyətin təməli olan milli ailə institutunun tarixi ənənələr üzə­rində möhkəmlənməsinə çalışır. Ailəyə bağlılıq azər­bay­canlılarda tarixi kökdən, ənənələrdən, milli dəyərlərdən rişələnir. Azərbaycan Prezidenti İlham Əliyev ailə dəyərlərinə qəlbən bağlı lider kimi Azərbaycanda bu institutun möhkəmlənməsinə, problemlərinin həllinə çalışır. Dövlət başçısı hələ Nazirlər Kabinetinin 2009-cu ilin 1-ci rübünün yekunlarına həsr olunmuş iclasında demişdir: "Ailə və uşaq problemləri çox böyük əhəmiyyət daşıyır. Ailə dəyərləri xalqımız üçün həmişə çox doğma olub, çox əziz olub və deyə bilərəm ki, ailə dəyərləri əslində bizim milli dəyərlərimizdir. Azərbaycan dünya birliyinə inteqrasiya edir. Ölkəmizin inkişafı, müstəqilliyimizin daha da möhkəm­lən­diril­məsi üçün və milli dəyərlərin tam şəkildə bərqərar edilməsi üçün ailə dəyərləri daim yüksəklərdə olmalıdır".

Ailə dəyərlərinin mühafizəsi isə, ilk növbədə qadın adının uca tutul­masından, gender siyasətinin düzgün istiqamətlən­diril­məs­in­dən asılıdır. Hakimiyyətdə olduğu 19 il müddətində YAP hər za­man qadınlara yüksək ehtiram, qayğı, nəvazişlə yanaşıl­ma­sının, habelə onların cəmiyyət həyatında layiqli iştirakının təmin edilməsinin qarantı kimi çıxış edib. Xatırlatmaq yerinə düşər ki, ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra Azərbaycan qadını layiq olduğu uca mövqeyə yüksəlib. 1995-ci il noyabrın 12-də ümumxalq referendumu ilə qəbul olunmuş müstəqil Azərbaycanın ilk Konstitusiyasının 25-ci maddəsində kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı təsbit edilib. Əsas Qanunun qəbulundan sonra respublikamızda kişi və qadın bərabərliyinin təmini, gender balansının qorunması istiqamətində də mühüm addımlar atılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədi ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb.

Müstəqil respublikamızda qadın hüquqları bu gün də etibarlı şəkildə qorunur, yüksək səviyyədə müdafiə edilir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 6 fevral tarixli sərəncamı ilə gender sahəsində vahid dövlət siyasətini həyata keçirən komitənin adı dəyişdirilib, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılıb. Bu təşkilatın ümumən Cənubi Qafqazda gender sahəsində fəaliyyət göstərən yeganə dövlət strukturu olduğu da xüsusi qeyd olunmalıdır. 2006-cı ilin dekabrında Milli Məclisdə qəbul olunmuş "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanunu da respublikamızda qadınların hüquqlarının etibarlı müdafiəsi baxımından mühüm əhəmiyyətə malikdir.

Ümumilikdə YAP-ın da iştirakı ilə son illərdə ölkədə qadınların ictimai-siyasi fəallığı artırılıb, dövlət idarəçiliyi sistemində onların fəal iştirakı təmin edilib. Müxtəlif nazirliklər və icra hakimiyyəti orqanlarında qadınların hüquqlarının müdafiəsi ilə məşğul olan cavabdeh şəxslər təyin edilib. Qürurla deyə bilərik ki, 2010-cu ildə keçirilmiş parlament seçkilərinin nəticələrinə görə, YAP-ı Milli Məclisdə təmsil edən xanım deputatların sayı əvvəlki dövrdəki 7 nəfərdən 15 nəfərə yüksəlib.

YAP-ın ilbəil güclənməsi, sıralarının artması onun tərkibində qadınların rolunu da gücləndirir. Hakim partiyanın üzvü olan qadınlar idarəetmə orqanlarında, elm, təhsil, mədəniyyət müəssisələrində öncül sıralarda təmsil olunur, ölkəmizin inkişafına layiqli töhfələrini verirlər. Hazırda partiya üzvlərinin təxminən 47,8 faizini qadınlar təşkil edir. Bu baxımdan YAP Qadınlar Şurasının partiya fəaliyyətinin uğurla həyata keçirilməsində özünəməxsus yeri və rolu var. YAP Qadınlar Şurası seçki kampaniyalarının uğurla aparılmasında və partiya həyatı ilə bağlı digər tədbirlərdə daim yüksək fəallıq göstərir. Qadınların seçkili orqanlarda təmsilçiliyinin yüksəlməsi, ümumilikdə zərif cinsin nümayən­dələrinin seçkilərdə aktiv iştirakı da məhz aparılan geniş təbliğat və maarifləndirmə işlərinin nəticəsi sayılmalıdır. Qadınlar Şurasının keçirdiyi müxtəlif tədbirlər YAP rəhbərliyi tərəfindən də daim dəstəklənir, lazımi qiymətini alır.
Qadın hüquqlarının etibarlı hamisi

Azərbaycanda qadın hərəkatının geniş vüsət almasında, xanımlarımızın nəcib və xeyirxah məqsədlər naminə sistemli və ardıcıl fəaliyyətinin genişlənməsində, onların YAP-a axınının təmin edilməsində Azərbaycanın birinci xanımı, UNESCO və ISESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın xidmətləri xüsusi vurğulanmalıdır. Azərbaycan qadını üçün səciyyəvi olan humanizm, qayğıkeşlik və insanpərvərlik kimi ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın şəxsiyyətində daha parlaq təcəssümünü tapır.

Heydər Əliyev Fondunun prezidentinin çoxşaxəli fəaliyyəti milli-mənəvi dəyərlərə söykənən və intellektual yüksəlişə xidmət edən ideyaların cəmiyyətdə daha da zənginləşməsinə və möhkəmlənməsinə yönəlib. Fond ölkəmizdə elmin, təhsilin, mədəniyyətin inkişafı, sosial problemlərin həlli naminə gördüyü fəal işlərlə yanaşı, gender problemlərinə, qadınlara qarşı bütün zorakılıqların, ənənəvi Azərbaycan ailəsinə zidd olan stereotiplərin aradan qaldırılmasına xüsusi diqqət yetirir. 2008-ci il yanvarın 16-da Heydər Əliyev Fondu, BMT-nin Əhali Fondu (UNFPA) və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi arasında XXI əsrdə qadınlara qarşı zorakılıq əleyhinə birgə layihəyə dair sənədlərin imzalanması da deyilənlərin əyani təsdiqidir.

Bu gün YAP Qadınlar Şurası Mehriban xanım Əliyevanın sivilizasiyalar arasında mədəni dialoqun qurulmasına, ayrı-ayrı xalqların ortaq mədəni dəyərlərinin aşkara çıxarılmasına, ölkələr arasında elmi-humanitar və mədəni əməkdaşlığın dərinləşməsinə yönəlmiş fəaliyyətini yüksək qiymətləndirir və bu prosesə öz töhfəsini verməyə çalışır. 2008-ci ilin yayında Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESCO-nun və ISESCO-nun dəstəyi ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində qadınların rolunun araşdırılması, bu yönümdə konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edib. Həmin tədbirdə Azərbaycanın birinci xanımı ölkə qadınlarının cəmiyyətin ictimai-siyasi və mədəni həyatında daim mühüm rola və mövqeyə malik olduqlarını xüsusi vurğulayıb: "Bu gün qadınlarımız idarəetmə, hüquq və məhkəmə sistemində təmsil olunur, ölkənin ictimai və siyasi həyatında fəal iştirak edirlər. Onlar ölkə üzrə məktəb müəllimlərinin 71, həkimlərin 61, elmi işçilərin isə 50 faizini təşkil edirlər. Bu yolu Azərbaycan qadını 90 il ərzində keçmişdir. Bütün bunlarla yanaşı, Azərbaycan qadını ailə dəyərlərinin qorunub saxlanması kimi mühüm bir sahədə də öz layiqli töhfəsini vermişdir".

Heydər Əliyev Fondunun millətin fiziki və mənəvi sağlamlığı, milli-genetik ruhunun qorunması naminə həyata keçirdiyi sosialyönümlü layihələr sırasında təhsil və səhiyyəyə yardım, bu sahələrin infrastrukturunun yeniləşdirilməsi tədbirləri mühüm yer tutur. Bu baxımdan "Yeniləşən Azərbaycana yeni məktəb", "Təhsilə dəstək", "Diabetli uşaqlara ən yüksək qayğı", "Talassemiyasız həyat naminə" və digər layihələr cəmiyyətdə böyük rəğbətlə qarşılanıb. Fondun 8 illik fəaliyyətinin ən mühüm nəticələrindən biri də respublikada xeyriyyə fəaliyyətinin canlandırılmasıdır. UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri haqlı olaraq qeyd edir ki, xeyriyyəçilik cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir. Çətin məqamda başqalarından dəstək almış insan imkanı daxilində başqalarına kömək göstərməyə daha çox meyil edir. Beləliklə, cəmiyyətdə xeyirxah işlərin dairəsi genişlənir, qarşılıqlı kömək və dəstək sistemi yaranır.

Fondun ən uğurlu fəaliyyət istiqamətlərindən biri də Azərbaycan mədəniyyətinin dünyada təbliğidir. Uzağa getməyək, elə bu ilin may ayında "Eurovision" mahnı yarışmasının Bakıda yüksək səviyyədə keçirilməsi də məhz Heydər Əliyev Fondunun adı ilə bağlıdır. Müsabiqənin keçirilməsi üzrə Təşkilat Komitəsinə rəhbərlik edən Azərbaycanın birinci xanımının yüksək təşkilatçılığı sayəsində respublikamız nəinki bu məsuliyyətli işin öhdəsindən uğurla gəldi, eyni zamanda milli mədəniyyətinin zənginliyini və özünəməxsusluğunu da təsdiqləmək imkanı qazandı. Mehriban xanım Əliyeva "Eurovision" mahnı müsabiqəsi ilə bağlı Bakıya gəlmiş əcnəbilərə müraciətində deyirdi: "Ölkəmizdə tarixən tolerantlıq ənənələri, mədəniyyət və sivilizasiyaların dialoqu mövcud olmuşdur. Burada müxtəlif xalqların və dinlərin nümayəndələri əsrlər boyu sülh və əmin-amanlıq şəraitində yaşamış və yaşamağa davam edirlər. "Eurovision" Mahnı Mü­sabiqəsi keçirilən günlərdə də ifaçıları, qonaqları və tama­şaçıları, milliyyətindən, dinindən və siyasi baxışlarından asılı olmayaraq Bakıya toplaşan bütün insanları musiqi birləşdirəcək".

Bu gün ölkəmizin birinci xanımı Azərbaycan naminə həyata ke­çir­diyi ən uğurlu layihələri ilə müqəddəs analığın xid­mətin­də­dir.

Sonda xüsusi vurğulamaq istərdik ki, YAP-ın 20 illik fəaliyyətinin ən böyük uğurlarından biri də ölkədə milli ideyanın formalaşmasıdır. Partiya müstəqil Azərbaycan qarşısında duran ümummilli məqsədləri dəqiq müəyyən edərək onların gerçəkləşdirilməsi istiqamətində ardıcıl, sistemli fəaliyyət göstərir. Ümumi şəkildə ifadə etsək, bu gün ölkədə həyata keçirilən siyasətin başlıca məqsədi modernləşmə mərhələsini də sürətlə başa vuraraq Azərbaycanı inkişaf etmiş ölkələr səviyyəsinə yüksəltmək, demokratik idealların cəmiyyətdə tam möhkəmlənməsinə nail olmaq, yeni düşüncəli vətəndaş yetişdirməkdir. Yeni dövrün milli ideallarına çevrilən bu məqsədlərin reallığa adekvatlığı isə qətiyyən şübhə doğurmur. Çünki bu gün Azərbaycana hər addımda ölkəni inkişaf etdirməyə, müasirləşdirməyə çalışan, yeni dünya nizamının tələblərinə cavab verən siyasət yürüdən müasir menecment təfəkkürlü, zəkalı, qətiyyətli və müdrik lider rəhbərlik edir.


Azərbaycan qəzeti”, 21 noyabr 2012-ci il.

Yüklə 2,04 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   27




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə