Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə40/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   36   37   38   39   40   41   42   43   44

82 

 

təzyiqlərini qeyd etmək olar. Avropa tərəfindən əsas rolu Almaniya və Fransa 



oynayır. Hətta dini də bu məsələyə qatırlar və bəlkə də Vatikanın mövqeyinin 

arxasında  dayanan  qüvvələr  də  onlardır.  Bu  gün  ideokratiya,  teokratiya, 



etnokratiya,  kulturakratiya

    dünya  siyasətinin  ruhi  məğzində  böyük 

əhatəedici  rol  oynayır.  Teokratiya  tarixdə  olduğu  kimi,  bu  gün  də    dünya 

siyasətinin  piramidal  iyerarxiyasında  əlverişli  yer  tutur  və  piramidanın  baş 

hissələrində siyasi hərəkətlərə təkan verən, vasitələri işə salan “düymə” rolunu  

oynayır.  Bu  anda  din  öz  barışdırıcı  mövqeyini  siyasi  maraqlar  mövqeyinə 

dəyişir.  2015-ci  ili  aprel  ayında  Roma  papası  I  Fransiskin  XX  əsrin 

əvvəllərində  ermənilər  soyqırıma  məruz  qalmışlar  mövqeyi  bir  daha  bunu 

sübut edir. Mövqenin arxasınca isə Fransa prezidentinin Ermənistanda 2015-ci 

ilin aprel ayının 24-də  “soyqırımın” yüzilliyi tədbirlərinə qatılması, sonradan 

da  Almaniya  prezidentinin  erməni  soyqırımı  sözünü  işlətməsi  basılan 

düymənin  hazırlanmış  olduğunu  (burada  monokratiya,  yaxud  da  duokratiya 



teokratiyanı  işə salıb və özünə təkanverici amil hesab edib)

 teokratiya  aşkar 

etməkdədir.  

İlk  növbədə  qəbul  etmək  lazımdır  ki,  beynəlxalq  münasibətlərdə 

dövlətlərarası əlaqələrdə və inteqrasiyada uyğunluq prinsipi mühüm əhəmiyyət 

kəsb  edir.  İnteqrasiya  və  assosiasiya  məsələlərində  uyğunluq  prinsipləri 

dövlətin  daxili  siyasətini  və  xarici  siyasətini  əks  etdirən  vasitələrdə,  bu 

baxımdan  sosial,  iqtisadi,  etno-mədəni    amillərdə  əksini  tapır.  Bu  prinsiplər 

uyğun  gəlməyəndə  inteqrasiya  üçün  problemlər  meydana  gəlir.  Uyğunluq 

prinsiplərini  pozan  amilləri,  amillərin  yaratdığı  proseslər  təsnif  etmək 

mümkündür;  çünki  bu  məsələdə  çoxlu  sayda,  həm  də  müxtəlif  miqyasda 

ünsürlər,  obyekt  və  subyektlər  iştirak  edir.  Postmodernizm  dövrünün 

inteqrasiyası  daha  çox  dövlətlərin  regionda  birləşmələrinə,  aralarında  yaranan 

ittifaqa və birliyə gətirib çıxarır. Dövlətlər bu ittifaqları yaratmaqla bir tərəfdən 

özlərinin xarici və daxili imkanlarını birləşdirirlər və imkanları sintezlər edərək 

vahid  qərarlar  əsasında  bu  potensial  üzərində  hərəkət  etməyə  çalışırlar. 

Potensialdan  istifadə  edərək  birgə  güc  yaradırlar.  Bu  gücün  imkanlarından 

tarazlı  qaydada  istifadə  edirlər  və  strukturları  qarşılıqlı  faydalandırırlar. 

Ümumi  gücün  faydası  onlar  arasında  uyğunluğu  yarada  bilir  və  subyektləri 

müəyyən  məkanda  birləşdirmək  imkanları  qazandırır.  Bu  aspektdə  Türkiyə 

Avropa  İttifaqına  üzv  ola  bilmir.  Etiraf  edək  ki,  Türkiyənin  Avropanın  üzvü 

olması  üçün  mövcud  kriteriyaları  cavab  vermir,  resurs  çatışmır.  Uyğunluğun 

yaranması  üçün  kifayət  qədər  iqtisadi,  sosial,  mədəni  və  etno-dini  aspektlər 

mövcud  deyil.  Uyğunsuzluğun  yaranmasındakı    problemlərdən  biri  də 

ölkələrin  siyasi  kursudur.  Hər  bir  ölkə  öz  potensialını  regionda  və  regiondan 

kənarda müxtəlif istiqamətlər  üzrə yönləndirə bilir və bundan da siyasətin axın 

istiqamətləri  meydana  gəlir.  Türkiyənin  daxili  resurslarının  xarici  siyasət 

mühiti Avropa ilə yanaşı, Asiyaya da yönəlir. Bu yönümü yaradan əsas faktor 

kimi etno-mədəni və dini amillər iştirak edir. Eləcə də qəbul edək ki, Türkiyə 

iqtisadiyyatı  Avropa  üçün  simmetriya    yarada  bilməyəcək  dərəcədədir.  Digər 

aspektdə,    Türk  təfəkkürü  daha  çox  Asiya  üzərində  köklənib  və  genetik 



83 

 

mənşəyinə  bağlıdır.  Bu  gün  türk  özünü  Avropada  dəyər  verəcək  ünsür  kimi 



göstərə  bilmir.  Təbii  ki,  Qərbi  Avropanıən  dəyərlərinə  uyğunluq    nəzərdə 

tutulur.  Onu  da  qəbul  etmək  lazımdır  ki,  Türk  dəyərləri  (məsələn,  ailə 

dəyərləri,  ailə  birliyi  dəyərləri,  digər  qohumluq  və  birgə  təsərrüfat  dəyərləri)  

Avropa  üçün  nümunə  ola  bilər.  Lakin  Avropa  bu  məsələdə  də  öz 

mühafizəkarlığından  və  neoliberalizmindən  əl  çəkmir.  Türkiyəni  “müəllim” 

olaraq qəbul etmir.  

Uyğunsuzluq  prinsiplərinin  təsnifatı  aspektindən  irəli  gələrək,  ümumi 

halda  Avropa  İttifaqı,  xüsusilə,  onun  mərkəzi  qüvvələri  Türkiyəni  bu  quruma 

tam yaxın buraxmırlar. Bu dövlətə özlərinin ticarət məhsullarının realizə bazarı 

kimi  baxırlar.  Eləcə  də  Türkiyənın  geosiyasi  regional  mövqeyindan  özlərini 

Asiyaya  bağlamaq  istəyirlər.  Asiyada  da    Avropanın  ruhuna  qismən  də  olsa 

cavab  verəcək  dövlət  məhz  Türkiyədir.  Lakin  Avropaya  və  regiona 

münasibətdə  Türkiyənin  mövqeyi  haçalanmış  vəziyyətdə  qalmaqdadır.  Ola 

bilər  ki,  bu,  Türkiyənin  Avro-Asiya  siyasətinin  əsas  təsdiqedici  statusudur. 

Türkiyənin Avro-İslam dövləti, həmçinin Türk-islam dövləti olmaq siyasəti də 

onun  coğrafi  mövqeyinə  bir  siyasi  status  gətirir.  Lakin  Avropa  Türkiyəyə 

siyasi  qruplaşmada,  geosiyasi  fonda    ümumən    “Qolf  ağacı”,  yaxud  da 

“Xokkey ağacı”

 (bu müəyyənlik hələ tam üzə çıxmır, gizli və makro niyyətdir. 



Dünyalararası  rəqabətin  təzahürüdür  və  səbəbləridir)

  xəritəsi  gözü  ilə  baxır 

və Türkiyəni elə daha çox regionda və Rusiya ilə inteqrasiyada görür. Təbii ki, 

bunun  da  köklü  səbəbləri  mövcuddur.  Avropanın  regionda  Rusiya  və 

Türkiyəyə  ögey  münasibəti  gələcəkdə  Türk-Rus  birliyinin  yaranmasını 

şərtləndirməkdədir.  Məsələn,  2014-cü  ilin  qaz  böhranında  Rusiya-Türkiyə 

enerji yaxınlaşması bunu sübut etməkdədir.   

Uyğunsuzluq prinsipindən irəli gələrək, Avropada əsasən Almaniya və Fransa 

Türkiyənın  quruma  tam  yaxın  gəlməsinin  qarşısını  almağa  çalışır.  Bunun  əsaslı  

səbəbləri  mövcuddur.  Avropa  Türkiyən  nə  istəyir  sualına  da  burada  cavab 

axtarmaq  mümkündür.    Bu  köklü  səbəbləri  təsnif  edərkən  miqyasına  görə, 

təsiretmədə tətbiqiq dərəcəsinə görə bir neçə aspektə ayırmaq olar:  

 

Səbəbləri 

 

Mikro və orta səbəblər: bunlar həmçinin real görünən səbəblərdir. 

 

-Türkiyənin  islam  dövləti  olması  (Almaniya  və  Fransa  Avropanın 

islamlaşmasından  və  mərkəzi  inanc  məkanına    çevrilməsindən  ehtiyat 

edir. Bu ehtiyatlılıq Avropa Katolik Kilsəsinin də əsas narahatçılığıdır); 

-Türkiyənin  iqtisadi  sisteminin  Avropa  standartlarına  uyğun 

olmaması; 

-Türkiyə  sənaye  sisteminin  Avropadan  geridə  qalması  (bu  faktorlar 

vahid Avropa üçün inteqrasiya yükü ola bilər); 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə