Elşən Misir oğlu Nəsibov



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə41/44
tarix05.12.2017
ölçüsü0,94 Mb.
#14122
1   ...   36   37   38   39   40   41   42   43   44

84 

 

-Türkiyənın  yaşayış  tərzinin  (buna  sosial  psixika  da  demək  olar) 



Avropadan fərqli olması; 

-Türkiyənin  radikal  islam  sərhədlərində  yerləşməsi  və  Avropanın 

bundan ehtiyat etməsi; 

-Etno-türklərin Avropada yayılması-Almaniyada tək üç milyon nəfər  

türk yaşayır ki, bu da Almaniya üçün sosial təzyiq metodu ola bilər; 

-Türkiyənin hüquq-məhkəmə sistemi; 

-Avropanın  mədəniyyət  standartlarına cavab verməyən sivil yaşayış 

sistemi  -Türkiyənin  şərq  vilayətlərində  hələ  orta  əsrlərin  yaşam  tərzi 

qalmaqdadır və s.  

 

Avropanın  Türkiyədən  istəyi  budur-sən,  öz  göstəricilərinə  görə 

yerində otur.  

Makro və kölgədə olan, bu baxımdan hər kəs üçün bəlli olmayan səbəb   

 

Bu  səbəb  daha  çox  dünyalar  arasında  olan  rəqabətin  nəticələrini 

şərtləndirən vasitələrdir. Eləcə də böyük oyunların vasitələridir. Bir qədər öncə 

qeyd  etdiyimiz  kimi  Avropanın  Rusiya  və  Türkiyəyə  münasibətdə  bir 



“Xokkey  ağacı

”,  yaxud  da  “Qolf  ağacı”  formasını  alan  siyasəti  mövcuddur. 

Bu  o  deməkdir  ki,  mikro  və  orta  –real  səbəblərdən  də  irəli  gələrək,  onlar  da 

baza olaraq, Almaniya və Fransa Rusiya və Türkiyəni eyni “Günəş sistemi”ndə 

görmək  istəyirlər.  Ağacların  əyri  ucları  onları  bir  yerdə  yığılan  göstərir.  

Bunun da əsas səbəbi məhz İngilis və Slavyan dünyalarına  görədir. Almaniya 

və Fransa çalışır ki, Türkiyəni Avropa İttifaqına yaxın buraxmasınlar, onu həm 

ortada  haçalanmış  mövqedə  qoysunlar,  zəif  vəziyyətdə  saxlasınlar,    həm  də 

Rusiya tərəfə yönləndirsinlər. Rusiyanın güclü olmasından irəli gələrək, özləri 

(Almaniya və Fransa) Slavyan və İngilis dünyaları arasında bufer zona, aralıq 

güc    mərkəzi  rolunu  oynasınlar.  Avropanın  Türkiyədən  istəyi  budur  –iki 

dünya  arasında  oyunçu  bizik,  sən  yerində  otur. 

    Həqiqətdə  qəbul  etmək 

lazımdır  ki,  ABŞ  və  Böyük  Britaniya  özlərinin  Rusiya  əleyhinə  olan 

siyasətlərinə görə Türkiyəni NATO-da və Avropa İttifaqında görmək istəyirlər. 

İngilis  şahzadəsi  Çarlzın  2015-ci  ilin  aprel  ayında  Türkiyədə  “Çanaqqala” 

zəfərinin  100-cü  ildönümü  tədbirində  iştirak  etməsi  də  Türkiyə  ilə  ingilis 

dünyası  arasındakı  yaxınlıq  siyasətinə  sübut  ola    bilər.  Lakin  Almaniya  və 

Fransa  Avropa  İttifaqına  üzvlüyə  razı  ola  bilməz.  Türkiyənin  Avropa 

İttifaqında  olması  İngilislər  üçün  bu  quruma  cənub  cinahdan  təzyiq  subyekti 

rolunu oynamağa imkan verər, həm də Rusiya ilə yaxınlaşmanın qarşısını alar.  



 

Türkiyənin Avropa İttifaqında olmasının  Ermənistan üçün nəticələri 

 

 

Türkiyə  Avropa  İttifaqında  olarsa,  Rusiya  Cənubi  Qafqazda  daha  da 

güclənəcək  və  xüsusilə,  Ermənistanda  iqtisadi  rıçaqlarını  bərkidəcək.  Bu 



85 

 

aspektdən  Ermənistan  iqtisadiyyatı  daha  da  təsirli  (təzyiq  altında  qalan)  



iqtisadiyyat  forması  alacaq.  Əgər  Türkiyə  Avropa  İttifaqında  deyil,  əks  halda 

Rusiya  ilə  iqtisadi  ittifaqa  daxil  olarsa,  onda  Ermənistan  regionda  qazanacaq. 

Çünki  Rusiya  –Türkiyə  İttifaqı  Ermənistanı  və  Cənubi  Qafqazı  öz  ağuşuna 

götürəcək.  Bu  məsələdə  də  Ermənistanın  regionda  asılılığı  Türkiyə  və 

Rusiyada qalsa da Ermənistan region hesabına inkişaf edəcək  

 

Dünyanın gələcək enerji potensialı mərkəzləri  



(Türkiyə və İran)   

 

Məlumdur ki, enerji amilinə mütləq və nisbi olmaqla  şərti olaraq, xəyali 

koordinatlar  üzrə    iki  tərəfdən  (ya  sağ  və  soldan,  ya  da      aşağıdan  və 

yuxarıdan)  baxmaq  olur.  Enerji  kəmiyyəti  məkan  tutumu  və  elementlər, 

zərrəciklər  arasında  olan  məsafə  amilinə  görə  müəyyən  olunur.  Bu  baxımdan 

da müəyyən hədlər daxilində, dövlətlər və cəmiyyətlər daxilində  enerji azlığı 

və  enerji  çoxluğu  müqayisə  edilir.  Bir  dövlətdə  enerji  çox,  digərində  az  ola 

bilir.  Bu,  həm  də  dövlətin  gücünü  əks  etdirən  kriteriyaların  mövcudluğundan 

asılıdır. Əhali, ərazi, geosiyasi və coğrafi-tranzit mövqe, siyasi sistem, əhalinin 

mədəni  səviyyəsi,  iqtisadi  sistem,    bu  sistemi  təmin  edən  resurslar,  təbii 

resurslar, əmək resursları, əmək ehtiyatlarından maksimum səviyyədə istifadə, 

istehsalat və xidmət resursları, əhalinin təminat səviyyəsi, sağlamlıq səviyyəsi, 

idarəetmənin  əsasları,  idarəçilik  rejimləri,  ümumiyyətlə,  dövlətçiliyin  yüksək 

səviyyəsi,  təkiml  forması  və  sabit  cəmiyyətlər    və  digər    amillər  dövlətin 

gücünü, xalqın dövlətə bağlılıq səviyyəsini  əks etdirir. Güclü dövlət o zaman 

özünü  təsdiq  etmiş  olur  ki,  onun  daxilində  enerji  nisbətən  taraz  olaraq 

paylanmış vəziyyətdə olur.  İnkişaf proseslərində lazımi resurslar iştirak edir.      

İnsanların  enerjili  olmalarında  təbiət  amilini  unutmaq  olmaz.  Belə  qəbul 

etmək  olar  ki,  əlverişli  iqlim  şəraitində  yaşayan  insanlar  təbii  enerjili  olurlar. 

Onlar  aktiv  fəaliyyət  formalarını  daha  çox  qəbul  edirlər.    Çünki  təbiətdən 

nisbətən  böyük  kütləyə  malik  olan  zərrəciklər  axınını  qəbul  edirlər. 

Cəmiyyətlərin  əsas  problemləri  (xüsusilə,  Şərq  cəmiyyətlərinin)  bu  enerji 

mübadilələrini  əsasən  qeyri-rasional  formada  həyata  keçirməkdən  ibarət  olur. 

Hər kəs ümumi enerji müsətvisində lazımi səviyyədə iştirak edə bilmir.  Bunun 

qarşısı müxtəlif yollarla (qaydalarla, qadağalarla, yəni  yasaqlarla)  alınır.   Bu 

baxımdan  da  xaotizm  və  infantillik,  qüsurluluq,  qeyri-taraz  sistemlilik 

meydana  gəlir.  Qüsurluluq  subyektin  sistemə  olan  nisbətinin  pozulmasından 

meydana gələn vəziyyətə çavrilir.  Kasıb və qeyri-taraz cəmiyyətlərdə başlıca 

olaraq  insanlar  öz  potensiallarını  sərf  etmək  üçün  azad  məkanlar  axtarırlar. 

Daha doğrusu, enerjiləri çatmır və fəaliyyətləri passiv olur. Enerji əldə etmək 

üçün məkanlar axtarırlar.  Cəmiyyətin və dövlətin resurs çatışmazlığı, bir çox 

məkanlarda  qeyri-taraz  strukturu  bu  addımların  atılmasına  imkan  vermir.  Bir 

sözlə, dövlət və cəmiyyət öz yığılmış potensialını düzgün istifadə edə bilmir və 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə