ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə32/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   28   29   30   31   32   33   34   35   ...   95

- 88 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
yayınması, “Rəbbin ermənilərə vəd etdiyi” əraziyə – Ağrı dağının ətəklərinə 
pənah gətirməsi heyrətamiz şəkildə Hz.Musa və firon arasındakı qarşıdurmanı, 
yəhudilərin Misirdən qaçışı və xilası səhnələrini xatırladır. 
Yeri gəlmişkən, salnaməçi Ovanes Drasxanakertsi də
 (845-929-cu illər) 
Baqratiləri 
“çar Davidin (Hz.Davudun) nəslindən olan yəhudi Şambatın 
(erm. Smbatın)  varisləri”
132
 hesab edirdi. Müasir erməni tarixçilərinin 
Baqratiləri zorən erməniləşdirmək səylərinə baxmayaraq, bir sıra Qərb 
alimləri, o cümlədən tanınmış 
fransız tədqiqatçısı Jorj dö 
Malevil bu sülalənin tarixdə 
oynadığı rola aşağıdakı dəyəri 
vermişdir: 
“Yəhudi mənşəli 
olan bu familiya öz tarixini 
eramızın 800-cü ilində Ani 
şəhərindən götürür. Eramızın 
850-ci ilində Əhəd Baqratuni 
digər feodalları özünə tabe 
etdirmiş, eyni zamanda 
Bağdadın  (xilafətin) vassalı 
olmuşdur”.
133
 Sonralar Ovanes 
Drasxanakertsinin “Tarix” 
kitabını “redaktə” edənlər isə 
nəinki “Əhəd” adını
 “Ermənistanın işxanlar-işxanı (“bəylərbəyi” titulunun hərfi 
tərcüməsi) I Aşot Mets” (Böyük Aşot) androniminə dəyişmiş, hətta “barbar 
türklərin süquta yetirdikləri” Ani şəhərinin xarabalıqlarında onun gerbinin 
təsvirini də 
  “kəşf etmişlər”. Baxmayaraq ki, həmin sakral rəmzə təkcə 
Anadolu və tarixi Azərbaycan torpaqlarında deyil, özbək, qazax, qırğız, tatar, 
kumık, çuvaş, noqay və s. xalça və keçə məmulatlarında geniş rast gəlinir və 
müasir simvolizmdə “hun xaçı” adlandırılır. Erməni tarixi isə “işxanlar işxanı 
I Aşotun” nə vaxtsa Qafqazı, Mərkəzi Asiyanı və Volqaboyu ərazilərini fəth 
etməsi barədə hələ də susmaqdadır… 
  Höte etiraf edirdi ki, “Bütün kilsə tarixi yalan və zorakılıqların qarışığından 
ibarətdir”.  Qriqorian kilsəsinin tarixi də bu məziyyətlərdən kənarda qalmamışdı. 
Tarixi olayların, dini ehkamların saxtalaşdırılması o dərəcəyə çatmışdı ki, erməni 
tarixçiləri hətta İncil və Tövrat mətnlərini belə, istədikləri kimi dəyişməkdən – 
ixtisar etməkdən, yeni ifadələr əlavə etməkdən, hətta peyğəmbərlərin şəcərəsini 
132 
 Драсханакертци O. “История Армении”. http://armenianhouse.org/draskhanakertsi/history-ru/contents.html
133 
Малевиль Ж. “Армянская трагедия 1915 года”. http://ebooks.preslib.az/pdfbooks/rubooks/malevil.pdf  
Dərbənd qala divarlarında analoji hun “xaçı”


- 89 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
dəyişməkdən çəkinməmişdilər. Bu işdə salnaməçilərdən Movses Xorenatsi və  
Ovanes Drasxanakertsi xüsusi canfəşanlıq göstərmişdilər. Diqqət çəkən cəhət 
isə bu salnaməçilərdən ikincisinin həm də ali rütbəli din xadimi, “V Ovanes” 
kimi tanınan erməni katolikosu
  olmasıdır. Məsələn, Ovanes Drasxanakertsi 
ermənilərin də Nuh peyğəmbərin oğlu Yafəsin törəmələri olduqlarına, Tövrat 
və İncilin isə müqəddəsliyinə və toxunulmazlığına əmin idi. Lakin bu, ona Əhdi 
Ətiqin “Yaradılış” 
(Genesis) kitabının X fəslində (1-19) Nuh peyğəmbərin oğlu 
Yafəsin şəcərəsində ciddi geneoloji islahatlar aparmasına mane olmamışdı. 
Katolikos-salnaməçi Yafəsin şəcərəsini belə bir şəklə salmışdı: “
BİZİM  (?) 
İafetin (Yafəsin) əvvəlcə oğlu oldu, adını Qomer qoydular. Buna görə də 
onun torpaqlarını “Qamirk” adlandırdılar. Ardınca Maqoq doğuldu və 
keltlər, qalatlar onun nəslindəndirlər. Sonra Maday gəlir, onun nəslinin 
torpağı Midiyadır. Daha sonra Fuval doğuldu, fessaliyalıların adı onunla 
bağlıdır. Ardınca gələn Meşex İlliriyaya hökmranlıq edib. Altıncı isə ölkəsi 
Frakiya olan Firas idi, ondan BİZİM Aşkanaz və Torqom (guya, ermənilərin 
əcdadları) doğuldular”.
134
 
Əvvəla, Tövrata əsasən, Firas “bizim İafetin” sayca altıncı deyil, yeddinci 
oğlu idi. Katolikos Yafəsin  dördüncü oğlunu – yunanların əcdadı sayılan 
İavanın adını isə qəsdən ümumi şəcərədən silmişdi. Buna səbəb isə qriqorian 
məzhəbinin Bizans-yunan kilsəsi ilə qarşıdurmada uduzması və “batil” elan 
edilməsi olmuşdu. “Bizim Aşkanaz və Torqomun”, eləcə də onların atadanbir 
qardaşı olan, amma O.Drasxanakertsinin kitabında “unudulan” Rifatın, əslinə 
qalsa, “bizim Firasa” aidiyyatları yoxdur. Çünki, Tövrat mətnləri onların məhz 
Qomerin övladları olduğunu deyir. Bütün bunlar ya Ovanes Drasxanakertsinin 
vaxtında, ya da XVII-XVIII əsrlərdə Firasa miras qalan əraziləri - Frakiya 
torpaqlarını protoermənilərin tarixi vətəni kimi tanıtdırmaq məqsədilə 
edilmişdi.
Ermənilər “Tövrata istinadən” öz əcdadlarından birinin Aram olmasına 
əmindirlər. Amma Əhdi Ətiqin “Yaradılış” kitabının X fəslində 
(21-22) bu iddia 
açıq şəkildə təkzib edilir. Bildirilir ki, 
“Bütün Yever
135
 övladlarının atasının, 
İafetin böyük qardaşının - Simin (Samın) uşaqları vardı. Simin oğlanları 
bunlar idi: Elam, Assur, Arfaksad, Lud, ARAM”. Beləliklə, Tövrata istinadən, 
sami 
(Samın nəslindən) olan Aram qədim arami tayfalarının ulu əcdadı sayılır. 
Belə olan təqdirdə, ermənilər Aramı özlərinə ulu əcdad seçməklə ya sami – 
134 
 Драсханакертци O. “История Армении”. http://armenianhouse.org/draskhanakertsi/history-ru/contents.
html
135 
 
“Yever” sözü ivrit dilində “çaydan keçən”, “köçəri” deməkdir. Bir sıra ehtimallara görə, “yever” və sonralar 
etnonimi olan “yavrey” kəlməsi bu anlamı verən daha qədim “ha-ibru” ifadəsindən götürülmüşdur. İbrahim pey-
ğəmbərin adının da “Ha-ibruim” sözündən yaranması barədə mülahizələr vardır. 


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə