ErməNİ saxtakarliğI. Yalan üZƏRİNDƏ qurulan tariX



Yüklə 32,2 Kb.
Pdf görüntüsü
səhifə57/95
tarix08.03.2018
ölçüsü32,2 Kb.
#30953
1   ...   53   54   55   56   57   58   59   60   ...   95

- 155 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
İrəvandan 8-12 verst məsafədə yerləşir və bir ucu Araz çayına çatır.
258
Azərbaycan parlamenti 5 yanvar 1920-ci ildə keçirilən iclasında qaçqınların 
məsələsini müzakirə etmişdi. İclasda Ermənistandan 300 min qaçqının gəldiyi 
qeyd olunmuşdu.
259
Ermənistan ordusunun 1919-cu ilin iyulunda Vedibasara etdiyi növbəti 
hücumundan sonra Abbasqulu bəy Şadlinskinin başçılıq etdiyi özünümüdafiə 
dəstələri döyüşə-döyüşə İran sərhədinə çəkilmişdi və sağ qalan əhali də onların 
müşayiəti ilə İrana keçmişdi. Bununla da ermənilər Vedibasarı tamamilə ələ 
keçirmişdilər. 
Fransanın Qafqaz üzrə ali komissarı Damien de Martel tərəfindən 20 
iyul 1920-ci ildə Fransanın Xarici İşlər Nazirliyinə göndərilən məktubda 
ermənilərin xalqımıza qarşı törətdiyi cinayətləri sübuta yetirən faktlar öz əksini 
tapmışdır. Hazırda Fransa XİN-in arxivində saxlanılan həmin məktubda ali 
komissar Ermənistanın paytaxtı İrəvan şəhərinin ətrafında yaşayan qadın və 
uşaqlar da daxil olmaqla, 4.000 azərbaycanlının 1920-ci ilin iyun ayında erməni 
ordusu tərəfindən necə kütləvi qırğına məruz qaldığını göstərir. Həmin sənəddə 
erməni əsgərlər tərəfindən qadın və uşaqlar da daxil olmaqla 4.000 nəfərin Araz 
çayına tökülərək öldürüldüyü xüsusi qeyd edilir.
260
Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli nümayəndəsinin 
Ermənistan XİN-ə göndərdiyi 5 iyul 1920-ci il tarixli teleqramda bildirilirdi 
ki, Ermənistan hərbi hissələri Zəngibasarı darmadağın etdikdən və bölgəni 
müsəlman kəndlilərindən təmizlədikdən sonra Naxçıvan-Şərur rayonuna 
hücuma keçib. Həmçinin bildirilirdi ki, iyulun 5-də səhər saat 4-də Ermənistan 
hərbi hissələri Qazax qəzasına doğru irəliləyib. Azərbaycan hökuməti bunu 
iyulun 2-də əldə edilmiş razılığın pozulması və Sovet Azərbaycanına qarşı açıq 
hücum kimi qiymətləndirmişdi.
Ermənistan hökuməti Zəngəzuru azərbaycanlılardan tamamilə 
təmizləməklə, Paris Sülh Konfransını fakt qarşısında qoymaq, daha sonra da 
Qarabağı və Naxçıvanı ələ keçirməklə daşnak parlamentinin 28 may 1919-cu 
il tarixli “Birləşmiş Ermənistan”ın yaradılması haqqında qərarını reallaşdırmaq 
niyyətində idi. Zəngəzurda etnik təmizləmə həyata keçirildikdən sonra həmin 
kəndlərin əksəriyyətində Türkiyədən gələn ermənilər məskunlaşdırılmışdı. 
Ümumiyyətlə, 1918-1920-ci illərdə Andranik Ozanyanın və Qaregin Njdehin 
komandanlıqları altında erməni quldur dəstələri təkcə Zəngəzurda 166 
258 
 ARDA, fond 897, siyahı 1, iş 78, vərəq 22-24
259 
 Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920). Parlament. II cild, Bakı, 1998
260 
 http://www.scribd.com/doc/201815861/french-high-commissioner-report-from-1920-on-the-massa-
cre-of-azerbaijani-population-by-armenian-army


- 156 -
ERMƏNİ SAXTAKARLIĞI. YALAN ÜZƏRİNDƏ QURULAN TARİX
müsəlman kəndini işğal etmiş və əhalisini soyqırıma məruz qoymuşdu.
23 iyul 1920-ci ildə erməni silahlı qüvvələri Şahtaxtı bölgəsində Xanlıqlar 
istiqamətindən gələn zirehli qatarları və Qışlaqbaşı kəndi ətrafındakı 
topçuları ilə Kabullu və Püsyan kəndlərini top atəşlərinə tutmuşdular. Zirehli 
qatarlar Naxçıvanın özünümüdafiə dəstələrinin top atəşi ilə geri çəkilmək 
məcburiyyətində qalmışdı. Bir gün sonra Püsyan və onun cənub-qərbindəki 
Təzəkənd kəndi işğal edilmişdi. Erməni silahlı dəstələri sürətlə irəliləyərək 
Qıvraq kəndini işğal etdikdən sonra Şahtaxtı kəndinə yaxınlaşmışdı. Ona 
görə də azərbaycanlıların özünümüdafiə dəstələri Araz çayı üzərindəki körpü 
ilə Şahtaxtı əhalisini təxliyə etmək məcburiyyətində qalmışdı. Bundan sonra 
ermənilər Şahtaxtını və onun ətrafındakı kəndləri yandırmışdılar.
261
  
Erməni müəlliflərinin özləri də “Daşnaksutyun” Partiyasının 1918-20-
ci illərdə qanlı əməllərini etiraf etmişdilər. Bakıda rus dilində dərc olunan 
“Kommunist” qəzetində Avis adlı müəllif “Ermənistan üsyana qədər” 
məqaləsində yazırdı: “
Zəngəzur, Qarabağ, Əylis, Ağbaba, Zəngibasar 
imperialist “Daşnaksutyun” Partiyasının və onun hökumətinin qanlı 
əməllərinin nəticələrinin canlı şahidləridir... Ermənistanda müsəlman 
kəndləri və yaşayış məntəqələri yandırılaraq və qılıncdan keçirilərək 
müsəlmanlardan təmizlənmişdir”.
262
 
Ermənistan daşnak hökumətinin baş naziri olmuş Ovanes (
Ruben
Kaçaznuni 1923-cü ildə “Daşnaksutyun” Partiyasının qurultayında etdiyi 
hesabat məruzəsində 
(bu məruzə “Дашнакцутюн больше нечего делать?” adı ilə 
rus dilində kitab halında çap olunmuşdur) partiyadaşlarının hakimiyyəti illərində 
daşnakların Zəngəzurda, Ağbabada, Vedibasarda, Naxçıvanda, Şərurda kütləvi 
surətdə müsəlman əhalisini qırdıqlarını, yaşayış məntəqələrini darmadağıın 
etdiklərini etiraf etmişdi.
263
Erməni tarixçisi Leo (
əsl adı Arakel Babaxanyan) 1925-ci ildə Tiflisdə 
ermənicə çap olunan “Ançyaliç” (“
Keçmişdən”) əsərində erməni silahlı 
dəstələrinin azərbaycanlılara qarşı törətdikləri vəhşilikləri etiraf edərək yazırdı: 

Daşnaksakanlar “silip-süpürməklə” (yəni, azərbaycanlı kəndlərində etnik 
təmizləmə aparmaqla) məşğul idilər. Sürməli qəzasının türk (azərbaycanlı
əhalisinin xeyli hissəsi öz yaşayış yerlərindən qaçmışdı. İrəvan və digər 
qəzalarda bir çox kəndlər dağıdılmış və yandırılmışdı. Erməni fədailəri heç 
bir faydası və zərurət olmadan hətta elə kəndlərdə vəhşiliklər törədirdilər 
261 
 Toksoy N. Revanda Son Günlər. Türk Yönətimindən Ermeni Yönetimine. Ankara: Orion Yayınevi, 2007
262 
 “Kommunist” qəzeti (rusca), Bakı, 4 iyun 1920-ci il, № 27.
263 
 Качазнуни Ов. Дашнакцутюн больше нечего делать! Баку: Элм, 1990 


Yüklə 32,2 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə