Əsas anlayışlar



Yüklə 468,27 Kb.
Pdf görüntüsü
səhifə10/17
tarix21.06.2018
ölçüsü468,27 Kb.
#50195
1   ...   6   7   8   9   10   11   12   13   ...   17

 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

2. Uşaq öz Fərdi Qayğı Planının tərtibatında iştirak edir 

Uşağın Fərdi Qayğı Planının tərtibatında və planın gələcəkdə  təkmilləşdirilməsində  iştirakı 

təmin olunur. Iştirak səviyyəsi uşağın prosesləri anlama səviyyəsindən asılıdır. 

 

3. Fərdi Qayğı Planı mütəmadi olaraq yenilənir 

Tərbiyəçi Fərdi Qayğı Planının yerinə yetirilməsi və  gələcəkdə  təkmilləşdirilməsinə görə 

məsuliyyət daşıyır. Qayğı planı bütün maraqlı  tərəflərlə  məsləhətləşmələr aparıldıqdan sonra 

mütəmadi olaraq yenilənir. 

 

 

C) Həyəcan siqnalları 



 

Qiymətləndirmə prosesi kifayət qədər sənədləşdirilməmişdir, fərdi plan hazırlanmamışdır 



 

Fərdi plan uşağın fərdi ehtiyaclarını nəzərə almır 



 

Fərdi Qayğı Planının hazırlanmasına bütün maraqlı tərəflər cəlb olunmamışdır 



 

Cəlb olunmuş tərəflər fərdi plan üzrə ümumi razılığa gəlməmişlər 



 

Plan mütəmadi olaraq yenilənmir 



 

 

 



 

 

 

 

 

 

 

 

28




 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

 



29

 

 

Standart Paketi 2 

 

Qayğı göstərmə prosesi 

 

Bu proses qəbul və qayğıdan ayrılma prosesləri arasında olan mərhələni əhatə edir. 



 

Evdənkənar qayğıya cəlb olunmuş uşaq/gənclər öz gələcəklərini formalaşdırmaq və özünə 

arxayın, inamlı  və  cəmiyyətin fəal iştirakçısına çevrilmək üçün dəstəklənirlər. Bütün 

qoruyucu və qayğıkeş bir mühitdə yaşamaqla nail olunur. 

 

 

Bu standart paketi aşağıdakı standartlardan ibarətdir: 

 

 



Standart 7:  

Uşaq ehtiyaclarına, həyat şəraitinə və mənsub olduğu sosial mühitə uyğun 

olaraq yerləşdirilir  

Standart 8: 

Uşaq öz bioloji ailəsi ilə əlaqələri saxlayır 

 

Standart 9: 

Tərbiyəçilər ixtisaslıdırlar və adekvat iş şəraitinə malikdirlər 

 

Standart 10:  

 

Uşaqla tərbiyəçinin münasibətləri qarşılıqlı anlaşma və hörmətə əsaslanır  

 

Standart 11: 

Uşaq onun həyatına birbaşa təsir göstərən qərarların qəbul edilməsində  fəal 

iştirak etmək hüququna malikdir  

 

Standart 12: 

Uşağa uyğun bir həyat şəraitində qayğı göstərilir   

 

Standart 13: 

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar münasib qayğı ilə təmin olunurlar 

 

Standart 14: 

Uşaq/gənc davamlı olaraq müstəqil həyata hazırlanır 

 

 



 

 

 



 

 



 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Standart 7  Uşaq ehtiyaclarına, həyat şəraitinə və mənsub 



olduğu sosial mühitə uyğun olaraq yerləşdirilir 

 

Uşaq inkiluziv, dəstəkverici, qoruyucu və qayğıkeş mühitdə böyüyür. Bunun üçün uşaq 

qayğıkeş ailə mühiti ilə təmin olunmalıdır.  

 

Yeni mühitdə  uşağın sabit münasibətlər qurmaq və  mənsub olduğu sosial mühitlə  əlaqə 

saxlamaq imkanı olmalıdır 

 

 

“Mənim patronaj valideynlərim hər addımlarını mənim üçün nəyin faydalı olması fikrini rəhbər 

tutaraq atırdılar. Mənim üçün çox vacibdir ki, onlar məni olduğum kimi qəbul etdilər, onlar 

mənim fikrimə və dinimə, məxfilik hüququma və ana dilimə hörmət bəsləyirlər.” 

(Sloveniyalı qız, kod 27.02.01) 

 

A) Öhdəliklər 

 

 



 

Uşaq Müdafiə Xidməti 

 



uşağın ehtiyaclarını, həyat şəraitini və sosial mühitini nəzərə 

alaraq onun üçün ən uyğun yeri müəyyən edir və uşağın 

oradayerləşdirilməsini təşkil edir.  

 

 



 

Qayğı təşkilatı 

 



Uşağın ehtiyaclarına və Uşaq Müdafiə Xidmətinin tələblərinə 

cavab verən qayğı modelləri təmin edir. 

 

Uşaq Müdafiə Xidməti ilə birlikdə təklif olunan yerin uşağın 



ehtiyaclarına, həyat şəraitinə və sosial mühitinə uyğun olub 

olmamasını qiymətləndirir.  

 

 

 



Tərbiyəçi 

 



Yeni evin uşağın ehtiyaclarına, həyat şəraitinə və sosial 

mühitinə uyğun olmasını təmin edir.  

 

Proses zamanı uşaq və onun bioloji ailəsi ilə əməkdaşlıq edir. 



 

 

 



 

B) Qaydalar 

 

1. Uşaq və onun bioloji ailəsi mümkün qayğı modelləri haqda məlumatlandırılırlar.  

Əgər uyğun ailə  əsaslı qayğı imkanları mövcuddursa, uşaq və onun bioloji ailəsi bu haqda 

məlumatlandırılır. 

 

Uşaq Müdafiə Xidməti qayğı  təşkilatlarını ailə  əsaslı qayğı modellərinin təmin olunmasında 



dəstəkləyir. Əgər uşaq müalicə üçün müəssisəyə daxil olmuşdursa, müəssisə bu müalicənin ailə 

əsaslı qayğı ilə kombinə olunmasına çalışmalıdır. 

 

 

30




Yüklə 468,27 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə