Əsas anlayışlar



Yüklə 468,27 Kb.
Pdf görüntüsü
səhifə11/17
tarix21.06.2018
ölçüsü468,27 Kb.
#50195
1   ...   7   8   9   10   11   12   13   14   ...   17

 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

2. Uşaq ən uyğun evlə təmin olunur 

 Uşaq Müdafiə Xidməti və qayğı  təşkilatı  uşağın qoruyucu, dəstəkverici, qayğıkeş ailə mühiti 

ilə təmin olunmasına cavabdehdir.  

 

3. Yeni yer uşağın ehtiyaclarına, həyat şəraitinə və sosial mühitinə uyğundur 

Qayğı müəssisəsi yeni ailənin uşağın ehtiyaclarına, həyat  şəraitinə  və sosial mühitinə uyğun 

olmasını təmin edir. 

 

Uşağın çıxdığı icma/mühit və onun yeni evi arasında məsafə nəzərə alınır. 



 

4. Yeni ev bağlılıq və mənsubiyyət hisslərini qurmaqda uşağa kömək edir. 

Tərbiyəçi uşağı onun şəxsi məkanı ilə təmin edir və bağlılıq və mənsubiyyət hissləri yaratması 

üçün uşağa uyğun atmosferi təmin edir. 

 

5. Göstərilən qayğının keyfiyyəti vaxtaşırı olaraq nəzərdən keçirilir. 

Uşaq Müdafiə Xidməti və qayğı  təşkilatı vaxtaşırı olaraq göstərilən qayğının keyfiyyətini 

nəzərdən keçirir. 

 

C) Həyəcan siqnalları 

 

 



Uşaq ailə əsaslı qayğı almaq imkanından məhrumdur. 

 



Uşağın öz bioloji ailəsi və ya sosial mühiti ilə ünsiyyət saxlamaq imkanı yoxdur. 

 



Uşaq, onun bioloji ailəsi və ya sosial mühiti arasında fiziki məsafənin böyük olması. Uşağın 

düşdüyü mühit onlar arasında ünsiyyətə mane olur. 

 

Uşağa öz dili, dini və mədəniyyətini qorumağa icazə verilmir. 



 

Razılaşmalar realistik, düzgün və icbari deyil. 



 

Uşaq hss edir ki, ona göstərilən qayğı inklusiv, dəstəkverici, qoruyucu və qayğıkeş deyil. 



 

Uşaq hiss edir ki, tərbiyəçi ilə münasibətləri sabit və etibarlı deyil. 



 

Uşağın məxfilik hüququ pozulur. 



 

Tərbiyəçi daima dəyişir. 



 

Tərbiyəçi uşağın vəziyyətinə qarşı həssaslıq göstərmir. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

31




 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Standart 8  Uşaq öz bioloji ailəsi ilə əlaqələri saxlayır  

 

 

Uşağın bioloji ailəsi ilə  əlaqələr saxalamsı üçün həvəsləndirilir və  dəstəklənir,  əgər bu, 

uşağın maraqlarına uyğundursa.  

 

 

“Onlar arasında ünsiyyət sosial işçi tərəfindən çox dəstəklənirdi. Əslində patronaj ana uşağa 

qayğı göstərmək, onu bioloji ana ilə görüşlərə aparmaqla yanaşı, uşağın bioloji anası ilə 

ünsiyyətdə olduğu saatlarda o, anaya tərbiyə metodları barədə bəzi biliklər öyrətmək imkanını 

da əldən vermirdi. Onlar arasında müsbət münasibətlərin olması uşaq üçün olduqca vacibdir. 

Bioloji anası  və patronaj anasının bir-birilə yaxşı münasibətdə olduğunu bilmək uşağa çox 

kömək edirdi..” 

(Sosial işçi/Malta, kod 19.08.04) 

 

 

“…O, uşaq və bioloji valideynlər arasında bağları  və münasibətləri dəstəkləməlidir, o imkan 

verməlidir ki, uşaq öz doğma valideynləri ilə hansı münasibətlər qurmağı müəyyənləşdirsin.” 

(Sosial işçi/Estoniya, kod 7.08.01) 

 

 



A) Öhdəliklər 

 

 



 

Uşaq Müdafiə Xidməti 

 



Uşaq və bioloji ailə arasında ünsiyyətin saxlanmasına əmin 

olur.  


 

 

 



Qayğı təşkilatı 

 



Bioloji ailə ilə əlaqələri dəstəkləyir və təmin edir 

 



Tərbiyəçini dəstəkləyir   

 

 



 

Tərbiyəçi 

 



Uşağın bioloji ailə ilə əlaqələrini dəstəkləyir  

 



Uşağın bioloji ailəsi ilə əməkdaşlıq edir 

 

 



 

 

B) Qaydalar 

 

1. Uşaq Müdafiə Xidməti uşaqla bioloji ailəsi arasında ünsiyyəti dəstəkləyir.  

Uşaq Müdafiə Xidməti uşaq, bioloji ailə və tərbiyəçi arasında münasibətləri dəstəkləyir, onlara 

nəzarət edir. 

Hər üç tərəf arasında əməkdaşlığı həvəsləndirir. 

 

Uşaq Müdafiə Xidməti uşaq, bioloji ailə və tərbiyəçi üçün konsultasiyalar təmin edir. 



 

 

 



32


 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

2. Qayğı təşkilatı və tərbiyəçi uşaqla öz doğma ailəsi arasında ünsiyyəti dəstəkləyir. 

Qayğı təşkilatı tərbiyəçini dəstəkləyir, bioloji ailə ilə birlikdə işləmək üçün ona təlimlər keçir. 

 

Tərbiyəçi uşağa öz həyat tarixçəsi ilə tanış olmağa, həmçinin bioloji ailəsi, sosial və dini-



mədəni mühiti ilə ünsiyyət saxlamağa kömək edir. 

 

Tərbiyəçi mütəmadi olaraq bioloji aləni uşağın inkişafı haqda məlumatlandırır. 



 

3. Bioloji ailə uşağın həyatında iştirak edir. 

Qayğı  təşkilatı  və bioloji ailə milli qanunvericiliyə uyğun olaraq uşağın inkişafına dair 

vəzifələri, hüquqları və öhdəlikləri müəyyənləşdirirlər. 

 

Qayğı təşkilatı bioloji ailəni uşağın vəziyyətini anlamaqda və uşağa kömək etməkdə dəstəkləyir. 



 

4. Ünsiyyətin mütəmadiliyi və keyfiyyəti vaxtaşırı qiymətləndirilir. 

Uşaq və bioloji ailə arasında ünsiyyətin mütəmadiliyi və keyfiyyəti davamlı olaraq 

qiymətləndirilməlidir.  Əlaqələr fərdi qayğı planı  və ya bu mövzuda hər hansı digər razılaşma 

əsasında baş tutur. 

 

C)  Həyəcan siqnalları 

 

 



Uşağın maraqlarına uyğun olmasına baxmayaraq onun bioloji ailəsi ilə əlaqələri yoxdur. 

 



Bioloji ailə ilə əlaqələr uşağın maraqlarına zərər vurmasına baxmayaraq, bu əlaqələr 

mövcuddur. 

 

Bioloji ailə uşağın maraqlarına zidd hərəkətlər edir. 



 

Uşaq və bioloji ailə arasında münasibətlər dəstəklənmir. 



 

Uşaq və bioloji ailə arasında ünsiyyətin təmin olunmama səbəbləri tam 



əsaslandırılmamışdır. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

33


Yüklə 468,27 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə