Əsas anlayışlar



Yüklə 468,27 Kb.
Pdf görüntüsü
səhifə12/17
tarix21.06.2018
ölçüsü468,27 Kb.
#50195
1   ...   9   10   11   12   13   14   15   16   17

 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Standart 9  Tərbiyəçilər ixtisaslıdırlar və adekvat iş 



şəraitinə malikdirlər 

 

 



Tərbiyəçilər uşaqlara qayğı  işinə  cəlb olunmazdan öncə diqqətlə qiymətləndirilir, seçilir 

və təlim olunurlar. Onlar uşağın hərtərəfli inkişafını təmin etməkdən ötrü davamlı olaraq 

təlim olunur və peşəkar dəstək alırlar. 

 

 

“Patronaj valideynlər üçün  treninq əla keçirdi. Mən və mənim həyat yoldaşım əvvəllər də uşaq 

götürmüşdük, lakin indi nə  qədər az bildiyimizi anladıq. (...) Indi tam əminəm ki, valideynlik 

treninqi keçməmiş heç kimə uşaq götürməyə icazə vermək olmaz.” 

(Tərbiyəçi/ Islandiya, kod 13.06.01)  

 

A) Öhdəliklər 

 

 

 



Uşaq Müdafiə Xidməti 

 



Tərbiyəçinin peşə profilini müəyyən edir  

 



Bütün tərbiyəçilərin ən azı peşə tələblərinə cavab verməsini 

təmin edir.   

 

 

 



Qayğı təşkilatı 

 



Bütün tərbiyəçilərin ən azı Uşaq Müdafiə Xidməti tərəfindən 

müəyyən olunmuş peşə tələblərinə cavab verməsini təmin edir. 

 

Davamlı treninq və dəstək təmin edir.   



 

 

 



Tərbiyəçi 

 



Davamlı peşə təlimlərində iştirak edir. 

 

 



 

 

B) Qaydalar 



 

1. Tərbiyəçilər qəbul olunmuş peşə profilinə uyğun olaraq seçilir və təlim olunurlar 

Uşaq Müdafiə Xidməti uşaqların tərbiyəçilərə peşə profilinə uyğun olaraq peşəkar təlim keçən 

və dəstək verən bir qayğı təşkilatında yerləşdrilməsinə əmin olur. 

 

Tərbiyəçinin peşə profili tərbiyəçinin BMT-nin Uşaq Haqqları Konvensiyası, uşaq müdafiə 



tələbləri (davranış qaydaları) və  uşaq inkişafına dair biliklərə  əsaslanaraq hərəkət etmək 

bacarığını  nəzərdə tutur. Onlar uşağın/gəncin düşünmə qabiliyyətinə uyğun olaraq davranmaq 

üçün xüsusi təlim keçirlər. Onlar uşaq/gənclə sıx əlaqələr qurmalı, yaxşı dinləmə qabiliyyətinə 

malik olmalı, həssas və səbrli olmalıdırlar. 

 

Qayğı  təşkilatı  tərbiyəçilərin diqqətlə qiymətləndirilməsinə, seçilməsinə, treninq almasına, 



dəstəklənməsinə və onlara nəzarət olunduğuna əmin olmalıdır. 

 

 



 

34


 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

2. Tərbiyəçilərin peşəkar təlim və dəstək almaq imkanı var 

Tərbiyəçilər öz imkan və istəklərinə uyğun olaraq peşəkar təlim və  dəstəklə  təmin olunurlar. 

Ümumiyyətlə, qayğı  təşkilatı  tərbiyəçiləri təcrübə mübadiləsində, müvafiq görüşlərdə  və 

konfranslarda iştirak etmək, həmçinin təlim, məsləhət və superviziya almaq imkanı ilə  təmin 

edir. 


 

3. Tərbiyəçilər adekvat iş şəraiti ilə təmin olunurlar 

Tərbiyəçinin yaşadığı yer adekvat infrastruktura malikdir, vəzifələrin lazımi şəkildə icrası üçün 

tərbiyəçiyə tələb olunan maliyyə vəsaiti və insan resursları təmin olunmuşdur. 

 

4. Mübadilə şəbəkələrinin yaradılması dəstəklənir. 

Tərbiyəçilər arasında müsbət təcrübə mübadiləsi məqsədilə  Uşaq Müdafiə Xidməti və/və ya 

qayğı təşkilatı rəsmi və qeyri-rəsmi şəbəkələrin yaradılmasını dəstəklənir. 



 

 

C) Həyəcan siqnalları 

 



 

Tərbiyəçinin peşə profili ilə bağlı minimal tələblər müəyyən olunmamışdır. 

 

Tərbiyəçilər hərtərəfli qiymətləndirmə və seçim prosesi keçməmişlər. 



 

Tərbiyəçilərin adekvat peşəkar təlim və dəstək almaq imkanı yoxdur. 



 

Tərbiyəçilər peşəkar təlim və dəstəkdən imtina edirlər. 



 

Təlim və dəstək stimullaşdırılmır. 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

35




 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Standart 10 Uşaqla tərbiyəçinin münasibətləri qarşılıqlı 



anlaşma və hörmətə əsaslanır  

 

 



Tərbiyəçi uşağa fərdi diqqət yetirir və etibar yaratmaq, bir-birini anlamaq üçün vicdanlı 

şəkildə səy göstərir. Tərbiyəçi uşaqla hər zaman açıq, dürüst və hörmətlə davranır. 

 

 

“Onlar (patronaj valideynlər) təbii şəkildə oğlanın qeydinə qalırdılar. Onlar səbrli və inadcıl 

idilər. Onlar açıq idilər və müxtəlif  şeylər haqda sərbəst danışırdılar. Onlar hər  şey haqda, 

hətta çətin mövzularda da danışırdılar. Onlar həmçinin oğlanı nə qədər istədiklərini göstərir

onu tez-tez qucaqlayırdılar.”  

(İsveçli oğlanın əhvalatı, kod 29.01.01)  

 

“Mən öz patronaj valideynlərimə çox minnətdaram. Onlar məni 14 yaşımda götürdülər və mənə 



ailənin nə olduğunu öyrətdilər: insanlara qarşı məhəbbət, sədaqət və hörmət. Onlar mənə yemək 

bişirməyi öyrətdilər. Onlar mənə hisslərimi qorxmadan bildirməyi və ağlımda olanları söyləməyi 

öyrətdilər. Onlar sadəcə  məni sevirdilər və  mən bunu onlardan öyrəndim. Mən nəvazişə 

alışmamışdım və əvvəl-əvvəl bu, məni çox çaşdırırdı. Çox utancaq idim. Mən patronaj anamın 

məni heç vaxt döymədiyini çox yüksək qiymətləndirirdim. Bu, artıq mənim üçün çox şey idi. 

Mənim dəhşətli uşaqlıq xatirələrim uzun müddət idi ki, qara kölgə kimi məni izləyirdi. 

(Latviyalı qız, kod 16.02.01) 

 

 



A) Öhdəliklər 

 

 



 

Uşaq Müdafiə Xidməti 

 



Uşağın mənşəyi haqda qayğı təşkilatı və tərbiyəçiyə dolğun 

məlumat təqdim edir. 

 

Tərbiyəçi və bioloji ailə arasında əməkdaşlığı təmin edir.   



 

 

 



Qayğı təşkilatı 

 



Tərbiyəçiyə uşaqla sabit münasibətlər qurmaq və onları 

qorumaqda kömək edir. 

 

Tərbiyəçinin uşaqla münasibət qura bilməsi üçün lazımi insani 



səriştələrə sahib olduğuna əmin olur.   

 

 



 

Tərbiyəçi 

 



Uşağa qarşılıqlı etibara əsaslanan münasibətlər qurmaq imkanı 

verir. 


 

 

 



B) Qaydalar 

 

1. Tərbiyəçi məlumat, dəstək və treninqlər alır 

Uşağa münasib şəkildə yanaşa bilmək üçün qayğı təşkilatı və tərbiyəçi Uşaq Müdafiə Xidməti 

 

36




Yüklə 468,27 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə