Əsas anlayışlar



Yüklə 468,27 Kb.
Pdf görüntüsü
səhifə16/17
tarix21.06.2018
ölçüsü468,27 Kb.
#50195
1   ...   9   10   11   12   13   14   15   16   17

 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

 



46

 

 

 

Standart Paketi 3 

 

Qayğıdan ayrılma prosesi 

 

“Qayğıdan ayrılma prosesi” termini altında uşaq/gəncin müstəqil həyata başlaması, onun 



doğma ailəsinə qayıtması  və ya digər bir yerə köçməsi nəzərdə tutulur. Bu anlayışa 

daxildir: qərarvermə, köçmə və qayğıdan sonrakı dəstək.  

 

 



Bu paketə aşağıdakı standartlar daxildir: 

 

 

Standart 15: 

Qayğıdan ayrılma prosesi diqqətlə planlaşdırılır və həyata keçirilir. 

 

Standart 16: 

Qayğıdan ayrılma prosesində ünsiyyət səmərəli və məqbul şəkildə aparılır. 

 

Standart 17: 

Uşaq/gəncə qayğıdan ayrılma prosesində iştirak etmək hüququ təmin edilir. 

 

Standart 18: 

Müşahidə, davamlı dəstək və əlaqə saxlamaq üçün imkanlar təmin olunur 

 

 



 

 

 

 

 

 

 

 


 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Standart 15 Qayğıdan ayrılma prosesi diqqətlə 



planlaşdırılır və həyata keçirilir. 

 

 



Qayğıdan ayrılma prosesi evdənkənar qayğı sistemində çox mühüm bir mərhələ olmaqla 

diqqətlə planlaşdırılmalı  və  həyata keçirilməlidir. Proses uşaq/gəncin fərdi qayğı planına 

əsasən aparılır. 

 

Uşaq/gənc ona göstərilən qayğının keyfiyyəti ilə bağlı ekspert qismində  qəbul olunur. 

Onun rəyi qayğı sisteminin və qayğı modelinin keyfiyyətinin inkişafı üçün əhəmiyyətlidir.  

 

 

“Mentor maraqlı tərəflərlə, yəni ailə (nənə-baba və ata), uşaqlar və Uşaq Müdafiə Xidmətinin 

nümayəndəsi ilə vaxtaşırı olaraq planlaşdırma görüşləri keçirirdi. Görüşlərin birində onlar 

hamısı qərara gəldilər ki, böyük bacı qayğı təşkilatında qalmalıdır, digər iki uşaq isə ailəsi ilə 

bir yerdə daha çox vaxt keçirməlidir. Bütün  tərəflər bu  qərarla razı idilər.”   

(Sosial işçi/Bolqarıstan, kod 3.08.01) 

 

A) Öhdəliklər 

 

 

 



Uşaq Müdafiə Xidməti 

 



Qayğıdan ayrılma prosesinə hazırlıq və onun icrasına nəzarət 

edir və lazımi dəstək göstərir. 

 

Bütün maraqlı tərəflər arasında əməkdaşlığı koordinasiya edir. 



 

 

 



Qayğı təşkilatı 

 



qayğıdan ayrılma prosesinin qayğı planına əsasən 

planlaşdırılması və həyata keçirilməsini təmin edir.  

 

həssas yanaşma göstərərək uşaq/gənci bütün proses boyu 



peşəkar dəstəklə təmin edir.  

 



bioloji ailə ilə əməkdaşlıq edir. 

 

 



 

Tərbiyəçi 

 



maraqlı bütün tərəflərlə birlikdə qayğıdan ayrılma prosesini 

planlaşdırır 

 

Qayğıdan ayrılma prosesini qayğı planına uyğun olaraq həyata 



keçirir 

 



Bioloji ailə ilə əməkdaşlıq edir 

 

 



B) Qaydalar 

 

1. Qayğıdan ayrılma prosesi diqqətlə planlaşdırılır və həyata həyata keçirilir 

Qayğı planına əsaslanaraq uşaq/gənc ilə birgə tərbiyəçi qayğıdan ayrılma prosesini planlaşdırır 

və həyata keçirir. Uşağın maraqlarına uyğun olaraq  proses tədricən aparılır. 

 

Qayğıdan ayrılma prosesinin planlaşdırılması  və  həyata keçirilməsi zamanı bioloji ailənin 



 

47


 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

iştirak dərəcəsinin müəyyən olunmasına dair uşaq/gəncin öz fikrini bildirmək hüququna 



malikdir. 

 

Lazım gəldikdə tərbiyəçi peşəkarlar komandasına müraciət edir. 



  

2. Uşaq/gəncin ona göstərilən qayğı haqda rəyi ekspert rəyi kimi qəbul olunur  

Tərbiyəçi uşaq/gəncdən ona göstərilən qayğının keyfiyyətini qiymətləndirməyi xahiş edir və 

sonra alınmış  rəyi gələcəkdə qayğı sisteminin keyfiyyətini və uyğun qayğı modelinin inkişaf 

etdirilməsi üçün qayğı təşkilatına bildirir.  

 

3. Qayğıdan ayrılma prosesi fərdi qayğı planına əsaslanır  

Qayğı planı  uşaq/gəncin inkişaf statusunu müəyyən edir, məqsədlər və onlara nail olma 

üsullarını irəli sürür, qayğıdan ayrılma prosesi zamanı  uşaq/gənci dəstəkləmək üçün tələb 

olunan resursları müəyyən edir. Qayğı planı və onun icrası daima qiymətləndirilir. 

 

Qayğı planı  həmçinin uşaq/gəncin qayğı sonrası  gələcək həyatını  nəzərə alır və bununla bağlı 



müvafiq qaydalar müəyyən edir  

 

4. Uşaq/gəncin bioloji ailəsinə qayıtması  və ya digər bir yerə köçməsi hərtərəfli 



planlaşdırılır  

Uşaq/gəncin öz doğma ailəsinə qayıtması  və ya digər bir yerə köçməsi mövzusunda Uşaq 

Müdafiə Xidməti, qayğı təşkilatı, hazırki və gələcək tərbiyəçilər, bioloji ailə əməkdaşlıq edirlər.  

 

Uşaq/gənc qərarvermə  və müstəqil həyata hazırlıq proseslərində öz anlama səviyyəsinə uyğun 



olaraq fəal iştirak edir. 

 

5. Qayğıdan ayrılan uşaq/gənc ilə sağollaşma mərasimi keçirilir 

Uşaq/gəncin həyatında yeni mərhələnin başlamasını qeyd etmək üçün sağollaşma mərasimi 

keçirilir. Bu zaman ümumi ənənələr, uşaq/gəncin fərdi istəkləri nəzərə alınır. 

 

6. Uşaq/gənc qayğını tərk etdikdən sonra da dəstək və konsultasiyalardan faydalanmaq 

imkanına malikdir.  

Uşaq Müdafiə Xidməti və qayğı  təşkilatı evdənkənar qayğıdan ayrılan uşağın dəstək və 

məsləhət almaq hüququnu təmin edir. 

 

C) Həyəcan siqnalları 



 

 



Qayğıdan ayrılma prosesi lazımi səviyyədə planlaşdırılmamış və/və ya həyata 

keçirilməmişdir. 

 

Qayğıdan ayrılma prosesi fərdi qayğı planında öz əksini tapmamışdır. 



 

Tərəflər qayğıdan ayrılma planı üzrə razılığa gəlməmişlər. 



 

Uşaq/gənc özünü prosesə cəlb olunmuş hiss etmir. 



 

Uşaq/gənc və ya onun bioloji ailəsi qayğıdan ayrılma prosesinin planlaşdırılması və həyata 



keçirilməsi zamanı iştirak etmir. 

 



Uşaq/gənc ona göstərilən qayğının keyfiyyəti ilə bağlı heç bir maraq göstərmir. 

 



Evdənkənar qayğının qiymətləndirilməsi aparılmır. 

 



Qayğıdan ayrılma prosesi uşağın/gəncin fərdi ehtiyaclarını nəzərə almır. 

 



Qayğıdan ayrılandan sonra uşaq/gəncə heç bir və ya kifayət qədər dəstək göstərilmir. 

 



Uşaq/gəncin sağollaşmaq imkanı yoxdur. 

 

48




Yüklə 468,27 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə