Əsas anlayışlar



Yüklə 468,27 Kb.
Pdf görüntüsü
səhifə15/17
tarix21.06.2018
ölçüsü468,27 Kb.
#50195
1   ...   9   10   11   12   13   14   15   16   17

 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

2. Xüsusi qayğıya ehtiyacı olan uşaqlar lazımi qayğı ilə təmin olunurlar 

Uşağın fərdi potensialına  əsaslanaraq tərbiyəçi uşağı bütün inkişafı boyu dəstəkləyir və 

həvəsləndirir. O, uşağın inkluziyası və iştirakını təmin edir. 

 

3. Xüsusi qayğıya ehtiyacı olan uşaqlara qayğı göstərən tərbiyəçilər əlavə ixtisaslaşmış 

təlim və dəstək alırlar  

Uşaqların xüsusi ehtiyaclarını ödəyə bilmək üçün Uşaq Müdafiə Xidmtəi və/və ya qayğı 

təşkilatı tərbiyəçilərin davamlı treninq keçməsini təmin edir və onlara dəstək göstərir. 

 

4. Tərbiyəçi mütəxəssislərlə əməkdaşlıq edir 

Uşaqların xüsusi ehtiyaclarını ödəyə bilmək üçün tərbiyəçi ixtisaslı müəssisə və mütəxəssislərə 

kömək üçün müraciət edir və onlarla əməkdaşlıq edir 

 

 

C) Həyəcan siqnalları 



 

 



Xüsusi qayğıya ehtiyacı olan uşaqlara uyğun qayğı formaları yoxdur 

 



Uşaq yerləşdirilən zaman onun xüsusi ehtiyacları nəzərə alınmamışdır 

 



Xüsusi qayğıya ehtiyacı olan uşaq uyğun qayğı ilə təmin olunmur 

 



Xüsusi qayğıya ehtiyacı olan uşağa qayğı göstərən tərbiyəçi adekvat məlumatla, təlim və 

dəstəklə təmin olunmur 

 

Tərbiyəçi və mütəxəssislər arasında əməkdaşlıq mövcud deyil və ya qeyri-adekvatdır 



 

Xüsusi qayğıya ehtiyacı olan uşağın müalicəsi ilə məşğul olan və ya ona yardım göstərən 



mütəxəssislərin lazımi peşə qabiliyyətləri yoxdur 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



43


 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Standart 14 Uşaq/gənc davamlı olaraq müstəqil həyata 



hazırlanır 

 

 



Uşaq/gənc özünə arxayın, inamlı olması  və  cəmiyyətin fəal iştirakçısına çevrilməsi üçün 

gələcəklə bağlı planlarının qurulmasında dəstəklənir; o, təhsil almaq və lazımi həyat 

vərdişlər almaq, dəyərləri qəbul etmək imkanına malikdir. 

 

Uşaq/gənc özünə hörmət hissinin inkişaf etdirilməsində dəstəklənir. Bu, ona özünü güclü 

və təhlükəsiz şəraitdə hiss etmək və çətinliklərin öhdəsindən gəlmək imkanı verir. 

 

 

“Ananın vəzifəsi uşaqları elə tərbiyə etməkdir ki, onlar özlərinə dəyərləri, ləyaqəti, qabiliyyəti 

olan və yaşamağa davam etmək üçün ağrının öhdəsindən gələ bilən insanlar kimi yanaşsınlar.”  

(Tərbiyəçi/Litva, kod 17.08.02) 

 

 

“Uşaq tərbiyəçidən kömək istəməlidir. məs., qayğı  təşkilatında təmir işləri üzrə usta da 

tərbiyəçi kimi olmalı  və ondan ondan dülgərliyi öyrənmək mümkün olmalıdır; maşını  və ya 

mənzili təmir etməyi öyrənmək də faydalı ola bilər (…) Gənclər evində olarkən hardasa 

işləməyə başlasan, heç nə itirməzsən (…) Çox iş görən çox şey qazanır, az iş görən isə  az.” 

(Estoniyalı oğlan, kod 7.01.02)  

 

 



A) Öhdəliklər 

 

 



 

Uşaq Müdafiə Xidməti 

 



Qayğı planında razılaşdırıldığı kimi, uşaq/gəncin müstəqil 

həyata hazırlanması istiqamətində irəliləyişlərə nəzarət edir. 

 

Uşaq/gəncin optimal təhsil almaq imkanını təmin edir.   



 

 

 



Qayğı təşkilatı 

 



Uşaq/gəncin müstəqil olmasına dəstək göstərmək məqsədilə 

uyğun çərçivə şərtlər və proqramlar təmin edir. 

 

 

 



Tərbiyəçi 

 



Uşaq/gəncə müstəqil olmaqda kömək edir.  

 

 



 

B) Qaydalar 

 

1. Tərbiyəçi uşaq/gənci fərdi təlim və dəstəklə təmin edir 

Tərbiyəçi qayğı planında müəyyən olunmuş  tələblərə uyğun olaraq uşaq/gəncin təlim 

olunduğunu və özünəinamın artırılması üçün uşaq/gəncin dəstəklənməsini təmin edir. Tərbiyəçi 

başlıca olaraq aşağıdakı məqamlara diqqət yetirir: 

 

 



44


 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 



 

uşaq/gəncin gündəlik tapşırıqların yerinə yetirilməsi üçün məsuliyyət daşıması, onun öz 

səviyyəsinə uyğun olaraq özünə qulluq etməsi, həmçinin puldan istifadə etməsi, hüquqi, 

sığorta və s. praktiki məsələlərin həll olunmasında iştirakı dəstəklənir; 

 

uşaq/gəncin sosial şəbəkəyə inteqrasiya olması və bu mühitdən olan insanlarla əlaqə 



saxlaması dəstəklənir; 

 



tərbiyəçi uşaq/gəncin maraqlarını öyrənir və onun bilik və bacarıqlarının inkişaf etdirilməsi 

üçün fəaliyyətlər planlaşdırır.  

 

2. Müstəqil həyata hazırlıq davamlı proses kimi təşkil olunur 

Qayğı  təşkilatının dəstəyi ilə  tərbiyəçi uşaq/gənci müstəqil həyata hazırlayır.  Bu  proses  fərdi 

qayğı planına əsaslanır. 

 

Qayğı planı uşaq/gəncin müstəqil həyata hazırlanması prosesini davamlı proses kimi nəzərə alır. 



Uşaq/gəncin müstəqil olmasını dəstəkləmək üçün müvafiq çərçivə şərtlərin, imkan/proqramların 

hazırlanması nəzərdə tutulur.  

 

3. Uşaq/gəncə özünüinkişaf imkanları/proqramları təklif olunur  

Qayğı  təşkilatı  və  tərbiyəçi uşaq/gəncin cavabdehliyinin artırılması, dəyər və normaların 

aşılanması, həmçinin lazımi həyat vərdişlərin inkişaf etdirilməsi məqsədilə  uşaq/gənc üçün 

müxtəlif treninq imkanları və proqramları yaradır. 

 

Uşaq/gənc özünüinkişaf imkanları/proqramlarının hazırlanması, tətbiqi və qiymətləndirilməsi 



prosesində iştirak edir. 

 

4. Uşaq/gəncin ən yaxşı təhsil almaq imkanı var 

Potensial və maraqlardan asılı olaraq uşaq/gəncin  ən yaxşı  təshil formalarından faydalanmaq 

imkanı təmin olunur 

 

Fərdi maraqlardan asılı olaraq uşaq/gəncin istər məktəb, istərsə də məktəbdənkənar fəaliyyətlə 



məşğul olması dəstəklənir 

 

 



C) Həyəcan siqnalları 

 

 



Müstəqil həyata hazırlıq qayğı planında nəzərə alınmayıb. 

 



Özünüinkişaf imkanları/proqramları mövcud deyil. 

 



Uşaq/gəncin özünüinkişaf imkanları/proqramlarından istifadə etmək imkanı yoxdur 

 



Uşaq/gənc özünü müstəqil həyata tam hazırlıqlı və dəstəkli hiss etmir 

 



Uşaq/gənc sosial şəbəkəyə inteqrasiya olunmayıb 

 



Uşaq/gəncin təhsil almaq imkanları dəstəklənmir 

 



Uşaq/gənc öz asudə vaxtını səmərəli keçirmir 

 



Uşaq/gəncin fikri dinlənilmir 

 

 

 

45



Yüklə 468,27 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə