Əsas anlayışlar



Yüklə 468,27 Kb.
Pdf görüntüsü
səhifə14/17
tarix21.06.2018
ölçüsü468,27 Kb.
#50195
1   ...   9   10   11   12   13   14   15   16   17

 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Standart 12 Uşağa uyğun bir həyat şəraitində qayğı 



göstərilir   

 

 

Həyat şəraiti və qayğı təşkilatının infrastrukturu komfort, təhlükəsizlik, sağlamlıq, təhsil 

və  cəmiyyətə  sərbəst çıxış  şərtləri nəzərə alınmaqla uşağın ehtiyaclarının təmin 

olunmasına xidmət edir. 

 

 

“Dəqiq yadıma gəlmir, ilk dəfə özümü nə vaxt patronaj evimdə yaxşı hiss etdim. Bəlkə bu, mən 

hamama gedəndə baş verdi. Mənim üçün təmizlik çox vacibdir. Bilirsinizmi, 7.30-da yatmağa 

getmək, hərdən məni dəsmala bürüyüb yatağa aparardılar, meyvə dolu qab, yemək hər zaman 

eyni vaxtda - hər şey nizamlanıb. Hətta kiçik şeylər də o qədər vacibdir ki…” 

(İrlandiyalı qız, kod 13.02.06) 

 

“Müxtəlif ictimai qayğı növlərində yaşayan uşaqları müqayisə etmək üçün faktlar əks olunmuş 

formalardan istifadə edirəm. Formaların doldurulması adətən uşağın inkişafı və aldığı qayğı ilə 

bağlı planlaşdırma, qərarvermə, yoxlama və monitorinq işini asanlaşdırır. Məs., bir dəfə 

müəssisədə bir oğlanın südə qarşı allergiyası üzə  çıxmışdı, bu məlumat patronaj  valideynlər 

üçün həlledici olmuşdu.” 

 (Sosial işçi/Macarıstan, kod 12.08.01) 

 

 



A) Öhdəliklər 

 

 



 

Uşaq Müdafiə Xidməti 

 



Yerləşmənin uşağın material ehtiyaclarını ödəyə biləcək və 

adekvat həyat şəraiti təmin edə biləcək bir yer olmasına 

zəmanət verir.   

 

 



 

Qayğı təşkilatı 

 



Uşağı rahat, təhlükəsiz, sağlam və sabit mühitlə təmin edir. 

 

 



 

Tərbiyəçi 

 



Uşağı rahat, təhlükəsiz, sağlam və sabit evlə təmin edir  

 

 



 

 

B) Qaydalar 

 

1. Uşağa adekvat həyat şəraitində qayğı göstərilir  

Uşaq Müdafiə Xidməti uşağın həyat  şəraiti ilə bağlı minimal tələblərin yerinə yetirilməsinə 

nəzarət edir. Bu tələblərə komfort, təhlükəsizlik, sağlam  şərait, sərbəst təhsil almaq və 

cəmiyyətlə ünsiyyətdə olmaq imkanları daxildir. Uşaq Müdafiə Xidməti uşağın bu minimal 

tələblərə cavab verən bir evdə yerləşdirilməsinə əmin olur. 

 

 



40


 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

2. Qayğı təşkilatı minimal tələblərə cavab verir 

Qayğı  təşkilatı göstərdiyi qayğının keyfiyyətinə yazılı  sənədlə  zəmanət verir. Bu keyfiyyət 

məcburi minimal tələblərin təmin olunmasını nəzərdə tutur. 

 

Bu yazılı sənəd hər kəsin tanış olması üçün açıqdır. 



 

3. Uşağın rifahl və ona adekvat həyat şəraitində qayğı göstərilməsi  təmin olunur 

Uşağın komfort, təhlükəsizlik, sağlam  şərait, sərbəst təhsil almaq və  cəmiyyətlə ünsiyyətdə 

olmaq imkanını təmin etmək üçün tərbiyəçi məcburi minimal tələblərə riayət edir.  

 

 



C) Həyəcan siqnalları 

 

 



Uşağın həyat şəraitinə dair minimal tələblər müəyyən olunmayıb 

 



Uşaq məcburi minimal tələblərə cavab verən evdə yerləşdirilməyib 

 



Qayğı təşkilatının məcburi minimal tələblərə dair yazılı bəyannaməsi yoxdur və ya bu sənədlə 

tanış olmaq imkanı yoxdur 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

41


 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Standart 13 Xüsusi qayğıya ehtiyacı olan uşaqlar münasib 



qayğı ilə təmin olunurlar 

 

 



Tərbiyəçilər öz öhdələrində olan uşaqların xüsusi ehtiyaclarını ödəmək məqsədilə davamlı 

olaraq təlim olunur və dəstəklənirlər. 

 

 



“Himayədar ananın təhsili, vərdişləri və  uşaqlarla iş  təcrübəsi mənə böyük kömək oldu. Uşaq 

evində çalışan psixoloq uşaqda anamnezin olması  və onun hazırki vəziyyəti haqda məlumat 

vermişdi. Uşağa hər gün vaxt ayırmaq vacib idi, ona əsas vərdişləri, paltar geyməyi öyrətmək

əsas anlayışları izah etmək, cümlə ilə danışmağı, forma və rəngləri tanımağı öyrətmək lazım idi. 

Ona hətta necə oynamağı öyrətmək lazım gəlirdi.”  

(Tərbiyəçi/Çexiya Respublikası, kod 5.06.05)  

 

 



“Loqopedlə birgə  səylər nəticəsində himayədar valideyn uşağa eşitmə qüsuru səbəbindən 

yaranmış ünsiyyət çətinliklərini  aradan qaldırmağa kömək edə bilmişdi.”  

(Tərbiyəçi/Çexiya Respublikası, kod 5.06.0) 

 

 



A) Öhdəliklər 

 

 



 

Uşaq Müdafiə Xidməti 

 



Xüsusi qayğıya ehtiyacı olan uşağın uyğun yerdə 

yerləşdirildiyinə əmin olur.   

 

 

 



Qayğı təşkilatı 

 



Xüsusi qayğıya ehtiyacı olan uşağın uyğun qayğı ilə təmin 

olunduğuna əmin olur 

 

Xüsusi qayğıya ehtiyacı olan uşağın lazım gəldikdə müalicə 



almasını təmin edir. 

 

 



 

Tərbiyəçi 

 



Xüsusi qayğıya ehtiyacı olan uşağı uyğun qayğı ilə təmin edir. 

 



Xüsusi qayğıya ehtiyacı olan uşağın lazım gəldikdə peşəkar 

müalicə almasını təmin edir  

 

 

 



 

B) Qaydalar 

 

1. Xüsusi qayğıya ehtiyacı olan uşaq yeni evdə yerləşdirilməmişdən  əvvəl hərtərəfli 



hazırlıq işləri görülür.  

Uşağın ehtiyaclarını ödəyə bilmək üçün Uşaq Müdafiə Xidməti uşaq haqda qayğı  təşkilatı  və 

tərbiyəçini lazımi bütün məlumatlarla təmin edir. 

 

 



42


Yüklə 468,27 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə