Əsas anlayışlar



Yüklə 468,27 Kb.
Pdf görüntüsü
səhifə7/17
tarix21.06.2018
ölçüsü468,27 Kb.
#50195
1   2   3   4   5   6   7   8   9   10   ...   17

 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

2. Bütün aidiyyatı tərəflər həssas şəkildə prosesə cəlb olunmuşlar 

Məsul şəxs uşağın vəziyyətinin müxtəlif perspektivlərinə fəal maraq göstərir və bütün aidiyyatı 

tərəfləri onların hüquqları haqda məlumatlandırır. O, vəziyyətin aydınlaşdırılması  və  həlli 

yolunun tapılmasına yardım edə biləcək bütün tərəflərin prosesə cəlb olunmasını təmin edir. 

 

Məsul  şəxs bütün tərəfləri dinləyir, onlara eyni hörmətlə yanaşır və  uşaq üçün alternativləri 



vicdanlı şəkildə çatdırır. 

 

 



C) Həyəcan siqnalları 

 

 



Uşaq və ya onun mənsub olduğu ailəyə yardım tələb olunduqda dəstək göstərilmir. 

 



Uşağın əhvalatı nəzərə alınmır və ya ona inanılmır. 

 



Yalnız bir tərəf dinlənilir. 

 



Maraqlı tərəflərə eyni münasibət bəslənmir. 

 



Uşaq hüquqları haqda məlumat uyğun şəkildə təmin olunmur. 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



19


 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Standart 2  Uşaq qərarvermə prosesi zamanı iştirak 



etmək hüququna malikdir  

 

Bütün tərəflər uşağı dinləyir və ona hörmət bəsləyir. Uşaq öz vəziyyəti haqda adekvat 



məlumatlandırılır, onun öz fikirlərini ifadə etməsi və anlama səviyyəsinə uyğun olaraq 

qərarvermə prosesində iştirakı dəstəklənir. 

 

“Mən Uşaq Müdafiə Xidmətinə müraciət etdim və onlar vəziyyəti nəzarətə götürdülər. Onlar 

dərhal reaksiya verdilər. Həmin gün mən inandım ki, Xidmədə çalışanların qəlbində əsas olan 

mənim maraqlarımdır. Mən hətta hara yerləşdirilməyim haqda qərarın verilməsi prosesinə də 

cəlb olunmuşdum.”  

(Norveçli qız , kod 22.02.03) 

 

“Qız özü istəyirdi ki, onu qayğıya götürsünlər. Bu, onun 2-ci xahişindən sonra baş tutdu. 

Əvvəlcə o, anası ilə yaşayırdı, amma anası xəstələnəndə o, atası ilə yaşamağa başladı. Istirahət 

günləri qız dəstək ailəsinin yanına gedirdi, sonra başqa bir ailə ona dəstək verməyə başladı, 

sonda 2-ci ailə onu himayəyə götürdü.  

(Finlyandiyalı qızın əhvalatı, kod 8.02.02) 

 

A) Öhdəliklər 

 

 



 

Uşaq Müdafiə Xidməti 

 



Uşaqların qərarvermə prosesində tam iştirak etmək hüququnu 

təmin edir 

 

 Uşağı bütün lazımi məlumatlarla tanış edərək onun iştirakını 



təmin edir  

 

 



 

B) Qaydalar 

 

1. Uşaq ətraflı şəkildə, dostyana tərzdə məlumatlandırlır 

Məsul  şəxs uşağı mövcud vəziyyət və  gələcək imkanlar haqda tam məlumatlandırır, uşağın 

məlumatı anlamasına əmin olur 

 

2. Uşağın fikri ehtiyatla, həssaslıqla öyrənilir 

Uşaq Müdafiə Xidmətindən olan, peşəkar təlimlər almış  işçi uşağı dostyana tərzdə intervyu 

edir.  

 

3. Uşağın rəyi hörmətlə qarşılanır və diqqətlə nəzərdən keçirilir. 



Məsul  şəxs uşağın vəziyyətini ehtiyatla araşdırır və onun fikirlərinin nəzərə alınması üçün 

imkanlar axtarır 

 

C) Həyəcan siqnalları 

 



Uşaq öz vəziyyəti haqda kifayət qədər məlumata malik deyil və ya aldığı məlumatı anlamır. 

 



Uşağın rəyi nəzərə alınmır. 

 



Uşaq qərarla razı deyil. 

 

20




 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Standart 3  Peşəkar qərarvermə prosesi uşaq üçün 



mümkün olan ən münasib qayğını təmin edir 

   

 

Qərarvermə prosesi 2 suala cavab axtarır: Hansı  qərar uşağın maraqlarına  ən uyğun 

şəkildə cavab verir? Evdənkənar qayğı formasına ehtiyac dəqiqləşdirilməlidirmi, uşaq 

üçün ən uyğun yerdəyişmə hansıdır? 

 

Uşağın inkişafı ilə birbaşa məşğul olan bütün tərəflər öz təcrübələrindən çıxış edərək bir-

birilə əməkdaşlıq qururlar. Onlar qərarvermə prosesinə aid olan müvafiq məlumatları əldə 

edir və bir-birilə bölüşürlər.  

 

Əgər söhbət xüsusi qayğıya ehtiyacı olan uşaqlardan gedirsə, onların spesifik ehtiyacaları 

nəzəzə alınır. 

 

 



“Himayədar ailələrin məsləhətçisi uşağın maraqlarını potensial ailəyə təqdim edir və razılaşma 

əldə olunduqda mərkəz uşağı bu haqda məlumatlandırır.Uşaq potensial himayədar ailələr 

haqda dolğun məlumat alır. Mərkəz uşaq və onun bioloji ailəsini potensial himayədar ailə ilə 

tanış edir. Sonra maraqlı bütün tərəflər arasında razılaşma bağlanır.” 

(Uşaq Müdafiə Xidmətinin işçisi / Sloveniya, kod 27.08.03) 

 

 

 

A) Öhdəliklər 

 

 



 

 

Uşaq Müdafiə Xidməti 

 

Peşəkar qərarvermə prosesini təmin edir.  



 

Tərəflərin birgə iştirakını və şəffaflığı təmin edir.  



 

 

 



Qayğı təşkilatı 

 



Uşaq Müdafiə Xidmətini təklif etdiyi qayğı forması ilə bağlı 

bütün aidiyyatı məlumatlarla təmin edir. 

 

 

B) Qaydalar 



 

1. Proses şəffaflıq şəraitində bütün tərəflərin iştirakı ilə aparılır 

Məsul şəxs bütün maraqlı tərəflərin prosesdə iştirakını təmin edir. O, bütün lazımi məlumat və 

sənədləri şəffaflıq şəraitində toplayır. Maraqlı tərəfləri korrekt şəkildə məlumatlandırır, hər bir 

tərəfin prosesi anlamasını və müvafiq məlumatla tanış olmasını təmin edir. 

 

2. Kənar orqanlarla əməkdaşlıq təmin olunur 

Məsul  şəxs müxtəlif təşkilatlardan olan kənar mütəxəssislərin uşağın vəziyyəti ilə tanış 

olmasına şərait yaradır və onlarla məsləhətləşmələrin aparılmasını təmin edir. 

 

 



21


Yüklə 468,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə