Əsas anlayışlar



Yüklə 468,27 Kb.
Pdf görüntüsü
səhifə6/17
tarix21.06.2018
ölçüsü468,27 Kb.
#50195
1   2   3   4   5   6   7   8   9   ...   17

 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

 



Standart paketi 3: Qayğıdan ayrılma prosesi 

 

Standart 15: 

Qayğıdan ayrılma prosesi diqqətlə planlaşdırılır və həyata keçirilir. 

 

 

Qayğıdan ayrılma prosesi evdənkənar qayğı sistemində çox mühüm bir 

mərhələ olmaqla diqqətlə planlaşdırılmalı  və  həyata keçirilməlidir. Proses 

uşaq/gəncin fərdi qayğı planına əsasən aparılır. 

 

Uşaq/gənc ona göstərilən qayğının keyfiyyəti ilə bağlı ekspert qismində 



qəbul olunur. Onun rəyi qayğı sisteminin və qayğı modelinin keyfiyyətinin 

inkişafı üçün əhəmiyyətlidir.  

 

Standart 16: 

Qayğıdan ayrılma prosesində ünsiyyət səmərəli və məqbul şəkildə aparılır. 

 

 

Maraqlı bütün tərəflər proses zamanı oynadıqları rola uyğun olaraq müvafiq 

məlumatla təmin olunurlar. Eyni zamanda uşaq/gənc və onun bioloji ailəsi 

məxfilik  və təhlükəsizlik hüquqlarına malikdirlər.  

 

Standart 17: 

Uşaq/gəncə qayğıdan ayrılma prosesində iştirak etmək hüququ təmin edilir. 

 

 

Qayğıdan ayrılma prosesi fərdi qayğı planına  əsaslanır. Uşaq/gənc öz 

fikirlərini bildirmək, hazırki vəziyyəti və  gələcəyi ilə bağlı istəklərini 

bildirmək hüququna malikdir. O, qayğıdan qyrılma prosesinin 

planlaşdırılması və həyata keçirilməsində iştirak edir.  

 

Standart 18: 

Müşahidə, davamlı dəstək və əlaqə saxlamaq üçün imkanlar təmin olunur 

 

 

Uşaq/gənc evdənkənar qayğıdan ayrıldıqdan sonra da dəstək almaq imkanına 

malikdir. Qayğı  təşkilatı  uşağın prosesi qaçılmaz yeni ziddiyyət kimi qəbul 

etməməsi üçün səy göstərir.  

 

Əgər gənc yetkinlik yaşına çatmışdırsa, qayğı  təşkilatı onunla əlaqələri və 



ona dəstəyi davam etdirməlidir. 

 

 



 

 

 

 

 

16




 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

 



17

Standart Paketi 1 

 

 

Qərarvermə və uşaqların qəbulu prosesi  

 

 



Qərarvermə prosesi 2 mərhələdən ibarətdir:  

Birinci mərhələ uşağın ehtiyaclarının və onun ailədəki vəziyyətinin öyrənilməsi və ən uyğun 

qərarın qəbul edilməsini özündə  əks etdirir. Əgər məsələnin  ən uyğun həlli yolu uşağın 

evdənkənar qayğı ilə təmin olunmasıdırsa, bu halda ikinci mərhələ başlayır. Bu mərhələdə 

uşaq üçün uyğun yer seçilir. Qərarvermə prosesi yeni yer müəyyənləşdirildikdən və 

maraqlı bütün tərəflər arasında razılaşma imzalandıqdan sonra başa çatır.  

 

Qəbul prosesi uşağın yeni ailəyə tam inteqrasiyası ilə bağlı bütün tədbirlərin həyata 

keçirilməsini nəzərdə tutur. Uşağın inkişafı ilə bağlı maraqlı bütün tərəflər qərarvermə 

prosesinə aid  məlumatları bir-birilə bölüşürlər. 

 

Xüsusi ehtiyacları olan uşaqların qəbulu zamanı onların spesifik tələbatı  nəzərə 

alınmalıdır. 

 

 

 

Standart paketinə aşağıdakı standartlar daxildir: 

 

Standart 1: 

Qərarvermə prosesi zamanı uşaq və onun bioloji ailəsi dəstəklənir 

 

Standart 2: 

Uşaq qərarvermə prosesi zamanı iştirak etmək hüququna malikdir 

 

Standart 3: 

Peşəkar qərarvermə prosesi uşaq üçün mümkün olan ən münasib qayğını 

təmin edir 

 

Standart 4: 

Bacı-qardaşlara birgə qayğı göstərilir 

 

Standart 5: 

Yeni evə keçid lazımi şəkildə hazırlanır və həssas formada həyata keçirilir 

 

Standart 6: 

Evdən kənar qayğı prosesi fərdi qayğı planına əsaslanır 

 

 

 



 

 

 

 


 

 

Uşaqlar üçün Keyfiyyət 



 

 

Standart 1 



Qərarvermə prosesi zamanı uşaq və onun bioloji 

ailəsi dəstəklənir 

 

 

Uşaq və onun bioloji ailəsi öz həyat şəraitini dəyişmək istədikdə va ya vəziyyət bunu tələb 

etdikdə prosesə müdaxilə etmək hüququna malikdirlər. Bu zaman uşağın təhlükəsizliyi və 

maraqları  ən yüksək prioritet təşkil edir. Uşaq və bioloji ailənin fikirləri hər zaman 

dinlənilir və onlara hörmət bəslənir.   

 

 



“Uşaqlarımı itirəcəyimdən çox qorxurdum (...). Lakin mən hiss etdim ki, mən hələ  də onların 

həyatında vacib insanam. Uşaqlarla bağlı  hər məsələdə  iştirak edirdim. Özümü bütöv bir 

varlığın hissəsi kimi hiss edirdim. (…) Mən uşaqlarıma hər zaman onlarla maraqlandığımı 

göstərə bilirdim. Və bu ona görə mümkün idi ki, mənə uşaqlarımın həyatında baş verən bütün 

mühüm hadisələrdə iştirak etməyə icazə verilirdi. 

(Luksemburqlu ana,kod 18.04.01) 

 

“Qız uşağının 14 yaşı var və o, evə getmək istəmir. Onlar vəziyyəti müzakirə etmək üçün Uşaq 



Müdafiə Xidməti ilə görüşürlər. Onun xüsusi xahişi var idi: o, yeni ailə istəyirdi. Biz onun 

şəraitini araşdırdıq. Aydın oldu ki, qız və ana arasında ciddi ünsiyyət problemləri var. Mən qıza 

dedim ki, hamı bir yerə yığılaraq onun hazırki vəziyyətini, yaşadığı  problemləri müzakirə etsə 

yaxşı olar.” 

(Uşaq Müdafiə Xidmətinin işçisi/ Norveç, kod 22.07.01) 

 

 



 

A) Öhdəliklər 

 

 



 

Uşaq Müdafiə Xidməti 

 



Qərarvermə prosesi zamanı  və ümumiyyətlə, evdənkənar 

qayğının  bütün mərhələlərində  uşağı  və onun ailəsini 

dəstəkləyəcək məsul şəxsi dərhal təyin edir  

 

 



 

 

B) Qaydalar 

 

1. Uşağa məsul şəxsin daima əlçatan olması  

Uşağın vəziyyətini aydınlaşdırmaq və  uşaq və onun bioloji ailəsini dəstəkləmək məqsədilə 

məsul  şəxs qərarvermə prosesi zamanı  həmişə  əlçatandır.  İmkan daxilində, məsul  şəxs evdən-

kənar qayğı prosesini bütövlüklə izləyir və dəstəkləyir.  

 

 

 

 

 

 

 

18




Yüklə 468,27 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə