ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə41/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   37   38   39   40   41   42   43   44   ...   66

özənə  cəlb  etməli  idi.  Yeni  Ayın  çıxmasından  sonra  Ayın 
birinci  dörddə  biri  təxminən  7  gündən  som-a  aşkara  çıxır, 
onun ikinci dörddə biri isə təxminən 14 gündən sonra zahirə 
çıxır və s. 
Ayının  kəlləsində  çərtilmiş  yeddilik  azıxantropun  bir 
çox  yüzminilliklər  bundan  öncə  qədim  kosmologiyanın 
beşiyi başında durduğunu təsdiq etmirmi?! 
Lakin  şübhəsizdir  ki,  ayı  kəlləsi  üzərində  olan,  ritm 
hissini nəzərə çatdıran çərtmələr həm də Azıx insanın təsviri 
incəsənət fəaliyyətinin nümunələrindən biridir. Bu çərtmələr 
aşağı  paleolit  dövrünün  insanında  nəinki  ilkin  hesablama 
əməliyyatlarının,  habelə  incəsənətin  başlanğıcının  meydana 
gəldiyini  təsdiq  edir.  Qed-şərtsiz  iqrar  etmək  olar  ki,  bu, 
incəsənətin  yaranmasına  və  mücərrəd  təsəvvürlərin 
məntiqinə doğru həlledici addım idi. 
Beləliklə, aşağı paleolit dövründə hesablama haqqında 
məsələ incəsənətin yaranması və ilkin məzmunu problemləri 
ilə  bilavasitə  əlaqədardır:  bu  halda  söhbət  ilk  rəssamların 
şüurunun mücərrədləşdirmə fəaliyyətinin səviyyəsi haqqında 
gedir. 
Hazırda artıq aşağı paleolit dövründə bədii yaradıcılığın 
yetişməkdə  olduğu  haqqında  fikir  şübhə  doğurmur,  azıxda 
aşkar edilmiş material bunun daha bir təsdiqidir. 
Azıx  mağarasında  4  ayı  kəlləsinin  saxlandığı  xüsusi, 
gizli  guşənin  olması  faktı  fövqəladə  dərəcədə  maraqlıdır. 
Müxtəlif heyvan kəllələrinin xüsusi şəkildə qoyulduğu gizli 
guşələr  dünyanın  bir  çox  bölgələrində  də  tapılmışdır. 
Draxenlox (İsveçrə), Zaltsofen (Avstriya), Klyuni, Le Furten, 
Reqardu, Lazaret (Fransa), Peterexel (AFR), Kudaro (Şimali 
Qafqaz)  və  başqa  yerlərdə  bu  cür  nümunələr  aşkar 
olunmuşdur. 
138 


Azıxda aşkar edilmiş heyvan kəllələrinin saxlandığı gizli yer 
bu eür sitayiş obyektləri içərisində ən qədimlərindən biridir. 
Gizli  yerlə  tanışlıq  həyata  keçirilmiş  əməl  arxasındakı 
təsəvvürlər 
aləmini 
bizim 
qarşımızda 
eanlandırır. 
Qeyd-şərtsiz  demək  olar  ki,  bu,  məqsədyönlü,  şüurlu  və 
əlbəttə qeyri-utilitar insan fəaliyyətinin nətieəsidir. 
Azıxda  təsdiqlənmiş  «kəlləyə  sitayiş»  faktı  Cənubi 
Qafqaz  sakinlərində  ətraf  mühütin  hadisələri  haqqında  ən 
erkən, başlanğıc səciyyəvi təsəvvürlərin yarandığını göstərir. 
Sonralar  həmin  təsəvvürlər  zəminində  dinin  ünsürləri,  din 
meydana  gəldi.  Kəllə  «yığınları»  (və  ümumiyyətlə  heyvan 
sümükləri)  tote-  mizmin,  hər  halda  onun  rüşeymiərinin 
meydana gəldiyini göstərir (Cəfərov, Əliyev 1998). 
Bütün  bu  göstərilənlər,  aşağı  paleolit  dövründə 
Azərbaycan 
sakinininin 
təfəkküründə, 
baxışlarında, 
zövqündə və həyat fəaliyyətində köklü irəliləyiş demək idi. 
Aşel  dövrünün  ikinci  yarısında  mağarada  möhkəm 
məskən  salmış  azıxantroplar  orada  süni  mühit  yaradırlar. 
Azıx  mağarasının  aşel  təbəqəsində  ocaqlardan  birinin 
yanında  süni  hasarı  -  dairəvi  daş  tikilinin  qalıqları  aşkar 
edilmişdir.  Beləliklə,  300  min  il  bundan  əvvəldən  də  öncə 
azıxantrop  özü  üçün  yaşayış  yeri  qururdu.  Son  zamanlar 
planetimizin  müxtəlif  bölgələrində,  xüsusilə  Fransanın  süni 
yaşayış  yerlərinin  bir  çox  qalıqları  (onların  arasında  aşel 
dövrünə aid olanları da vardır) tapılmışdır. 
Aşeldən  sonrakı  mustye  dövrü  adətən  beynəlxalq 
miqyasında  keyfiyyətcə  yeni,  qədim  insanların  həyatında 
əvvəlki  insanla  müqayisədə  daha  yüksək  mərhələ  kimi 
səciyyəvidir. Məhz bu səciyyəvilik bir çox 
139 


tədqiqatçılara  həmin  tarixi  mərhələni  xüsusi  dövr  -  orta 
paleolit dövrü kimi (əhəmiyyətinə görə son paleolitə bərabər 
olan  dövr)  ayırmaq  hüququnu  verir.  Digər  tədqiqatçılar  bu 
cür yanaşmaya etiraz edərək, hesab edirlər ki, son aşel dövrü 
ilə  ilk  mustye  arasındakı  fərq  mərhələ  səciyyəsi  daşımır. 
Lakin 
ikinci 
baxışın 
tərəfdarlarının 
müddəalarına 
baxmayaraq,  bütövlükdə  insanların  neandertal  növü  (ilkin 
neandertal-  lar  istisna  olunmaqla)  mustye  dövrünə  təsadüf 
etmişdir.  Artıq  mustye  dövründə  sürü  münasibətləri  arxada 
qalmış,  ibtidai  icma  quruluşu  (nəsli  cəmiyyət)  təşəkkül 
tapmış, 
kommunalistik 
münasibətlər 
qərarlaşmışdır. 
İndiyədək  tədqiqatçıları  məşğul  edən  neandertal  qəbilələri 
həmin  dövrdə  ümumilik  münasibətlərinin  qərarlaşmasmı 
təsdiq edən faktlardır. 
Neandertal  qəbirləri  ilk  növbədə  neandertallarm 
kollektiv  birliyi,  qarşılıqlı  sosial  əlaqəni  dərk  etdiklərini 
təsdiq  edir.  Bu,  qarşılıqlı  yardım  institutunun  yarandığını, 
icma  üzvlərinin  bir-birinə  qayğısını  göstərir.  Bu, 
«neandertallarm ibtidai icmasını möhkəmləndirən əlaqələrin 
sabitliyini və gücünü təsdiq edir» (A. P. Okladnikov) parlaq 
göstəricidir. Güman etmək olar ki, mustye dövrü yeni ictimai 
təşkilatın - tayfanın  yaranması zamanı olmuşdur. Hər halda 
həmin  dövrdə  bir  növ  «tayfa  ərəfəsi»  birləşməsinin 
mövcudluğu  şübhəsizdir.  Bu  birliyin  əsas  tərkib  hissəsini 
böyük  kollektiv  təşkil  edirdi.  Güman  etmək  olar  ki,  bu 
kollektiv  bir  neçə  nəslin  icmanı,  birgə  məyə  əsaslanan  bir 
neçə düşərgəni özündə ehtiva edirdi. 
Bundan başqa, neandertal qəbirləri müəyyən, sırf insan 
hissələrindən,  bəşəriyyət  tarixində  ilk  dəfə  olaraq  öz 
yaxınlarını  dəfn  etmiş  insanların  baxışlarından  xəbər  verir. 
Nəhayət, bu qəbirlərdən aydın olur ki. 
140 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə