ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə45/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   41   42   43   44   45   46   47   48   ...   66

sözlər! Hovanissiyan erməni liderlərinin adından öz «böyük 
yalan»ım  söyləməkdə  davam  edirdi:  «Silahlanmağa  çağırış 
əzabları  ağırlaşdırsa  da,  aclığı  və  epidemiyanı  çoxaltsa  da, 
yeni yetimlər yaratsa da, əhalinin kütləvi gedişinə səbəb olsa 
da,  və  xalqı  yorub  əldən  salsa  da,  bu,  türklərin  əli  ilə 
basdırılmağa  alternativ  olan  yeganə  yoldur».  Hovanissyan 
burada da dayanmır. O, davam edir: «Əgər indi Müttəfiqlərin 
minlərlə  əsgərinin  Konstantinopol,  Trabzon,  Batumi,  Tiflis 
və Bakıda yerləşdirildiyi məqamda və onların erməni xalqını 
cəlladların  əllərindən  alınası  tamamilə  asan  olanda  erməni 
xalqının  qismətinə  məhv  edilmək  düşmüşdürsə,  onda 
bəşəriyyətin şüuruna onu əzablı hönkürtülərini çatdırmaq və 
öz  qismətini  qarşılamaq  üçün  mətin  iradə  ilə  şərəfli  ölümə 
çatmaq yeganə yoldur». 
Bu çox qəddar bəyənatdır! 
Onlar  müharibəni  başlamışdılar  və  indi  məğlub 
olurdular. Azərbaycanla müharibəni onlar başlamışdı, buna 
baxmayaraq  türkləri  günahlandıraraq  «erməni  xalqının 
cəlladları» adlandırırdılar. Erməni liderləri iddia edirdilər ki
onlar «şərəflə öləcəklər». 
Şərəflə ölmək? Osmanlı İmperiyasına satqın çıxmaqla? 
Qonşu Gürcüstanla düşmən kəsilməklə? Qonşu Azərbaycana 
nifrət  dolu  işğalçı  hücuma  keçməklə?  Sivil  dünyada  bütün 
bunlar  hansı  cür  şərəf  sayılır?  Sualların  cavabı  əsrlərin 
içindən çıxıb gəlir bu, şərəf deyil, satqınlıqdır, şərəfsizlikdir! 
Bu cür hərəkət edən adamlar xristian adlana bilməz! 
Gecələr  döyüş  xətlərinin  arxasında  Osmanlılara 
xaincəsinə hücum çəkmək, gündüzlər isə özünü beş əsrdən 
artıq  sülh  və  əminamanhqda  yaşadığını  Osmanlıların  dostu 
kimi qələmə vermək şərəf deyil! 
Buna baxmayaraq, «belə ümidsiz müraciətlər xaricdəki 
erməni nümayənədəlrini və ermənipərəst cəmiyyətləri daha 
geniş  fəaliyyətə  sövq  edir.  Onlar  1919-  cu  ilin  avqustunda 
ölkələrin rəhbərlərinə, xarici işlər 
151 


nazirlərinə  və  daha  aşağı  çinli  rəsmilərə  yüzlərlə  məktub 
göndərərək erməni məsələsini bir daha qaldırmaq üçün görüş 
xahişi edirdilər». 
Həqiqət burasındadır ki, ermənilər pis və satqın əsgərlər 
olmaqla  bərabər,  eyni  zamanda  yalan  ustası  idilər  və  heç 
nəyin hesabına nə isə qopartmaq üçün fırıldağa əl atırdılar. 
Onların  heç  nədən  xəbərsiz  xristian  dünyasına  sırıdığı 
«iyirminci  əsrin  ilk  genosidi»  əslində  «əsrin  ilk  şişirdilmiş 
yalanı» idi, çünki əzab dünyəvidir və heç kimə fərq qoymur 
və  xristian  kimi  «zavalı,  aclıq  çəkən  ermənilər»  üçün  isə 
hüduduzdur 

onlar 
sadəlövh 
xristianları 
buna 
inandırmışdılar.  Əslində  isə  1915  və  1922-ci  illər  arasında 
baş  vermiş  dəhşətli  hadisələrdə  ermənidən  daha  çox 
müsəlman  qırılmışdı.  Nisbətdə  götürələrsə,  eyni  ərazidə, 
eyni  səbəblərdən,  eyni  müharibədə  hər  erməni  qurbanının 
müqabilində  dörd  müsəlman  qurban  verilmişdi.  Genosidə 
daha çox bu bənzəyir»... 
Böyük  Britaniyadan,  ABŞ-dan  və  digər  ölkələrdən 
sərbəst yardım, sərbəst sədəqə və sərbəst hərbi yardım almaq 
üçün  ermənilər  xüsusi  ciddi  cəhd  göstərirlər  (Səmyuel 
A.Uimz, 2004)»... 
Hazırda  əsas  vəzifə  bəşəriyyəti  terrorçu  qüvvələrdən 
xilas  etməkdən  ibarətdir.  Bunun  üçün  bütün  dünyanın 
xalqları  və  dövlətləri  qəti  mübarizə  aparmalı,  terroçula-  ra 
maliyyə  və  digər  cəhətdən  kömək  edənlər  təşkilatların 
fəaliyyəti  qəti  qadağan  edilməlidir.  Bütün  xalqlar  azad  və 
fırəvan  yaşamalıdırlar.  Tarixi  həqiqətlər  bütün  dünya 
xalqlarına çatdırılmalıdır... 
152 


QARABAĞ ARXEOLOJİ VƏ TARİXİ 
MƏNBƏLƏRDƏ 
Qarabağ  Azərbaycanın  tarixi  ərazilərindən  biridir. 
Qarabağın  ərazisi  dağlıq  və  aran  hissələrindən  ibarət  olub, 
əsasən Kiçik qafqazın cənub-şərq hissəsində yerləşir. 
Qarabağın ərazisində ən qədim zamanlardan başlayaraq 
təbii  çaylar  şəbəkəsi  mövcud  olmuş  və  ulu  sakinlərin 
təsərrüfat  həyatında  bu  çayların  müstəsna  əhəmiyyəti 
olmuşdur.  2  milyon  il  bundan  əvvəllərdən  başlayaraq 
Qarabağın  Quruçay  və  Köndələnçay  vadilərində  ibtidai 
insanlar  məskunlaşmağa  başlamış  və  özlərinin  maddi  və 
mənəvi mədəniyyətlərini yaratmışlar. 
Qarabağın  dağlıq  ərazisi  meşəliklərlə  zəngindir. 
Qarabağın  meşələrində  palıd,  fıstıq,  göyrüş,  çökə,  vələs, 
qaraçöhrə  və  digər  ağaclar  mövcuddur.  Ərazidə  zəngin 
meyvə: qoz, alma, armud, əzgil, alça, zoğal və digər ağaclar 
vardır. 
Qarabağ  ərazisində  Azərbaycan  və  digər  alimlərin 
apardıqları  kompleks  elmi  tədqiqatlar  zamanı  buranın  ən 
qədim sivilizasiya mərkəzlərindən biri olması elmi əsaslarla 
sübuta yetirilmişdir. 
Azərbaycan  alimlərinin  apardıqları  elmi  araşdırmalar 
zamanı məlum olmuşdur ki. Kür və Araz çaylarının arası ən 
qədim  sivilizasiyanın  ocaqlarından  biri  olmuşdur.  Artıq  III 
geoloji dövrün sonunda, xüsusilə də IV dövrün əvvəllərindən 
başlayaraq  bu  ərazidə  qədim  insanların  məskən  salması  və 
yaşaması  üçün  əlverişli  təbii  coğrafi  şərait  olmuşdur. 
Arxeoloji,  paleontoloji  və  paleoantropoloji  tədqiqatlar 
zamanı bu ərazi Qafqaz, Aralıq dənizinin sahilləri və Şərqi 
Afrika  ərazisiylə  birlikdə  bəşəriyyətin  ulu  əcdadlarının  ilk 
beşiyi  olduğu  zonaya  daxil  olmuşdur  və  burada  da  qədim 
insan bir bio- sosial və sosial varlıq kimi təşəkkül tapmışdır. 
Ən qədim zamanlar ərazinin iqlimi bütün sonrakı dövrlərlə 
153 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə