ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə47/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   43   44   45   46   47   48   49   50   ...   66

qələrindən  aşkar  olunmuş  Quruçay  mədəniyyətinin  əmək 
alətləri Şərqi Afrikanın Olduvay mədəniyyəti kompleksi ilə 
yaxınlıq təşkil edir. 
Aparılan  elmi  arxeoloji  tədqiqatlar  zamanı  müəyyən 
olunmuşdur  ki,  Azıx  qədim  insan  düşərgəsində  Quruçay 
mədəniyyəti dövrü uzun inkişaf mərhələsindən sonra qədim 
aşel  mədəniyyəti  ilə  əvəz  olunmuşdur.  Azıx  mağarasında 
qədim aşel dövrü altıncı təbəqənin materialları ilə meydana 
çıxmaqla  yanaşı,  yerli  çay  daşı  alətləri  -  Quruçay 
mədəniyyəti əsası üzərində inkişafa başlamışdır. 
Azıx  düşərgəsində  qədim  aşel  mədəniyyəti  əsasən  əl 
çapacaqları,  kobud  çapma  alətləri,  qalın  qəlpələr  üzərində 
hazırlanmış  qaşov  tipli  alətlərlə  və  disk  şəkilli  nüvələrlə 
xarakterizə olunur. Arxeoloji tədqiqatlar zamanı qədim aşel 
təbəqəsindən 2 minə qədər daş məmulatı tapılmışdır. Aşkar 
olunmuş  daş  məmulatı  içərisində  526  ədəd  əmək  alətləri 
qeydə  alınmışdır.  Daş  məmulatının  yerdə  qalan  hissəsinin 
istehsal  tullantıları,  nüvələr  və  təbii  çay  daşları  təşkil  edir. 
Qədim  aşel  mədəniyyətinə  aid  təbəqədən  tapılmış  əmək 
alətləri  içərisində  əsas  yeri  kobud  çapma  alətləri,  əl 
çapacaqları  və  qaşov  tipli  alətlər  tutur.  Təbəqədən  əmək 
alətləri  ilə  birlikdə  istehsal  tulantılarmm  aşkar  olunması 
qədim  aşel  dövründə  düşərgədə  qədim  insanların  əmək 
alətləri hazırlandığını göstərir (Şəkil 27, 28). 
Altıncı təbəqədən daş məmulatı ilə yanaşı zəngin fauna 
qalıqları  da  tapılmışdır.  Fauna  qalıqları  içərisində  ayrı-ayrı 
çənələr,  kəllə  sümükləri  çoxluq  təşkil  edir.  Sümük 
məmulatının  təyinatı  əsasında  qədim  aşel  adamlarının 
ovçuluq  fəaliyyətində  əsas  yeri  mağara  ayıları  və  nəhəng 
marallar tutduğu müəyyən olunmuşdur. 
Qədim  aşel  təbəqəsindən  aşkar  olunmuş  maddi 
mədəniyyət qalıqlarının zənginliyi Azıx düşərgəsində 
157 


qədim insanların  aşel  mədəniyyəti zamanı uzun müddət və 
daimi yaşadıqlarını göstərir. 
Azıx  qədim  insan  düşərgəsinin  beşinci  təbəqəsində 
aparılan arxeoloji qazıntılar zamanı orta aşel mədəniyyətinə 
aid  maddi  mədəniyyət  nümunələri  tapılmışdır.  Bu,  Azıxda 
qədim aşel dövrünün, sonralar orta aşel mədəniyyəti ilə əvəz 
olunduğunu göstərir. Maraqlıdır ki, beşinci təbəqədən ancaq 
ovçuluq üçün yararlı əmək alətləri tapılmışdır. 
Azıx düşərgəsinin orta aşel təbəqəsinin fauna qalıqları 
göstərir  ki,  bu  dövrdə  ovçuluq  özünün  ən  yüksək  inkişaf 
mərhələsinə  çatmışdır.  Əgər  qədim  aşel  dövründə  11  növ 
heyvan ovlanmışdırsa, orta aşeldə isə 45 növ heyvan və quş 
ovlanmışdır. 
1968-ci  ildə  orta  aşel  təbəqəsində  aparılan  arxeoloji 
qazıntılar  zamanı  əmək  alətləri  ilə  birlikdə  qədim  insan 
çənəsi tapılmışdır. 
Azıx  qədim  insan  düşərgəsindən  aşkar  olunmuş  çənə 
quruİLişundakı  spesifik  cəhətlərə  əsasən  bir  tərəfdən 
pitikantroplara, xüsusilə mauer adamı çənəsinə yaxınlığı ilə, 
digər tərəfdən də bir çox cəhətlərinə görə Fransanın Araqo 
mağarasının  aşel  təbəqəsindən  tapılmış  preneanderallara 
daha yaxındır. 
Aparılan elmi tədqiqatlar zamanı professor D.Hacıyev 
müəyyən  etmişdir  ki.  Azıxdan  aşkar  olunmuş  çənə  keçmiş 
SSRİ  ərazisində  və  Qafqazda  ən  qədim  insan  çənəsi  olub, 
18-22 yaşlı qadına məxsusdur, bu qadın 350 min il bundan 
əvvəl Azərbaycan ərazisində yaşamışdır (Şəkil 15). 
Azıx  mağarasının  III  təbəqəsində  aparılan  arxeoloji 
qazıntılar zamanı mustye mədəniyyətinə aid 3 mindən artıq 
daş  məmulatı  və  100  mindən  çox  fauna  qalıqları  aşkar 
olunmuşdur.  Daş  məmulatı  içərisində  əsas  yeri  levallua  və 
mustye  itiucluları  və  qaşov  tipli  alətlər  tutur.  Düşərgənin 
mustye  mədəniyyətinə  aid  təbəqəsindən  tapılmış  sümük 
məmulatları içərisində əsas yeri vəhşi at
158 


ibtidai  öküz,  vəhşi  qulan,  Qafqaz  maralı,  qaban,  mağara 
ayısı, kərgədan və s. heyvan sümükləri tutur. Aşkar olunmuş 
sümüklərin  əksəriyyəti  ocaqda  yandırılmışdır.  Bu  da  azıx 
sakinlərinin  həyatında  mustye  mədəniyyəti  dövründə  odun 
əsas yer tutduğunu göstərir. 
Hazırda Azərbaycan ərazisində orta daş dövrünə aid ən 
zəngin abidə Tağlar mustye düşərgəsi hesab olunur. Tağlar 
düşərgəsi  1960-cı  ildə  paleolit  arxeoloji  ekspedisiyası 
tərəfindən  qeydə  alınmışdır.  Tağlar  mağara  düşərgəsi 
Qarabağın  ən  mənzərəli  və  səfalı  güşələrinin  birində  olub, 
Quruçaym  sol  sahilində  yerləşir.  Mağara  düşərgəsi 
Qarabağın  Tağlar  kəndi  yaxınlığında  yerləşdiyi  üçün  ona 
kəndin adı verilmişdir. Mağara əhəng daşları içərisində təbii 
yolla  əmələ  gəlmişdir.  Bir  neçə  metrlikdən  axan  Quruçay 
Tağlar  düşərgəsində  yaşayan  qədim  insanların  həyatında 
mühüm rol oynamış, məhz buna görə də onlar ərazini özləri 
üçün daimi məskən seçmişlər. 
Çoxtəbəqəli  Tağlar  mustye  düşərgəsi  özünün  maddi 
mədəniyyət  qalıqlarına,  stratiqrafiyasma  və  yaşayışın 
uzunmuddətli olmasına görə Qafqaz və Yaxın Şərq abidələri 
içərisində  mühüm  yer  tutur.  Tağlar  düşərgəsindən  tapılmış 
maddi  mədəniyyət  qalıqları  əsasında  düşərgə  sakinlərinin 
əmək  alətləri  hazırlama  texnikasını,  tipologiyasını  və 
yeni-yeni  əmək  alətlərinin  meydana  gəlmə  xüsusiyyətlərini 
tədqiq etmək olur. 
Çoxtəbəqəli  Tağlar  mustye  düşərgəsində  arxeoloji 
tədqiqat  işləri  iki  mərhələdə  aparılmışdır.  Birinci  mərhələ 
arxeoloji qazıntı işləri 1963-1967 və 1973-cü illərdə, ikinci 
mərhələ  arxeoloji  qazıntı  işləri  isə  1977-1982,  1984  və 
1986-cı illərdə aparılmışdır. Düşərgədə I mərhələdə aparılan 
arxeoloji qazıntı işləri M.Hüseynov, 
1973-
 
cü  ildə  isə  M.Hüseynov,  Ə.Cəfərov  II  mərhələ 
arxeoloji qazıntı işləri isə Ə.Cəfərov tərəfindən aparılmışdır. 
Tağlarda aparılan arxeoloji qazıntı nəticəsində mağaranın 72 
m^ sahəsi qazılıb tədqiq olunmuşdur. 
159 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə