ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə48/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   44   45   46   47   48   49   50   51   ...   66

Mağaranın çöküntülərində 6 mədəni təbəqə qeydə alınmışdır. 
Tağlar  düşərgəsində  aparılan  arxeoloji  qazıntılar 
zamanı 100 mindən artıq sümük məmulatı aşkar olunmuşdur. 
Çoxtəbəqəli  Tağlar  düşərgəsində  aparılan  arxeoloji 
qazıntılar  zamanı  7  mindən  artıq  daş  məmulatı  tapılmışdır. 
Düşərgədən  müəyyən  edilmiş  əmək  alətləri  içərisində  əsas 
yeri levallua itiuclulan, mustye itiucluları, limas tipli alətlər, 
sadə  bir  işlək  ağızlı  qaşovlar,  iki  işlək  ağızlı  qaşovlar, 
kovergent qaşovlar təşkil edir. 
Tağlar  düşərgəsinin  daş  məmulatı  içərsində  yeni  daş 
alətlər, müəyyən olunmuşdur və həmin alətlərə Tağlar tipli 
əmək alətləri adı verilmişdir. Tağlar tipli əmək alətlərinin bir 
neçə  işlək  ağızları  vardır.  Maraqlıdır  ki.  Azıx  paleolit 
düşərgəsinin III təbəqəsinin daş məmulatı içərisindən də bir 
neçə adəd Tağlar tipli əmək alətləri qeydə alınmışdır. 
Tağlar  düşərgəsində  aparılan  arxeolojt  tədqiqatlar 
zamanı çoxlu ocaq layları aşkar olunmuşdur, bu, göstərir ki, 
qədim insanların həyatında ocaq mühüm yer tutmuşdur. Eyni 
zamanda 
sümük 
məmulatının 
əksəriyyəti 
ocaqda 
yandırılmışdır. 
Yaxın  Şərq  və  Qafqaz  ərazisində  Tağlar  mustye 
düşərgəsi  yeganə  abidədir  ki,  burada  əmək  alətlərinin 
uzunmüddətli  inkişafını  və  yeni-yeni  əmək  alətlərinin 
meydana gəlmə xüsusiyyətlərini öyrənmək və tədqiq etmək 
olur. Eyni zamanda Tağlar düşərgəsində aparılan tədqiqatlar 
respublikamızın 
ərazisində 
mustye 
mədəniyyətinin 
özünəməxsus xüsusiyyətləri olduğunu göstərir. 
Əgər Azıx paleolit düşərgəsində aparılan elmi tədqiqat 
işləri Azərbaycan ərazisində ibtidai insanların uzun müddət 
yaşadıqlarını  göstərdisə.  Tağlar  mustye  düşərgəsindəki 
arxeoloji  tədqiqatlar  isə  neandertal  tipli  adamların  inkişaf 
edib, müasir insanların ulu əcdadla- 
160 


nmn  bu  ərazidə  meydana  çıxmasım  elmi  əsaslarla  sübuta 
yetirildi. 
Hazırda  Qarabağ  silsiləsinin  cənub-şərq  ətəklərində 
yuxarıda qeyd etdiyimiz qədim insan düşərgələri ilə yanaşı, 
neolit,  eneolit  və  tunc  dövrlərinin  Qaraköpəktəpə, 
Günəştəpə, Meynətəpə, Tuğtəpə, Kültəpə kimi bir sıra nadir 
və çoxtəbəqəli yaşayış düşərgələri aşkar olunmuşdur. Bu bir 
daha göstərir ki, hələ ən qədim zamanlardan bu vaxta kimi 
qeyd olunan ərazidə insanların yaşaması üçün əlverişli təbii 
coğrafi şərait olmuşdur. 
Son 40 ildə Azərbaycan alimlərinin Qarabağ ərazisində 
apardıqları  arxeoloji,  etnoqrafik,  epiqrafik,  paleocoğrafi, 
paleontolojt  və  antropoloji  elmi  tədqiqatlar  ən  qədim 
zamanlardan  -  yəni  Quruçay  mədəniyyətindən  başlamış 
Azərbaycan  xalqının  bu  torpaqlarda  yaşadığını,  zəngin 
maddi  və  mənəvi  mədəniyyət  yaratdığını  elmi  əsaslarla 
sübuta yetirmiş və tarixi saxtalaşdırmağa cəhd edən erməni 
alimlərinin iddialarının tamamilə əsassız olduğunü göstərir. 
Qarabağ  ərazisində  müəyyən  olunmuş  quruçay,  aşel, 
mustye,  üst  paleolit,  mezolit,  neolit  və  tunc  dövrünün 
arxeoloji  mədəniyyətləri  bu  diyarın  qədim  sivilizasiya 
mərkəzi olduğunu söyləməyə əsas vermişdir. 
Azıx mağarasında aparılan arxeoloji  qazıntılar zamanı 
paleolit  dövrünün  müxtəlif  mərhələlərinə  aid  on  minlərlə 
əmək alətləri, ovlanmış heyvan sümüklər, ibtidai tikili yeri, 
ən qədim ocaq qalıqları, ibtidai insanın alt çənəsinin qalığı və 
s.  tapılmışdır.  Bunlar  Azərbaycan  alimləri  tərəfindən 
kompleks  şəkildə  tədqiq  olunmuş  və  beynəlxalq  elmi 
konfranslarda  geniş  şərh  edilmişdir.  Azıxda  əldə  edilmiş 
tapıntılar 1981-1982-ci illərdə Parisin İnsan muzeyində təşkil 
olunmuş «Avropanın ilk sakinləri» adlı sərgidə də nümayiş 
etdirilmiş və orada həmin düşərgə haqqında elmi məqalə dərc 
olunmuşdur.  Son  40  ildə  Azərbaycan  alimlərinin 
(M.Hüseynov və 
161 


ə.Cəfərovun)  Azıx  düşərgəsinə  aid  1  O-dan  artıq 
monoqrafiyası və 200-dən çox elmi məqaləsi çap edilmişdir. 
Azıx  paleolit  düşərgəsində  aparılan  arxeoloji  tədqiqat 
işlərinin  nəticələri  dəfələrlə  dünyanın  məşhur  arxeoloq, 
antropoloq,  paleontoloq  və  digər  tədqiqatçıları  tərəfindən 
beynəlxalq  elmi  konfranslarda  müzakirə  olunmuşdur. 
1981-ci  ilin  sentyabrında  Tiflis  şəhərində  keçirilən 
Sovet-Fransa  alimlərinin  birgə  çöl  elmi  seminarında  geniş 
müzakirə  olunmuş  və  Azıx  paleolit  düşərgəsində  aparılan 
arxeoloji tədqiqat işlərinin qədim insanın yaranması, inkişaf 
etməsi və formalaşması mərhələlərini tədqiq etmək üçün ən 
zəngin  maddi  mədəniyyət  qalıqlarına  malik  olması 
bildirilmişdir. 
1984-cü ildə Jan Jelinexin Çexoslovakiyada çap olunan 
antropologiya  jurnalında  Azıxdan  aşkar  olunmuş  maddi 
mədəniyyət qalıqları haqqında geniş məqalə dərc etmişdir. 
1998-ci  ildə  Fransanın  dünya  şöhrətli  professoru  Anri 
dö-Lümley  «İlk  insanları»  adlı  kitabında  Azıx  paleolit 
düşərgəsində  tapılmış  qədim  insan  çənəsi  haqqında  geniş 
məlumat vermiş və onun dünya arxeologiyasında yüksək yer 
tutduğunu  qeyd  etmişdir.  Azərbaycan  alimlərinin  Azıxda 
apardığı  arxeoloji  tədqiqat  işlərinə  beynəlxalq  elmi 
ictimaiyyət  yüksək qiymət verir. Fransa, İtaliya, Almaniya, 
İspaniya,  Rusiya,  Amerika,  Gürcüstan  və  digər  ölkələrinin 
alimləri son 40 ildə Bakıya gələrək. Azıxda tapılmış maddi 
mədəniyyət  qalıqlarının  tədqiqi  ilə  yaxından  tanış  olmuş, 
bunların Azərbaycan alimləri tərəfindən yüksək peşəkarlıqla 
tədqiq  edildiyini  bildirmişlər.  Onu  da  qeyd  etməliyəm  ki, 
Azərbaycan  ərazisindəki  paleolit  düşərgələrinin  aşkar 
olunmuş  maddi  mədəniyyət  qalıqlarının  tədqiqi  uzun 
müddətdir  ki,  beynəlxalq  xarakter  almışdır.  Çünki  bunlar 
bəşər  sivilizasiyasının  tarixini  öyrənmək  üçün  böyük  elmi 
əhəmiyyətə malikdir. Məhz bunu əsas tutan Fransa, İtaliya, 
İspaniya, Rusiya, Hollandiya, Gürcüs- 
162 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə