ƏSƏdulla qüBRƏt oğlu cəFƏrov azərbaycanin ilk sakiNLƏRİ Bakı-Elm-2004



Yüklə 346,52 Kb.
Pdf görüntüsü
səhifə52/66
tarix08.03.2018
ölçüsü346,52 Kb.
#31000
1   ...   48   49   50   51   52   53   54   55   ...   66

alətlərdən  əkinçilik  təsərrüfatı  məhsullarının  emalında 
istifadə olunmuşdur. Quruçay və Köndələnçay vadisində elə 
bir qədim yaşayış yeri yoxdur ki, oradan dən daşlarının bu və 
ya digər nümunəsi aşkar olunmasın. Maraqlıdır ki, Qarabağ 
ərazilərindən  dən  daşlarının  ən  qədim  nümunələri  eneolit 
düşərgələrindən  də  qeydə  alınmışdır.  Bu  dən  daşları  ilk 
növbədə  öz  kobud  forması  ilə  fərqlənirlər.  Tunc  dövrünün 
əvvəllərində  isə  dən  daşları  artıq  təkmilləşmiş  formada 
hazırlanmağa  başlanmışdır.  Onların  alt  hissəsi  bir  qayda 
olaraq küncləri dairələşdirilmiş enli daşdan, üst hissəsi isə bu 
daşın  üzərində  asanlıqla  hərəkət  etdirilə  bilən,  yanları 
çıxıntılı ensiz daşlardan ibarətdir (Q.İsmayılov, 1981). 
Qarabağın  Quruçay  və  Köndələnçay  vadisindəki  ilk 
tunc  dövrü  abidələrindən  müəyyən  olunmuş  arxeoloji 
materiallar  içərisində  qədim  maldarlıq  təsərrüfatı  ilə  bağlı 
maddi mədəniyyət qalıqları da çoxluq təşkil edir. Quruçay və 
Köndələnçay  vadisinin  əlverişli  coğrafi  şəraiti  maldarlığın 
inkişaf  etməsinə  əlverişli  zəmin  yaratmışdır.  Quruçay  və 
Köndələnçaym illər boyu yaşıl çəmənlikləri, yaxınlığındakı 
Mil  düzünün  bol  otlaq  sahələri  vadidə  məskən  salmış 
əhalinin maldarlıqla məşğul olmağa və əkinçiliklə yanaşı bu 
təsərrüfat sahəsinin də inkişaf etdirməyə imkan yaratmışdır. 
Aparılan arxeoloji tədqiqatlarla müəyyən edilmişdir ki, 
qədim yerli əhalinin iqtisadiyyatında mühüm yer tutmuş bu 
təsərrüfat sahəsi bilavasitə əkinçiliklə bağlı olmuş və onunla 
qarşılıqlı əlaqədə inkişaf etmişdir. 
Qarabağ ərazisində maldarlığın inkişafı öz növbəsində 
süd  məhsulları  istehsalına  zəmin  yaratmışdır.  Quruçay  və 
Köndələnçaym illər boyu yaşıl çəmənlikləri, yaxınlığındakı 
Mil  düzünün  bol  otlaq  sahələri  vadidə  məskən  salmış 
əhalinin maldarlıqla məşğul olmağa və əkinçiliklə yanaşı bu 
təsərrüfat sahəsinin də inkişaf etdirməyə imkan yaratmışdır. 
Badidə  Azərbaycanın  digər  ərazilərində  olduğu  kimi  gil 
nehrələr ilk dəfə bu dövrdə 
172 


meydana  çıxmışdır.  Onların  bir  neçəsi  Qarabağın  Gü- 
nəştəpə,  Uzuntəpə  və  Qaraköpəktəpə  abidələrindən  ta- 
pışmışlır. Maraqlıdır ki, qaramaldan ilk dəfə qoşqu qüvvəsi 
kimi istifadə olunması da tunc dövrünün əvvəllərinə təsadüf 
edir. 
Dediklərimizi 
arxeoloji 
tədqiqatlar 
zamanı 
Qaraköpəktəpə, Günəştəpə, Uzuntəpə, Şo- mutəpə və başqa 
arxeoloji  düşərgələrdən  tapılan  kiçik  ölçülü  araba 
modellərinin təkərləri, öküz heykələlri təsdiq edir. 
Quruçay və Köndələnçay vadisindən ilk tunc dövrünə 
aid  yaşayış  yerlərindən  zəngin  gil  qab  nümunələrinin 
tapılması hər bir yaşayış yerində müxtəlif sənət sahələri ilə 
yanaşı  müstəqil  dulus  istehsalının  da  mövcud  olmasını 
göstərir. 
Qarabağın Quruçay və Köndələnçay vadisindən qədim 
metallurgiyanın  ilkin  iknişaf  mərhələsinə  və  metalişləmə 
sənətinə  aid  də  maddi  mədəniyyət  nümunələri  tapılmışdır. 
Qaraköpəktəpə  düşərgəsində  aparılan  arxeoloji  qazıntılar 
zamanı 50 dən artıq tunc əşya, tunc külçə və tunc istehsalı 
üçün zəruri olan əmək alətləri tapılmışdır. 
Qarabağ  ərazisində  aparılan  arxeoloji  tədqiqatlar 
zamanı orta tunc dövrünə aid də zəngin maddi mədəniyyət 
qalıqların  tapılmışdır.  Bu  dövr  ümumilikdə,  vadidə 
məskunlaşmış oturaq əkinçi tayfaların daha böyük təsərrüfat 
nailiyyətləri  əldə  etməsi  və  yeni  təsərrüfat  formalarına 
keçməsi ilə səciyyələnir. 
Belə  ki,  hələ  ilk  tunc  dövrünün  son  inkişaf 
mərhələsində  maldarlığın  inkişafı  ilə  əlaqədar  bol  və  geniş 
otlaqlara  malik  olan  dağlıq  yerlərin  mənimsənilməsi  orta 
tunc  dövründə  daha  sürətlə  getmiş  və  həmçinin  köçəri 
maldarlığın  yaranmasına  səbəb  olmuşdu.  Bununla  yanaşı 
dağlıq  ərazilərdə  də  daimi  yaşayış  məskənləri  salınmışdır. 
Bununla  belə  vadinin  dağətəvi  və  düzən  his-  sələrindəki 
qədim  yaşayış  yerlərinin  çoxu  öz  əvvəlki  əhəmiyyətini 
itirməmişdi. Belə yaşayış yerlərində əkin- 
173 


çilik  yenə  də  əsas  təsərrüfat  sahəsi  kimi  qalmaqda  davam 
etmişdi. Maraqlıdır ki, Quruçay və Köndələnçay vadisindəki 
ilk  tunc  dövrünə  aid  yaşayış  yerlərinin  əksəriyyətinin 
üstündə  orta  tunc  dövrünün  mədəni  təbəqəsi  qeydə 
alınmışdır. 
Qarabağ  ərazisində  iqtisadi  inkişaf  zəminində  ictimai 
münasibətlərdə  də  əsaslı  dəyişikliklər  baş  vermişdir. 
Maldarlıq  təsərrüfatının  və  xüsusən  xırda  buynuzlu 
heyvanların  sürətli  artımı  nəticəsində  müxtəlif  tayfaların 
əlində  böyük  sürülər  və  sərvətlər  toplanmışdır.  Bu  isə  öz 
nöbəsində  ayrı-ayrı  tayfalar  arasında  arasıkəsilməz  qarətçi 
toqquşmalara və savaşa səbəb olurdu. Mövcud şəraitdə istər 
dağlıq,  istərsə  də  düzən  yerlərdə  ətrafı  möhkəmləndirilmiş 
müdafiə  divarları  ilə  əhatə  olunmuş  yaşayış  yerləri 
çoxalmışdı.  Belə  yaşayış  məskənlərindən  biri  də 
Qaraköpəktəpə  düşərgəsində  aşkar  edilmişdir.  Arxeoloji 
qazıntılar  zamanı  burada  bilavasitə  ilk  tunc  dövrünə  aid 
mədəni təbəqənin üstündə orta tunc dövrünə məxsus 3 m-ə 
yaxın  qalınlığında  mədəni  təbəqə  müəyyən  edilmişdir. 
Mədəni təbəqədə iri qaya parçalarından və çay daşlarından 
tikilmiş  möhtəşəm  müdafiə  divarının,  eləcə  də  başqa 
tikintilərin qalıqları qeydə alınmışdır. Bu müdafiə divarının 
yanları  iri  qaya  parçalarından  hörülmüş  içəri  -  tərəfi  isə 
çaydaşları ilə doldurulmuşdur. Onun eni 3 m idi. Arxeoloji 
qazıntılar  zamanı  bu  divarın  20  m-ə  qədər  uzununda  olan 
hissəsi üzə çıxarılmışdır (Q.İsmayılov, 1981). 
Arxeoloji qazıntılar zamanı Qaraköpəktəpənin orta tunc 
dövrünə  aid  mədəni  təbəqəsindən  çoxlu  gil  məmulatı 
tapılmışdır.  Onların  əsas  hissəsini  boz  və  qara  cilalı,  üzəri 
ştampla və ya kəsmə üsulu ilə naxışlanmış qablar təşkil edir. 
Gil qabların müəyyən bir qismini isə boyalı qab nümunələri 
təşkil edir. 
Qarabağın Quruçay və Köndələnçay vadisində orta tunc 
dövrünə  aid  maraqah  maddi  mədəniyyət  qalıqlarına 
Qaraköpəktəpə ilə yanaşı Günəştəpə, Xantəpə, 
174 


Yüklə 346,52 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə